HRISTIANA HRISTIANA
. http://www.hristiana.zp.ua - ! !
 
 FAQFAQ             
            

... SIMFONIYASI. ( )
1, 2  .
 
           HRISTIANA ->
::  
hristiana
Site Admin


: 27.04.2008
: 954
:

: 10, 2010 12:07 am     : ... SIMFONIYASI. ( )



MƏHƏBBƏT SIMFONIYASI


MÜNDƏRİCAT


Giriş
1. RUHUMUZ=ƏQLİMİZ
2. İQRAR
3. EMOSİYALAR, HİSSİYYATLAR
4. MƏHƏBBƏT
5. TANRININ İMANI
6. İKİ MƏNBƏ
7. İMAN ADDIMLARI
8. ŞÖHRƏTPƏRƏSTLİK
9. VASİTƏÇİLİK VƏ BÜTLƏR
10. BAĞIŞLAMAZLIQ, BÜTLƏR
11. MALİYYƏ
12. MÜQƏDDƏS LİK, SƏBR
13. RUHA GÖRƏ YERİMƏK
14. ÇARMIX VƏ ƏDALƏT
15. TƏMİZLƏNMƏ VƏ TƏQDİS OLUNMA
16. TANRININ RAHATLIĞI
17. SULAR ÜZƏRİNDƏ YERİMƏK
18. GÖYLƏRƏ QALDIRILMA
19. CƏMİYYƏT
20. DOĞUŞ
21. SƏMAVİ ATANIZ KİMİ KAMİL OLUN
22. NƏTİCƏ



♫ GIRIŞ ♫


19.07.04-cü il.

Rəbb Dedi: Kitabı yazın, dərc etdirin. Bu kitab Məhəbbət haqqında olacaq. Bu Mənim haqqımda yazılan çoxlu yaxşı kitablardan biri olacaq. Siz bir yerdə toplanmalısınız və Mən sizi Müqəddəs Ruhda aparacağam. Bu sizin Mənimlə gözəl ünsiyyət vaxtınız olacaq. İndi siz, Mənim sizdə gördüyüm İşlər barədə yaddaş kitabınızı yazırsınız. Lakin sizin Mənimlə ünsiyyətiniz zamanı yazdığım Ən dəyərli kitab bu siz özünüzsünüz. Siz kitabsınız, siz Mənim məktubumsunuz. Siz, Mənim sizdə Qələbəmin carçıları olacaqsınız. Mən sizin vasitənizlə işləyəcəyəm. Alın, yeyin! Bu mənim sizin üçün qırılan Bədənimdir. Bunu Məni anmaq üçün edin. Çünki bu Çörəyi yediyiniz və bu Kasadan içdiyiniz hər zaman, siz Rəbbin Ölümünü Mən gəlincəyədək ruhunuzda, qəlbinizdə və bədəninizdə elan etmiş olursunuz. Siz, Mənim sizdə Qələbəmin carçılarına çevrilirsiniz!

21.08.04-cü il.

Başqa bir dəfə Rəbb dedi: Bu kitabı siz yazmırsınız, Mən sizi Öz Kitabım kimi daxilinizdə və zahirinizdə yazıram. Mənə kitab deyil, siz vacibsiniz. Mən istəyirəm ki, siz bu kitabı bir yerdə yazmaqda davam edəsiniz. Münasibətlərinizin qayğısına qalma. Bunun qayğısına Mən qalacağam. Bu kitabı bacardıqca tez yazmalısınız. Əgər Mənim Rəhbərliyimə güvənsəniz, sizdə hər şey alınar. Mənim dediyim kimi edin. Nə yazmağı, necə yazmağı Mən deyəcəyəm.

11.09.04-cü il.

- Rəbb, mən öz tərəfimdən bu kitabı yazıb qurtarmaq barədə qərar qəbul etmişəm. Mən Sənin Kamil İradəni icra etmək istəyirəm. Onda, sənə nə söylədimsə, onu elə. Yazacağın Kəlamı araşdırmağı öyrən. Əgər lazım bilirsənsə, Mənim Kəlamımı bir dəftərə yaz ki, kitabı yazanda söylədiklərimi yadına salmağa çox vaxtın getməsin. Mənim Kəlamımın müəyyən hissəsini araşdırandan sonra zəngləş və kitabı yazmağa davam edin. Bu Kəlamı yazmağa tələs. Bu Kəlam vasitəsilə sən həm də Mənimlə ünsiyyətdə olmağı öyrənirsən.

26.09.04-cü il.

Mənim Qızım, kitabın çap olunmağında passivliyin davam edir. Bu kitabın yazılmasında sənin hissənə düşəni vicdanla icra etməlisən. Buna görə sən öz dəftərində yazdığın bütün Açıqlamalarıma qayıtmalı və hər şeyi başqa cür Açıqlamaları Kəlamdan ayırmadan yazmalısan. Yazdığın zaman Müqəddəs Ruhla idarə olunmağın üçün susa və Mən sənə bütün Mənim Açıqlamalarımı birləşdirməyə kömək edəcəyəm. Sən hər bir cümləni son dərəcə dəqiqliklə araşdırmalısan ki, heç nəyi oradan pozmayasan. Dəftərində hər bir kəlmə çox vacibdir. Sən bütün bunları Mənim Rəhbərliyimlə yazmısan. Yazılan Kəlama artıq dəymə. Yazılmayanlarla məşğul ol. Həmçinin başqalarına verdiyim Açıqlamaları araşdır. Bütün bunları Ruha görə birləşdirməyi öyrən. Səni bunda Mən aparacağam. Mövzuları dəqiq təyin et. Bunlar sənin açıqlamaların olmadığına görə sarsılma.
Sən bu işi axıra çatdırmaqla öz itaətsizliyini aradan qaldıra bilərsən. Mən Yaxşı Tanrıyam. Mən sənə düzəlmək üçün imkan verirəm. Yoxla, qeyd dəftərindən artıq götürdüyün yazıların üstündən xətt çək, yerdə qalanlardan Mənim Rəhbərliyimlə Kəlam tərtib et. Bu sənə demək istədiklərim idi.

03.10.04-cü il

- Rəbb, bəs kitab barədə? Öz dəftərində olan Açıqlamaları araşdırmağa davam et. Araşdırılmamış heç nə saxlama. Hər bir Açıqlama çox vacibdir. Bu Kəlam üzərində düşün, nəyi yazmaq lazım olub-olmadığını Məndən soruş. Bunu sənə Mən göstərəcəyəm. Bundan sonra Açıqlamalarımı Mənim Kəlamımdan ayırmamağı öyrən. Sənin dəftərində yazılanları başqa adamın dəftərində yazılan Açıqlamalarla tutuşdur. Hər gün kitaba vaxt ayır. Bununla sən özün də öz ruhunu başa düşməyi öyrənəcəksən. Kitabı yazıb qurtarmaq lazımdır. Ona görə işini tezləşdir.

Rəbbin bu kitabı nə üçün Məhəbbət simfoniyası adlandırdığını araşdıranda məlum oldu ki, simfoniya harmoniya, səslərin uyğunluğu, səslənmənin polifoniyası (polifoniya çoxsəslilik tərcüməçinin qeydi), orkestrlə ifa üçün çoxhissəli əsər deməkdir. Dirijor Rəbb Müqəddəs Ruhdur. Rəbb hər bir insanı Onun tərəfindən Öz İzzəti üçün yaradılmış, sazlanmış və müxtəlif cür səslənən, - müxtəlif musiqi alətlərinin toplusu və Rəbbin alətləri şəklində göstərmişdir.
Rəbb dedi: Mən istəyirəm ki, sizin Həyatınız Mənim üçün Yeni Məhəbbət Məzmuru kimi olsun (Məzmur 39:4, Vəhy 14:2-3, 5-9). Mən sizin qəlbinizin tellərində ifa etmək istəyirəm.
Rəbb dedi: - Şadrakı, Meşakı, Aved-Neqonu alovun içinə atdılar, çünki onlar bütə=insana səcdə etməkdən imtina etdilər. Siz Mənim Müqəddəs Alovumdan keçməlisiniz ki, bütlərə səcdə etməyəsiniz. Qızıl Mənim İsti Kürəmdən keçəndə təmizlənər. Siz Mənimlə birgə Mənim Odla qızmış Sobamdan və yuyulmadan keçirsiniz (Dan.3:20-26, 11:33-35) Rəbb Özünü bütünlüklə bizə verə bilməmişdən əvvəl, bizi təqdis etmək - yəni, bizi daxilimizdəki qaranlıqdan ayırmaq üçün, daxilimizdə bizim yalançı, cismani istehkamlarımızı, Rəbb haqqında, Onun Məhəbbəti haqqında iblisani təsəvvürləri dağıtmaq üçün Müqəddəs Ruha izn verməyimiz lazımdır. Beləliklə, biz addımbaaddım Kəlama=Rəbbə diqqət yetirir və elə həmin vaxt Rəbb bizim daxilimizə diqqət yetirir yəni, biz Onun Kəlamı=Onun Özü ilə doluruq. Rəbb bu prosesi bizim təqdis olunmamız adlandırır. Və dəyişmə yalnız çarmıxda baş tutur. Beləcə də, sizlərdən kim, bütün var-yoxundan əl çəkməzsə, Mənim şagirdim ola bilməz (Lk.14:33-35). Duz yaxşı şeydir, amma əgər duz dadsız olarsa, ona nə ilə dad verilər? Yalnız Mənim Alovumla. İndi Mənim Cəmiyyətim Mənim Qüdrətimə malik deyil. Onu Adaxlıya təslim etməmişdən əvvəl Mən hər birinizi duzlandıracağam, Mənim Müqəddəs Alovumla təmizləyəcəyəm (Mk.9:49-50).
Rəbblə və bir-birimizlə (kitabı yazanlar 3 nəfərdir, sonrakı səhifələrdə onlar bir-biri haqqında başqa insan ifadəsini işlədirlər tərcüməçinin qeydi) ünsiyyətimiz zamanı Rəbb bizi yazırdı. Rəbb dedi: İndi sizdə gördüyüm işlər barədə yaddaş kitabınızı yazırsınız (Mal.3:16). Lakin sizin Mənimlə ünsiyyətiniz zamanı Mənim yazdığım Ən dəyərli kitab siz özünüzsünüz. Bu kitabı siz yazmırsınız, Mən sizi Öz Kitabım kimi daxilinizdə və zahirinizdə yazıram. Mənə kitab yox, siz vacibsiniz (2Kor.3:2-3, Vəhy.5:1, Lk.11:40). Siz kitabsınız, Siz Mənim çoxlarının oxuyacağı məktubumsunuz. Siz, Mənim sizdə Qələbəmin carçılarına çevrilirsiniz.
Getdikcə Rəbb bizə Müqəddəs Kitabda bəzi ayələrin qeyri-dəqiq tərcüməsində buraxılan səhvləri açmağa başladı. Bir çox ayələrdə böyük hərf əvəzinə kiçik, kiçik əvəzinə böyük hərf yazılmışdır. Bəzi yerlərdə durğu işarələri düzgün qoyulmadığı üçün Rəbb tərəfindən söylənilənlərin mənası təhrif edilmiş və Tanrı Fikrinin dərinliyi dəyişilmişdir. Bəzən fəsillərin və ayələrin düzgün bölünməməsi Tanrı Fikrini parçalayır. Bəzən də Rəbb bizə ayədə bir kəlmə əvəzinə başqa kəlmə verərək ayənin mənasını genişləndirirdi. Məsələn: xidmət etmək, qulaq asmaq, inanmaq sözlərini Rəbb bizim üçün sevmək sözü ilə əvəz edərək başa salmaq istəyirdi ki, bu, izzətin=məhəbbətin ayrı-ayrı səviyyələridir. Tanrıya itaət etmək bu, Tanrını sevmək və Tanrıya iman etmək deməkdir. Ona görə də Müqəddəs Yazıdan bəzi yerləri Rəbb Özü bizə necə sitat gətirmiş, genişləndirmiş və düzəlişlər etmişsə, eləcə də, təqdim edirik. Bir çox ayələrdə Rəbbi=Yaradanı bu dünyanın tanrısı olan iblislə dəyişik salıblar (1Şam.16:14, 23;19:9). O, yəni, Həqiqət Ruhu gəldikdə, sizə hər həqiqətə yol göstərəcək (Onu qəbul edənə): ona görə ki, Öz adından söyləməyəcəkdir; amma hər nə eşidirsə, söyləyəcək və gələcəyi sizə bildirəcəkdir (Yəh.16:13-14).
Rəbb dedi: Müqəddəs Kitabı insan övladları köçürüblər. Əhdi-Ətiq zamanı insanların iblis haqqında lazımi qədər açıqlamaları yox idi. Onlar Mənim Kəlamımı təhrif edərək köçürmüşlər. İblisin etdiklərini Mənim adıma çıxmış və Mənimlə, Mənim Fəaliyyətimlə əlaqələndirmişlər (Yəh.8:44-45, Huşə7:13). Mən Nuram və qaranlıqla heç bir əlaqəm yoxdur. Bu atalarınızın günahıdır ki, Mənim Kəlamımı öz anlayışlarına uyğun izah ediblər. Mən isə Öz Kəlamım vasitəsilə Həqiqətə Məhəbbətimi sizə verirəm (2Sal.2:10).
Əgər təkcə bir ayə seçib götürsək və əsas vurğunu həmin ayədə bir sözün üzərinə qoysaq, onda tərcümə də başqa cür alınacaq, əgər əsas vurğunu bu dəfə həmin ayədə başqa bir sözün üzərinə qoysaq, onda başqa tərcümə, başqa fikir və başqa məna alınacaq. Elmi hesablamalara görə, eyni bir cümləni başqa dilə çevirdikdə tərcümədə onun onlarla məna çaları ola bilər. Fikirləşməyə dəyər! Və əgər təkcə bir ayəni götürsək belə, bu, baş verir. Bəs əgər bu ayəyə ondan əvvəlki ayəni, sonra isə növbəti ayəni əlavə etsək və onları birləşdirsək, nə baş verər!!! Onda nə qədər fərq incəliyi, tərcümələr əmələ gələr. Əgər biz Müqəddəs Ruhdan doğulmuşuqsa, onda, hər dəfə Rəbbin bizə nə demək istədiyindən asılı olaraq vurğu Rəbb tərəfindən müxtəlif cür qoyulacaq və eyni bir ayənin oxunuşunda hər dəfə başqa, daha dərin Açıqlamaya malik olacağıq.
Müqəddəs Kitab Nadir Kitabdır. Bu artıq elm tərəfindən sübut olunmuşdur. İnsana Göylərdən doğulmaq lazımdır və Müqəddəs Ruh, Müqəddəs Kitabın oxunuşu zamanı hər bir oxucunun düz ürəyinə müraciət edir. İndi bir çox tərcümələr meydana çıxmışdır. Həmçinin sətiraltı tərcümələr də var və bu heç də pis deyil. Bir çox dinşünaslar müxtəlif dillərdə olan müxtəlif tərcümələrdən istifadə edirlər ki, bu və ya digər yerdə Rəbbin nə demək istədiyini daha dəqiq anlasınlar. Bizim, Rəbb kimi düşünməyimiz və dərk etməyimiz üçün Ona çox əmək sərf etmək lazımdır. Rəbb çox səbirlidir. O, Ən Yaxşı Müəllimdir. O bizim də Onu axtarmağa səy göstərdiyimizi görür. Bütün qəlbinlə Rəbbə güvən, öz idrakına etibar etmə. Bütün yollarında Onu tanı, O sənin yollarını düzəldər. Öz gözündə özünü hikmətli sanma, Rəbbdən qorx, şərdən çəkin (Məs.3:5-7).
Budur, söz hərflərdən, simvollardan ibarətdir. Rəbb ruhda mənə belə bir maraqlı mənzərə göstərdi: hərflər=simvollar Kəlamda (Tanrı Kəlamdır) suda imiş kimi, aralıda sanki üzür. Hərflərin arasında Su var, su isə - bu, Müqəddəs Ruhun timsalıdır. Və görürəm ki, bu bir söz həll olur (İb.4:2), genişlənir, geniş və dərin olur... Bunu sözlə izah etmək çətindir, lakin Müqəddəs Ruhda mən hər şeyi başa düşdüm. O Öz izzətinin zənginliyinə görə, daxili varlığınızda öz Ruhu ilə qüvvətli şəkildə möhkəmlənmənizi təmin etsin ki, Məsih iman vasitəsilə ürəklərinizdə yaşasın, siz də məhəbbətdə kök salıb təməl qoyasınız, belə ki, bütün müqəddəslərlə birlikdə Məsihin məhəbbətinin nə qədər geniş, uzun, uca və dərin olduğunu başa düşməyə və hər dərrakədən üstün olan bu məhəbbəti dərk etməyə gücünüz yetsin ki, siz Tanrının kamil dolğunluğu ilə dolasınız (Ef.3:16-19). Və bu, cümlədə təkcə bir sözlə baş verir. Onda, bütöv bir cümlə və bütün cümlələr barədə nə deyək! Müqəddəs Kitab bu, Okeandır!!! Və Müqəddəs Kitabı oxuyarkən Müqəddəs Ruh bizi başdan-ayağa qədər oraya daldıraraq həyatımızın həmin anı üçün lazım olan hər bir şeyi bizə deyir. Bir sözlə, bizi qidalandırır. Bax ona görə də, bütün Müqəddəs Kitab Tanrı tərəfindən ilhamlandırılmışdır. Ruhani şeyləri sözlə izah etmək çətindir. Lakin görüntüdə Rəbb belə göstərdi. İNANILMAZDIR? İndi bəs Müqəddəs Kitabı necə düzgün oxumalı? Yalnız Müqəddəs Ruhla. Ona görə də Müqəddəs Ruhun insana və cəmiyyətlərə nə dediyini anlamaq üçün Göylərdən doğulmaq lazımdır.
Mən düşünürəm ki, çoxları Müqəddəs Kitabın Nadir Kitab olduğunu görür, ancaq daha çox instinktiv olaraq yəni, tutqun şüşə arxasından görürmüş kimi görürlər. Kəlama dalmaq üçün Müqəddəs Kitabı Müqəddəs Ruhla oxumaq lazımdır və onda, o, canlı olur. Kəlam Tanrı Canlı olur. Və Tanrı Müqəddəs Ruh, Müqəddəs Kitab vasitəsilə real olaraq bizi dəyişir. Və orada insanların buraxdığı bəzi səhvlər var, Rəbb onları da bizə açacaq. Axı İbrani dilində Müqəddəs Kitab bölmələrsiz, durğu işarələrsiz (nöqtə, vergül), baş hərflərsiz yazılmışdır. Mətn cümlələrə, fəsillərə bölünməmişdir. Hətta yerində qoyulmayan bir vergül bütün mənanı dəyişir. Biz hamımız məşhur bir ifadəni xatırlayırıq: mərhəmət etmək, olmaz öldürmək. Bax ona görə də, yazılmışdır ki, yazılı nizam öldürür, Müqəddəs Ruh isə həyat verir, canlandırır və ayə canlı olur. Budur, fəriseylər də Müqəddəs Ruhun İdarəsi olmadan hər şeyi baş-ayaq qoymuş, öz bildikləri kimi əlavələr etmişlər. Və buna görə də İsa fəriseylərə bu barədə deyərək onları ağcaqanadı süzgəcdən keçirib dəvəni udan kor rəhbərlər adlandırmışdır (Mt.23:24)! Əmr üstünə əmr, əmr üstünə əmr, sətir üstünə sətir, sətir üstünə sətir, bir az oradan, bir az buradan... Rəbbin sözü onlar üçün əmr üstünə əmr, əmr üstünə əmr, sətir üstünə sətir, sətir üstünə sətir, bir az oradan, bir az buradan. Bu səbəbə görə onlar gedib arxası üstə yıxılacaq, yaralanacaq, tələyə düşüb əsir aparılacaq (Yeş. 28:10,13).

Dediyim kimi, biz 3 nəfər idik və Müqəddəs Ruh bizimlə idi. Hərə öz Açıqlamasını yazırdı və sonra kompyüterə köçürürdü. Əvvəlcə biz onları ayrı-ayrılıqda, Rəbb kimə necə vermişdisə, elə yazmaq istəyirdik, lakin sonra fikrimizi dəyişdik və bütün Açıqlamaları tam şəkildə birləşdirib yazdıq.
Q e y d: Ayələrin içində, mötərizədə Tanrının mənə verdiyi Açıqlama vasitəsilə, bu sözlə nəyi nəzərdə tutduğuma aydınlıq gətirirəm, Məsələn: Matta.19:16-21-dəki ayədə kamil olmaq ifadəsinə hərə bir cür izah verir. Əgər kamil olmaq istəyirsənsə (tamamilə Mənə sadiq olmaq), get nəyin varsa sat, yoxsullara payla. Göylərdə xəzinəyə (Mənə) malik olacaqsan. Sonra gəl (Mənim yanıma), Mənim ardımca get.



http://narod.ru/disk/10076805001/M%C6%8FH%C6%8FBB%C6%8FT%20SIMFONIYASI%20.%20Simfoniya%20lyubvi%20165%20s_h%20%20%28%D0%90%D0%B7%D0%B5%D1%80%D0%B1%D0%B0%D0%B9%D0%B4%D0%B6%D0%B0%D0%BD%D1%81%D0%BA%D0%B8%D0%B9%20%D1%8F%D0%B7.%29.rar.html



: hristiana ( 23, 2011 8:52 pm), 9 ()
    e-mail
hristiana
Site Admin


: 27.04.2008
: 954
:

: 11, 2010 11:06 am     :

♫ 1. RUHUMUZ=ƏQLIMIZ (Ef.4:23) ♫


Rəbbdən xahiş etdim ki, mənim Müəllimim olsun. Mən Ona sual verirdim və O da mənə cavab verirdi. Bu dialoq mənim əqlim səviyyəsində gedirdi. Lakin Rəbb mənə Onunla daha dərin səviyyədə, Onun Müqəddəs Ruhu səviyyəsində, - yəni, Ata ilə ürəkdən-ürəyə ünsiyyətdə olmağı öyrədirdi. (1Kor.2:7,9, Ef.3:16-19).
- Rəbb, əql ruhdur? Sənin ruhundur. Əqlinin ya sənin ruhunun üç tərkib hissəsi var: 1)bilik, 2)iradə, 3)emosiya. Və onların hər birini təmizləmək lazımdır (2Kor.2:7, Rom,7:6, Ef.4:23-24, Zəb.50:12, Yez.36:23).
- Rəbb, mənim əqlim=ruhum təmizlənəndən sonra nə olacaq? Sənin şəxsiyyətin təqdis olunacaq yəni, İsa Məsihdə sənin şəxsiyyətinin hər üç sahəsinin təqdis olunması onun üçündür ki, səni aparacağım yerə Mənim ardımca gedə biləsən (Yəh.21:18). Rəbb ilə birləşən isə Rəbb ilə bir ruhdur (1Kor.6:17). Mən sənə bunu Mənim ardımca getməyi öyrədəcəyəm. Belə dua et: Səmavi Ata, İsa Məsih İsmiylə Səndən xahiş edirəm, məni aparacağın yerə Sənin ardınca getməyə mənə kömək et. İsa Məsih İsmiylə dua etdim. Amin. Mən duanı təkrar etdim.
- Rəbb, əqlimin=ruhumun bütün bu sahələrini necə təmizləməli? Bilik sahəsindən başla.
- Rəbb, bilik sahəsini necə təmizləməli? Sənin sualların və Mənim cavablarım vasitəsilə - yəni, Mənim Kəlamım üzərində düşünmək yolu ilə.
- Rəbb, nədən başlayım? Müqəddəs Ruhda dua etməkdən başla.
- Rəbb, iblis mənim fikirlərimi oxuya bilərmi? Bəli. İblis sənin fikirlərini oxuya bilər. Sən ona yer verəndə - yəni, Mənə imansızlığın=itaətsizliyinlə qapıları ona açanda o hər şey edə bilir. O yalnız Müqəddəs Ruhda edilən duaları anlamır. Ona görə də, sən nədənsə şübhələnəndə, ya nəyisə anlamayanda, ya da nəyinsə hansı mənbədən gəldiyini başa düşməyəndə Məndən soruş, Müqəddəs Ruhda düşün və Müqəddəs Ruhda dua et.
Rəbb mənə Müqəddəs Ruhda dua etməyin nə demək olduğunu öyrətməyə başladı. Bu çox vacib duadır. Belə dua səndə Mənim biliklərimə geniş yol açır (1Kor.14:4). Bu dua vasitəsilə Mən sənə necə yaşamağı, Müqəddəs Ruhda necə hərəkət etməyi öyrədirəm (Rom.8:4,14). Bu dua vasitəsilə sən Məndən Müqəddəs Ruhdan öz ruhuna=əqlinə lazım olan məlumatı alırsan (Yəhud.1:20-21) və sənin ruhun=əqlin öz inkişafını Məndən, Mənim Həyatımdan alır. Sənin ruhun=əqlin bu Mənim Mənbəyimdir (Yəh.4:14,24, 1Kor.2:11, Qal.4:6). Göylərdən doğulandan sonra bizim ruhumuza=əqlimizə Göylərdən Səmavi Atanın Taxtından axıb gələn İsa Məsihin Həyat Mənbəyi daxil olur (Vəhy. 22:1-2). Göylərdən doğulana qədər biz dünyəvi mənbədən iblisin tanrılıq etdiyi cismani dünyadan qidalanırdıq. İndi isə hansı mənbədən qidalanacağımızı özümüz seçirik: biz Onun Kəlamı ilə, Onun Ruhu ilə, Onun Həyatı ilə qidalanacayıq, yaxud yenə də xeyir və şəri bilmə ağacının meyvəsi ilə (cismani təbiətdən) qidalanmaqda davam edəcəyik. İsa Məsihlə eyni surətdə olmaq üçün, Onunla yaşamaq üçün hər bir düşüncəmizi Məsihə itaət etsin deyə əsir edəcəyik ya da cismani təbiətə görə yaşamağa davam edəcəyik (2Kor.10:5, 3:18).
Rəbb dedi: - İndi isə biliklərinin sənin ruhunda olan Mənim Mənbəyimdən deyil, xeyir və şəri bilmə ağacından, yəni cismani təbiətdən gəldiyinə görə tövbə et (Huşə. 4:12, Rom.8:5-8). Rəbblə şəxsi ünsiyyətə başlamazdan əvvəl mən 6 il Əyyub kimi dindar imanlı idim cəmiyyətə, ev toplantılarına gedir, ondabirləri verir, başqasının imanı ilə yaşayırdım.
- Səmavi Ata, İsa Məsih İsmiylə məni bağışla. Biliklərimin mənim ruhumda olan Sənin Mənbəyindən deyil, mənim cismani təbiətimdən, xeyir və şəri bilmə ağacından gəldiyi üçün məni bağışla!
- Rəbb, bu gün üçün mənim ruhum=əqlim təmizləndi? Tamam yox. Sənin iradən təmizləndi.
- Əgər iradəm təmizlənibsə, deməli, indi mən düzgün qərarlar qəbul edə bilərəm? Bəli. Düzgün, təmiz, möhtəşəm, təqdis olunmuş, qüsursuz, müqəddəs qərarlar. Sən artıq düzgün olan qərarları=Mənim Qərarlarımı qəbul edə bilərsən, - yəni Mənim Kəlamıma əsaslanaraq hərəkət edə bilərsən, öz bütlərindən qopa bilər, onlardan azad olmağı axtara və Müqəddəs Ruhla idarə oluna bilərsən.
- Rəbb, bir o qədər də yaxşı başa düşmürəm, bilik sahəsi necə təmizlənir? Sənin duan zamanı sən və Mən, sənin ruhunda ünsiyyətdə oluruq. Mən sənə suallar verirəm və sən cavab verirsən. Müqəddəs Ruhda dua vasitəsilə Mən sənə suallar verirəm və sən Mənimlə dialoq vasitəsilə o suallara cavab almalısan. Bu dua vasitəsilə Mən səni düşünməyə vadar edirəm və sənə Mənim Kəlamım üzərində düşünməyi öyrədirəm. Daha çox Müqəddəs Ruhda dua et və Mən sənin Həqiqət anlayışını genişləndirərəm. Dua, səndə Mənim Biliklərimə geniş yol açır. Mən Öz Biliklərimlə sənin biliklərinin üzərindən xətt çəkəcəyəm. Mən Özümə Müqəddəs Ruhda və Həqiqətdə ibadət edənlər axtarıram (Yəh.4:23-24).
- Rəbb, sualları axı Sənə mən verirəm?! Müqəddəs Ruhda dua vasitəsilə Mən səndən soruşurdum, sən isə ruhda cavab verirdin. Sənin ruhunda Mənimlə düşünməyə, Mənimlə ünsiyyətə səni Mən vadar edirəm. Sən Mənə can atanda, Mənim Həqiqətimi dərk etməyə can atanda - yəni, öz düşüncə və mühakimələrin vasitəsilə Mənim sənə nə dediyimi, nə öyrətmək istədiyimi, nəyi ifşa etdiyimi başa düşməyə can atanda sənin ağlın bəhrəyə=Mənim Biliyimə, Mənim Hikmətimə malik olacaq.
Mənim Rəbblə ünsiyyət üsullarımdan biri, Göylərdən Doğulmuş ruhumda Müqəddəs Ruhda dua etməyim vasitəsilə başlayır. Tanrı=Ruh, Müqəddəs Ruhda duam vasitəsilə Əlini mənə uzadır, mənə isə Tanrı Kəlamı üzərində düşünmək vasitəsilə Ona can atmaq lazımdır. Əqlimə bəhrə gəlsin deyə, yəni, əqlim Onun Bilikləri ilə dolsun deyə, səy göstərməliyəm. Əgər mən Müqəddəs Ruhda etdiyim duaları mənə izah etməsi üçün Rəbbə müraciət edib kömək istəmirəmsə və əqlimin də Onun Bilikləri ilə inkişaf etdirilib dəyişilməsi üçün səbrlə Onun cavabını gözləmirəmsə (Lk.21:19), onda Rəbb mənim əqlimi dəyişdirə bilmir. Ruh üçün əkən isə, Ruhdan əbədi həyat biçəcəkdir (Qal.6:8). Rəbb=Məhəbbət həmişə mənim Onunla ünsiyyətimi gözləyir. Lakin Rəbb, əgər mən Ona Həqiqət Mənbəyi (1Kor.1:9) kimi müraciət etmirəmsə, mənimlə ünsiyyətdə ola bilmir. Mənbə lap yaxındadır, biz isə susuzluqdan ölürük.
Əgər mən Rəbbə sual vermirəmsə, deməli, mənim biliklərim məni razı salır və mən belə hesab edirəm ki, mənə Rəbbdən öyrənmək lazım deyil. Haqq-Təala Öz müdrikliyi ilə məğrurlara qarşı durur, təvazökarlara isə lütf verir yəni, Öz Biliyini, Hikmətini, Öz Rəhbərliyini verir. Mənim ruhani səviyyəm Rəbb üçün nə qədər susadığımdan asılıdır. Rəbb məni öyrənməyə və daha yüksək ruhani səviyyəyə keçməyə cəlb edir yəni, məni Özünə və Onun ardınca gəlməyə və Öz Hikmətinin Dərinliklərinə cəlb edir. Mənim ruhani böyüməmin sürəti mənim özümdən, mənim istəyimdən=susamağımdan, Ona imanımdan=itaətimdən və özümü Ona həsr etməyimin səviyyəsindən asılıdır.
- Rəbb, indi mən Müqəddəs Ruhda dua edəcəyəm və Sən Özün mənim əqlimə sual ver. Mən dua etdim və əqlimdə sual və bu suala Onun cavabı=Bilik Kəlamı meydana gəldi: Bu dua zamanı nə baş verir? Sənin ruhun inkişaf edir və əqlin bəhrəyə malik olur.
- Ya Rəbb, bəs onda Pavelin 1Kor.14:14-də yazdığı ayə necə olsun? O yazır ki: Çünki, əgər mən naməlum dildə dua edirəmsə, ruhum dua edir, amma əqlim bəhrəsiz qalır. Belə çıxır ki, burada ziddiyyət var? Pavel bu barədə yazanda, o, duanın onun ruhunu inkişaf etdirdiyi barədə aldığı açıqlama səviyyəsində idi, lakin bu inkişafın, biliyin onun əqlinə necə keçdiyi barədə açıqlamaya malik deyildi. Pavelin bu dua vasitəsilə Müqəddəs Ruhdan onun əqlinə gələn bəhrə haqqında Açıqlaması=Biliyi yox idi.
- Rəbb, Rom.8:26-28-də Pavel Müqəddəs Ruhda dua haqqında yazır ki, dillərdə nə üçün dua ediriksə, hamısı yaxşılığımıza kömək üçündür. Bəs Müqəddəs Ruhda dua vasitəsilə mənim yaxşılığıma yardım edən nədir? Sən, əqlin Bəhrəsinə=Mənim Biliyimə malik ola bilərsən. Bəhrə - bu, Müqəddəs Ruhda duada nə barədə dua etdiyini Müqəddəs Ruhdan öyrənə biləcəyindir və bu da sənin hər bir yaxşılığın üçün fəal olan yardımdır. Dua Müqəddəs Ruhda başlayır və Biliyin Bəhrəsi kimi sənin əqlinə keçir ki, sənin cismani təbiətinin düşüncəsi Mənim tərəfimdən Ruhani düşüncəyə dəyişdirilsin. Əqlin Bəhrəsi bu, Müqəddəs Ruhda sənin etdiyin duaya Mənim Açıqlamam, Mənim Həqiqətim, Mənim İzahımdır. Və sənin Bəhrən Mənim Müqəddəsliyimdir(Rom.6:22-23, İb.12:14). Mənim Yaxşılığım, Mənim Xeyirxahlığım səni tövbəyə, günahdan təmizlənməyə və əzab gətirən günahdan rahatlığa yönəldir (Rom.2:4, 1Yəh.4:18).
- Ya Rəbb, bəs əvvəllər mən necə dua edirdim? Duanın açıqlamasını=izahını almaq üçün, əgər səy göstərərsənsə, bu duanın təkcə sənin ruhunu deyil, həm də əqlini inkişaf etdirəcəyi barədə açıqlaman yox idi (Mt.13:19). Məni, Mənim Həqiqətimi axtarmaqda səy göstərməyib bütün məsuliyyəti Mənim üzərimə qoymuş və ürəyində düzgün olmayan niyyətlər tutaraq dua etmisən. Sən Məni, sənin cismani təbiətinin arzularını yerinə yetirməyim üçün axtarmısan. Sənin Müqəddəs Ruhda duanın düzgün niyyətləri isə, - bu Məni axtarmaq, Mənim İradəmi dərk etmək, öz əqlini=ruhunu təqdis etmək, ürəyinin natəmizliyini özündə aşkar etmək=açmaq deməkdir. Mənimlə ünsiyyət zamanı sənin bilik sahən təmizlənir.
- Rəbb, lakin mən dua edirəm axı? Az dua edirsən. Ürəyində düzgün niyyətlər tutub daha çox Müqəddəs Ruhda dua et. Sənə Müqəddəs Ruhda dua barədə sualı daha çox tədqiq etmək və ürəyinin niyyətlərini görmək üçün öz daxilini daha dərindən araşdırmaq lazımdır. Mənim sənə nə demək istədiyimi öyrənməyi arzu edəndə, Mən sənin anlayışını genişləndirirəm.
İndi sən bu duanın vacibliyi haqqında Açıqlamaya maliksən, amma onun üzərində kifayət qədər düşünmürsən, Məni lazımi qədər axtarmırsan, ona görə də anlamırsan. Rəbb üçün səyin var, amma düşünmək üçün səyin yoxdur (Rom.10:2-3). Sənin əqlin daha çox Bəhrəyə malik olsun deyə, - yəni, addım-addım Mənimlə və Mənim Biliklərimlə tamamilə dəyişdirilsin deyə, sən Mənimlə birlikdə düşünmürsən.
- Rəbb, deməli dillərdə dua etmək - mənim ruhuma səpmək deməkdir? Bəli.
- Onda biçin nədir? - Biçin bu, dillərdə edilən bu duanın Məndən sənin ruhuna və əqlinə gələn Bəhrələridir, bu, bu duanın izahıdır. Ruh üçün əkən isə, Ruhdan əbədi həyat biçəcəkdir (Qal.6:8). Mənim Biliklərimin Bəhrəsi səni inkişaf etdirir, sənə yeni mənlik geyindirir (Ef.4:22-24). Sən özünü mühakimə etməyi öyrənirsən. Özünü mühakimə edəndə isə sən öz günahlarını görməyə başlayırsan və Mən səni tövbəyə=hər bir natəmizlikdən üz döndərməyə gətirirəm (2Pt.1:9, Məs.20:27). Sən özünü Mənim kimi mühakimə edəndə sən Mənim kimi düşünməyi və hərəkət etməyi=yaşamağı öyrənirsən. Mən beləcə, səni addım-addım Mənim Yüksəkliklərimə - Mənim Yüksək Dərrakəmə doğru aparıram. (Zəb.23:3-5, Yeş.60:7, Mt.28:16-17).

Rəbb bir yuxunu yadıma saldı. Yuxuda gözəl, yaşıl yarpaqlı kola oxşar kiçik bir ağac gördüm, ağacın yarpaqları isə böyük idi. Və elə bu vaxt bir meyvə səbəti mənə tərəf çaparaq yaxınlaşır. Səbətin içi meyvə ilə yox, üstündə rəngbərəng ağcaqayın yarpaqları olan budaqlarla dolu idi (Yer.8:20, Mk.4:19-20, Yəh.15:2, 2Pt.1:8, Vəhy.22:2).
- Rəbb, səbətdə ancaq yarpaq var, bəs bəhrə haradadır? Bu ki bəhrəsiz ağacdır (Lk.13:5-9, Mt.21:19)? Bəhrə nədir? Tövbə bəhrəsi olmayan ağac bu sənsən. Tövbə bəhrəsi bu öz cismani təbiətinə deyil, Mənə yer verməkdir (Mat.3:2).
- Rəbb, Bəhrəsiz ağac nə deməkdir? - Bu sənin Müqəddəs Ruhla yenilənməmiş əqlindir. Ağac padşahdır (cismani təbiət); Bəhrə - bu, Oğuldur. Padşah yəni, ağac sünnət olunmalı (Yeş.5:6, Yer.4:4, 6:10, Fil.3:3, Kol.2:11), sənin tövbən vasitəsilə Mənim tərəfimdən təqdis olunmalıdır ki, səndə Mənim Bəhrəm=Oğul=sənin yeni Daxili Mənliyin yetişsin. Sənin Mənimlə tam vəhdətin, sənin ruhunun, qəlbinin və bədəninin Mənimlə vəhdəti Mənim səndə işimi icra edəcək (1Yəh.1:7). Sən öz cismani təbiətinə yox, Mənə yer verəndə Bəhrə gələcək. Rəbbin övladlarından kim Tanrı Qorxusunun Bəhrəsindən dadmasa, yəni, kim öz günahına nifrət etməsə, ona tövbə Ənamı verməyəcəyəm (Lk.3:8, Vəhy.3:19)!
Siz əgər Məni rədd edirsinizsə, öz qapılarınızı=öz ürəyinizi Mənim Üzümə bağlayırsınızsa, Mənim tövbə Ənamlarımı, Xeyir-dualarımı qəbul edə bilməzsiniz (Vəhy.3:20-21). Çünki Tanrıdan xəbərdar olduqları halda, Ona Tanrı kimi izzət vermədilər və Ona şükür etmədilər. Lakin düşüncələrində batil oldular; və onların anlayışsız ürəklərinə qaranlıq çökdü (Rom.1:21).
Tanrınınn Xeyirxahlığı Rəbbin övladlarını tövbəyə aparır. Müqəddəs Ruhsuz Tanrının övladları Tanrının Xeyirxahlığını dada bilmirlər (İb.12:11). Tanrının Xeyirxahlığı bu, Müqəddəs Ruhda yeriməkdir. Tənbəl, Tanrının Xeyirxahlığını dadmayacaqdır (Mt.25:26). Tanrının Xeyirxahlığını dad və öz tövbənin bəhrələrini qəbul et. Öz tövbəsinin bəhrələrini qəbul etmək İsa Məsihi öz ürəyinə qəbul etmək deməkdir (Yəh.1:11, Yeş.27:9, Rom.6:22). Mən özüm özüm haqqında, - yəni, mənim günahlarım haqqında Onun Həqiqətini Mənə açan Kəlamı Rəbbdən qəbul edəndə mən Onun Xeyir-dualarını, Onun Bəhrələrini yəni, Onun tövbəsini, Onun Azadlığını dada bilirəm. Bəhrə - bu Onun Lütfü, Məhəbbətidir. Mən özüm özümü mühakimə etməyəndə - yəni, cismani təbiətə görə sünnət olunmayanda, onda mənim ürəyimi tikanlarla dolur (Yeş.5:6).
- Rəbb, mənim ruhani yaşım neçədir? Sən artıq körpə deyilsən. Mən axı sənə dedim ki, səni iri addımlarla gəzdirirəm. Sən artıq yaxşı eşidir və görürsən. Düşünməyi, özünü mühakimə etməyi öyrənirsən. Mən səni Öz Dağıma doğru sürətli addımlarla aparıram. Artıq vaxt qalmamışdır. Sənin təqdis olunma yolun çox qısadır. Sən Mənimlə birgə təqdis olunanda azadlıq tez baş verir və sən Mənə yaxınlaşırsan.
- Rəbb, Sən cəmi üç ay bundan qabaq məni Göylərdən doğulmağım münasibətilə təbrik etmişdin. Və mən artıq Sənin ardınca gedirəm? Yəni, mən körpə deyiləm, artıq Sənin oğlunam? Ruhani aləmdə vaxt maksimal dərəcədə qısala bilər. Bu səndən asılıdır. Sənin ruhani yaşın Mənim üçün nə qədər susadığından, Mənə can atmağından, Mənim ardımca getmək istəyindən asılıdır.
- Və bu üç aydan sonra mənim ruhani yaşım neçədir? Üç yaşın var hər aya bir il düşür.
- Və üçyaşlılar Sənin ardınca gedə bilərlər? İnkişaf sürətinə görə ruhani yaşı fiziki yaşla müqayisə etmək olmaz. İnsan ruhani cəhətdən daha tez böyüyə bilər, nəinki fiziki cəhətdən. Mənim qızım, bu səndən, sənin Mənimlə yaxınlığından asılıdır.

Rəbb mənə yuxu verdi: Çılpaq qadın şüurunu və iman gücünü itirdiyinə görə, qucağında tutduğu uşağı az qalır yerə salsın. O üç yaşlı qızcığazın vintvari pilləkənlə cəld aşağı düşdüyünü görür. Əliuşaqlı qadın iki dəfə qıza tərəf qışqırır: Mən huşumu itirirəm, uşağı məndən al. Qız, uşağı almaq üçün qadına yaxınlaşır. Yuxu burada kəsilir.
Rəbb Dedi: - Bu yuxu indiki vaxta aiddir. Çılpaq qadın bu sənin tövbəni rədd edən cismani təbiətindir. Pilləkənlə aşağı düşən qız sənin indiki vəziyyətindir, sənin üç yaşlı ruhani mənliyindir. Vintvari pilləkənlə aşağı düşmək Mənim Dağıma, Mənim yanıma qalxmaq deməkdir. Qucaqda olan körpə - sənin tövbənin Bəhrəsidir bu Mənim Kəlamımdır=sənin tövbən üçün çarmıxdır, Onu əldən buraxma.
- Rəbb, Sən söyləmisən: Öz tövbənin bəhrələrini qəbul et. Bəli. Sənin tövbənin bəhrələri bu Məndən aldığın Xeyir-dualardır. Sən bu Bəhrəni rədd edirdin, çünki ruhən körpə idin. Körpələr özlərini mühakimə edə bilmirlər və imanda yeriyə bilmirlər və ona görə Məndən Xeyir-duaları qəbul edə bilmirlər. Öz Kəlamım vasitəsilə sənə Həyat üçün verdiyim tövbə - bu Mənim Xeyir-duamdır, bu Mənim Çarmıxımın Qüdrətidir.
- Bəs bu qız, yəni, mən arxaya çevrildim ki, bu bəhrəni götürüm? Bəli. Sən indi bu körpəni qucağına götürürsən yəni, Mənim Xeyir-dualarımı, Mənim Kəlamımı, öz tövbən üçün Mənim Hökmlərimi qəbul edirsən.
- Bu nə deməkdir? Sən imanla yeriməyi öyrənirsən. Mən səni elə öz dualarına görə tövbəyə xeyir-dualandıracağam.
- Rəbb, necə? Öz ruhunda Mənim Kəlamım vasitəsilə gördüklərini yəni, günahlarını, sən öz təmizlənmən üçün etdiyin tövbə dualarında Mənim Taxtım qarşısına gətirəcəksən (Yaq.1:23-25).
- Mən nə üçün çılpaq idim? Bu sənin körpəlik vəziyyətin idi (Vəhy.3:17). Kim Məndən üz döndərir, o çılpaqlaşır (Çıx.57:8, Vəhy.3:17). Mənəm sizin Geyiminiz və Örtüyünüz (Vəhy.19:8, Zəb.90:1-4).
- Rəbb, körpə öz çılpaqlığını başa düşmür və ona görə ondan utanmır? Bəli, körpələr öz çılpaqlıqlarından utanmırlar. Adəm və Həvva çılpaq idilər və bundan utanmırdılar (Yar.2:25). Cənnətdə iblis Adəm və Həvvanı yoldan çıxartdı, çünki onlar ruhən körpə olaraq qalırdılar və bununla onlar özlərini aldatmağa imkan verdilər və ölümə yaxınlaşdılar, Məndən isə uzaqlaşdılar (Vəhy.3:2, Mk.7:6, Ef.2:13). Körpələr yatırlar, ruhda sayıq durmurlar=təqdis olunmurlar. Çılpaq qalmaq Mənim Geyimlərimi qəbul etməməkdir, Mənim Salehliyimə, Mənim Həqiqətimə, Mənim Müqəddəsliyimə bürünməməkdir, bu öz salehliyində qalmaq=Mənsiz qalmaqdır. Salehik bu hal-hazırda sənin deyil, Mənim nəyi salehlik hesab etməyimdir.
- Rəbb, mənim bilik sahəm artıq təmizləndi? Tamam yox. Sənin fikirlərin hələ Mənim fikirlərimə uyğun gəlmir.
- Mən Sənin fikirlərinə necə malik olum? Mənim Kəlamımla bilik sahəni təmizlə. Mənim düşündüyüm kimi düşünməyi öyrən.
- Sənin düşündüyün kimi düşünməyi mənə öyrət. Mən sənə varlığın qanununu bildirirəm: Ruh üçün əkən isə, Müqəddəs Ruhdan Əbədi Həyat biçəcəkdir (Qal.6:7-8, 5:16).
- Rəbb, ona necə riayət etməli? Hər şeydən əvvəl Müqəddəs Ruhda dua et, və Mən sənə hər Həqiqətə yol göstərəcəyəm. Ruha bu, Müqəddəs Ruhda dua etmək və düşünmək, Mənim Əmrlərimi, Öyüdlərimi, Kəlamımı dərk etməkdir. Mənim Məsləhətimdə qal yəni, hər gün özünü inkişaf etdir; Mənim təzə Səmavi Yeməyimlə, Mənimlə ünsiyyətdən qidalan. Kəlam vasitəsilə səhvlərini düzəltməyi öyrən. Daima, həmişə, hər şeydə Mənəqulaq asaraq öz tövbən vasitəsilə səhvlərini təkrar etməməyi Mənim Lütfümün köməyi ilə öyrən. Məni eşitmək və Mənə itaət etmək bu, Müqəddəs Ruha görə hərəkət etmək deməkdir. Bu Mənim Orucumdur. Mənim seçdiyim Oruc bu Məni dadmaq və Mənə imanla Mənə məqbul olmaqdır (Yeş.58:6).
Həmişə dualarında sayıq ol. Öz cismani təbiətinin anlayışına, cismani təbiətinin vərdişlərinə keçmə. Hər gün, hər saat, hər dəqiqə Mənim Anlayışımı, Mənim Canlı Kəlamımı eşitmək üçün susa. Əgər sən Mənim Kəlamım üzərində düşünsən, Mən sənə Mənim Açıqlamamı=Mənim Kəlamımın İzahını verə bilərəm və Mənim Həqiqətim barədə sənin anlayışını genişləndirə bilərəm (1Tim.4:16, Rom.12:2). Əgər Mənim xalqım daima Mənim ardımca getmirsə=Mənə qulaq asmırsa, o öz cismani körpəliyində, qanun altında qalır ki (Huşə.11:7, Zəb.67:22), özündə elə həmin qanunla da Məni vursun və çarmıxa çəksin. İsraildə də elə bu baş vermişdi.
Əgər sən özünü Tanrıya iman edən hesab edirsənsə, Müqəddəs Ruha görə hərəkət etməyi öyrənməlisən. Bunu isə sən, şəxsən özün Məni, Mənim Rema Kəlamımı eşitməyi öyrənməklə yalnız Şəxsən Məndən=Müəllimdən öyrənə bilərsən (Yəh.10:27-28). Yazılı nizam cansız sözdür (2Kor.3:6). Yalnız Müqəddəs Ruh yazılmış sözü Həyat verə bilər, onda bu Canlandırılmış Kəlam səndə Həyat və Ruh olur (1Kor.15:45, Zəb.119:40). Onda, sən Mənim hərəkət etdiyim kimi hərəkət edəcəksən. Mən səndə yaşayacağam və Özümü sənin vasitənlə zühur etdirəcəyəm. İsaya sənin vasitənlə zühur etməyə izn ver.
Mənim xalqım necə də tez-tez Müqəddəs Kitabda yazılmış Kəlamı rəhbər tutaraq: Belə yazılıb - deyir və başqalarını da bu sözə əməl etməyi özünəməxsus şəkildə öyrədərək Müqəddəs Ruhun Həyatverən Kəlamına yer vermir! Əgər Müqəddəs Kitabda yazılmış Kəlamda sizin bütün suallarınıza cavab olsaydı, onda sizə Müqəddəs Ruh və Mənimlə ünsiyyət lazım olmazdı (Yəh.14:26, 1Kor.1:9, 2:10).
Mattanın 4-cü fəslində İsa Məsihin iblis tərəfindən sınağa çəkilməsi təsvir olunur. Şeytan da deyirdi: Yazılıb. Və o düz deyirdi. O yazıya görə deyirdi, Mqəddəs Ruha görə demirdi. Nə üçün Allah Oğlu onun sözünə itaət edib onu icra etmədi, axı belə yazılmışdı? Çünki İsa Müqəddəs Ruhda idi yəni, O, yalnız Atanın İradəsini icra edərək daima Ona itaət və səcdə edirdi (Yəh.4:34). O, şeytana həmin an Şəxsən Atadan eşitdiyi başqa Kəlamla cavab verirdi: Yazılmışdır ki, Tanrın olan Rəbbə səcdə qıl və yalnız Ona qulluq et (Mt.4:10) və insan yalnız çörəklə yaşamaz, lakin Tanrının ağzından çıxan hər bir sözlə yaşar, şəxsən Tanrının ağzından eşitdiyi sözlə (Mt.4:4).
Rəbb sizin ruhunuza=əqlinizə danışır, həmçinin O Yazı vasitəsilə danışır. Yazı şəxsən sizin üçün Canlananda, Müqəddəs Ruh sizin başa düşmədiyiniz yazılmış sözün mənasını sizə Öz bildiyi kimi açır. O yazılmış sözün mənasını genişləndirə bilər və onda hər şey Mən Yerimə qoyulur: sözü artıq öz ağlınıza, şöhrətpərəstliyinizə görə siz deyil, lakin Müqəddəs Ruh Həqiqətə görə izah edir.
Yaqub.1:19-da Müqəddəs Ruh bu sözün mənasını genişləndirmişdir: Hər bir insan Mənim Kəlamımı eşitməkdə qulağı iti, söz söyləməkdə və qəzəbdə təmkinli olsun. Rəbb dedi: - Siz daima Müqəddəs Ruhda qalaraq daima Rəbbə qulaq assaydınız, cismani təbiətə görə hərəkət etməz, hirslənməz, boşboğazlıqla məşğul olmazdınız. Axı Müqəddəs Ruh sizin ruhunuzda yaşayır və sizin ruhunuzdan sizə söyləyir=öyrədir. Hamınıza Tanrını şəxsən eşitməyi öyrənmək lazımdır, əks halda sizin məsihçiliyiniz boş işdir (Dan.5:27). İsa heç vaxt cismani təbiətə görə hərəkət etmirdi, çünki daima Ruhda idi. O daima Öz Ruhunda Atanı görürdü və eşidirdi və Ata Ona necə göstərirdisə, elə də hərəkət edirdi. Ona görə də O, günah etmirdi düzgün hərəkət edirdi, O Salehdir (Qal.5:16, 1Yəh. 2:6, Kol.1:10, Ef.4:17-18, Mt.21:6, 1Pet.1:15-16).
- Ya Rəbb, Sənə Ruhda və Həqiqətdə səcdə etmək nə deməkdir (Yəh.4:23)? Bu, Canlı Kəlamı Mənim əlimdən qəbul etmək deməkdir. Rəbbin söylədiyi Kəlam Ruh və Həyatdır, Ruh və Həqiqətdir (Yəh.6:63). Mənim Kəlamım Tanrının sənə üfürdüyü Həyat Nəfəsidir. Bu Nəfəs səndə cismani təbiəti öldürür və səni azad edir. Mənim Ruhumda və Mənim Həqiqətimdə Mənə həqiqi səcdə sənin həmişə Mənimlə razılaşmağından, Mənim İradəmi gedib icra etməyə razılıq verməyindən ibarətdir. Mənim Ruhumda və Mənim Həqiqətimdə səcdə etmək bu Məni Həqiqətən sevməkdir, bu, Həqiqətin Məhəbbətidir.
Rəbb gecə məni oyatdı və sual verdi: Mənim Əlimdən qidalanmaq istəyirsənmi?
- Bəli, Ya Rəbb, mən ancaq Sənin Əlindən qidalanmaq istəyirəm (Yez.44:16). Mənim Əlimdən qidalanmaq bu Mənim Kəlamımı=Çörəyi bilavasitə Məndən qəbul etməkdir, bu Mənim Ürəyimə malik olmaq yəni, Mənim Fikirlərimə, Mənim Ürəyimin Düşüncələrinə, Mənim Ağzıma, Mənim Dərrakəmə malik olmaq deməkdir (1Kor.2:16). Bu Mənim Süfrəmdir, Mənim Ədalətimdir, bu, Quzunu=Məni dadmaq deməkdir. Sən Mənim kimi mühakimə edəndə=düşünəndə bu elə sənin cismani təbiətin üçün=səndə olan günahlı insan üçün çarmıx deməkdir (Mk.14:22-24). Yeni Əhdin Kasasını Mənim Əlimdən içməyə razısanmı? (Mt.20:22-24).
- Bəli, Ya Rəbb, mən yalnız Sənin Kasanı və yalnız Sənin Əlindən içməyə razıyam və bunun üçün Sənin Lütfünü diləyirəm İsa Məsih İsmiylə!
Rəbb yadıma saldı ki, iki kasa var: Rəbbin Kasası (Zəb.115:4) və bu dünyanın=iblisin kasası. Sən həm Rəbbin Kasasından, həm də cinlərin kasasından içə bilməzsən; həm Rəbbin Süfrəsinə, həm də cinlərin süfrəsinə ortaq ola bilməzsən (IKor.10:21-22). Bir tək Qeyrətli Rəbbdən başqa kiminləsə əhd, ittifaq bağlayarkən mən Tanrı ilə öz əhdimi=ittifaqımı pozuram. Bu, ruhani alver və ruhani zinadır (Yaq.4:4, Yeş.30:1, Huşə 10:4). Mənim Rəbbim Bir Şəxsdə həm mənim Ağamdır və həm də mənim Ərimdir (Yeş.54:5-6, Huşə13:4).
- Rəbb, mənim ruhum, qəlbim və bədənim xilas olunmayıb? Bəli, sənin evin=məbədin tam axıra qədər xilas=təqdis olunmayıb. Ruhunun, qəlbinin və bədəninin tam xilas olması üçün sənin İman Kəlamına ehtiyacın var. Sənin varlığının hər bir hissəsi çarmıxdan keçməlidir. Mən istəyirəm ki, sən Həqiqəti axtarasan və tapasan yəni, özün üçün süfrə açıb bütün öz düşmənlərini, cismani bədənini aşırasan=udasan. Bu süfrə düşmənlərinin qarşısındadır. (Zəb.23:5). Ya sən öz düşmənini (Çıx.7:12), ya da düşmənin səni aşıracaq (1Pt.5:8). Üçüncü yol yoxdur.
- Onda nə üçün sən məni Öz qızın adlandırırsan? Xilas üçün ayrılmışlar, yəni müqəddəslər artıq Mənim övladlarımdır, lakin hələ cismani körpələrdir (1Kor.3:3-5, Ef.4:14).
- Bu nə deməkdir? Göylərdə sənin yeni ruhani adın yazılıb.
İsraildə körpəyə ad sünnət olunanda verilirdi. Bu onun Rəbblə əhdə daxil olduğunu bildirirdi (Çıx.17:10-14, Lk.2:21). Biz görürük ki, insanın adı o, Rəbblə görüşəndən sonra dəyişir. Rəbb, Saraya, İbrahimə, Peterə, Pavelə... təzə ruhani adlar verdi. Bizim dünyəvi valideynlərimiz bizə ad verdiyi kimi Rəbb də Göylərdən doğulmuş övladlarına Həyat Kitabında yazdığı yeni ruhani, Səmavi adlar verir (Lk.10:20, Fil.4:3, Vəhy.2:17, 13:8, 20:15, 21:27). Biz öz yeni, Səmavi, ruhani adımızı Müqəddəs Ruh vasitəsilə şəxsən Səmavi Atanın Özündən öyrənə bilərik. Müqəddəs Yazıda hər bir ad özündə müəyyən peyğəmbərlik məlumatı daşıyır. Ora hər şey, hətta xidmətin xüsusiyyəti də daxildir. Rəbb Onun verdiyi yeni adlarla adlandırılan diri daşlardan Öz Cəmiyyətini yaradır (1Pt.2:5). Rəbb hamını Onun Özünün verdiyi adla tanıyır (Yəh.10:3).
- Ya Rəbb, mənim Yeni Ruhani adım nədir? Ester=ulduz (Dan.12:3, Fil.2:15, 1Kor.15:41). Bu, ruhani cəhətdən yenidən doğulmuş cəmiyyətin timsalıdır. Bu, Ruhən xilas olunmuş Mənim bütün övladlarımın adıdır. İndi sən xilas olmusan=Ruhən qızlığa götürülmüsən. Oğulluğa=qızlığa götürülmə fiziki aləmdə baş verəndə sən Mənim bənzərimdə olacaqsan. Sən artıq bu dünyadan olmayacaqsan (Yəh.17:16).
- Bəs Sarralar kimdir? Sarralar - Mənim Səltənətimin Bəhrələrini gətirməyə başlayanlardır (İb.11:11-12). Sarra sözü Xanım deməkdir.
Başqa adam Rəbbdən xahiş etdi ki, onun yeni Ruhani adını ona açsın və o uzun müddət cavab eşitmədi. O artıq bu marağından əl çəkmişdi və bir dəfə bir konfransda, təbliğ zamanı Rəbb, onun ruhunda Yeni Ruhani adını ona söylədi. Bu ad iki sözdən ibarət idi: Xristiana İisusovna yəni, Məsihinki, İsa Məsihə məxsus olan, İsa Məsihin şagirdi (Həv.11:26, Qal.5:24, Mk.9:41).
Rəbb açdı ki, hər bir insan daima nə barədəsə düşünür, götür-qoy edir. Bizim düşüncə prosesimiz hətta gecələr də dava edir. Fərq yalnız ondadır ki, yuxuda bizim orqanizmimizdə bütün proseslər yavaşıyır. Fəqət biz nə barədə düşünürük? Fikirlərimiz necədirsə, biz özümüz də eləyik. Mən özüm özümü sınaya bilərəm - mən, daha çox və tez-tez nə barədə düşündüyümə fikir verə bilərəm . Mən özüm özümü görə bilərəm=özümü fikirlərimə görə mühakimə edə bilərəm. Özünüzü sınayın, İmanda=Tanrıdasınızmı? (2Kor.13:5, Yaq.1:12). Gün, ay, il ərzində biz daha çox nə barədə düşünürük? Bizim fikirlərimiz qəlbimizin həyatını təşkil edir. Kimlə doluyuq, nə ilə məşğuluq: Rəbblə, dostlarımızla, işlə, öz-özümüzlə, dünya ilə? Daha çox kim və nə barədə düşünürük? Əgər biz daha çox Rəbb barədə düşünməyi seçiriksə və hər düşüncəni Məsihə itaət etsin deyə əsir ediriksə, onda, bizim cismani təbiətimizin düşüncəsi, cismani təbiətimizin fikirləri dayandırılır; onda biz Müqəddəs Ruha görə yeriməyi məşq etdiririk, onda biz cismanidən daha çox ruhaniyik=Məsihinik. Kimi çox, kimi az sevməyi yəni, kimin haqqında daha çox, kimin haqqında daha az düşünməyi və öz ürəyimizi, ruhumuzu, düşüncələrimizi daha çox kimə bağlamağı biz özümüz qərara alırıq, seçirik.
Mən Tanrı Oğlu ilə ünsiyyətə - İsa Məsihlə ünsiyyət üçün çağırılmışam... Nə üçün? - Rəbblə eyni Ruhda, eyni düşüncədə bağlı olmaq üçün... Niyə görə? Rəbbin dediyi ilə mənim dediyimin üst-üstə düşməsi və Rəbblə mənim aramda: 1)nə mənim ruhumla Rəbbin Ruhu, 2)nə mənim qəlbimlə Rəbbin Qəlbi, 3) nə mənim bədənimlə Rəbbin Bədəni=Onun Cəmiyyəti arasında heç bir ayrılıq olmamasına görə (1Kor.1:9-10,13, Yəh.17:8,21,26).
Düşüncələrim, niyyətlərim necədirsə, mən özüm də eləyəm. Ya mən Məsihin Əqlinə malikəm, ya da MƏNİM arzumdan asılı olaraq dünyəvi əqlə malikəm. Yəni: ya mən istiyəm, ya soyuğam, ya da ilığam=isti ilə soyuğun qarışığıyam yəni, dünya ilə qarşılıqlı razılaşmaya girmişəm ( Vəhy.3:15-18).
- Rəbb, Sən necə də Müdrik Tanrısan? Sənin Əqlini kim dərk edib! Sən Mənim Əqlimi dərk edəcəksən. Sən Mənim Əqlimə malik olacaqsan. Mənə doğru tez can at.
- Bu Qal.2:20-dir? Bəli. Bu, həmin səviyyədir.
- Rəbb, məni bu səviyyəyə gətir. Mən bunu edəcəyəm.
- Rəbb, bəs sonra? Sonra Ruha əkməyi öyrən yəni, Mənim Canlı Əmrlərimi=Öyüdlərimi, Kəlamımı dərk et. Yalnız Mənim Məsləhətimdə qalmağı öyrən. Mən bunun üzərində düşünəndə, Rəbb mənə başa saldı ki, sayıq durmaq bu, Tanrının bu gün ilk növbədə mənim diqqətimi cəlb etmək istədiyi şeyin üzərində fikrimi cəmləşdirmək deməkdir.
- Buna necə nail olmaq olar? Daima Mənə qulaq asmaqla.
- Bu, daima Sənin Məsləhətində qalmaq deməkdir? Təkcə bu deyil. Keçmişi unudaraq irəli get, ümiddə və imanda hərəkət et. Ümid bu sənin hərəkətdə olan imanındır.
- Keçmişi unudaraq irəli getmək nə deməkdir? Səhvləri təkrar etməmək deməkdir.
- Səhvləri necə təkrar etməməli? Səhv etməməyi öyrənməklə.
- Rəbb, onları etməməyi necə öyrənmək olar? Daima, həmişə, hər şeydə Mənə qulaq as. Həmişə sayıq durmaq bu daima Mənim Kəlamım üzərində düşünmək deməkdir.
    e-mail
hristiana
Site Admin


: 27.04.2008
: 954
:

: 11, 2010 11:17 am     :

Mən bilirəm, mən bilirəm mən bu sözləri həddindən artıq tez-tez təkrar etməyə başlayanda Rəbb, necə oldusa, məni dayandırdı və dedi: - Sənin biliklərin lovğalandırır=öldürür, Mən isə Həyat verirəm, İfşa edirəm, Şəfa verirəm, Dirildirəm. Sən deyəndə ki, nəsə bilirsən, onda Mən bilmədiyini sənə göstərə bilmirəm və günah sənin daxilində qalır (Lk.6:20,Yəh.9:41,39). Sən məqsədyönlü şəkildə hərəkət etməlisən, Həqiqəti sənə aça bilməyim üçün Kəlamı araşdırmalısan.
- Rəbb, məqsədyönlü şəkildə nə deməkdir? Sən qarşına məqsəd qoymalısan və ona çatana qədər, Mənim sənə nəyi göstərmək=çatdırmaq istədiyim barədə açıqlamanı almayınca irəli getməməlisən. Mən sənə nəyi isə göstərəndə - yəni, sənə Rema Kəlamımı verəndə sən bu Kəlamı araşdırmalısan ki, bu Remaya tam Açıqlama sənin ruhunu, qəlbini və bədənini xilas edəcək İman Kəlamı alasan. Bu İman Kəlamını sən Müqəddəs Ruhdan alırsan və o zaman tövbə və qəlbisınıqlıq gəlir (1Tim.4:6). Qəlbisınıqlar=ürəyi təmiz olanlar Tanrını=Məhəbbəti görəcəklər (Mt.5:8, Zəb.50:19).
- Rəbb, İman Kəlamı vasitəsilə mən nə görməliyəm? Səndə hansı günahın olduğunu və onun kökünü görməlisən yəni, günahı Mənim Gözlərimlə görməli, Mən hiss etdiyim kimi ürəyinlə hiss edib qəlbisınıqlıqla tövbə etməlisən yəni, onun kökünü qoparmalısan.
- Rəbb, mən öz günahımı bildiyimi deyərkən və ondan tövbə edərkən nə baş verir? Elə bil ki, sən gülü dərirsən, amma onun acı kökü yerindəcə əl dəyilməmiş qalır. Sən günahın kökünə qədər, onun görünməyən, yaxşı gizlənmiş, örtük altında olan hissəsinə qədər gedib çatmalısan. Bu, elə günahın kökünü görmək və sınmaq üçün ruhda araşdırmaq, dərinliyə getmək deməkdir (Mt.15:13, İb.12:15).
- Rəbb, Sənin Dərrakənə malik olmaq nə böyük xoşbəxtlikdir! Bu, kamil Məhəbbətə malik olmaq deməkdir? Bəli. Bu Mən səni necə sevirəmsə, sənin də Məni elə sevməyin deməkdir.
- Rəbb, və onda, Sənin uğrunda əzab çəkə bilərəm? Sən artıq elə indi Mənə görə=Həqiqətə görə əzab çəkə bilərsən. Lakin sən öz cismani təbiətini nə vaxt çarmıxa çəksən, o vaxt başqalarının xilası uğrunda əzab çəkə bilərsən. Onda sən Başqası=Dostun uğrunda, Mənim uğrumda öz həyatını verə bilərsən (Yəh.15:13). Necə ki, Mən bu dünyanı o qədər sevdim ki, Öz Həyatımı sənin uğrunda qurban verə bildim, çünki Mən Atanın Ürəyinə malikəm. Bu Ürəkdə isə Məhəbbətdən başqa heç nə yoxdur. Mənim ürəyim sənə Məhəbbətlə doludur. Mənim seçimim var idi və Mən sənə görə çarmıxa getməyi seçdim. Bu elə həmin Üstün Yoldur (1Kor.12:31, 13fəs.).
- Rəbb, qoy mən bu Üstün Yolu keçim! Sən artıq indi bu Yolla gedirsən. Bu Yolla getməkdən zövq al, axı sən bu Yolu Mənimlə birlikdə keçirsən (1Kor.12:31,13 fəs.).
- Necə zövq alım? Mənə həmişə və hər bir şeydə etibar etməyi öyrən.
- Səmavi Ata, mən İsa Məsih İsmiylə duada Sənin qarşına gəlirəm. Sənə lazım olduğu kimi etibar etmədiyimə görə tövbə edirəm. Rəbb, həmişə, hər bir şeydə Sənə etibar etməyi və Səndən həmişə zövq almağı mənə öyrətməyini səndən diləyirəm. Bunun üçün Sənin Lütfünü diləyirəm İsa Məsih İsmiylə. Amin!
- Rəbb, deməli mən Sənin Dərrakənə malik ola bilərəm? Sən bütün Məndə Olan hər bir şeyə və bütünlükdə Mənə malik ola bilərsən (Rom.8:32, 1Kor.2:16).
- Rəbb, Sən Mütləq (qeyd-şərtsiz) və Kamil Tanrısan. Mən Sənin Kamilliyinə malik ola bilərəm, amma Mütləqliyinə yox. İblis Sənin Mütləqliyinə malik olmağa təşəbbüs göstərdi. Sənin Mütləqliyinlə Kamilliyin arasında olan fərqi mənə göstər ki, iblisin etdiyi kimi Sənin Mütləqliyinə malik olmağa cəhd göstərməyim, lakin Kamilliyə can atım. Mütləq Tanrı Mənəm. Beləsi ola bilməz. Mən Kamil Tanrıyam bu səndə olan Mənəm. Mənim malik olduğum hər bir şey sənə məxsus ola bilər. Sən Mənə öz ürəyində yer verəndə Mən sənə Öz Kamilliyimi verirəm. Sən Mənə öz əqlin barədə sual ver.
- Rəbb, mən Sənə öz əqlim barədə sual verirəm. Sənin əqlinin yenilənməyə ehtiyacı var. Əqlin yenilənəndə o tam təmizlənir. Əqlin yenilənməsində onun təmizliyinin dolğunluğu var. Əqlin təmizlənməsinə, yenilənməsinə günahların bağışlanması daxildir və bu İsa Məsihin Şəxsində baş verir (Məs.15:31-32, 17:16).
- Səmavi Ata, İsa Məsih İsmiylə duada Sənin qarşına gəlirəm. Mən Səndən İsa Məsihin Şəxsində mənim əqlimin yenilənməsi üçün Sənin Lütfünü diləyirəm. - Mən bunu edəcəyəm. Bu ancaq sənin imanına görə olacaq. Hər şeydə Mənə etibar etməyi öyrən.
- Necə? Mənə itaətli ol və Kəlamıma riayət et.
- Səmavi Ata, İsa Məsih İsmiylə duada Sənin qarşına gəlirəm. Sənə itaətli olmadığıma, Sənin ardınca getmədiyimə görə tövbə edirəm. Ya Rəbb, bunu mənə lazım olduğu kimi öyrətməyi Səndən xahiş edirəm. Mən qərara alıram ki, hər bir şeydə Sənə itaət edim və Sənin hər bir Kəlamına riayət edim. Bunun üçün Sənin Lütfünü diləyirəm. İsa Məsih İsmiylə dua edirəm. Amin!
Rəbb dedi: İblis sənə qarşı pislik düşünür, lakin mən bunun baş tutmasına imkan verməyəcəyəm. Sən heç bir kompromisə (qarşılıqlı güzəşt əsasında razılaşma tərcüməçinin qeydi) getməməlisən. Sənə təklif edilənlərlə razılaşma (Məs.23:1-3). İblis səni məhv etmək üçün pislik düşünür. Sənə elə görünəcək ki, iblis sənə Mənim vəd etdiklərimdən daha çox şey vəd edəcək. Aldanma və Mən səni pislikdən qoruyaram. Lakin sən müdrik hərəkət etməlisən bu həmişə Mənim Məsləhətimdə qalmaq, həmişə Mənimlə məsləhətləşmək deməkdir.
- Rəbb, bu nə vaxt baş verəcək? - Tezliklə
- Rəbb, İsa Məsih İsmiylə məni bağışla ki, cismani təbiətə görə hərəkət edərək öz cismani təbiətimlə kompromisə getmişəm. Bir daha heç kimlə, heç nə ilə kompromisə getməmək üçün Sənin Lütfünü diləyirəm İsa Məsih İsmiylə.

Rəbb belə bir yuxu verdi: kimsə içində çiçək olan boğazı sınıq gül qabını mənim əlimin içinə burub keçirir ki, az qalır barmaqlarım sınsın. Mən oyandım və Rəbbdən Kəlam gəldi: Lakin o ilanı oda atdı və bir zərər çəkmədi (Həv.28:5).
- Rəbb, bu nə yuxu idi? Əgər ilanı öz əqlindən atsan, onda heç bir zərər çəkməzsən.
- Əqlimdən ilanı necə atım ki, artıq iblisdən heç bir zərər çəkməyim? Düşünməli, fikirləşməli, Açıqlamaların detallarını müqayisə etməli, qaçmalı, Müqəddəs Ruhun qanadlarında uçmalı və zövq almalısan. Müqayisə etmək bu Mənim sənə verdiyim Mənim Açıqlamalarımın detallarının müqayisəsidir ki, səndə Mənim Həqiqətimin=Remanın tam mənzərəsi alınsın. Əgər öz əqlindən ilanı atsan yəni öz əqlini Mənim Kəlamımla yeniləsən, heç bir zərər çəkməzsən.
- Rəbb, durmadan necə qaçım? İnamsızlıqda geriyə, öz səhvlərinə baxma, lakin Mənə imanla onları təkrar etməməyi öyrən. Gəl, qaç, Mən səni gözləyirəm. Mənim yanıma tez gəl.
- Rəbb, deməli, bilik sahəsinin təmizlənməsi bu, hər şeydən əvvəl mənim ağlımın və dilimin=mənim iqrarımın təmizlənməsidir və bu bütöv bir prosesdir? Bəli. Bilik sahəsinin təmizlənməsi vaxt, sənin israrlılığını, iradəni, səbrini tələb edir, hər gün az-az, az-az, az-az... və Mənim Yüksəkliyimə doğru get. Məndən dilə və Mən səni öyrədərəm; Məndən dilə və Mən sənə öyrədərəm; Məndən dilə və Mən sənə göstərərəm; Mənim Ənamlarımın sənin vasitənlə axa bilməsi və Mənim İzzətimin zühur edə bilməsi üçün Mənə itaət etməyə sənə kömək edərəm. Bu addım-addım, addım-addım, addım-addım olacaq. Və sən öyrənəcəksən; və sən böyüyəcəksən və Bəhrə=sənin Mənə imanının zühuru gələcək.
- Rəbb, əgər vaxtında öz iqrarımı araşdırsaydım, indi harada olardım? Mənim Məhəbbət Dağımın Zirvəsində (Zəb.23:3-4). Bizim öz Mənliyimizin etdiyi cismani iqrar iblisanidir və biz şeytana bizim dilimizdən istifadə etmək üçün hüquq veririk, ona görə də şeytanın günahlarında iştirak edirik. Quyu qazan (öz cismani iqrarı ilə), özü ora düşür; kim imansızlıqla və düzgün olmayan iqrarla iman divarını sökürsə, onu ilan sancar (Vaiz 10:8, Zəb.7:16-17).
- Rəbb, bir insan dedi ki, Sən ona söyləmisən ki, onda Üstün Ruh var. Bu belədirmi? Yox. O düz başa düşməyib, çünki Mənim Rema Kəlamıma Mənim açıqlamamı axtarmayıb. Mən onun özünü xüsusi, fövqəladə hesab etməyini, başqa insanların və Tanrının Özünün qarşısında özünü yüksəltməyini nəzərdə tutmuşam (2Kor.12:7). Siz öz iqrarınıza fikir verə bilərsiniz, lakin bu hələ Mənim Üstün Ruhum=Yolum deyildir. Biz dilimizlə bir şey iqrar edə bilərik, lakin ürəyimiz Rəbb və başqa insanlar qarşısında öyünər və bu, Üstün Ruh demək deyil. Üstün Ruh - bu o deməkdir ki, mən təkcə gözəl danışmıram, həm də Rəbb kimi düşünürəm və yaşayıram yəni, O və mən birik.
- Zirvə, Yüksəklik bu Sənin Dərrakəndir? Bu Mənim Yüksək Dərrakəm, Mənim Hikmətim, Yüksək Ruhum, yaxud Üstün Ruhumdur (Yeş.6:1). Mən səni Öz Yüksəkliyimə aparıram.
- Rəbb, Sən Özün bu dialoqu qurursan? Bəli, sən artıq bu dialoqu Müqəddəs Ruhda duada diləmisən.
- Deməli, bizim indi Səninlə dialoqumuz Müqəddəs Ruhda edilən duanın Sənin tərəfindən İzahıdır? Bəli. Bu, Müqəddəs Ruhda duanın Mənim tərəfimdən İzahıdır.
- Sən mənim bilik sahəmi nə vaxt təmizləyəcəksən? Bu tamamilə səndən asılıdır. Sən Mənim hər bir Rema Kəlamımı son dərəcə dəqiq və səylə araşdırmalısan (1Tim.4:16). Mənim övladlarım, Mən sizinlə yaxınlıq üçn susamışam. Bəs Mənimlə yaxınlıq üçün susayan kimdir!

- Səninlə bu ünsiyyətdən də daha üstün bir şey varmı? Mənimlə bu ünsiyyətdən də üstün şey var. Mənimlə yaxınlıq, Mənimlə vəhdət bu sənin ürəyinlə Mənim Ürəyimin vəhdətidir.
- Mən buna doğru gələ bilərəm? Sən buna doğru Mənim yanıma gəlirsən. Bircə dayanma (Kol.3:1-2). Tələs. Mən səni gözləyirəm. Bu gün bir çox məsihçilər Məni gözləməklə səhv edirlər, Mən isə sizi gözləyirəm. Mən həmişə sizə Yaxınam və sizin Mənimlə ünsiyyətinizi gözləyirəm (Rom.10:8)!
- Rəbb, necə dayanmayım, necə tələsim? Həmişə Mənə qulaq as, Mənimlə məsləhətləş və həmişə Mənim ardımca gəl.

Məni işdən məzuniyyətə göndərdilər. Rəbb dedi: - Vurnuxmaya düşmə. Mən bunu məişət qayğıları mənasında başa düşdüm.
- Rəbb, vurnuxmaya düşməmək üçün Sənin Lütfünü diləyirəm. Mən sənə əqlindəki vurnuxman barədə deyirdim (Ef.4:17,23). Bu sənin cismani təbiətinin düşüncəsidir. Hər bir düşüncəni Mənə itaət etsin deyə əsir edərək əqlən yenilənmək lazımdır (2Kor.10:5-6). Bu Mənim kimi düşünmək deməkdir. Sən düzgün düşünəndə düzgün də hərəkət edəcəksən.
- Mən necə düzgün düşünüm? Mənim Düşüncəmə, Mənim Dərrakəmə malik ol. Ona görə öz ürəyini=fikirlərini xırdalıqlarına qədər araşdır. Hər bir problemin kökünü tap ki, tövbə vasitəsilə Müqəddəs Ruhun Qüdrəti ilə ondan qurtulasan. Problemin kökünü sən ancaq öz ruhunda Mənim Çırağım=Müqəddəs Ruh vasitəsilə görə bilərsən. Əqlində daima məşq etmək lazımdır: düşünmək, düşünmək yəni, Mənimlə daima sayıq durmaq lazımdır.
- Rəbb, mən inanıram ki, bu mənim həyatımda ən gözəl məzuniyyət olacaq! Sənin məzuniyyətin - əzab çəkənləri yəni, Məni və özünü Azadlığa buraxmaqdır. Mənəm - sənin məzuniyyətin, Mənəm - sənin azadlığın. Mənim Gəlişimə qədər özünü tam məzuniyyətə burax. Mənim Azadlığım üçün susa.
    e-mail
hristiana
Site Admin


: 27.04.2008
: 954
:

: 11, 2010 11:19 am     :

♫ 2. İQRAR ♫


Rəbb dedi: - Öz dilinin iqrarı barədə Məndən soruş.
- Rəbb, Mən Səndən bu barədə soruşuram. Sən öz dilinin nə söylədiyinə nəzarət etməlisən və öz iqrarını, öz fikirlərini araşdırmalısan. Sən ruhani yaradılışsan. Sənin iqrarın sənin düşüncənin ardınca gedir. Sənin fikirlərin, sözlərin sənin ürəyinin vəziyyətini müəyyənləşdirir. Öz ruhuna diqqət etməlisən ki, ürəyinin vəziyyətini görəsən. Bunu sənə ancaq Müqəddəs Ruh göstərə bilər. Düzgün düşüncə, düzgün iqrar səni iblisani yollardan və bu dünyanın yalanından qoruyar (İb.10:23).
- Mənim iqrarım məni necə qoruya bilər? Sənin cismani təbiətinin iqrarı bu sənin qanunundur, sən öz qanununun lənəti altına düşürsən (Qal.3:10). Sən öz dilinin iqrarı ilə özünü tora salırsan. Sənin iqrarın səni ya yalan yoluna sürükləyir, ya da Tanrının Həqiqəti Yoluna aparır (Lk.19:22).Sənin iqrarından sənin həyatın asılıdır (Mt.12:36-37). Sənin sözlərin - əgər onlar Mənim Sözlərimlə üst-üstə düşmürsə, - bu Mənim deyil, sənin yollarındır, (Zəb.38:2). Öz dilini dinc=qıfıl arxasında saxlamağı öyrən. İqrar çox mühümdür. Bu həyat və ölüm məsələsidir (Zəb.21:23). Həyatı, Həyat Kəlamını seç. İqrar sənin əqlinə təsir edir. İsa Mənim Kəlamımla Eyniləşdirildi, Onun adı - Tanrı Kəlamıdır (Vəhy 19:13) Sən də Mənim Kəlamımla eyniləş. Mənim Kəlamım Ruh və Həyatdır. Hər şey - sənin ya Mənim - söz vasitəsilə, sənin iqrarın vasitəsilə başlayır (Yəh.1:1-3). Mənim Kəlamımın vasitəçiliyi olmasa, Mənim yanına heç kim gələ bilməz. Mənim yanıma tələs.
- Rəbb, məgər mənim iqrarıma təsir edən mənim fikirlərim, əqlim deyil? Bəli. Lakin sən nə düşündüyünü həmişə dilinə gətirmirsən və ağzından nə çıxdığına həmişə qulaq vermirsən. Hərdən sənin sözlərin sənin fikirlərindən qabağa düşür və sən nə dediyinin fərqinə varmırsan və nə dediyin barədə düşünmürsən (Zəb.16:3). Bu sənin natəmiz ürəyinin dərinliyindən, sənin natəmiz əqlindən gəlir. Bu yalançı iqrar düşmənin toxumu kimi sənin ağlına çökür və Mənim Bəhrəmi deyil, sənin öz bəhrəni gətirir (Mt.13:52) - yəni, sən sonra da yalan danışmağa=yalan toxumu səpməyə davam edəcəksən (Yaq.1:14-15). Müqəddəs Ruha görə nə barədə düşündüyünü, Mənim Həqiqətimi səpməyi=deməyi öyrən (Yaq.1:17-21).


Rəbb yuxu göndərir: iki nəfər qaçışçı uzun məsafəyə qaçış yarışına çıxıb: 1)mənim fikirlərim 2)və mənim sözlərim (1Kor.9:24-27). Artıq finişdir. Fikirlər qabağa çıxır, sözlər isə onun dalınca qaçır. Onlar finiş xəttini keçmişlər və qaçışçılar tədricən yavaşıyaraq ixtiyari qaçmağa davam edirlər. Sözlər ayaqlardan (fikirlərdən) yapışıb və yerlə sürünürlər. Onlar artıq qələbənin ləzzətini duyur. Birdən bu qaçışçılar maşın yarışmalarındakı yarışçılara çevrilirlər. Öz maşınlarını=fikirlərini və sözlərini idarə etmək əvəzinə maşın yarışçıları arxayınlaşdılar, yuxuladılar və əllərini sükandan çəkdilər. İdarəni itirən maşınlar Yoldan çıxdılar və əzildilər, yarışçılar isə həlak oldular. Onlar finişi keçdilər, amma sayıq durmadılar. Onlar artıq qalib olduqlarını gördülər, lakin Qələbənin dadını hiss etmədilər.
Rəbb başa saldı ki, yarışçılar arxayınlaşdılar=Qələbəni vaxtından əvvəl bayram etdilər. Buna görə də kim düşünürsə ki, öz-özlüyündə ayaq üstə durub, ehtiyatlı olsun ki, yıxılmasın (IKor.10:12). Yarışçılar vaxtından əvvəl arxayınlaşdılar və Kəlamda sayıq durmadılar, ona görə də ölüm biçdilər.
Rəbb dedi: Məndən nə eşitdiyinə fikir vr. Sayıq durmamaq bu öz anlayışına keçmək, öz salehliyi ilə aparılmaq, öz salehliyini Rəbbin Salehliyindən üstün tutmağa çalışmaq deməkdir (Rom.10:3). Fikir vermək bu, araşdırmaq, Tanrının mənə dediklərini yazmaq deməkdir. Quyuya düşməmək üçün dilimin nə dediyinə fikir verməyi=eşitməyi mənə öyrənmək lazımdır.
Rəbb dedi: Məndən öz filtrin kimi istifadə et. Filtr qaranlığı nurdan ayırır. İmansızlıq ifadə edən sözlər işlətmə. Sənin dilin ürəyinlə əlaqədardır (Mk.7:15, 20-23). Mənim anlayışımı, mənim ədalətimi, mənim salehliyimi Tanrının Alovundan keçirmək=təmizləmək yəni, Tanrının Anlayışından, Ədalətindən, Hikmətindən, Salehliyindən keçirmək lazımdır. Mənə tezliklə nalayiq sözlərdən, boşboğazlıqdan, imansızlıq ifadə edən sözlərin mayasından qurtulmaq lazımdır. Əgər mən Rəbblə birəmsə, onda, mənə Rəbblə birlikdə Rəbb Özü çarmıxda etdiyi kimi, cismani təbiətdə olan günahı məhkum etmək lazımdır (Rom.8:3, 1Kor.11:31-32).
Rəbb açdı ki, çox hallarda Müqəddəs Kitabda mənim dilim bu məni özümün seçdiyim yolla aparan ayaqlarımdır. Həyata ya ölümə aparan yol dilin əlindədir (Məs.18:21). Ayaqlarınız üçün düz yollar salın yəni Həqiqəti sevin və onu deyin (İb.12:13, Mt.3:3, Məs.2:15). Həqiqət və ədalət insanın deyil, Mənim dediyimdir. Düz yolla getmək bu Mənim Yollarımla getmək, Mənim Düşüncələrimlə düşünmək, Mənim Sözlərimlə danışmaq və Mənim Həqiqətimlə yaşamaq deməkdir (Məs.9:6,15; 21:29, Qal.2:14). Əyri yollarla isə ilan sürünür (Məs.28:18, Lk.3:5). Sənin hansı yolla: Mənim Yolumla ya öz əyri yolunla getməyin sənin iqrarından asılıdır. Necə düşünürəmsə, elə də danışıram, necə danışıramsa, elə də hərəkət edirəm. Mənim iqrarım bu, öz sözümlə məni öz yoluma istiqamətləndirən ayaqlarımdır. Ona görə də, necə danışıramsa, elə hərəkət edəcəyəm=yaşayacağam. Mənim sözlərim - bu mənim seçdiyim yoldur (Sef.3:13).
- Mən Öz Sözlərimdən istifadə edirəm ki, səni Öz Sirlərimin, Hikmətimin Dərinliyinə aparım. Mən Öz Xəzinələrimi Öz Ürəyimdə gizlətmişəm. Məni axtaran Mənim Xəzinələrimi tapacaq. Mənim Xəzinələrimi=Məni tap və sən Mənim yanıma çoxlarını gətirəcəksən. Sən öz cismani təbiətinin fikirlərinə Mənim Kəlamımla qalib gələ bilərsən. Sənin öz ayaqlarınla getdiyin yol yəni, sənin iqrarının yolu düz və ya əyri ola bilər. Düz yol bu Mənim Həqiqət və Həyat Yolum, Qələbə Yolum, Mənim Canlı Kəlamımla gedilən Yoldur (Məs.14:12, 12:22). Mənim sizə söylədiyim Kəlam Ruh və Həyatdır (Yəh.6:63). Sən bütün düşüncələrini Mənə itaətə əsir edəndə Mən sənin düşmənlərinin qarşısında süfrə açıram, lakin əlləri=əqli Kəlamla səylə yumadan yeməzlər (Zəb.23:4, Mk.7:3). Öz natəmizliyini Mənim Kəlamımla daha tez-tez yu. Mənim Oğlum iblislə Mənim Canlı Kəlamım vasitəsilə vuruşurdu yəni, Özünün həmin andakı həyatı üçün Mənim verdiyim Kəlam vasitəsilə vuruşurdu (Mt.4:4). Əsas döyüş sənin əqlində=ruhunda gedir. Mənim Canlı Kəlamım bu Mənim Canlı İkiağızlı Qılıncımdır (İb.10:12-14), sənin imanın isə - bu Mənim Canlı Qalxanımdır, düşməndən Müdafiədir (Ef.6:11, 17).
Dad və dərk et ki, Rəbb=Qalib necə Yaxşıdır. Özündə sənin yox, Mənim Qələbəmi bayram et. Sayıq ol yəni, özündə Mənim Qələbəmi elan et. Qələbəni=Onu=Rəbbi duada elan et=çağır və Rəbbin şərəfinə sağlıq de (Rom.10:12-13). Mənim şərəfimə sağlıq demək, bu Mənim Qələbəmi elan etmək, sənə verdiyim Kəlamı peyğəmbərlik etməkdir, bu, özündə düşmənin bütün fikirlərini əsir etməkdir. Peyğəmbərlik etmək bu Mənim Kamil İradəmi elan etməkdir və sən Mənim düşündüyüm kimi düşünəcəksən, Mənim yaşadığım kimi yaşayacaqsan. Sən öz cismani təbiətinin düşüncələrinə Mənim Kəlamımla qalib gələ bilərsən.

Mən öz konkret günahımdan tövbə edəndə və Rəbbə söz verəndə ki, daha günah etməyəcəyəm (Rom.10:3, 9:30-33), Rəbb açdı ki, mən Peter kimi özüm özümə güvəndim, bir daha günah etməmək üçün Rəbbdən Onun Köməyini və Onun Lütfünü diləmədim. Peter özünə inamla dedi: Mən heç vaxt azmaram, Səndən inkar etmərəm (Mk.14:29-31,72). Rəbbin Köməyi=Lütfü olmadan mən öz günahıma qarşı dura bilmərəm. Əgər mən Rəbbə güvənmirəmsə, mənə iman lazım deyil. Çünki Allahın lütfü ilə imanla xilas oldunuz və bu, sizdən asılı deyil, kömək üçün Allaha müraciət edənlərə və Onun köməyinə inananlara Allahın ənamıdır (Ef.2:8).
Və Rəbb dedi: - Kamilliyə öyrən yəni Rəbbdən öyrən. Məndən öyrənmək üçün Mənim Lütfüm sənə yetər (2Kor.12:9).
- Rəbb, ətraflı başa sal. Sən Mənim Köməyimi=Lütfümü=Qüdrətimi Məndən diləməyəndə, öz vədlərini Mənsiz icra etməyi seçəndə Mən sənə lazım deyiləm. Mənsiz heç nə edə bilməzsən. Və əgər öz vədlərini yerinə yetirmirsənsə, sən yalançı olursan. Əgər sənin vədlərin Mənim Kamil İradəmlə üst-üstə düşmürsə, Mən sənin vədlərini icra etmirəm. Mən insan yolları ilə getmirəm. Mənim Yollarım sənin yollarından yüksəkdir. Adəm öz yolu ilə getdi və günaha batdı. Qoy sənin dilin və sənin ürəyin Tanrı qarşısında sənin sözünü, sənin andını, sənin vədini söyləməkdə tələsməsin(Vaiz.5:1,3-5, Mt.5:34, Qal.3:10).
Sən Mənim kimi Həqiqətə görə hərəkət edəndə onda, Mənim Vədlərimi icra edirsən. Mən Ataya verdiyim vədi onunla yerinə yetirdim ki, HƏMİŞƏ Ona itaətli oldum (İb.10:9, Zəb.39:8-12). Mənim hərəkət etdiyim kimi hərəkət etmək yəni, Mən səni sevdiyim kimi sənin Məni sevməyin bu, iman qəhrəmanlığıdır. Çarmıxda Mənim Ataya imanım icra olundu. Sən Məni sevəndə Mən sənin Mənə olan imanını icra edirəm. Sən Mənim Əmrlərimi, Mənim Kəlamımı icra edəndə sənin imanın Mənə məhəbbətlə hərəkət edir (Rom.13:10, Yəh.14:23). Sənin Mənə imanının əsası bu, təmiz ürəkdən gələn Məhəbbətdir (Qal.5:6). Mən, Məni sevənləri sevirəm o kəsləri ki, öz sözünü deyil, Mənim Kəlamımı icra edir. Mənim Kamil İradəm Məhəbbətdir. Sən Mənim Məhəbbətimlə hopdurulanda və sən Mənə məhəbbətlə dolanda sənin mübarizən qurtarır, sən Mənim Rahatlığıma, Sülhümə, Sevincimə daxil olursan (İb.4:1). Əgər sən Məni sevirsənsə, onda Mənə tabe olmaq çox asandır. Məhəbbət özününkünü axtarmır.
- Rəbb, düşmənlərin qarşısında süfrə açmaq nə deməkdir? Bu sənin tövbəndir. Mənim Yaşılığım səni tövbəyə aparır. İblis sənin səyindən - Kəlamda yerimək səyindən qaçır. Tövbə zamanı xilas baş vermir. Sən Mənim səndə xilasedici işimi icra etməyə başlayan Müqəddəs Ruhumun yalnız İlk Məhsulunu alırsan (Lk.21:19, Vəhy.22:11). Tövbə zamanı sən Mənim Həqiqətlərimin və Açıqlamalarımın dərinliyinə doğru Mənim ardımca hərəkət edə bilmək üçün Mənim əfvimi alırsan. Müqəddəs Ruh Mənim İradəmlə müqəddəslərin xilası üçün vəsatət edir (Rom.8:27). Mənim hər bir günahım bu mənim Rəbbə yaxınlaşmağım və Rəbbin ardınca getməyim üçün bir maneədir. Rəbb Müqəddəs Ruh, addım-addım mənim haqqımda Həqiqəti açır. Siz Həqiqəti dərk edəcəksiniz və Həqiqət sizi azad edəcəkdir (Yəh.8:31-32). Biz tövbə edəndə hər bir maneə=günah Rəbb tərəfindən uzaqlaşdırılır.
- Rəbb, müqəddəslər kimlərdir? Bu tövbə edən adamlardır və Mən onları xilas üçün ayırıram (Rom.8:29-30). Məndən iqrar barədə yenə soruş.
- Rəbb, hansı iqrar düzgündür? Mənim məskən saldığım sənin ruhundan gələn iqrar, bu sənin sözünə deyil, Mənim Kəlamıma, İman Kəlamına əsaslanan iqrardır (İb.4:14, Rom.10:8-9).
- Rəbb, İman Kəlamı nə deməkdir? Mən çalışacağam elə cavab verim ki, sən başa düşəsən. Mən səninlə birlikdə düşünürəm, sənin cismani təbiətinin fikirlərini ruhani fikirlərə çevirmək üçün səni Öz Dərinliklərimə, Sirlərimə aparıram. İman Kəlamı bu sənin ruhunda olan Mənim Ruhumdan gələn Kəlamdır. Bu, Müqəddəs Ruhun Açıqlama Kəlamıdır.
Rema Kəlamı və Açıqlama eyni şey deyil. Mənim Rema Kəlamıma sənə Mənim İzahım da yəni, Mənim Açıqlamam da lazımdır. Rema bu, Müqəddəs Ruhdan gələn Kəlamdır. Açıqlama bu, Remanın həqiqi mənasının dərk edilməsidir (Zəb.119:2,24). Rema Kəlamı Mənimlə bir yerdə düşünmək vasitəsilə (Mt.13:19) yəni, addım-addım Mənim ardımca Mənim Hikmətimin Dərinliklərinə getmək üçün Mənə yaxınlaşmağına mane olan günahından azad olmağa susamağın vasitəsilə, Mənim Üzümü, Mənim Həqiqətimi axtarmağın vasitəsilə Mənim tərəfimdən sənə açılmalıdır (Ef.13:16-21).
Məndən Rema Kəlamı alanda sən Bu Remaya inanmağa, Onu iqrar etməyə, həmin Rema Kəlamı ilə dua etməyə, Onu iqrar etməyə və Mənim Rema Kəlamımın mənasını araşdırmağa, Mənim Həqiqi Mənamı anlamaq üçün Remanın üzərində düşünməyə başlayırsan (Zəb.119:14-15). Sənin iqrarın, düşünmələrin və araşdırmaların nəticəsində Mən=Kəlam gəlirəm və sənə Öz Dərrakəmi=Açıqlamamı yəni, Mənim İman Kəlamımın=Remanın Həqiqi mənasını verirəm və sən bu Kəlam barədə Mənim Dərrakəmlə, Biliyimlə - Mənim Ruhumla dolursan. Sizin Müqəddəs Ruhladolmağınızın Həqiqi mənası budur (Ef.5:18).Və Mənim Biliyimlə=Açıqlamamla dolmaq vasitəsilə Mən=Kəlam gəlirəm və sənin ruhunda, qəlbində və bədənində Öz Şəfaverici İşimi icra edirəm. Mən Kəlam, gəlirəm və sənin cismani təbiətinin əvəzinə (Yeş.55:11, Lk.7:7, 2Kor.3:18) səndə Mən Bəşər oluram (Yəh.1:14)
Səni Dağa=Öz yanıma aparmağa Mənə mane olma. Əgər sən Mənim Rema Kəlamımı lazım olduğu kimi araşdırmasan, yəni, özün haqqında Həqiqəti dərk etmək üçün Onun üzərində düşünməsən, Mən səni Dağa apara bilmərəm. Mənim hər bir Rema Kəlamımı, Ona bütün ürəyinin qüvvəsini sərf edərək, onun üzərində daima düşünərək, dəqiqliklə=səylə araşdır və O sənə xilas=azadlıq gətirəcək (Zəb.2:1-6). Öz səyin vasitəsilə sən öz günahlarını görəcəksən, tövbə edəcək, sınacaqsan və öz günahına nifrət edəcəksən (Vəhy.12:11). Və yalnız tövbə vasitəsilə Mən sənə Azadlığa=Mənim yanıma aparan Həqiqi Yolu göstərə bilərəm (2Tim.2:25-26). Sənin və bütün ev əhlinlə: sənin ruhunun, qəlbinin, bədəninin şəfa tapacağı, xilas olacağı Kəlamı sənə yalnız Mən verə bilərəm (Həv.10:6).
Adəm Mənə inanmayanda günah etdi və o özünü Mənimlə bərabər öz günahının məhbəsinə saldı. Sən Mənə itaətli olanda=Mənə iman edəndə sən Məni, Mən isə səni azad edirəm. Bu Həqiqət, Mənim ardımca gedə bilməyin üçün səni günahdan azad edəcək həmin Həqiqətdir. Bu, çarmıx vasitəsilə, tövbə vasitəsilə Məni sənin günahından azadlığa buraxmaq deməkdir. Bu Mənim və sənin Azadlığımızdır. Günah dözülməz olmalıdır, onda Həqiqi tövbə və Həqiqi Azadlıq gəlir. Sən günaha nifrət etmək, sınmaq üçün, onun nə qədər iyrənc olduğunu Mənim Gözlərimlə görməlisən (Vəhy.12:11).
- Rəbb, Rom.8:27-də yazılıb: Ürəkləri araşdıran... Sən burada nəyi nəzərdə tutmusan? Müqəddəs Ruhdan Açıqlama almadan sizin təbliğ etdiyiniz kimi, Mən heç kəsi xətəliklərlə, problemlərlə sınağa çəkmirəm. Mən sizə, çox vaxt bilmədiyiniz (Məs.24:12), bəzən bir neçə nəslin günahları ilə bağlı olan gizli günahlarınızı açaraq (Məs.17:3, Yer.12:3, 17:10, Zəb.139:23-24) Mən sizin ürəklərinizin dərinliklərini, niyyətlərini sınayıram=araşdırıram. Və bu günahlar=açıq qapılar=dəliklər vasitəsilə şeytan sizə yol tapır. Lakin Mən zühur etdim ki, iblisin əməllərini puç edim (1Yəh.3:8). Daxilinizdə gizli hər nə varsa, günah buxovlarınızdan sizin azadlığınıza doğru Həqiqət Nurundan=Müqəddəs Ruhdan gec-tez üzə çıxmalıdır. Siz Mənim Həqiqətim üçün, Mənim verdiyim Azadlıq üçün susamalısınız və ondan ötrü Məni çağırmalısınız (Yer.33:3, 29:11-13).
Başqa insanla ünsiyyət zamanı mən düşünmədən Tanrını ittiham edərək dedim: Rəbb Öz Müdafiəsini mənim üzərimdən bir az çəkib; gecə şeytan məni boğmaq istəyəndə Rəbb məni şeytandan qorumadı. O biri gecə, Rəbb yuxuda mənim yalan ittihamım=iqrarım nəticəsində ruhani aləmdə nə baş verdiyini mənə göstərdi.
Yuxuda mən özümü ağılsız bir adamdan qaçan gördüm bu mənəm, mənim ağılsız iqrarımın timsalıdır. Mən yerimdəcə qaçdığıma görə heç yerə qaçıb gedə bilmirdim. Ağılsız=mənim sözlərim qaçıb mənə çatır və dişlərini mənim boğazıma keçirir. Mən fiziki cəhətdən bunu hiss etdim və qorxu içində yuxudan oyandım.
- Rəbb, mən dəhşət içindəyəm, bu nədir? Sən öz yalan iqrarınla günah etmisən və tövbə etməmisən. Çünki Tanrıya istehza edilməz. Insan nəyi əkirsə, onu da biçir. Mənə iman gətirən hər bir kəs Mənə böhtan atmaz (Huşə 7:13, Yez.35:13). Deyilən məsəl doğrudur: özün-özündən heç yerə qaça bilməzsən, öz sözlərindən qaça bilməzsən, çünki öz sözlərinə görə bəraət qazanacaq və öz sözlərinə görə məhkum olunacaqsan (Mat.12:36,37).
- Ya Rəbb, mən hansı günaha yol vermişəm? Sən dedin ki, Mən sənin üzərindən Öz Müdafiəmi çəkmişəm. Bu Mənə qarşı günah idi (Yeş.59:13-15). Sən günahını dərk etmədin, tövbə etmədin və şeytan sənə yol tapdı (Rom.8:31-32). Sən öz sözlərinlə məhkum olunursan ya da bəraət qazanırsan (Mat.12:37). Sən Məni görmədiyim işdə ittiham etdin. Sən özün Mənim Müdafiəmi və Mənə olan imanını Mənim haqqımda düzgün olmayan iqrarınla dağıdırsan (Vaiz.10:8).
- Rəbb, nə çün mən bu günahı dərk etmədim? Çünki nə söylədiyinin üzərində düşünmədin. Sən çox vaxt ürəyində olanlara və ağzından çıxanlara fikir vermirsən (Mk.4:24, Mt.15:11). Rəbb həmişə mənimlədir. O, Ona iman edənlərin üzərindən Öz Müdafiəsini heç vaxt götürmür. Rəbbə olan imansızlığımla, öz işlərimlə, sözlərimlə, günahlarımla mən Rəbbdən aralanıram, özümü Rəbbdən çəpərləyirəm və Onun Müdafiəsini, mənim ətrafımda olan Onun Çəpərini dağıdıram. Rəbbi ittiham edib: Rəbb xəstəliklərə, müharibələrə, əziyyətlərə - yəni, şeytana izn verir deyərkən Ona qarşı günah edirəm. Şeytana mən özüm izn verirəm, onunla da mənim bütün bəlalarım gəlir (Ef.4:27). Rəbb mənə Özünün Qeyd-şərtsiz Məhəbbətini və mənim ruhumun, qəlbimin, bədənimin çiçəklənməsini bəxş edir=izn verir=verir. Rəbb heç də şeytana izn vermək üçün deyil, şeytanın əməllərini dağıtmaq üçün gəlmişdir (1Yəh.3:8).

Rəbb mənə yuxu verir. Müharibə gedir. Mən tanımadığım bir yerdəyəm və bilmirəm hara gedim. Amma çevrilib arxaya baxaraq gedirəm ki, arxadan kürəyimə atəş açmasınlar. Əvvəlcə mənim silahım yox idi, amma sonra mənim əlimdə haradansa silah peyda oldu. Mən getməkdə davam edirəm, birdən yad bir Kişi ilə üz-üzə gəlirəm. Mən bir şey anlamağa macal tapmamış, O artıq məni Əlləri üstündə aparır. Mən bilmirdim O düşməndir yoxsa dost və buna görə də, öz silahımı onun Başına yaxın tutaraq Ona bildirmək istəyirdim ki, əgər ağlında pis bir şey tutubsa, mən atəş açacağam. O məni Müqəddəs Ruha görə getdiyim istiqamətdə aparırdı. Mən Onu əməlli-başlı nəzərdən keçirmədim. Mənim Ona etibar etmədiyimi bilərək, O mənə deyir: Mənim Gözlərimə bax. Mən bunu etmək istəyirdim ki, yuxudan ayıldım.
Bu Məni Öz Əllərində aparan İsa Məsihdir. O məni Öz Bədəni ilə düşməndən qoruyurdu. Onun Gözləri Onun Qəlbinin güzgüsüdür və əgər mən tez-tez Rəbbin Gözlərinə baxsam, onda bu Gözlər mənə hər şey barədə danışacaq. Onlar mənə Onun Məhəbbəti, Onun Ürəyinin arzusu barədə danışa bilər, Onun İradəsini göstərə bilər, məni təhlükədən qoruya bilər və mənə getməli olduğum Yolu göstərər. Silahı Ona tərəf tutmağım isə o demək idi ki, mən Rəbbi tanımamışdım və Rəbbin düşmən olduğunu güman etmişdim.

Başqa bir dəfə mən öz kədərlənmiş ruhumda bir adama dedim ki, Rəbb hər şeyi bacarır, bəs nə üçün O mənə bir Çıxış Yolu göstərmir. Və Rəbb mənə açdı ki, belə deməklə mən yenə də Rəbbi ittiham etdim.
- Sənin yalan iqrarın=cismani təbiətinin iqrarı sənin həyatında şeytana yol verir və o səni cəhənnəmə - yəni öz yuvasına aparır, ona görə də bir çoxlarınız ölürsünüz (1Kor.1:30-32).
- Rəbb, danışığıma nəzarət etməyi necə öyrənim? Hər bir sözünə qarşı diqqətli ol. Çox danışma, boşboğazlıq etmə, özünü öz sözlərinlə dolaşdırma (Məs.14:23, 1Tim.1:6, 2Kor.2:11).
- Boş sözlər nə deməkdir? Bu sözlər=dəlicə buğdalar, sanki sənin tərəfindən küləyə atılıblar, lakin onlar sənin əleyhinə öz işini görür (1Kor.14:9, Huşə.12:1). Sən bu sözlərin mənasını araşdırmırsan, ruhani aləmdə isə sözlər gücə malikdir. Dediyinin üzərində düşünmək lazımdır. Danışanda özünə qulaq asmağı öyrən. Öz iqrarını araşdır. Onun üzərində düşün.
Sən öz sözlərin üzərində düşünəndə Mən sənə Öz Biliyimi verirəm və sənin düşüncəni düzəldirəm. Düzgün iqrar səni o hüdudlara kimi qaldırır ki, daha oraya şeytan yol tapa bilmir. Mənim Sözlərim səni Mənim Yüksəkliyimə qaldıran Qanadlardır (Çıx.55:8-9). Mənim Kəlamımın sənin ürəyində bol-bol yerləşməsinə imkan ver.
Rəbb, Qanun.5:11-dəki əmrin mənasını açdı: Tanrın olan Rəbbin adını boş yerə dilinə gətirmə - Rəbbi pisliklə əlaqələndirmə - yəni, bu dünyanın tanrısı=şeytan yalan danışanı cəzasız buraxmayacaq. Sən Kəlam haqqında Mənim Açıqlamama malik olmayanda və öz sözünü sanki Həqiqət imiş kimi inamla deyəndə, sən onu boş yerə=hədər yerə deyirsən və şeytan səni yalan iqrarınla tutur.
- Rəbb, bunu necə başa düşüm? Axı yazını=yazılı nizamı Sən yazmısan? Bəli, Müqəddəs Kitabı insanlar köçürüblər. Əhdi-ətiq zamanında insanların şeytan haqqında lazımi qədər açıqlamaları yox idi. Onlar Mənim Kəlamımı təhrif edilmiş şəkildə köçürüblər. Şeytanın etdiklərini Mənim ayağıma yazıblar.
- Rəbb, bu ayəni axı Sən yazmısan: Tanrın olan Rəbbin adını boş yerə dilinə gətirmə, çünki Rəbb Öz adını boş yerə dilinə gətirəni cəzasız qoymaz (Qanun.5:11, 20)? Bu elə həmin o yerdir ki, orada Rəbb sözü əvəzinə şeytan sözü dayanmalı idi. Sənin boşboğazlığını Mən yox, o, cəzasız qoymaz. Bu, ataların günahıdır ki, Mənim Kəlamımı öz bildikləri kimi izah ediblər (Huşə.7:13, Mik.6:12, Zək.13:3). Mən Məhəbbətlə cəzalandırıram. Mən Öz Həqiqətimin Məhəbbətini Mənim Kəlamım vasitəsilə sizə bəxş edirəm. Yalnız Mənim Kəlamımın Həqiqəti sizin qəlblərinizi xilas edə bilər. Bu Mənim Xilasedici Məhəbbətimdir (Ef.3:18-19). Günahlı iqrarınıza görə sizi Rəbb deyil, şeytan qanuna görə cəzalandırır. O hər şeyi təhrif edərək Mənim Qanunumu=yazılı nizamı sizə və Mənə qarşı istifadə edir. Məgər sən oxumamısan ki, şeytan Rəbbi yazılmış sözlə=yazılı nizamla necə sınağa çəkirdi? Məni ittiham edənlər Məni, Mənim Məhəbbətimi dərk etməyənlərdir.

Rəbb mənə dualarımızın axırında dediyimiz: İsa Məsih İsmiylə. Amin sözlərinin mənasına Açıqlama verdi. Bu, yazılı nizam, ovsun ya da formal sözlər deyil (Həv.19:13). İsa Məsih İsmiylə=İsa Məsihin Kəlamına görə olsun və Amin sözləri Qoy Rəbb belə desin=Rəbb dualarımızla razılaşsın sözləri ilə eyni mənanı verir. İsa Məsih İsmiylə sözləri bizim, Rəbbin Rema Kəlamına görə və Onun Açıqlamasına görə dua etdiyimizin mənasını verməlidir. Bizim işimiz Onu eşitmək, Onun hər bir vəziyyət üçün Canlı Kəlamını eşitməkdir.
Rəbb dedi: - Mənim İsmim Rəbbin Kəlamıdır (Vəhy.19:13).Və bu Kəlama əsaslanan dua elə Mənim İsmimlə edilən duadır (1Pet.4:11). Ata yalnız Onun Kəlamı ilə üst-üstə düşən duaları eşidir və icra edir. Onun Kəlamı Onun Dərin Sirlərinə Açardır, Şifrədir.
- İblis Mənim Oğlumu sözlə sınağa çəkəndə İsa ona Mənim Kəlamımla cavab verdi (Mt.4:1-11). Mən bu dualara həmişə cavab verirəm.
- Rəbb, nə üçün? Əgər Məndə=Mənim Kəlamımda qalsanız və Mənim Sözlərim sizdə qalsa, ONDA, hər nə istəsiniz, Mənim Kəlamıma əsasən diləyin və sizə veriləcəkdir (Yəh.15:7, 14:13-14, 16:23).
- Rəbb, bu Remaya əsaslanan dualardır? Bəli. Bu, əsasən Mənim Açıqlamama sənin malik olduğun Rema Kəlamıma Mənim Canlı Kəlamıma görə edilən dualardır. Lakin elə vəziyyətlər də olur ki, Mənim Kəlam barədə Açıqlamam olmadan, yazılmış Kəlama əsaslanan dua da vacib olur. Bu, Şəxsən Məndən Canlı Kəlam eşitməyə vaxt olmayanda ekstremal hallarda edilən dualardır. Mən belə dualara da cavab verirəm.
Tanrının İradəsini bilmədən biz çox vaxt yanlış dua edirik və cismani təbiətimizin duasının sonunda İsa Məsih İsmiylə, ya Amin deyəndə biz, Rəbbi bizim yanlış iqrarımızın iştirakçısına çevirərək, sanki Rəbbi bizim cismani təbiətimizin duaları ilə razılaşmağa məcbur edirik. Bizim İsa Məsih İsmiylə etdiyimiz dua bu Onun bizim sözümüzlə, bizim insani, cismani təbiətimizin iradəsi ilə razılaşması deyil, bizim Onun Kəlamı ilə, Onun İradəsi ilə razılaşmağımızdır.
Həmçinin, kiminsə duasının sonunda İsa Məsih İsmiylə və Amin deməzdən əvvəl bu duanın Tanrının İradəsinə, Onun Kəlamına uyğun gəlib gəlmədiyi barədə yaxşı düşünmək vacibdir. Mənim düzgün olmayan iqrarım vasitəsilə iblis məni öz sözlərimlə tutur. İnsanların dediyi hər bir boş (düşünülməmiş) sözə görə onlar məhkəmə günündə cavab verəcəklər, çünki öz sözləri ilə ya bəraət qazanacaqlar, ya da öz sözləri ilə məhkum olunacaqlar.

Tövbə duasında mən Tanrını Papa adlandırdım. Düzgün iqrar deyil. Məni belə çağırma. Mən Atayam. (Roma papası var). İsa Məni Ata çağırırdı.
- Papa sözü nə üçün Sənin xoşuna gəlmir? Çünki Mən Atayam.
- Fərq nədədir? Siz Həqq-Təalanın oğullarısınız. Siz hamınız Atanın övladlarısınız. Hər şeyi öz adı ilə çağır. Ananın bətnində sənə Mən Ata oldum. Mən sənə Ata oldum və səni Özümə övlad etdim. Sənin dünyəvi atanın=papanın burada heç bir rolu olmamışdır. O mayalanma zamanı bir alət olmuşdur.
Rəbb dedi: Əgər Mənim üçün susasan, Mənim Dərrakəmə malik ola bilərsən. Mənim Yüksəkliyim bu Mənim Dərrakəmdir.
- Rəbb, axı su üçün susayırlar? Susamaq bu, Mənim Kəlamımı vasitəçi olmadan Məndən eşitmək üçün susamaqdır. Mənim Kəlamım isə - bu, səni Mənim Yüksəkliyimə qaldıran həmin qanadlardır. Mənim xalqım, Rəbbin Müdafiəsini və Mühafizəsini dərk et (Zəb.119:9,11)! Boşboğazlıq, imansızlıq günahların aydınlaşdırmaq lazımdır ki, fəriseylərin mayasından, günahın paxırından və boşboğazlıqdan azad olasan. Burada böyük təmizləmə işi var. Mən İsa Məsihi təmiz ağıza malik bakirə qızda mayaladım. İnsan hansı sözləri=toxumları əkirsə, onu da biçir.
- Rəbb, bir də başa sal, boşboğazlıq nədir? Bu səni inkişaf etdirməyən, səndə ruhani insan yaratmayan şeydir (Məs.14:23, 1Tim.1:6). Artıq axır zamanlardır, Mənə isə sənə hələ çox şey öyrətmək lazımdır. Mənə hər şeydə itaətli ol. Öz çarmıxını dağa çıxart, Mən isə sənin yanında olacağam. Özünü inkişaf etdir, Məndən öyrən. Mən sənə gündəlik Müqəddəs Səmavi Yeməyi=Canlı Kəlamı=Öz Hikmətimi verirəm (Məs.17:16).
Məni və bir-birinizi sevməyi öyrənin. Məni hər gün sevməyi öyrənəndə Mən sizə bunu öyrədərəm. Mənim Məhəbbətim bir-birinizi sevməyi sizə öyrədəcək. Mən sizi sevirəm və siz Məni və bir-birinizi sevməlisiniz. Bir-birinizə Həqiqəti söyləyin. Axır zamanlardır. Mənim sizdə Qələbəmin sonuna qədər sizi yalnız Məhəbbət qoruya bilər. Mən sizdə Əvvəl və Axıram. Haleluya!
    e-mail
hristiana
Site Admin


: 27.04.2008
: 954
:

: 11, 2010 11:24 am     :

- Rəbb, nə üçün biz bir-birimizlə ev xidmətlərində Açıqlamalarla bölüşməyə vaxt tapmırıq? Siz boş söhbətlərə çox vaxt ayırırsınız və Mənim Açıqlamalarımı, Rema Kəlamımı araşdırmırsınız. Siz Remaya əsasən dua etmirsiniz, Rema haqqında düşünmürsünüz. Mənim bu günə sizə verdiyim hər şeyi araşdırmalısınız. Sizə Ruhani cəhətdən böyümək üçün sizə Mənim Kəlamımla dua etmək, Onun üzərində düşünmək, özünüzü Mənimlə inkişaf etdirmək lazımdır. Mən istəyirəm ki, siz Məndən və bir-biriniz vasitəsilə öyrənəsiniz. Cismani təbiətin boşboğazlıq etmək istəyinə qarşı durun. Mənim sizə verdiyim vaxtı qiymətləndirin. Mənim Kəlamımın sirrinin Açıqlaması budur: 1)əgər Məndə=sizə verdiyim və Mənim Ruhum və Həyatım olan Kəlamda qalsanız, 2)və Mənim Sözlərim sizdə canlansa, 3)və əgər Mənimlə razılaşsanız, arzu etsəniz, 4)Mənim Kəlamıma əsasən duada Məndən diləyin, 5) Mənim Kəlamıma əsasən sizə veriləcəkdir (Yəh.15:7-8, Yəh.6:63).
Mən başa düşdüm ki, Onun Açıqlamaları vasitəsilə Müqəddəs Ruh mənə Öz Ürəyinin Arzularını açır. Mən Onun Kəlamına, Açıqlamasına əsasən dua edəndə, mən Onun Ürəyinin Arzuları ilə razılaşıram. Mən, Onun Kəlamına əsasən etdiyim dualarımla Tanrıya yer verirəm, mənim ürəyimdə hərəkət etmək üçün Tanrıya hüquq verirəm (1Yəh.5:14-15, Yəh.16:23-24). Mən Onun Açıqlamasına görə dua etmədiyim vaxtlarda, Rəbbdən əsasən xahiş edirəm ki, mənim cismani təbiətimin ehtiraslarını yerinə yetirsin (Yaq.4:3).
Rəbb yuxu verdi: mən ianə yığılan torbaya boş, qatlanmış kisə qoydum. Rəbb yuxunu izah etdi Kisə boş idi. Layiqli qiymət ödənilməmişdi. Sən qiymət ödəmədin (Vəhy.3:18). Sən Mənim Açıqlamalarımı başqalarına açmamaqla, ev xidmətlərində Onları vaxtında başqaları ilə bölüşməməklə ayaqların altında tapdadın və Onlar vaxtında araşdırılmadı, Onlar barədə vaxtında dua edilmədi. Bu sənin Mənə olan ehtiramsızlığındır. Mən Kəlamı təkcə sənə deyil, sizin hamınıza verirəm ki, siz Məndən və bir-birinizdən öyrənəsiniz. Sən buna ciddi diqqət verməlisən, əks halda Mənimlə olan bu ünsiyyəti Mən səndən geri alacağam(Mt.25:18).
- Səmavi Ata, Sənin qarşına tövbə duasında gəlirəm. Bağışla ki, Sənə, Sənin Kəlamına ehtiramsızlıq etmişəm. Məni bağışla ki, Sənin Kəlamını başqaları ilə vaxtında bölüşməmişəm. Mən Səndən Sənin Lütfünü diləyirəm. İsa Məsih İsmiylə, Sənin mənimlə olan Ünsiyyətini məndən geri alma! Əgər sən müdrik olsan, Mən Bu Ünsiyyəti səndən geri almayacağam.
- Rəbb, necə müdrik olmaq olar? Mənim Kəlamımla vaxtında yəni, özünü Mən Onu sənə verəndə inkişaf etdirərək Mənim Göstərişlərimə dəqiq riayət et. Mənim sənə söylədiyim Kəlam Mənim Ruhum və Həyatımdır. Onun üzərində düşün yəni, Onu dad, Onunla dua et. Bu sənin təlimindir. İntizamlı ol. Bu təlim vasitəsilə Mən səni Öz Yüksəkliklərimə doğru aparacağam (Çıx.18, Kol.3:1-3). Mənə sənin ondabirlərin lazım deyil. Mənə sənin itaətin lazımdır. Bu elə sənin ödəməli olduğun həmin qurban, həmin qiymətdir (Lk.6:46-48).
Sən xoşbəxt olmaq istəyirsən, amma xoşbəxtlik üçün qiymət ödəmək yəni, Məni qazanmaq üçün özünü itirmək lazımdır (Mt.10:39, 16:25). Hər şey səndən asılıdır. Özünü nə qədər itirsən, bir o qədər də Məni qazanacaqsan. Hansı ölçü ilə ölçərsənsə, sənə də o ölçü ilə ölçüləcək.
Mən bir insanla ünsiyyətim zamanı özümə bəraət qazandırmaq üçün tez-tez deyirdim: Mən axı oxumaq, Kəlamı dərk etmək, Tanrını tanımaq istəyirəm. Və Rəbb mənim haqqımda Öz Həqiqətini söylədi: Xeyr, istəmirsən (Yar.19:18). Mən Öz İstəyimi verirəm. Sənin istəyin və fikirlərin Mənimki ilə üst-üstə düşmür. Sənin istəyin olduqca hiyləgər bir ürəkdən gəlir və sən özününkünü axtarırsan. Sənin sözlərinin və istəklərinin boş olmaması üçün qiymət ödəmək lazımdır yəni, Məni dərk etmək üçün özününkündən əl çəkmək lazımdır.
Mən Rəbbi qınayaraq: Mən həmişə dua edirəm, həmişə Rəbbdən soruşuram, amma mənim istədiyim heç nə baş vermir - deyəndə Rəbb buna cavab olaraq söylədi: Sən heç də həmişə Məndən Mənim Cavabımı, Mənim Rəhbərliyimi gözləmirsən və Məni adlayıb keçirsən (Sef.1:9, Yer.5:23) bu, ələ salmaqdır (Yar.21:9). Mən Rəbbin üzərindən adlayıb keçəndə, mən özümə bəraət qazandırıram, Tanrını isə ittiham edirəm.
Rəbb açdı ki, mən çox vaxt dindarcasına dua edirəm yəni, heç də Onun Üzünü, Onun İradəsini, Onun Cavabını axtarmaq xətrinə deyil, dua etmək xətrinə dua edirəm. Mənim cismani təbiətim özü haqqında olan Həqiqəti dərk etməkdən qorxur, çarmıxdan qorxur, ona görə də Rəbbi dayanıb gözləmək lazım olduğu halda iblis məni, tələsdirir və irəli itələyir. Cismani təbiət Şaulu tələsdirdiyi kimi məni də tələsdirir. Şaul qurban gətirdi, lakin o, bu qurbanı Tanrısız gətirdi, deməli, Tanrıya gətirmədi.
- Rəbb, mən nə vaxt Sənə itaət etmək istəyəcəyəm? Mənim sənə olan Məhəbbətimi və Mənim Yaxşılığımı görəndə. İndi sənin səmərəli təlim vaxtındır. Sən Mənim şagirdim olmaq istəyirsən? Nahaq yerə boş söhbətlərə vaxt sərf etmə, qeybət etmə.
- Mən qeybət edirəm? Bəli. Sən tez-tez öz imanlı qardaşların və bacıların haqqında qeybət edirsən.
- Rəbb, qeybət nə deməkdir? Qeybət o deməkdir ki, sən imanlı bacı və qardaşların sənin yanında olmayanda onların haqqında neqativ şeylər danışırsan, ya da başqalarının sirrini açırsan.
- Qeybətlə düşünmə arasında fərq nədədir? Qeybət - bu sənin insan haqqında nəsə danışaraq öz ürəyində natəmiz niyyətlər tutmağındır.
- Niyyətlərin natəmizliyi nədən ibarətdir? Bu özünü başqaları qarşısında yüksəltməkdir. İnsanlar arasında fərq yoxdur, çünki hamı günah işləmiş və Tanrının İzzətindən məhrum qalmışdır (Rom.3:22-23). Natəmiz ürəkdə həmişə özünü başqalarından üstün tutmaq istəyi olacaqdır. Özüm günahlı ola-ola başqalarını pisləyərək onların qeybətini edirəm. Lakin əgər mən, özümü mühakimə etmək və özüm günah etməmək üçün, başqalarının səhvləri üzərində düşünür və bu səhvlərdən öyrənirəmsə, onda, bu, ədalətli hökmdür. (Yəh.7:24).
- Ya Rəbb, özümü başqaları qarşısında yüksəltmək günahına görə məni bağışla. Rəbb, mən Sənin Çarmıxının Qüdrətini ürəyimin natəmizliyinin üzərinə çağırıram. Mənim niyyətlərimi təmizlə. Özümü nə Sənin, nə də insan üstün qarşısında yüksəltməmək üçün Sənin Lütfünü diləyirəm. Məni Sənə və bütün insanlara qarşı Sənin Məhəbbətinlə doldur İsa Məsih İsmiylə!
Rəbb başqa insana yuxu verir: Gecədir. Mən yatmışam, amma ayılıram və görürəm ki, otaqda böyük bir ayı var. Mənim belə biliyim var ki, bu, ayı surətində şeytandır. Mən azacıq da olsa qorxu hissi keçirmədən iblisə İsa Məsih İsmiylə əmr edirəm ki, rədd olsun, amma ayı hələ də yavaş-yavaş mənim çarpayıma yaxınlaşır. Onun davranışı məni təəccübləndirir və bir qədər qorxudur. O çarpayıya lap yaxınlaşır və mənim üstümə yıxılır. Ayını itələmək üçün mən ona toxunuram və başa düşürəm ki, bu, yüngül, içi boş, yaylı mexaniki müqəvvadır. Onda görürəm ki, otaqda yaylı mexaniki dovşanlar və daha hansısa oyuncaqlar tullanır. Rəbb mənim gözlərimi açır və yuxuda mən divarın arxasında, qonşu otaqda nə baş verdiyini görürəm. Orada isə hansısa adamlar, məni ələ salmaq üçün bu müqəvvaları qururlar, mənim otağıma buraxırlar və buna necə reaksiya verəcəyii görmək üçün məni güdürlər. Mən ayağa dururam, bütün bu müqəvvaları götürürəm, qapını açıram və onları məni ələ salanların üstünə tullayıram. Müqəvva kiməsə dəyəndə öz ruhumda bu sözü eşidirəm: utandırıldılar. Və bu zaman mən müqəvvanı daha bir insana tullayanda o acı-acı ağlamağa başlayır. Mən başa düşürəm ki, günahsız adamı vurmuşam. Belə səhv etdiyimə görə ürəyim ağrıdı. Mən ayılıram və hələ də etdiyim səhvə görə ürəyimdə ağrı hiss edirəm, çünki ruhani və fiziki cəhətdən yuxu çox real idi.
- Rəbb, mən nəyi düzgün etməmişəm? Pisliyə müqavimət göstərmə. Pisliyə pisliklə cavab vermə, lakin sənə nifrət edənləri sev (Mt.5:39, 46, 48). Ayı və o biri cansız yaylı müqəvvalar bu, boş qeybətlərdir. Rəbb mənə açdı ki, mən Onsuz heç nə etməyim. Əgər Rəbb insanı mənə qarşı etdiyi günahda bir insanı ifşa etməyimi konkret olaraq söyləmirsə, yaxşı olar ki, bunu etməyim. Cismani təbiətə görə edilən işlər nə mənim barəmdə, nə də başqaları barəsində Tanrının qoyduğu Məqsədə yetişmir. Əgər Rəbb insanı ifşa etməyi deyirsə və mən Ona itaət edirəmsə, bu Müqəddəs Ruha görə edilən işlərdir və onda, məndə və başqa insanda Tanrının Məqsədi yerinə yetişəcək.
- Ya Rəbb, insanların mənə münasibətinə baxmayaraq hamını bağışlamaq və sevmək üçün Sənin Lütfünü diləyirəm İsa Məsih İsmiylə! Mənə doğru gəldiyin yolda qarşına elə adamlar çıxacaq ki, onlar sənə zərər yetişdirəcək, lakin sən durmadan irəli getməli, insanların deyil, Mənim istədiyim şeyləri etməlisən. Elələri də olacaq ki, sənə əngəl törədəcəklər, lakin sən öz ürəyini qəddarlaşdırmamalısan və sən Mənim istədiyimi et. Sən bir çoxlarının silkələnib ayılmaları üçün büdrəmə daşı olacaqsan ki, onlar Mənə iman etməyə başlasınlar və müxtəlif insan təlimlərinin ardınca deyil, Mənim ardımca getsinlər (Rom.9:32-33, 1Py.2:7-20, Mt.21:44). Yaxşılıq edərək ruhdan düşmə. İnsanların sənin haqqında nə danışdıqlarına fikir vermə. Sən başqalarının şıltağına görə Mənim Xeyir-dualarından imtina etməməlisən. İnsanlara və onların dünyəvi fikirlərinə səni bədbəxt etməyə izn vermə. Bununla sən özünü məhbəsə salmış olursan.
Biz insanlarla ünsiyyətdə olarkən hər hansı bir səbəbə görə aramızda fikir ayrılığı yarana bilər. Biz bir-birimiz haqqında şəxsiyyət kimi fikir söyləyə bilərik. Lakin nə qədər insan varsa, bir o qədər də fikir var. Və bu fikirlərdən necə baş çıxaraq? Rəbb göstərdi ki, Ona müraciət etmək lazımdır və özün barədə, həyatındakı hadisələrin gedişi barədə Ondan Onun Fikrini soruşmaq lazımdır, çünki həqiqəti yalnız Rəbb bilir. Mənim insanlara deyil, Tanrıya olan imanım Tanrıya məqbuldur.

- Rəbb, Sənin zarafata münasibətin necədir? Müxtəlifdir: əgər zarafat etdiyin vaxt ürəyində pis fikirlər tutmusansa, bu pis zarafatdır (Zəb.7:16-17), əgər sənin fikirlərində pislik yoxdursa, bu - zarafat xətrinə edilən yaxşı zarafatdır. İş ürəyin niyyətlərindədir. Bəzi zarafatlar pis qurtarır, çünki onlar cəhənnəmdən gəlir (Zəb.26:18-19). Hər bir boş sözə görə hesab vermək lazımdır (Mt.12:26-27, 5:37, Əyy.20:12-17, 1Py.4:11). Ağzından çıxan sözə fikir ver. Sən özünə və Mənim təlimimə lazım olduğu kimi diqqət verəndə sən düzgün yoldasan. Mən sənə, sənin natəmizliyini göstərirəm və əgər sən tövbə edirsənsə, Mən Azad Edənəm.
- Belə Rəbblə müqəddəs olarsan! Bəli, Mən hər bir Öz Kəlamım və sənin ağzından çıxan hər bir söz üzərində sayıq durmuşam.
Rəbb mənə yuxu verdi. Mən özümü Mk.5:25-30-da qanaxması olan qadın kimi gördüm.
- Rəbb, bu nədir? Rəbb mənə Yazıdan bir yer göstərdi: Sən günahına qarşı etdiyin mübarizədə hələ qan tökülüncəyədək, qələbənin sonuna qədər müqavimət göstərməmisən... (İb.12:4-8, 1Yəh.1:7). Qələbə çalanlar ona (günahlı insana) Quzunun Qanı və Onun Şəhadət Kəlamı vasitəsilə qalib gəldilər və hətta ölümə qədər öz canlarını sevmədilər (Vəhy.12:11). Qan günah üzərində qələbənin Şəhadətidir. Çarmıxda qan və su tökülmüşdü. Tövbə zamanı sən ruhən öz qanını tökürsən. Qan tökülmədən bağışlanma=təmizlənmə olmur (İb.9:22,28). Sənin tövbən vasitəsilə Müqəddəs Ruhun Qüdrəti sənin iqrar etdiyin günaha qalib gəlir, sənin düşmənlərini məhv edir (Rom.8:13). Sən günahdan qopmaq üçün Kəlamdan İkiağızlı Qılınc kimi istifadə edəndə sənin günahdan qopduğuna şəhadət olaraq qan tökülməlidir. Bu ona bənzəyir ki, Cərrah bədxassəli şişi kəsib atanda yaradan qan axır. Qan=Rəbb yaranı təmizləyir, günahı yuyur. Öz tövbən vasitəsilə Onun yaraları ilə günahdan xilas olub Salehlik=Rəbb üçün yaşamaqdan ötrü şəfa tapırsan (Yeş.53:5). Cismani təbiət sünnət olunandan (yəni, yara=günah kəsilib atılandan) sonra İsa sənin Adaxlın olur (Çıx.4:24-26). Rəbbin və Allahın Cəmiyyətini O Öz Qanı bahasına əldə etmişdir (Həv.20:28).
- Daha hansı boş danışıqlara görə tövbə etməliyəm? Mənim Həqiqətimi deyil, özünü müdafiə etdiyin deyişmələrə görə tövbə etməlisən.
- Rəbb, qeybət və deyişmələrə görə İsa Məsih İsmiylə məni bağışla. Sənin Çarmıxının Qüdrətini öz cismani təbiətimin üzərimə çağırıram. Nə Sənə, nə də başqalarına qarşı günah etməmək üçün Sənin Lütfünü diləyirəm. Öz İzzətin üçün məni Öz Məhəbbətinlə doldur İsa Məsih İsmiylə!
- Ünsiyyət zamanı özümüzü necə aparaq? Siz Mənə inananda və dualarınızda Mənim Rəhbərliyimi xahiş edəndə Mən sizi aparıram. Siz öz təqdisolunma Yolunuza diqqət etməlisiniz özünüzü mühakimə etməli, bir-birinizi ifşa etməli, tövbəyə gətirməli, Mənim Kəlamımla bir-birinizi inkişaf etdirməli, ünsiyyət zamanı günaha yol verməyi bir-birinizə qadağan etməlisiniz bu, bir-birinizə Həqiqəti demək, aranızda iblisə yer verməməkdir.
Sizə özünüz tərəfindən aparmağınız yox, Mənim sizi aparmağım lazımdır (Ef.4:25-27). Sən hələ kifayət qədər Mənim Rəhbərliyimi axtarmırsan, ona görə də, Mənim Lütfümə görə Mənim Rəhbərliymlə hərəkət edə bilmirsən. Mənim Lütfüm=Lütfümün Qüdrəti isə Mənim Həqiqətimdədir (Kol.1:6, Yəh.8:31-32). Sizlərdən bəzilərinizin Mənimlə öz əqli səviyyəsində ünsiyyəti var. Bəziləriniz Mənimlə öz ruhu=qəlbi səviyyəsində ünsiyyət saxlayır. Mən istəyirəm ki, siz hamınız Mənimlə bütün səviyyələrdə ünsiyyət saxlamağı öyrənəsiniz - yəni, Mənimlə ünsiyyətin bütün dolğunluğuna malik olasınız. Əgər sən öz əqlini yeniləsən=təmizləsən kamil düşüncəyə malik olacaqsan. Sən birinciliyi Mənə verərək Mənimlə birlikdə düşünəndə, Mən sənin düşüncəni düzəldirəm. Sən Mənə itaətli olanda Mən sənin əqlində qələbə çalıram. Onda Mənəm Külli-İxtiyar Rəbb.
Mənim Olanı Mənim olmayandan ayırmağı öyrən. Heç vaxt öz nəticələrini çıxarmağa tələsmə. Hər şeyi sına, yoxla, Məndən təkrar soruş, Müqəddəs Ruhda dua et, şeytana qarşı dur, öyrən. Sənin şəxsiyyətinin təqdis olunması bu Mənim səni aparacağım yerə Mənim ardımca gələ bilməyin üçün İsa Məsihdə sənin şəxsiyyətinin üç sahəsinin təqdis olunmasıdır.
Mən istəyirəm ki, sən Mənim bir Əmrimə daha çox fikir verəsən: öz cismani təbiəti üçün əkən, o təbiətdən ölüm biçəcəkdir; Ruh üçün əkən (Ruha görə hərəkət edən) isə Ruhdan əbədi həyat biçəcəkdir (Qal.6:7-8).
- Rəbb, daha hansı boş danışıqlara görə tövbə etməliyəm? Daha heç nəyə görə. Bəli, Mənim qızım, cismani təbiətə görə ölmək üçün təqdis Yolu=Çarmıx Yolu asan deyil. Bu tikanlı Yoldur, lakin məhz elə bu Yol Mənim Dağıma aparır. Mən istəyirəm ki, sən Mənim kimi olasan və Mənim Yüksəkliklərimə, Ali Dərrakəmə çatasan.
- Bəs bu necə mümkündür? Mənə iman edən üçün hər şey mümkündür, sən bu Yüksəkliklərə gedən yoldasan. Və Mən onlara çatmaq üçün sənə kömək edəcəyəm.
Mən Rəbbdən yoxsulluq ruhu haqqında soruşdum. Rəbb, mən bu yoxsulluq ruhundan azad olmuşam? Sən artıq yoxsulluq günahından tövbə etmisən və bu ruhu qovmusan. Problem başqa şeydə - sənin səbatsızlığındadır. Sən ruhunun, qəlbinin və bədəninin çiçəklənməsini elan etmisən, lakin onu qəbul edə bilməmisən. Yadıma düşdü ki, əvvəllər mən həyatımın bütün sahələrinin çiçəklənməsi üçün tez-tez dua edirdim, lakin bəhrələrini görmürdüm və daha iman etməyərək öz həyatımın çiçəklənməsi haqqında Tanrı Kəlamını iqrar etməkdən əl çəkdim.
- Həqiqəti iqrar etmək çox vacibdir. Lakin bu, işin ancaq birinci hissəsidir. İkinci hissə özünü, öz həyatını araşdıraraq yoxsulluq probleminin kökünü axtarıb tapmaqdan ibarətdir. Sənə, çiçəklənmə barədə iqrarın gerçəkliyinə, həyata keçməsinə gətirib çıxaran Həqiqəti dərk etmək lazımdır (Yəh.8:32). O vaxt sən hələ körpəlik dövründə qaldığın üçün Mənim Çiçəklənməmi qəbul etməyə hazır deyildin. İndi isə sən, Mənim sənə göstərəcəyim günahlardan tövbə etmək vasitəsilə hər şeyə malik ola bilərsən (Yaq.4:8).
- Səmavi Ata, Çiçəklənməyə=Sənə inanmağı və həyatımda Sənin Çiçəklənməni iqrar etməyi dayandırdığıma görə məni bağışla. Məni bağışla ki, malik olduğum şeylərə görə Sənə şükür etməmişəm, deyinmişəm, öz həyatımdan Sənə və insanlara şikayət etmişəm, problemimin kökünü tapmaq üçün öz həyatımı araşdırmamışam. Ruhumun, qəlbimin və bədənimin bütün sahələrində Sənin Çiçəklənmənə inanmaq və onu iqrar etmək üçün Sənin Lütfünü diləyirəm. Həyatımın bütün sahələrində problemin kökünü tapmaq üçün mənə kömək et. Şəxsiyyətimin bütün sahələrini təmizlə. Mən Səndən İsa Məsih İsmiylə bunu xahiş edirəm.

Öz rəisimin xahişi ilə fikirləşmədən tələbənin qiymət kitabçasına saxta qiymət yazdım. Bunun günah olduğunu anlamadığım üçün mən tövbə etmədim. Gecə yuxuda şeytan gəldi. O mənim bədənimi elə bərk qandallamışdı ki, nəfəs ala bilmirdim. Dəhşət içində ayıldım və Rəbbi çağırmağa başladım.
- Rəbb, bu nədir? Şeytan realdır və sənin etdiyin günah vasitəsilə o sənə yol tapır (Zəb.16:7).
- Mən tövbə etdim. İşdə öz vəzifənə vicdanla yanaş, həmkarlarından asılı olma. Mən Onun Kəlamını nəzərimdə saxladım.
- Rəbb, mən Sənə itaətli olmağı seçirəm! Sənin Müqəddəs Ruha görə hərəkət etmək seçimin səni cismani təbiətə görə səhv etməməyə və işdə öz vəzifənə vicdanla yanaşmağa vadar edir. İşdə öz vəzifənə vicdanla yanaşmaq bu, öz həmkarlarından və öz cismani təbiətinin fikirlərindən asılı olmamaqdır, bu Mənim Yaxşı=Tanrı Vicdanıma malik olmaq deməkdir, bu Mənim Ruhuma görə hərəkət etməkdir (1Kor.12:2, Zəb.16:3).
Səhəri gün həmin o rəis məndən ikinci dəfə yenə də tələbənin qiymət kitabçasına saxta qiymət yazmağı xahiş etdi. O bunu onunla əsaslandırdı ki, birinci dəfə qiymət lazım olan yerdə yazılmayıb. Etdiyim günahın acı nəticəsini daddığıma görə mən bu işi görməkdən imtina etdim, lakin bununla bərabər, sanki özümə bəraət qazandıraraq, üzr istəyə-istəyə özümü məsihçi adlandırdım.
- Rəbb, bəraət nə deməkdir? Bu, sənin özünü başqalarının qarşısında yüksəltməyindir, ürəyinin niyyətlərinin natəmizliyidir. Əqlin təmizlənməlidir. Kim özünə bəraət qazandırırsa, o öz cismani təbiətinə bəraət qazandırır. Öz cismani təbiətini çarmıxa çəkmək üçün öyrənmək, daima Kəlama və Müqəddəs Ruha diqqət yetirmək lazımdır. Sənin ruhun yatır, sayıq durmur (1Tim.4:16). Məni tanıyan, Müqəddəs Ruha görə hərəkət edəcək və öz ruhunda Məni yüksəldəcək. Məni tanımayan isə cismani təbiətə görə hərəkət edəcək və özünü yüksəldəcək.
Heç vaxt heç kimin, o cümlədən, Mənim də qarşımda özünə bəraət qazandırma. Bu günahdır (Lk.16:15, Yəh.5:41,44, 12:43). Sən özünə acımadan özünü mühakimə edib tövbə edəndə, onda, sənə Mənim Xilasımı, Mənim Salehliyimi, Mənim Həyatımı vermək üçün Mən sənə bəraət qazandıra bilərəm. Məhkum iki dəfə mühakimə olunmur. Əgər Mənə iman edən özü özünü mühakimə edirsə, Mən onu mühakimə etməyəcəyəm. Ona görə də Mən bəyan etmişəm: Mənə iman edən məhkum edilməz, lakin ölümdən Həyata keçmişdir(Yəh.5:24). Sən özünə bəraət qazandıranda başqasını ittiham edirsən, ittihamçının tərəfində, ölümün tərəfində olursan və şeytan səni sənin öz qanununa görə - sənin öz sözünə görə amansızcasına mühakimə edəcək.
İsa heç vaxt Özü Özünü Tanrı adlandırmırdı, Özünü insanlar qarşısında yüksəltmirdi. İsa Məsih Özü Özünü reklam etmirdi (Yəh.2:24-25). Onun Sözləri, İşləri və Onun bütün Həyatı Onun haqqında şəhadət edirdi. Nur çığırmır: Mən Nuram! Nur işıq saçır və O hamı üçün işıq saçır. Mən özüm özümə ya başqasına deyirəmsə: Mən məsihçiyəm, mən imanlıyam, amma özümü məsihçi kimi aparmıramsa, mən əsas zərbə altına özümü yox, İsa Məsihi qoyuram. Özümün bu bəyanatımla mən həmçinin, özümü Tərəfgir olmayan Tanrı qarşısında yüksəldirəm. Biz hamımız günah etmişik. Tanrı hər bir insana görə eyni qiymət - Öz Həyatını ödəyib.
Rəbb bir başqa dəfə söylədi: - Sən işdə bir insana şər atmısan. Sən ağzından çıxan günahı görməmisən və tövbə etməmisən. Sən öz rəisinə demisən ki, o adam hiddətlənmişdi. Lakin o insanlar arasında çaxnaşma salmamışdı, ona görə də bu böhtan idi. O insan öz narazılığını bildirib. Narazılığı hiddətdən ayırmağı öyrən. Narazı adam ətrafındakı vəziyyəti çaxnaşdırmır, o sadəcə olaraq öz fikrini sərt şəkildə bildirir. Çaxnaşma salan isə başqalarını çaxnaşdırır və məqsədyönlü şəkildə öz ətrafındakı vəziyyəti qızışdırır, bu da dalaşmaya gətirib çıxara bilər.
Şeytan çox vaxt insanları bu fərq incəliyi ilə - vəziyyəti düzgün müəyyən etməməyi ilə tutur. Çox vaxt, Müqəddəs Ruhda yeriməyən insan öz yalan iqrarının günahını görmür və şeytan=iftiraçı tərəfindən tutulur. İftira günahı sənin ürəyinin natəmiz niyyətlərindən gəlir. Cismani təbiət özünü yüksəltmək üçün hər bir fürsətdən istifadə edir, bunun üçün ona öz yaxınını alçaltmaq=iftira atmaq lazımdır. Bu iftira altına hamıdan çox Mən=Tanrı düşürəm.
Bu günahı görməyi öyrən. Öz iqrarını düzəlt ki, şeytan səni elə öz yalanınla tutmasın. Sən Ruha görə=Mənim kimi düşünməlisən. Müqəddəs Ruhda olaraq bir şey deməmişdən əvvəl sən düşünməlisən. Əgər sən daima sayıq dursaydın=Ruhda olsaydın, Mən sənə Həqiqəti göstərərdim. Mənəm Hakim, Mən hər şeyi görürəm və Mən hər şeyi sənə Mən gördüyüm kimi göstərərdim. Lakin sən cismani təbiətə görə=bu dünya kimi mühakimə edəndə, şeytan sənin ədalətsiz məhkəməni qanuna görə məhkum edəcək (Huşə.10:4). Sənin ədalətsiz məhkəmən, səndə və insanlar arasında Məhəbbətin Hökm sürməsi əvəzinə, səndə və sənin vasitənlə insanlar hərəkət etməyə şeytana qapı açır (Mt.7:1-5, Yəh.7:24, 8:15). Sülh yaradan ol.
Mənim qızım, sən öz iqrarını düzəltmək yolu ilə yenidən yaşamağı öyrənirsən. Bunu tez öyrən. Mənim Kəlamım bu, Həqiqət və Həyat Yoludur (Yəh.14:6). Mənim İman Kəlamıma əsaslanan iqrarın, səni Mənim Həyatıma doğru aparır, sənin yalan=cismani təbiətinin iqrarı isə şeytana yr verir.
-Ya Rəbb, duada İsa Məsihin Qanının Müdafiəsini qoymaq düzgündürmü? Yox, düzgün deyil. Mənim buna İradəm olmadan siz Mənim Olanların heç birindən istifadə edə bilməzsiniz. İsa Məsihin Qanının Müdafiəsi çox vacibdir. Lakin Bu Müdafiəni sizin tövbə duanıza görə Mən Özüm qoyuram (1Yəh.1:9,7, İb.9:22). Belə dua et: Səmavi Ata, İsa Məsih İsmiylə, tövbə duasında Sənin qarşına gəlirəm. Sənin icazən olmadan, özbaşına olaraq canlı və cansız hər bir şeyin üzərinə İsa Məsihin Qanının Müdafiəsini qoyduğuma görə tövbə edirəm. İsa Məsihin Qanı insana görə tökülüb. Mən Özüm Sizin dualarınıza görə İsa Məsihin Qanının Müdafiəsini insan tövbə edəndə onun üzərinə qoyuram. Mənim Qanımı Məndən ayırmaq olmaz. Bir çoxları Mənim Özümə səcdə etmək əvəzinə, Mənim Qanıma səcdə edir. Mənim Qanımın Müdafiəsinin hərəkətdə olması üçün şərt var: əgər Rəbb qarşısında günahlarınızdan tövbə etsəniz, Sadiq və Adil Rəbb sizin günahlarınızı bağışlayar və İsa Məsihin Qanı sizi hər bir haqsızlıqdan təmizləyər=qoruyar. Qan tökülmədən yəni, sizin tövbəniz olmadan bağışlanma yəni, İsa Məsihin Qanının Müdafiəsi olmur.
- Rəbb, Səndən Mələklərin Müdafiəsini xahiş etmək düzgündürmü? Düzgün deyil.
- Rəbb, nə üçün? - Çünki sizin müdafiəçiniz Mələklər deyil, Mənəm. Mən sizin ruhunuzun, qəlbinizin və bədəninizin keşiyində durmuşam. Xilaskar Yalnız Mənəm (Zəb.126:1, 101:17-18).
- Rəbb, Sən Öz Keşiyini kimin üzərində qoyursan? Mənə itaət edənlərin=iman edənlərin üzərində.
- Bəs Mələklər nə edirlər? Onlar Mənim sərəncamlarımı icra edirlər.
- Rəbb, hansı sərəncamlarını? (Şeytan cavabı eşitməyə mane olurdu). Şeytan istəmir ki, sən bu Həqiqəti biləsən.
- Mən belə dua etdim: İsa Məsih İsmiylə, şeytan, mənim ruhum, qəlbim və bədənim üzərində sənin hakimiyyətini bağlayıram və səni odlu gölə atıram. Sən düzgün dua etmədin. Şeytanın sənin ruhun üzərində hakimiyyəti yoxdur. O sənin qəlbin və bədənin üzərində müəyyən hakimiyyətə malikdir.
-Ya Rəbb, yanlış dualara görə məni bağışla. Mən necə düzgün dua edim? İsa Məsih İsmiylə şeytan, qəlbim və bədənim üzərində sənin hakimiyyətini bağlayıram və səni odlu gölə qovuram. Nə qədər ki, cismani bədən çarmıxa çəkilməyib, belə dua etmək lazımdır.
- Mən bu duanı etdim. Rəbb, Mələklər haqqında Həqiqəti mənə aç. Mənim Mələklərim xidmətçi ruhlardır (İbr.1:14). Onlar Mənim göstərişlərimi icra edirlər.
- Rəbb, hansı göstərişlərini? Onlar sənin Mənimlə keçdiyin Yolu idarə edirlər. Onlar Mənim döyüşçülərimdir. Onlar qaranlıq qüvvələrlə müharibə aparırlar (Dan.10:13). Mən səni Mənim Mələklərim vasitəsilə qoruyuram.
- Rəbb, Səni tanımamışdan əvvəl məni kim qoruyurdu? Öz Böyük Mərhəmətimə görə Məni tanımayanları da Mən qoruyuram.
- Mərhəmətə görə ya Məhəbbətə görə? Mənim Məhəbbətim Mərhəmətimdədir.
- Hansı məqama qədər Səni tanımayanları Sən qoruyursan? Mən onları seçim edə biləcəkləri ana qədər qoruyuram (İb.5:14, Yez.44:23). Əgər Məni seçmirlərsə, onda Mən onları daha qoruya bilmirəm (Qanun.30:14-20), və şeytan onlara real olaraq yol tapır.
- Şeytanın mənə yol tapması nədən asılıdır? Sənin günahlarından.
- Şeytanın çox ya az dərəcədə mənə yol tapması hansı günahlardan asılıdır? Günahın fərqi yoxdur. Şeytan öz mülahizəsinə görə qəlbləri ələ keçirir.
- Şeytan mənim qohumlarımı onlar tövbə etməmişdən əvvəl ələ keçirməz ki? Mən onları sənin dualarına görə qoruyuram.
- Yazıda deyilir: Sən və evindəkilər xilas olarsınız (Həv.16:31). Ev bu nədir? Bu sənin bütün qohumların və qan qohumluğunda olmayan yəni, İsa Məsihdə olan bacı və qardaşlarındır.
    e-mail
hristiana
Site Admin


: 27.04.2008
: 954
:

: 11, 2010 11:25 am     :

♫ 3. EMOSIYALAR, HİSSİYYATLAR ♫
Məsih İsada olan hissiyyatlar aranızda olsun (Fil.2:5)



- Rəbb, emosiya nə deməkdir? Emosiya, bu, emosional şəkildə ifadə olunmuş hisslərdir. Öz ürəyini aç. Mən sənin emosiyalarını təmizləmək istəyirəm. Sənin emosiyaların sənin istəklərinlə sıx bağlıdır. Mən istəyirəm ki, sənin emosiyaların və hisslərin Mənim Emosiyalarımla, Hisslərimlə, İstəklərimlə eyni olsun (Fil.2:5).
- Səmavi Ata, emosiyalarım, hisslərim, istəklərim Sənin Emosiyaların, Hisslərin və İstəklərinlə üst-üstə düşmədiyi üçün məni bağışla. Mən öz köhnə emosiyalarımdan, hisslərimdən, istəklərimdən imtina edirəm. Mən Sənin Çarmıxının Qüdrətini qəlbimin bu sahələrinin üzərinə çağırıram. Ya Rəbb, məni onlardan təmizlə ki, Sənə - Sənin Emosiyalarına, Sənin Hisslərinə, Sənin İstəklərinə malik olum İsa Məsih İsmiylə! İndi, səni incidənlərin hamısını bağışlamalısan.
- Səmavi Ata, Səndən və insanlardan incidiyimə görə məni bağışla. Mən pis inciklik ruhundan imtina edirəm. Mən Sənin Lütfünü diləyirəm, mənə kömək et ki, məni incidənlərin hamısını bağışlayım. Mən Sənin Çarmıxının Qüdrətini məndə olan inciklik istehkamının üzərinə çağırıram və İsa Məsih İsmiylə, ondan imtina edirəm! Indi Mən səni Öz Məhəbbət sahəmə aparacağam. Mən Şəxsiyyətəm və Mənim Məhəbbətim - bu Məndən sənin həyatına gələn bol-bol Xeyir-dua axınıdır. Mənim Məhəbbətim həm də emosional şəkildə bildirilmiş hissdir. Mənim Məhəbbətim bu, Mən Özüməm (Lk.24:39).
- Ya Rəbb, bağışla ki, Sənin Məhəbbətini belə soyuq və laqeyd qəbul etmişəm, İsa Məsih İsmiylə! Mən sənə olan Məhəbbətimin Bütün Dolğunluğunda sənə Ürəyimi açmaq istəyirəm. Mənə çərçivə qoyma, Mənə öz həddini qoyma. Əgər sən Mənim qarşıma öz həddini, öz çərçivəni, öz şərtlərini yəni, cismani təbiətini qoymursansa, onda sənin səadətinin həddi-hüdudu olmayacaq. Mənəm Sənin Səadətin. Səadət bu Məni sevməkdir (2Kor.6:11-13, Yeş.54:2-3, Zəb.119:32).
Rəbb Öz hisslərini izhar etməyə başladı: Sən Mənim inciçiçəyimsən, qızılgülümsən, jasminimsən, zanbağımsan, al qırmızı çiçəyimsən (Nəğ.1:1-2, 2:1-3). Mənə məhəbbət hisslərini səmimi izhar etməyə başlayacağın zamanın intizarında, həsrətindəyəm! Ertəsi gün anladım ki, Rəbbin məni adlandırdığı güllər tünd ətri olan güllərdir. Çünki biz Rəbb yanında Məsihin xoş ətriyik (2Kor.2:1), əfsanəvi al çiçək isə məni eyniadlı o nağıl haqqında düşündürməli idi (1Kor.2:9-10). Hər bir nağılda eyham, ibrət dərsi var. Əgər onu məhəbbətlə sulasan, Məhəbbət Çiçəyi qurumaz və çiçəklənər. Əgər Tanrıya Məhəbbət hisslərimi alışdırmağı öyrənməsəm, Tanrı=Məhəbbət ürəyimdə quruyar və O=Məhəbbət solar. Əgər Rəbb=mənim Səadətim məndə solursa, onda mən də o al Məhəbbət çiçəyi kimi soluram və özümü bədbəxt hiss edirəm.
- Mənə Məhəbbətindən əl çəkmə (Vəhy.2:3-4).
- Bəs Həqiqətin Məhəbbəti nə deməkdir? Bu başqadır. Burada hisslər heç bir rol oynamır. Sənin Məhəbbətdə ifadə olunan emosiyalarının çox zaman lovğalandıran, Mənim və insanların qarşısında səni lovğalandıran biliklərinlə heç bir əlaqəsi yoxdur (1Kor.8:1-3, 13:4). Sənin emosiyaların sənin istəklərinlə bağlıdır. Bilik formadır, hisslər isə - ürəyinin içinin məzmunudur.
- Rəbb, bu nə deməkdir? Bilik elə bil ki, sənin örtüyündür. Lakin ürəyinin daxilində duyğularınla bağlı hissən var. Mən səni Məhəbbət sahəsinə aparmaq istəyirəm. Mən səni Öz Ziyafət Evimə aparıram ki, Mənim Bayrağım sənin üzərində dalğalansın. Bu Bayraq Mənim Məhəbbətimdir (Nəğ.1:1-3, 2:4).
- Ya Rəbb, məni Məhəbbət sahəsinə apar. Məhəbbət bu sənin izhar edilməyə ehtiyacı olan duyğularınla bağlı hissəndir. Əgər izhar edilməli heç nə yoxdursa, deməli, məhəbbət də yoxdur. Əgər Mənim Məhəbbətimlə dolğunluq yoxdursa, izhar da yoxdur (Nəğ.1:1-3). Mənim Ruhumla dolmağın üçün Mənim Məhəbbətimlə dolmağın lazımdır yəni, sən inanmalısan ki, Mən səni sevirəm. Və Mən sənin Mənə məhəbbətinlə dolmaq istəyirəm. Sənin Məni sevdiyini bilmək istəyirəm. Bu böyük sirdir; Mən, Məsih və Onun cəmiyyəti barədə danışıram.
- Rəbb, məhəbbəti izhar etmək lazımdır? Bəli. Məhəbbəti izhar etmək lazımdır. Məhəbbəti nə qədər çox izhar edirsən, bir o qədər də çox məhəbbətlə dolursan. Nə əkirsən, onu da biçirsən. Mənim istədiyim kimi izhar etməyi öyrən (Nəğ.4:9-11). İndi isə Mənə olan məhəbbət hisslərini izhar etməyi sənə öyrətməyim üçün dua et.
- Səmavi Ata, Sənə olan məhəbbət hisslərimi Sənin istədiyin kimi izhar etməyi mənə öyrətməyini xahiş edirəm və bunun üçün dua edirəm, İsa Məsih İsmiylə! Mən bunu sənə öyrədərəm. Sonra isə Mən istəyirəm ki, sən öz ürəyini açasan və öz hisslərini Mənə izhar etməyi öyrənəsən. Ürəyini açmaq bu Mənim qarşımda səmimi olmaq deməkdir.
- Rəbb, Sən bunu mənə belə tez öyrədə bilərsən? Niyə sonraya qoyaq? Belə dua et: Səmavi Ata, İsa Məsih İsmiylə mən duada sənin qarşına gəlirəm. Ya Rəbb, mən Sənə öz məhəbbətimi izhar edirəm. Mənim əziz Rəbbim, sənə ağuşumu açıram və Sənin Dodaqlarından öpürəm (Nəğ.1:1-3).
Mən utanmağa başladım. Bəli, bəli, bəli, utanma. Mənə tez-tez bu sözləri de: Mən Səni sevirəm, Əzizim, Sevgilim. Tezliklə qalxacağım Məhəbbət Dağının Zirvəsində Səninlə görüş üçün susamışam! Bir ayə yadıma düşdü: Məsih... ikinci dəfə...Onu gözləyənlərə xilas gətirmək üçün zühur edəcəkdir (İb.9:28).
- Rəbb, doğrudanmı? Doğrudan.
- Bəs sonra? Sonra isə Mən bu duanı qəbul edirəm. Mən sənin Mənə olan məhəbbətini qəbul edirəm və Müqəddəs Ruha görə istədiyin hər bir şeyi icra etməyi öhdəmə götürürəm (Qanun.30:19-20).
- Rəbb, Esterdə olduğu kimi? Lakin orada padşahlığın yarısını verməkdən söhbət gedirdi (Est.5:3). Sənə isə bütün Padşahlığı=Özümü verməyi öhdəmə götürürəm. Mənim olan hər şey - sənindir, sən Mənimlə padşahlıq edəcəksən.
- Ya Rəbb, hər şey mənimdir? Sənindir (Lk.12:32, 1Kor.4:20).
- Nəyə görə? Səni sevdiyimə görə.
- Padşahlıq etmək nə deməkdir? Bu, Mənim Kəlamımı anlamaq, Mənim Kəlamımı qəbul etmək və Mənim İman Kəlamımı insanlara çatdırmaq, nə deyirəmsə onu etmək deməkdir (Mat.6:33).
- Sən mənim üzərimdə nə iş aparırsan? Mən sənin emosiyalarını təmizləyirəm.
- Rəbb, bütün bunları öz əqlimlə necə başa düşüm? Buna ürəyinlə=ruhunla yanaşmağı öyrən.
- Ya Rəbb, mən Sənsiz nəyəm? Bəs Mən sənsiz?
- Mənim kimilərin çoxdur? Xeyr, sən tək və yeganəsən. Mənim üçün hər bir insan bu yeganə sərvətdir. Mən hamını Müstəsna Məhəbbətlə sevirəm. Mən heç vaxt heç kimə xəyanət etmirəm. Məndə YALNIZ sənə məxsus olan bir Zərrəm var.
- Ya Rəbb, mən Sənsiz heç nə istəmirəm, yalnız Sənin istədiyini istəyirəm. Mən isə sənin Məhəbbətini istəyirəm.
- Sən nəyi nəzərdə tutursan? Nə zaman ki, sən və Mən birlikdəyik. Sevgilinizdən ayrılmayın.
- Bəs Buna yəni, Sənə necə çatım? Mənə ümid et=inan. Mən inanıram və ümid edirəm ki, Mən səni sevdiyim kimi, sən də Məni sevəcəksən.
- Rəbb, mənim emosiyalarımın təmizlənməsi və bərpası nə deməkdir? Bu sənin emosiyalarının İsa Məsihdə bərpası deməkdir.
- Rəbb, bunu necə başa düşməli? Bu daima, hər gün, hər saat, hər saniyə Mənə məhəbbətində öz hisslərini izhar edərək Mənimlə daima yeriməyi öyrənmək deməkdir (Zəb.62).
- Bu necə ola bilər? Buna öyrən və dünyada ən xoşbəxt insanlardan biri olacaqsan. İndi isə buna necə öyrənməyi Məndən soruş?
- Ya Rəbb, buna necə öyrənim? Mənimlə yeri, Ruhda və Həqiqətdə daima Mənimlə ünsiyyətdə ol.
- Bu nə deməkdir? Heç vaxt Məndən gizlənmə, Mənim qarşımda açıq, düz danışan, vicdanlı ol.
- Rəbb, Sən deyən kimi necə olum? Mənim qarşımda açıq, düz danışan, vicdanlı olmaq bu Məndən öz günahlarını gizlətməmək, günahlara görə öz məsuliyyətini etiraf etmək və tez tövbə etmək; bu tamamilə Mənimlə hopdurulmaq və öz maraqlarını tam Mənə yönəltmək deməkdir. Sən Məni axtaranda, daima Mənim ardımca gedəndə, onda Mən bunu sənə öyrədəcəyəm.
- Rəbb, aydın başa düşmürəm, emosiyaların təmizlənməsi nə deməkdir? Bu, sənin bu sahədə günahlarının təmizlənməsi=bağışlanmasıdır.
- Səmavi Ata, məni bağışla ki, ömrüm boyu Səni tanımamışam, Sənin ardınca getməmişəm, öz hisslərimi Sənə Məhəbbətdə izhar etməmişəm. İsa Məsih İsmiylə mən tamamilə Səninlə hopdurulmaq istəyirəm (2Kor.5:4-5).
- Rəbb, bu bir prosesdir? Bəli, bu, vaxt tələb edir. Bu səndən iman, israr, məqsədyönlülük tələb edir. Mən sənə dua verirəm: Səmavi Ata, İsa Məsih İsmiylə duada sənin qarşına gəlirəm və Səndən xahiş edirəm ki, Səninlə yeriməkdə mənə israrlı və məqsədyönlü olmağı öyrədəsən. İsa Məsih İsmiylə dua edirəm, əbədi olaraq. Amin!
- Mən Rəbbin duasını təkrar etdim. İndi Məndən soruş, bunu necə tez öyrənmək olar.
- Mən Səndən bunu soruşuram. Bütün qayğılarını Mənim üzərimə qoy yəni, Mənə daima iman et və Mən bunu Öz Lütfümlə edəcəyəm.
- Rəbb, bunu mənə öyrət. Mənim əzizim, Mən sənə bunu öyrədəcəyəm.
- Rəbb, bəs ruhani həssaslıq barədə necə olsun? Ruhani həssaslıq=ruhani böyümə sənin tövbən və Mənim Təqdisim vasitəsilə - yəni, bizim birgə əməyimiz=yeriməyimiz vasitəsilə tədricən gələcək.
- Ya Rəbb, nəyin təmizlənməsi: ruhun, qəlbin və bədənin? Sənin ruhun artıq Kəlamla təmizlənib. Təmizlənməyə sənin qəlbinin=ürəyinin ehtiyacı var (Mt.10:38-39).
- Rəbb, qəlb nə deməkdir? Qəlb sənin ruhunun duyğulu hissəsidir. Sənin ruhun sənin qəlbinin=ürəyinin daxilindədir. Ürək bu qəlbdır. Sənin ürəyinin daxilində sənin ruhun yerləşir. Ruh və qəlb ayrılmazdır. Onlar vəhdət təşkil edir. Qəlb=ürək ruhun örtüyüdür. Sənin ruhunda bütün baş verənlər sənin qəlbinə=ürəyinə təsir edir.
Sənin ruhun ölü olanda sənin qəlbin də Mənim üçün Ruhani cəhətdən ölü idi. Sənin xahişinlə=duanla və Mənim tərəfimdən sənin ruhunun Yenidən Doğulması ilə təqdis olunma və dəyişilmə prosesinə ehtiyacı olan sənin qəlbinin Yenidən Doğulması baş verir (Yar.2:7) Mən sənə Öz Ruhumu vermişəm ki, səndə Mənim məxluqumun bir növ ilk məhsulu olsun ki (Yaq.1:18), öz Yenidən Doğulmuş ruhunda və qəlbində=ürəyində Mənim Ruhumla əlaqən olsun (Mt. 5:8).
- Qəlbin də öz sahələri varmı? Xeyr. Sənin ruhunda baş verənlər qəlbində də baş verir. Rəbb yadıma saldı ki, İsa Məsihin Qələbəsi, Müqəddəs Yeri Ən Müqəddəs Yerdən ayıran pərdəni məhv etdi. Və əgər biz Çarmıxdan keçmişiksə, onda bizim ürəyimizin=qəlbimizin bütün sahəsi Rəbbin mərkəzdə dayandığı Ən Müqəddəs Yerdir (Yez.43:12). Və mənim həyatım Məsihlə bərabər Rəbbdə saxlanılmışdır (Kol.3:3).
- Rəbb, mən Sənin Ürəyini öz ürəyimlə hiss etmək=tanımaq istəyirəm; Sənin İstəklərini, Sənin Hisslərini bilmək istəyirəm, olduğum yerin ruhani mühitini öz ürəyimlə hiss etmək=görmək istəyirəm. Mən sənin Ata Ürəyinə və Sənin Surətində və Sənin Bənzərində olmaq istəyirəm!
- Ya Rəbb, İsa Məsihə qapı vasitəsilə daxil olmaq lazımdır. Mən indi haradayam? Sən indi qapının ağzındasan və qapını döyürsən. Mənim səninlə Məhəbbət Dağının Zirvəsinə qalxmağım üçün Mən sənə bu İman Qapısını açıram (Yeş.33:16-17).
- Bəs çarmıxa çəkilmək nə deməkdir? Bu bir prosesdir. Çarmıxa çəkilmək, günaha qarşı mübarizə ilə, günahın gətirdiyi xəcalətlə: qəlbinin əzabları, xəstəlikləri ilə (bədənin xəstəlikləri yox), günaha görə qəlbinin tövbəsi ilə müşayiət olunur (İb.12:4, Lk.16:16, Vəhy.12:11). Sənin qəlbin Mənim Çarmıxımı, Mənim Təqdis edən Alovumu axıra qədər keçməlidir (Mal.3:2-4). İndi Məndən soruş ki, buna necə çatasan .
- Rəbb, buna necə çatım? Əvvəllər, sənə göstərdiyim günahlardan tövbə edəndə, ürəyinin dərinliyində təmizlənməyə ehtiyacı olan aşkar edilməmiş qaranlıq yerlərin qaldığını görmüşdünmü (Əyy.12:22)?
- Xeyr, görməmişdim. Rəbb, bağışla ki, mən bunu görməmişəm, ürəyimin dərinliyini araşdırmamışam. İsa Məsih İsmiylə, xahiş edirəm, məni ürəyimin dərinliyində olan hər cür qaranlıqdan təmizlə. Tam tövbəyə malik olmaq üçün hər bir günahını yadına sal. Bütün həyatını gözünün qabağına gətir və bu günahlarından tövbə et ki, səni Mən bağışlaya və təmizləyə=yuya bilim (1Py.1:9, Lk.12:36-37, Yəh.13:4,8).
- Səmavi Ata, İsa Məsih İsmiylə duada Sənin qarşına gəlirəm və bütün ömrüm boyu günah etdiyim üçün tövbə edirəm. Ya Rəbb, bütün qanunsuzluqlarımı və günahlarımı bağışla. İsa Məsih İsmiylə dua edirəm, əbədi olaraq. Amin!.
- Mənim qızım, Mən səni təmizləyəcəyəm. Öz günahların üzərində düşünməlisən ki, onlara nifrət edəsən (Vəhy.12:11). Mənim Açıqlamalarım vasitəsilə Mənim Həyatım sənin həyatına gəlir. Bu əqlin yenilənməsi deməkdir. Mənim Açıqlamalarım vasitəsilə sən Mqəddəs Ruha görə yaşamağı öyrənirsən (Qal.1:12. Məs.29:18, Zəb.119:36).

Biz çox tez-tez hallarda şeytana gülürük. Şeytanı təhqir etmək olmaz. Şeytan şəxsiyyətdir, o pis ruhdur. Ona etinasız, saymazyana yanaşmaq olmaz. O güclü=hiyləgər aldadıcıdır. O insanı aldatmaq yolu ilə öz təsiri altına alır. Aldadıcı ruhlar nəzarət səviyyəsində fəaliyyət göstərir. Nəzarət bu, insanın həyatını proqnozlaşdırma və proqramlaşdırmadır. Şeytan Müqəddəs Ruhda edilən duadan qaçır və onun cinləri də qaçırlar.
- Rəbb, nə üçün şeytanı təhqir etmək olmaz? Ona onun öz üsulları ilə qalib gəlmək olmaz. Kobudluq, hiyləgərlik bu, şeytanın taktikasıdır. Əgər siz Mənə itaətli deyilsinizsə, siz ölümlə, şeytanla oynayırsınız və Mənə itaətdə yubanmaq ölümə bərabərdir yəni, bu Məndən ayrılmağa=imtina etməyə bərabərdir. Mənim övladlarım, Mənim səsimi aydın eşitməyi öyrənin ki, Mən sizi Öz Dağımın Zirvəsinə gətirə bilim. Mənə hər şeydə etibar etməyi öyrənin.
Şeytan bu gün çox xətərli oyuna girişib. Xətərli oyun bu, şeytanın axırıncı oyununun işə salınması və bu axırıncı oyuna hər şeyini qoymasıdır. Əgər siz dünya ilə hətta 1% kompromisə (razılaşmaya) getsəniz, şeytan 100% qalib gələcək. Əgər siz hətta 1% belə dünya ilə kompromisə getməsəniz, onda siz qalib gələcəksiniz və şeytan 100% uduzacaq. Şeytan bu gün oyuna olan-olmazını qoyub. Bu axır zamanlardır. Yubanmadan ilanları, əqrəbləri və düşmənin bütün qüvvəsini ayaq altında əzin. Yubanmaq ölümə bərabərdir. Şeytan yer üzündə öz torunu qurub.

Yuxuda gördüm ki, gələcək ərimin xoşuna gəlmək istəyirəm.
- Rəbb, bu nə yuxu idi? Səndə aldadıcı ruh fəaliyyət göstərir. Bu pis ruh şüuraltı səviyyədə fəaliyyət göstərir və sən bu fəaliyyəti görməyə bilərsən. İnsanı yoldan çıxartmaq=azdırmaq bu onu aldatmaq yolu ilə öz təsiri altına salmaq deməkdir. Aldadıcı ruh şüuraltı səviyyədə başqa bir insanın ruhunu çəkir bu cadugərlikdir. Beləliklə, sən insanı öz toruna salırsan. Bu ruhun səndə olması sənin davranışını müəyyənləşdirirdi. Azdırıcı ruhlar nəzarət və manipulyasiya ruhu səviyyəsində hərəkət edir. Nəzarət etmək insanı idarə etməkdir. Sən gələcək ərini aldatmısan. Sənin nigahın yalan üstündə qurulduğu üçün möhkəm olmamışdır. Siz Tanrı tərəfindən bir-biriniz üçün təyin edilmədiyinizə görə sənin nigahın pozulmuşdur. Nigahınız lənət altında idi. Şeytan cənnətdə öz fəaliyyətinə aldatmaqla başladı. Xeyir və şəri bilmə ağacı şirnikdirmə ağacıdır. Rəbb mənə göstərdi ki, mən və övladım da bir-birimizə nəzarət edirik.
- İnsana nəzarət etmək bu, insanın Mənim ardımca getmək əvəzinə, insanı öz ardınca aparmaqdır. Nəzarət sənin və başqa insanın həyatını proqramlaşdırır, proqnozlaşdırır. Və bu səndə Müqəddəs Ruhun İşini ləngidir.
- Ya Rəbb, yolan çıxarma və nəzarət günahına görə məni bağışla. Mən ərimi, övladımı və başqa insanları yoldan çıxarma və nəzarət yolu ilə bağladığım cadugərliyimin bütün zəncirlərini onların yalnız Sənin ardınca gedə bilmələri üçün Müqəddəs Ruhun Qüdrəti ilə dağıdıram. Mən İsa Məsih İsmiylə, özümü, keçmiş ərimi, övladımı, qohumlarımı və bütün məni bağlayanları və mənə nəzarət edənləri Sənə həsr edirəm.
Bütün həyatım boyu Onun Hakimiyyətinə tabe olmadığım və həyatımı Həlimlik və Ona (Mt.11:29) itaət ruhunda keçirmədiyimə görə Rəbb məni tövbə duasına yönəltdi. Və Rəbb dedi: Özünün indiki həyatınla cismani təbiətdə olan insanın həyatı arasında müqayisə apar. Fərq nədədir? Cismani təbiətdə olan insanlar sənin kimi öz günahlarının nəticəsi barədə düşünmədən günah edirlər. Sən cismani təbiətə görə günah edirdin və şeytanın əvəz çıxacağı barədə düşünmürdün. İndi, nəticəsini düşünmədən cismani təbiətə görə günah etdiyin üçün tövbə et.
- Mən tövbə etdim. İndi isə ürəyini aç və səni cəhənnəmə nəyin çəkdiyi barədə Mənə danış yəni, özünə qəsd etmək istədiyinə görə tövbə et.
- Mən tövbə etdim. İndi, uşaqlıqda və gənclikdə etdiyin günahların silinməsi üçün dua et.
- Mən tövbə etdim. Rəbb, əgər tövbə edəndə mənim bütün günahlarımı bağışlamısansa, nə üçün mənə günahlarımı etiraf etmək lazımdır? Əgər indiyə qədər etdiyin konkret günahlarını Mən sənə göstərməsəm (2Py.1:9), onda sən daima o günahları edəcəksən və şeytan günahların vasitəsilə sənə yol tapacaq. Mən Müəlliməm. Mən, əvvəllər günahın əsarəti altına salınmış həyatının bütün sahələrində sənin Rəbbin olmağım üçün, sənə həyatının bütün sahələrində təqdis olunmağı=ayrılmağı, günahdan uzaqlaşmağı öyrədirəm. Mən səni Təqdis edirəm. Mənsiz heç nə edə bilməzsən. Müqəddəs bir də müqəddəs olsun (Vəhy.22:11).
Rəbb göstərdi ki, mənə, pravoslav kilsəsində keçdiyim vəftizdən tövbə və imtina etmək, bütün xaç ata və analığından imtina etmək lazımdır (Yeş.47:12-15). Tanrı - mənim Xaç Atamdır. Yalnız O məni cismani təbiətimin ölümünə və Öz Həyat Dirilməsinə vəftiz edir. Mənə tövbə duasında bütün növ vəftizlərdən, həsr olunmalardan - Müqəddəs Ruhdan olmayan bütün şeylərdən inkar etmək lazımdır. Tanrı Müqəddəs Ruhun Şəxsiyyətini yalandan mənə əvəz edən müqəddəs suyu özümdə saxladığım və ondan istifadə etdiyim üçün tövbə etdim. Mən Rəbb İsa Məsihin Şəxsiyyəti ilə canlı ünsiyyəti mənə yalandan əvəz edən övliyalara, təsvirlərə, həmayillərə - insan əlinin işinə səcdəyə görə tövbə etdim (Qan.5:7-9, Yeş.40:18..., Rom.1:23-25, Vəhy.9:20). Mən Tanrı Səmavi Ataya səcdə qılmaq əvəzinə insanlara inanıb onların ardınca getdiyimə - yəni, bütlərə: keşişlərə, vaizlərə, xidmətçilərə, liderlərə səcdə etdiyimə görə tövbə etdim. Mənim qarşımda başqa allahların olmasın...Özün üçün heç bir oyma büt...düzəltmə... (Qan.5:7-9). Yalnız Allahın olan Rəbbə səcdə qıl və yalnız Ona xidmət et (Mt.4:10, 23:9-12, Yer.2:27-28).
Mən qidalanarkən qan kolbasası şəklində qan qəbul etdiyimə, inanaraq qurbanlıq ət, ehsan çörəyi, ehsan kökəsi, ehsan yeməkləri yediyimə görə tövbə etdim (Həv.15:29, Yer.7:18, 44:18-19). Mən öz xalqımın rəhbərlərinə, bütlərinə inanıb oktyabryata, komsomola və kommunist partiyası sıralarına daxil olanda sadiqlik andı içdiyimə görə tövbə etdim.
Rəbb dedi: - Mənim İsmim Müqəddəsdir. Mən sənin bütün natəmizliyini açacağam və möhürləyəcəyəm (Vəhy.20:3). Mən sənin həyatında olan cadugərlik=nəzarət günahını göstərmək istəyirəm. Mən sənə həyatında olan cadugərlik ruhunu dağıtmağı öyrətmək istəyirəm. Bu günahdan 1)tövbə etmək; 2)İsa Məsih İsmiylə sənin həyatında fəal olan cadugərlik ruhuna qadağan etmək; 3)İsa Məsih İsmiylə cadugərlik lənətini dağıtmaq və 4)İsa Məsih İsmiylə öz həyatında cadugərlik lənətindən azad olmağını elan etmək lazımdır.
- Rəbb, həyatımda cadugərlik günahını mənə göstər. Bunu sənə açmağa cinlərin mane olmaması üçün Müqəddəs Ruhda dua et.
- Müqəddəs Ruhda dua etdim. Yenə dua et. Cinlər qaçır.
- Duadan sonra Rəbb yadıma saldı ki, imanda olmayan zamanlar mən evimə bir qadın çağırmışdım və o mənim övladıma cadu oxumuşdu ki, o sağalsın. Rəbb dedi: - Bu cadugərlik lənəti sənin ailəndə hələ indiyə qədər dağılmayıb. Sən cadugərlik lənətini tövbəsiz dağıtmağa səy göstərmisən.
- Rəbb, duada cadugərlik lənətini şəxsi tövbəsiz dağıtdığıma görə məni bağışla. İndi sən İsa Məsih İsmiylə cadugərlik ruhunun uşağın həyatında fəaliyyət göstərməyinə qadağan etməlisən.
- Mən İsa Məsih İsmiylə, uşağın həyatında fəaliyyət göstərməyə cadugərlik ruhuna qadağan edirəm. İndi sən İsa Məsih İsmiylə uşağın üzərində olan cadugərlik lənətini dağıtmalısan.
- Mən İsa Məsih İsmiylə, övladımın üzərində cadugərlik lənətini dağıdıram İndi İsa Məsih İsmiylə, uşağın cadugərlik lənətindən azadlığını elan et.
- Mən İsa Məsih İsmiylə, uşağımın cadugərlik lənətindən azadlığını elan edirəm. İndi sənin uşağın cadugərlik lənətindən azaddır.
- Rəbb, cadugərlik lənəti uşağın həyatında nə törədirdi? - Onun özünü sizin mənzilinizdə cadu etməyə vadar edirdi. Sən öz bilməməzliyindən buna mənzilində icazə verdiyinə və bütün öz ailəni lənətə düçar etdiyinə görə tövbə etməlisən. Şeytan sənin ailənə yol tapmışdı və xəstəlikləri sənə ilişdirmişdi.
- Ya Rəbb, bu günaha görə məni bağışla, İsa Məsih İsmiylə. İndi isə cadugərlik ruhuna öz həyatında və ailənin həyatında fəaliyyət göstərməyi İsa Məsih İsmiylə qadağan et.
- Mən İsa Məsih İsmiylə pis ruh olan cadugərlik ruhuna bizim həyatımızda fəaliyyət göstərməyi qadağan edirəm. İndi sən İsa Məsih İsmiylə öz həyatın və ailənin həyatı üzərində bu lənəti dağıtmalısan.
- Mən İsa Məsih İsmiylə öz həyatım üzərində bu lənəti dağıdıram. İndi İsa Məsih İsmiylə öz həyatında və ailənin həyatında lənətdən azadlığı elan et.
- Mən İsa Məsih İsmiylə, öz həyatımda və ailəmin həyatında lənətdən azadlığı elan edirəm. İndi siz bu cadugərlik lənətindən azadsınız. Hər bir cadugərlik sizin ailənizi dağıdır.
- Sən mənə daha hansı cadugərliyi açmaq istəyirsən? Bu, provaslav kilsəsində şam yandırmaqla bir adam üzərində etdiyin cadugərlikdir. Sən əvvəllər bu günaha görə tövbə etmişdin, lakin bu, dərindən edilən tövbə deyildi, yəni, sən günahını tam dərk etməmişdin.
- Rəbb, İsa Məsih İsmiylə bu günaha görə məni bağışla. Mən İsa Məsih İsmiylə cadugərlik ruhuna öz həyatımda və o insanın həyatında fəaliyyət göstərməyi qadağan edirəm. Mən İsa Məsih İsmiylə, öz həyatımda və o insanın həyatında cadugərlik lənətini dağıdıram. Mən İsa Məsih İsmiylə öz həyatımda və o adamın həyatında cadugərlik lənətindən azadlığı elan edirəm.
- Sənin qanunsuzluqların əqlinin=ruhunun hər 3 sahəsində Mənim Müqəddəs Qanımla bağışlandı=örtüldü. Sən öz əqlinin=ruhunun bütün günahlarından tövbə etdiyin üçün sənin qanunsuzluqların bağışlandı və Mənim Müqəddəs Qanımla örtüldü (Vəhy.1:5, 7:14). Məndən nə eşidirsənsə, nəzərə al, yaz ki, bu Kəlamı xalqlara çatdırasan. Sən həm özünün, həm də Rəbbin cəmiyyətinin təqdis edilmə yoluna diqqət etməlisən yəni, həm özünü, həm də başqalarını inkişaf etdirməklə Mənim Pak Kəlamımı insanlara çatdırmalısan.
Mənim övladlarım, Mən sizi Öz Yüksəkliklərimə aparıram. Öyrənin, Mənim övladlarım, Mənim Hüzurumdan zövq alın. Mən sizi sevirəm. Mən sizdə Öz Məhəbbətimin Alovunu alışdırıram. Mənim üçün alovlanmağı öyrənin. Kəlamdan Mənimlə necə düzgün nigah münasibətləri qurmağı öyrən. Məni sevin, övladlarım və Mənə sizi Öz Yüksəkliklərimə aparacağam. Mənə Məhəbbətdə can atmağı öyrənin. Mənim Atam kimi kamil olun. Kamillik bu Mənə özünüzdə yer verməyiniz, bütün ürəyinizin=qəlbinizin Ən Müqəddəs Yer olmasıdır.
    e-mail
hristiana
Site Admin


: 27.04.2008
: 954
:

: 11, 2010 11:27 am     :

♫ 4. MƏHƏBBƏT ♫
Qoy məhəbbət riyasız olsun (Rom.12:9)



Mən Müqəddəs Kitabda insanın yaradılışı haqqında oxuyanda, insanın nə üçün yaradıldığı barədə suala verilən cavabın dərinliyini görmürdüm. Rəbb yaratdığı insana dedi ki, o yer üzündə hökmranlıq etsin, törəyib çoxalsın (Yar.1:28).
- Rəbb, sən insanı nə üçün yaratmısan? Mən insanı, onu nəzarətdə saxlamaq, ya ondan Öz Mənfəətim üçün istifadə etmək, ya da onun Mənə kor-koranə itaət etməsi üçün yaratmamışdım. Məhəbbət=Tanrı öz xeyrini axtarmır. Mən insanı onu sevmək üçün, onunla ünsiyyətdə olmaq üçün, həmçinin aramızda olan bütün münasibətlərin Məhəbbət üzərində qurulması üçün yaratmışam. Mən insanı yaratmışam ki, ona bütün Özümü, Öz Məhəbbətimi və hər şeyin Ən Yaxşısını ona verim. İnsanın da Mənim kimi sevməyə və sevilməyə ehtiyacı var. Məhəbbət bu çatışmayan hissədir, Məhəbbətsiz Rəbbin Cəmiyyəti Həyata malik deyil. Adəm Tanrının Məhəbbətini fərsiz oğul kimi rədd etdi. Və bütün bəşəriyyət fərsiz oğlun yolu ilə getdi. Lakin hər kəs Atanın Bənzəri olmaq üçün Onun Qeyd-şərtsiz Ata Məhəbbətini qəbul edərək Atanın yanına qayıda bilər.
- Rəbb dedi: Mən səni sevirəm və Məndə olanın Ən Yaxşısını sənə vermək istəyirəm. Bu isə Mən Özüməm (Yəh.14:21-23). Göndərdiyim qulum qədər kor olan varmı? (Yeş.42:19).
- Ya Rəbb, mən nədə koram? Məni sevməməkdə, Mənə etibar etməməkdə.
- Rəbb, mənə Öz Məhəbbətini göstər. Mən artıq sənə Öz Məhəbbətimi Azadlıq gətirən Həqiqəti bəyan edib səni ifşa etməklə göstərdim. Mən səni Həqiqətlə dirçəldirəm. Mənə çətin olanda ya da nəyi isə başa düşməyəndə mən həmişə Rəbbə müraciət edə bilərəm və O mənə Öz Həqiqətini açacaq.
Tanrının Məhəbbəti bu mənim özüm haqqında Tanrının Ədaləti və Tanrının Salehliyidir. Mən Onun Ədalətii=Həqiqəti vasitəsilə özüm haqqında Həqiqəti dərk edirəm. Onun Ədaləti məndəki pisliyi, qüsurları açır, aşkar edir və əgər mən Onun Ədaləti ilə razılaşsam, O məni tövbəm=sınmağım vasitəsilə pisliyimdən azad edər. Əgər Oğul Azad edərsə, Həqiqətən azad olarsınız. Daxilini araşdır, sən imandasanmı? Sənin İmanın Mənəm. Sən Məndəsənmi? Mənə hər şeydə və həmişə etibar edirsənmi?
- Rəbb, əgər mən Sənə etibar etmirəmsə, deməli, Səndə deyiləm? Bəli, səni Mənim Yolumla aparmaqda sən Mənə etibar etməyəndə Məndə deyilsən. Həqiqi iman Məndə əminliyə malikdir. Mənə inanmaq bu Mənim Bünövrəm üstündə, Möhkəm Daş üstündə dayanmaq deməkdir. Mənim Bünövrəm üstündə dayanmaq isə - bu Mənim uğrumda, Mənim Tərəfimdə dayanmaq deməkdir (Mt.12:30, Lk.15:13). Ümid isə - bu Mənə imanda Dağa, Mənim Məhəbbətimə doğru hərəkət etməkdir (Vəhy.21:10). Sənin şəfa almağına az qalıb yəni, Mən=Şəfa Verən həmişə səninləyəm və səndəyəm. Başlanğıc və Son səndə Mənəm. Mənim səndə Qələbəmin Sonuna qədər Məndə qalsan, Mən başladığım İşi Sona çatdıracağam (İb.3:14, Məs.4:20-22, Mal.4:2).
- Rəbb, az qalıb nə deməkdir? Tezliklə. Vaxtı sən təyin edirsən. Mənə Yol həmişə açıqdır. Yanıma gələni rədd etmərəm (Yəh.6:37). Mən sizi sevirəm. Mən sizdə Öz Məhəbbət Alovumu yandırıram. Mənim üçün susamağı öyrənin. İndi Mənim Süfrəmə şərik olun.
- Rəbbin Süfrəsindən sonra Rəbb mənə dedi: - Şərab bu, Qüdrətdir, bu, Tanrının Məhəbbətidir. Siz Mənim Məhəbbətimi bölüşdürdünüz. Məni sevin, övladlarım, və Mən sizi Öz Yüksəkliklərimə aparacağam. Siz Mənim Zühurumu, Mənim Ədalətimi, Mənim Alovumu, Mənim Nurumu sevdiniz (2Tim.4:8), ona görə də Mənim Lütfüm sizdə əbəs deyildi. Siz indi Mənim şahidlərimsiniz (Həv.13:31-34, 39, 1Yəh.3:5,8).
- Ya Rəbb, Məhəbbət Ənamını necə qəbul etməli? Həsr etməklə. Sənin təyinatın Məni sevməkdir. Əgər Mənimlə Mənim Məhəbbət Zirvəmə çatsan, onda Mən səndən Məhəbbət badəsi kimi, Mənim Badəm kimi istifadə edə bilərəm.
- Rəbb mənə görüntü verdi: Rəbb əyilib bizi öpür və Öz Əllərini bizim üzərimizdə Qanad kimi açır və Çardaq əmələ gəlir. Mənim Çardağım=Çadırım - bu Mənim Örtüyümdür. Sizdə məskən salacağam və sizdə yeriyəcəyəm (2Kor.6:16, 1Kor.3:16, Zəb.132:14). Mənə Məhəbbətdə can atmağı öyrənin. Ümidsiz olmayın, sizdə Mənim Qələbəmi gözləyin. Siz Mənim Qələbəmi görəcəksiniz və Mənimlə birlikdə Qələbə çalacaqsınız. Və Ziyafət olacaq (Nəğ.2:4). Mən sizi Öz Qüdrətimlə=Özümlə=Məhəbbətlə dolduracağam.

Rəbb mənə yuxu göndərdi: yarasalar (mənim sözlərim) mənim dodaqlarımı, gözlərimi, əllərimi və bütün bədənimi zəncirlə bağlamışdı. Mən tərpənə bilmirdim və kömək üçün Rəbbə yalvardım. Hər şey çəkilib getdi. Oyananda Mən soruşdum: Rəbb, bu nədir? Şeytan sənin imansızlıqla deyilmiş sözlərinlə Mənim Dağımın Zirvəsinə gedən Yolda sənə əngəl yaratmağa çalışır. Lakin onda heç nə alınmayacaq. Mən keşikdə dayanmışam
Sonra Rəbb mahnı oxudu:
Çiçəklər torpağa tökür ləçəyin,
Bilən yoxdur, Yolum necə tənhadır.
Nəvazişsiz, qəlb acısın gizləyib
Örtük altda yaşamaq taleyimə yazılıb.

- Ya Rəbb, bu nədir? Mənim övladlarım, Mən tənhalıqdan əzab çəkirəm. Məni axtaranlar tək-tək insanlardır. Mən isə elə istəyirəm ki, Öz Məhəbbətimi, Öz Nəvazişimi sizə bəxş edim. Örtükdə olmaq Məni usandırıb. Mən Üzümdən örtüyü götürmək istəyirəm. Lakin Mənim Üzümü kim axtarır? Tək-tək insanlar (Nəğ.2:14).
Mən Ürəyimi sənə boşaldıram, əzizim. Mən sizin hamınızı sevirəm, lakin Məni, Mənim onu sevdiyim kimi, kim sevir (Yəh.15:13). Mən tənhalıqdan əzab çəkirəm, Mənim övladlarım. Mən sizi elə sevirəm ki! Sizinlə elə yaxın olmaq istəyirəm ki! Mən hər vaxt sizin Mənim yanımda olmağınızdan, Mənimlə ünsiyyətinizdən zövq almaq istəyirəm. Məhəbbət istəyirəm (Mt.9:13). Mənə öz məhəbbətinizi verməyə can atın, Mən isə borclu qalmaram.
- Rəbb, məgər Sən bizə nə isə borclusan? Bəli. Mən sizə bu həyatda hələ dərk etmədiyiniz Öz Məhəbbətimi hədiyyə etməyə borcluyam (1Kor.2:9-10).
- Ya Rəbb, mənim bu Məhəbbətə elə ehtiyacım var ki. Mən öz həyatımda məhəbbət anları yaşamışam, amma buna baxmayaraq, bu Məhəbbət o məhəbbətdən deyil. Əzizim, Mən səni elə yaxşı başa düşürəm ki. Çünki Mənim Özümün də sənin bu Məhəbbətinə ehtiyacım var. Mənə Məhəbbətdə can atmağı öyrən.
- Səmavi Ata, İsa Məsih İsmiylə duada sənin qarşına gəlirəm. Sənə Məhəbbətdə can atmağı mənə öyrət! Mənim qızım, Mən sənə öyrədəcəyəm. Mənə itaətli ol, səni hara apararamsa, ardımca gəl. Heç nəyə - heç bir çətinliklərə, heç bir əngəllərə baxmadan Mənim ardımca gəl. Mən sənə heç düşünmədiyin, Dərkedilməz Şeyləri göstərəcəyəm. Sən Hökmdarı görəcəksən (1Kor.13:12-13, Yeş.33:14-17). Mənə öz Məhəbbətini iman, ümid, itaət vasitəsilə verməyə can at. Belə dua et: Səmavi Ata, İsa Məsih İsmiylə Sənin qarşına gəlirəm. Rəbb, bütün ömrüm boyu Sənə öz məhəbbətimi verməyə can atmadığıma görə tövbə edirəm, ona görə də Sənsiz tənha idim. Ya Rəbb, öz məhəbbətimi Sənə verməyə can atmağı mənə öyrət, İsa Məsih İsmiylə. Amin!.
- Mən bu duanı təkrar etdim İndi Məndən Məhəbbət Sahəsi barədə soruş.
- Rəbb, mən Səndən Məhəbbət Sahəsi barədə soruşuram. Mən bu mövzunu yenidən başlamaq istəyirəm, etirazın yoxdur ki? Mən səndən bir şey barədə soruşmaq istəyirəm: Necə fikirləşirsən, sən Mənsiz, Mənim Olanı Mənimki olmayandan fərqləndirə bilərsənmi?
- Əlbəttə, yox. Bu Məhəbbət Sahəsi ilə necə bağlı ola bilər? Mən Məhəbbətəm. Belə dua et: Səmavi Ata, İsa Məsih İsmiylə duada Sənin qarşına gəlirəm. Bütün ömrüm boyu Sənin Olanı Səninki olmayandan fərqləndirmədiyimə görə tövbə edirəm. Rəbb, Səndən xahiş edirəm, Sənin Olanı Səninki olmayandan fərqləndirməkdə mənə kömək et. İsa Məsih İsmiylə dua edirəm, əbədi olaraq. Amin..
- Mən bu duanı təkrar etdim. Mənim Olanı Mənimki olmayandan ayırmağı öyrən və onda sən Al Çiçək kimi açacaqsan. Bu çiçək al qırmızı rəngdədir.
- Ya Rəbb, mən bu yaşımda çiçək kimi açacağam? Əlbəttə, Məhəbbətdə yaş yoxdur.
- Bəs bu Al Çiçək necə çiçəkdir? Bu, Həyat ağacının çiçəyidir. O, parlaq narıncı rəngdədir.
- Ya Rəbb, al rəng axı qırmızı rəngdir? Xeyr, al rəng bu, parlaq narıncı rəngdir. Həyat Ağacının Çiçəyi al rəngdədir. O il boyu çiçəkləyir, solmur, tökülmür, çox xoş ətir saçır, incə rayihəsi var (2Kor.2:15). Bu Mənim yaratdığım ən yaxşı çiçəyimdir.
- Rəbb, bəs nə üçün o çiçək yer üzündə bitmir? Bu, Səmavi Çiçəkdir. O, günahlı mühitdə boy ata bilməz. Bu çiçək çox incədir, tezsınandır. Mən onu çox sevirəm.
- Rəbb, sən çiçəkləri sevirsən? Əlbəttə, bir şeyi sevməsəydim, Mən onu yaratmazdım. Mənim əziz övladlarım, Mən onları sizi sevdiyim kimi çox sevirəm. Bu çiçək çox gözəldir. Formaca o, zanbağı xatırladır. Hə, çiçəklər haqqında bu qədər bəsdir.
Rəbb dedi: - Sənin təqdis olunmağının niyyəti Mənim Məhəbbətimi dərk etmək arzusu olmalıdır. Bu elə Mənim ən böyük Xeyir-duamdır.
- Ya Rəbb, mən Səni sevmək barədə qərar qəbul edirəm. Dağa aparan Yol bu Mənim Məhəbbətimə aparan Yoldur. Mənim Hüzurumdan zövq almağı öyrən. Mənim Məhəbbətim üçün susamağı öyrən (1Kor.14:1). Sən Məni ən istəkli adamını gözləyən kimi gözləməlisən. Sən Bu Məhəbbəti məşq etdirməlisən.
- Rəbb, necə? Mən bunu sənə artıq öyrətmişəm. Məhəbbəti mövcud olmayanı mövcud olan kimi iqrar etməyə başla.
- Rəbb, mən öz boş ürəyimi Sənə açıram. Xeyr, sənin ürəyində artıq Məhəbbət doğulub, onu inkişaf etdirmək lazımdır (Kol.1:8). Bu Məhəbbətdə Mənim Dağıma doğru can atmaq lazımdır. Mən Məhəbbəti etiraf etməyə və Ona məhəbbətimi elan etməyə başladım və ürəyimdə nəsə əmələ gəlməyə başladı.
- Rəbb, ürəyimdə nə baş verir? Sənin ürəyin artıq sevməyə başlayır. Bunu hər gün məşq etdir. Rəbb bir mahnının sözlərini yadıma saldı: Sənin Məhəbbətin, Ya Rəbb, Tükənməzdir, Mərhəmətin sonsuzdur. Məhəbbətin, Mərhəmətin hər açılan səhərlə gəlir, hər açılan səhərlə gəlir. Rəbb hər şeydə Sadiqdir.
- Rəbb, bu nə deməkdir? Sən öz məhəbbətini inkişaf etdirməyə=gücləndirməyə başlayırsan. Hər səhərini Mənə məhəbbətini elan etməklə başla. Etirafına bütün ürəyini də qoymağı öyrən.
- Rəbb, Səni Həqiqətən sevməyi mənə öyrət. Mən, İsa Məsih İsmiylə, bütün ürəyimi Sənə verirəm. Əbədiyyən mənim ürəyimi qəbul etməyin üçün Sənin Lütfünü diləyirəm! Mən bunu necə də gözləyirdim! Mən sənin ürəyini qəbul edirəm və sənə Öz Ürəyimi verirəm (Məs.23:26). Mən istəyirəm ki, sənin həyatın Mənim üçün Yeni məzmur kimi olsun (Yeş.12:2-6, Vəhy.5:9-10). Mən istəyirəm ki, İsa Məsih Mənim Adıma necə layiq idisə, sən də Mənim Adıma, Mənim Məhəbbətimə elə layiq olasan (Vəhy.5:9, Kol.1:10, 2Sal.1:11, Vəhy.5:12). Sən məni şərəfləndirdiyin üçün Mən səni şərəfləndirdim (Zəb.49:14-15,23, Hab.3:17-19).
- Rəbb, Səni heç vaxt kədərləndirməmək, öz xəyanətimlə Sənin Ürəyini parçalamamaq, mənim düşünülməmiş hərəkətlərim üzündən Sənin heç vaxt ağlamağa vadar olmamağın üçün Sənin Lütfünü diləyirəm. Öz Böyük Mərhəmətinə və Lütfünə görə məni ağılsızlıq etməkdən qoru İsa Məsih İsmiylə! Mən ruhumda İsanın necə ağladığını görürəm.
- Rəbb, Sən nə edirsən? Mən xoşbəxtlikdən ağlayıram. Bu, Sevincdən axan göz yaşlarıdır!
- Rəbb, hər şeydən çox Sənin Kamil birliyinin bağı olan Məhəbbətinə sarılmağım üçün, Sən bizi sevən kimi, mənim də Səni əbədiyyən sevməyimdən ötrü Sənin Lütfünü diləyirəm. Mən bunu Səndən xahiş edirəm İsa Məsih İsmiylə (Kol.3:14)!

Başqa insan üçün mədh xidməti zamanı zal çox səs-küylü idi. İnsanlar oxuyur, yerlərindəcə ayaqlarını tərpədərək rəqs edirdilər, lakin mən birdən oturub Rəbblə təkbətək qalmaq istədim. Mən oturdum və ruhumda Rəbblə birləşdim. Mən Rəbbə səcdə edir, bir vaxtlar Məcdəlli Məryəmin etdiyi kimi İsa Məsihin ayaqlarını öpürdüm. Onun Özünün bir hissəsi olmağı və heç vaxt Ondan ayrılmamağı elə istəyirdim ki! Və elə bu vaxt Rəbb mənə görüntü verir: Mən Rəbbin ayağının çeçələ barmağına girirəm və Məsihin Bədəninin bir Hissəsi oluram. Onun Bədəni isə - bu Onun Cəmiyyətidir. Özümü çimdikləyib əmin olmaq istəyirdim ki, görən yatmamışam ki, gördüklərim həqiqətdirmi? İmanına görə sənə veriləcək.
- Rəbb, mən iman edirəm. Bu gözəl ruhani yaşantıya görə və Sənə məxsus olduğum və Səninlə eyni hissəyə malik olduğum barədə Şahidliyinə görə, Rəbb, Sənə minnətdaram (Yəh.13:8, Qanun.18:1-2).
Mən öz ailəmlə birlikdə təbiətin qoynunda istirahət edərkən güclü yağış başladı. Mən dua etdim ki, yağış kəsilsin, lakin o getdikcə güclənirdi. Biz hamımız maşında oturub gözləyirdik. Göyün üzü büsbütün qara buludlarla örtülmüşdü. Və mən havanın açılacağına bütün ümidimi itirərək göyə baxanda görüntü gördüm: göyün ənginliyindən mənə Rəbbin Böyük, Gözəl Gözləri baxırdı və onlar mənə deyirdi: Mənə ümid et.
Tutqun səmaya baxanda mənim heç bir imanım yox idi. Amma meşədən heç çıxıb getmək istəmirdim. Biz nə edəcəyimizi qərara alınca göyün üzü xariqüladə şəkildə aydınlaşdı və günəş çıxdı. Belə gözəlliyi mən çoxdan görməmişdim. Meşəyə səpələnmiş yağış damcıları göy qurşağının bütün rəngləri ilə şəfəq saçırdı. Hələ üstəlik, Rəbb bizə, qorxmadan lap burnumuzun ucunda, budaqda oturub nəğmə oxuyan quş da göndərmişdi. Bu möcüzə idi. Mən Rəbbdən öz imansızlığıma görə üzr istədim və bizə belə bayram təşkil etdiyinə görə minnətdarlığımı bildirdim. Biz ocaq qaladıq, kabab bişirdik və əla istirahət etdik. Bu hadisədən sonra mən Onun Gözlərini tez-tez görürəm.
Başqa bir dəfə elə bir hadisə baş verdi ki, mən onu heç vaxt unutmaram (1Kor.2:9). Rəbb mənim ruhani gözlərimi açdı və mən Onun gözəl Gözlərinə diqqətlə baxdım. Mən öz baxışlarımı Onun Gözlərindən ayıra bilmirdim. Onun Gözlərinə əbədiyyən baxmaq olar. Onlar məni elə cəzb edirdi ki, mənim ruhumda Onun Gözlərində batmaq istəyi oyandı. Və bu baş verdi.
Bizim gözlərimiz sürətlə yaxınlaşmağa başladı və mən Onun Gözləri vasitəsilə Onun daxilinə baş vurdum. Mən görürdüm ki, mənim ruhum böyük sürətlə Tanrının Dərinliyinə doğru irəliləyir (Ef.3:18, Zəb.41:8, 35:7, Rom.11:33). Ürəyim Ona məhəbbətdən yağ kimi əriyirdi. Bu xoşbəxtlik idi.
- Rəbb, nə baş verir? Sən Mənim Ürəyimdəsən. Mənim Məhəbbətim sənin məhəbbətini Özünə hopdurdu. Mən sənin qurbanını qəbul etdim=Özümə hopdurdum. Mən səni Özümə hopdurdum.
Deməli, mən tamamilə Onun Qadir Məhəbbəti ilə hopdurula bilərəm. İndi mən həmişə bu barədə düşünəndə xoşbəxtlik hissi məni yenidən bürüyür. Mən başa düşdüm ki, Rəbblə bütün ruhani yaşantılarım mənim bir hissəmə çevrilir və mənim üçün həmişəlik real olaraq qalır.
- Rəbb, bu Açıqlamanı mənim ürəyimdə saxla! Onu qorumağa mənə kömək et. Buna Sənin Lütfünü diləyirəm! Mən sənə bu Lütfü verirəm. Mən Öz Məhəbbətimi sənin ürəyinə yerləşdirdim. Sən daha əvvəlki kimi olmayacaqsan. Mənim Məhəbbətim səni dəyişəcək. Tanrının Məhəbbəti sənə verilən Müqəddəs Ruhla ürəyinə axıb tökülür (Rom.5:5). Dəyişilmək üçün Mənim Məhəbbətim barədə Açıqlamanı ürəyinlə almaq lazımdır. Mən bu ayədə bunu nəzərdə tutmuşam. Bu Açıqlamanın xətrinə yer üzündə doğulub yaşamağa dəyər. Mən Məhəbbətəm bu, o Təməldir ki, sən Onun üzərində öz Ruhani Məbədini qurmalısan (Mt.16:18, 1Kor.3:11).
Həmişə ilk növbədə Tanrının Səltənətini axtar ki, sənin ürəyində həmişə Mənim Məhəbbətim Hökmranlıq etsin (Yəh.15:9). Qalan şeylər Mənim tərəfimdən əlavə olaraq veriləcək. Yalnız Mənim Məhəbbətim barədə Açıqlamanın Təməlində sən dəyişəcəksən (Rom.5:5). Bu Açıqlama sənin düşüncəni dəyişəcək (Rom.12:2).

Ev ibadətində ünsiyyətimiz zamanı Rəbb bizi yenə də Məhəbbət barədə mövzunun üstünə gətirdi. Və Rəbb bir yuxunu mənim yadıma saldı. Bir düzənlik və bu düzənliyin ortasında olan böyük bir Məbədə aparan geniş yol görürəm. Bütün yol Məbədə gedən adamlarla doludur. Mən hamı ilə birlikdə gedirəm. Birdən Müqəddəs Ruhun Rəhbərliyi ilə insanların başı üzərində havaya qalxıram. İnsanlar mənim bu davranışımdan təəccüblənirlər. Əvvəlcə utanıram və özümü naqolay hiss edirəm, lakin qərara gəlirəm ki, Müqəddəs Ruhun Rəhbərliyinə görə hərəkət edim, ona görə də Məbədə doğru uçuram. Mənim Rəbbdən biliyim var ki, Məbədin təpəsindəki uzun millərdən birinin ucunda bəzək üçün qoyulmuş metal kürə qopub və damın oyuğuna düşüb. Mənim işim bütün binanın bəzəyi olan itmiş kürəni tapıb yerinə qoymaqdan ibarət idi. Uçub dövrə vuraraq kürəni tapıram və boş milə yaxınlaşıb kürəni milə keçirirəm. Yuxunun sonu.
Oyanıb yuxu barədə düşünürəm. Mənim biliyim var ki, mənim yüngül xidmətim bundan ibarətdir. Mənə Məbədin bünövrəsini doldurmaq, onu tikmək, damını örtmək lazım deyil, yalnız qopub düşən və itən şeyi yerinə qoymaq lazımdır. Eyni zamanda bu Məbədin İnşaatçısına və Rəssamına heyran oluram ki, O, Öz tikintisində, o vaxt mənə ƏHƏMİYYƏTSİZ kimi görünən hətta xırda bir detalı da nəzərdən qaçırmır. Təəssüf ki, mən onda bu kürənin hansı əhəmiyyət daşıdığını Rəbbdən soruşmurdum. Mən fikirləşirdim ki, bu, sadəcə bir bəzəkdir. Bir neçə il keçdi və budur, bu gün Rəbb yenə də bu yuxunu yadıma salır. Ev xidmətində ünsiyyət zamanı, mən Tanrının bizi Öz Qanadlarında necə qaldırdığını və onda, Onun tapşırığı ilə uça biləcəyimiz barədə yuxumu başqaları ilə bölüşdüm. Bizim ünsiyyətimizdən sonra gecə, Rəbb artıq başqa adama bu çatışmayan bəzək əşyası barədə Açıqlama verir bu, cəmiyyətdə mənim Çatışmayan MƏHƏBBƏTIMDIR.
- Rəbb dedi: Siz hamınız Mənim Ürəyimdəsiniz, amma Mən hamının ürəyində deyiləm. Məhəbbət bu çatışmayan hissədir, Məhəbbətsiz Rəbbin Cəmiyyəti Həyata malik deyil (1Kor.13:1-3). Sonra Rəbb bizə açır: Məhəbbət bu, Müqəddəs Ruhun Qanadlarıdır. Məhəbbət Rəbbin Öz Yeganə Gəlinini tanıyacağı həmin bəzəkdir. Məhəbbət Gəlinin başında Onun Tacıdır, Tac isə Bu, O Özüdür=Tükənməyən Həyat Tacı (Vəhy.3:11).
Rəbb dedi: - Mən sizi Mənim Məhəbbət Sahəmə aparmaq istəyirəm. Mən sizin hamınızı birlikdə Öz Ziyafət Evimə aparıram ki, Mənim Bayrağım sizin üzərinizdə dalğalansın. Bu Bayraq Mənim Məhəbbətimdir (Nəğ.2:4). Məhəbbət Müqəddəs Ruhun Qanadlarına malikdir. O sizi Göylərə qaldırır. Məhəbbətə sədd yoxdur. Məhəbbət sizi hər bir maneədən, yer üzünün istehkamından keçirir. Məhəbbət Göylərin Sakinidir (Zəb.91:4). Ruhun Ən Böyük Qüdrəti Məhəbbət adlanır. Kim Məni sevirsə, Müqəddəs Ruha görə yeriyir, Müqəddəs Ruhun Qanadlarında uçur. Rəbbə xidmət üçün ürəyin yeganə həqiqi, təmiz niyyəti mənim Ona məhəbbətimdir (Həv.13:22). Bizim xidmətimiz Tanrını sevməkdən ibarətdir (1Kor. 13 fəsil).
- Rəbb, biz Sənin Təməlinin üzərində dayanmışıqmı? Bəli, dayanmısınız. Mənim Təməlim Çarmıx vasitəsilə qoyulur. Mənim Təməlim bu, Çarmıxa çəkilmiş və Dirilmiş İsa Məsihdir.
Bütün xilqət Mənim Məhəbbətim haqqında Tanrınınn oğullarının Açıqlamasını ümidlə gözləyir (Rom.8:19). Mənim Açıqlamalarım bu, Müqəddəs Ruhla ürəklərə axıtdığım həmin Məhəbbətdir. Bu Məhəbbət sizi dəyişir. Bu Açıqlamanı yalnız oğullar alır. Oğullar isə - bu, Tanrının Ruhu ilə İdarə olunanlardır (Rom.8:14). Oğul olmaq bu, artıq Tanrının Ruhunda böyümüş olmaqdır. Oğullar Mənim Həqiqətimdə dayanmağı və Mənim ardımca getməyi bacarırlar (1Yəh.2:12-15).
Rəbb dedi: Sevgilinin yolunda görülən işlər mükəmməl işlərdir. Əgər itaətiniz Sevgilinizin xətrinə deyil, itaət xətrinədirsə, dualarınız dua etmək xətrinə, imanınız iman xətrinədirsə, onda forma məzmunsuz qalır. Mənim Ənamım kimi, Mənim Toxumum, Mənim İlkim kimi də Məhəbbət var. Lakin bu Ənam (Məhəbbət Ənamı) Mənə Məhəbbətdə Bəhrə verməsə, onda İman əbəsdir. Həqiqi İman həmişəMənim ardımca getməklə nəticələnir. Paltarlarınızı yox, ürəklərinizi yırtın (Yoel.2:13). Əgər mənim xidmətimin, təmizlənməmin məqsədi lovğalanmaq xətrinə deyil, Sevgilimin xətrinədirsə, onda mənim ürəyimin niyyətləri təmizdir.
- Rəbb dedi: Nişan üzüyü (bu bizim Rəbblə birlikdə Onun Həqiqət Qurşağına sarınmağımızdır Ef.6:14, Yəh.21:18, Lk.12:35, Çıx.12:11, Zəb.44:4-5...), sadəcə Bəzək deyil, iki ürəyin bir qərardır: sizin və Mənim (2Kor.11:2). Üzük və Möhür bu eyni şeydir. Dua edin ki, Sizi Mən qurşaqlayım, sizi istədiyim yerə Mən aparım, YALNIZ Mənim barəmdə qayğı çəkməyiniz üçün dua edin.
Biz hamımız razılıq duası ilə dua etdik.
Xidmət zamanı Rəbb başqa insana görüntü verir. Görüntüdə Rəbb Öz önlüyünü çıxarıb mənim belimə bağlayır. Mən təəccüblənirəm və bu önlüyə laqeyd yanaşıram, çünki İsa Məsihin hərəkətlərini başa düşmürəm. Və Rəbb dedi: Bu Mənim sənə Ənamımdır. Sən hələ Mənim Ənamımın necə qiymətli olduğunu başa düşmürsən. O qiyməti olmayan misilsiz Cəvahiratdır. Mənim bu Ənamım səni dəyişəcək. Bu Mənim qulumun önlüyüdür.
- Rəbb, Hədiyyənə görə Sənə minnətdaram. Sənin mənə olan Məhəbbətinə layiq olmaq üçün dəyişməyi elə istəyirəm ki. Ya Rəbb, mən özümü Sənə həsr edirəm. Ya Rəbb, Müqəddəs Ruhun Qüdrəti ilə yalnız Sənə sarınmağım, bağlanmağım, calaq olunmağım üçün məni hər cür dünyəvi bağlılıqdan Müqəddəs Ruhun Qüdrəti ilə Öz Lütfünlə azad elə İsa Məsih İsmiylə!
Bunun nə demək olduğu barədə düşünməyə başladım və yadıma düşdü ki, Rəbb önlüyünü=dəsmalını bağlayanda O, xidmət etməyə=Öz şagirdlərinin ayağını=əqlini yumağa başladı (Yəh.13:14-17). Bizə bir-birimizə Həqiqəti deməyi yəni, bir-birimizin ayağını=anlayışını yumağı öyrənmək lazımdır (Ef.4:22-25). Həqiqət Qurşağının üzərində İkiağızlı Qılınc=Tanrının Kəlamı dayanır. Tanrının bağladığı Qurşaq bu bizim təmizləndiyimiz, Su ilə=Kəlamla təqdis olunduğumuz həm də Qılınc=Kəlamdır (Ef.6:14).
- Sən xidmətçi ürəyinə maliksən. Sən Mənim ardımca gedirsən, amma Mən sənə Atanın Ürəyini vermək istəyirəm. Mən sənin itaətini istəyirəm, Mən sənin məhəbbətini istəyirəm (Yez.11:19).
- Rəbb, bu necə ürəkdir? Bu hər şeyə Qadir Məhəbbətdir. Atanın Ürəyi Məhəbbətlə doludur. Bu ürək, elə bu cür də qarşılıqlı Məhəbbət üçün susayır. Sən Mənim Ürəyimə malik ola bilərsən.
- Rəbb, necə? Buna öyrənmək lazımdır.
- Necə ? - Tikanlıqdan keçib Mənim Ürəyimə doğru hərəkət etmək lazımdır.
- Rəbb, bu, tövbə Yoludur? Bəli, bu Mənim Təmizləmə, Təqdisetmə Yolumdur.
- Rəbb, Mən Atanın Ürəyinə malik ola bilərəm! Bəli, Mənim qızım, sən Mənim Ürəyimə malik ola bilərsən. Kim Mənə bütün öz ürəyini versə, o Mənim BÜTÜN Ürəyimi biləcək. Təzə ürək yaradacağam onda. Məni sevəni Atam sevəcək (Yəh.15:9). Və Mən onu sevəcəyəm və Özümü ona zühur etdirəcəyəm...Və Biz onun yanına gəlib onunla bərabər Öz Məskənimizi salarıq (Yəh.14:21,23).

Unutmaq lazım deyil ki, İsanın gəlişini gözləyən, lakin sonra Onu tanımayan və çarmıxa çəkən fəriseylərdə olduğu kimi, yalançı azadlıq və Tanrıya riyakar məhəbbət də var. Həqiqi Azadlıq bu, canını Rəbbin uğrunda itirmək, İsa Məsih tərəfindən tam hopdurulmaq və Onunla dolmaq, İsada olmaqdır. Həqiqi Məhəbbət bu, azad surətdə İsa Məsihin ardınca getmək üçün yalnız və yalnız İsa Məsihi sevmək, Ondan ötrü canını əsirgəməməkdir Bugünki gündə Rəbbi hamı görmür=tanımır. Rəbb Özünü hamıya deyil, Onu gözləyənlərə, Ona iman və Ona ümid edənlərə və Onu sevənlərə zahir edir. Öz Dirilməsindən sonra Rəbb yalnız Ona səcdə edənlərə Özünü zahir edirdi.
Rəbb bizə dedi: - Mən aranızdan keçəcəyəm, Rəbb belə deyir (Amos.5:17-18). Mənim Gəlişimdə Məni görəcəklərmi? Kim Məni, Mənim Ürəyimi dərk etsə, o görəcək (Lk.24:31, 19:42,44, Mt.28:16-17, Vəhy.14:1,4-5). Səbirsizliklə gözlənilən Rəbb Öz xalqının arasına gələndə fəriseylər və qanunşünaslar öz məşvərətlərini toplayıb (Tanrı ilə məşvərətə girmək əvəzinə) dedilər: ...əgər Onu belə buraxsaq, hamı Ona iman gətirəcək...və bizim yerimizi tutacaq və bizim xalqımızı yox edəcəklər, buna görə İsa artıq yəhudeyalıların arasında açıq gəzmirdi, oradan... getdi və Öz şagirdləri ilə...qaldı (Yəh11:48,54). Əgər biz sayıq durmasaq, onda Onu tanımadığımıza görə fəriseylərin vəziyyətinə düşə və Onu AŞKAR tərk edə bilərik.

- Səmavi Ata, mən Sənin Ürəyini istəyirəm. Səni Haqq-Təalanın Məhəbbəti ilə sevməyi mənə öyrət, İsa Məsih İsmiylə!. Haqq-Təalanın Məhəbbəti bu, düşmənlərinə qarşı məhəbbətdir. O səni dəyişir. Bu Məhəbbətdə şeytana yer yoxdur. Məhəbbət heç vaxt məğlub olmur, heç vaxt tükənmir (1Kor.13:8). İblisə yer vermə (Ef.4:27). Cismani təbiətə görə hərəkət etməyə tələsmə. Günah etmək üçün bəhanə axtaranların əlinə bəhanə vermə. Öz səbrinlə Mənim Kamil İradəmi icra edirsən ki, vəd edilmiş Mükafatı alasan. Ruha görə səbir bu, Məhəbbətdir (2Pet.1:5-6, Zək.8:13,12). Tanrının Səbri məndə cismani təbiətimin səbrsizliyini öldürür. Ehtiyatlı ol ki, şərə (özünə=günahkara=cismani təbiətə) tərəf dönməyəsən, çünki zəlil olmaqdan çox bunu seçmisən (Əyy.36:21). Mən Müqəddəs Ruha görə yeriməyə üstünlük verəndə mənim cismani təbiətim çarmıxda ölür.
Rəbb dedi: Siz cismani təbiətə görə heç bir dəyəri olmayan Mənim qullarım olmalısınız, bu dünya üçün heç bir əhəmiyyəti olmayan Mənim qablarım olmalısınız. Bu Açıqlama sizin ürəklərinizə daxil olmalı=kök salmalı=möhkəmlənməlidir (Lk.17:8-10, 16:12, Yəh.4:34). Yalnız Mən sizi Öz təyinatım üzrə istifadə edə bilərəm və başqa heç kim. Duz öz-özlüyündə heç bir qüvvəyə, əhəmiyyətə malik deyil (Mt.5:13, Lk.14:33-35, Mk.9:49-50).
    e-mail
hristiana
Site Admin


: 27.04.2008
: 954
:

: 11, 2010 11:29 am     :

♫ 5. TANRININ İMANI ♫
Tanrının imanına malik olun (Mk.11:23)


Bir var Tanrının İmanı və bir də var bizim imanımız. Tanrıya Tanrının İmanı ilə iman etmək bu, İsa Məsihin Öz Atasına İman etdiyi kimi İman etmək deməkdir. İsa həmişə Ataya qulaq asırdı və O, Öz Həyatında hər dəqiqə Atanın Ona dediklərini edirdi.
Hər birimizə, şəxsən özümüz barədə, öz şəxsi həyatımızda necə hərəkət edəcəyimizi bilmək üçün yalnız Şəxsən Rəbbdən ala biləcəyimiz Tanrının İmanı=Tanrının Həqiqəti lazımdır. Bu elə - Rəbbin Kəlamı ilə, Müqəddəs Ruhla idarə olunmaqdır. Bütün Müqəddəs Ruhla İdarə olunanlar Tanrının oğullarıdır. Salehlər həmişə Tanrıda öz həyatları üçün Tanrının Kamil Planından yayınmamaq üçün Tanrının İmanını hər gün axtarırlar. Rəbb, Sən Öz Xeyir-duanla salehə xeyir-dua verirsən yəni, Öz Kəlamınla, Öz İmanınla Öz Açıqlamanla ona sipər qoyursan (Zəb.5:12).
Bizim imanımız bu bizim Tanrı üçün susamamağımız, Rəbbin Həqiqətinə ehtiyacımızın olmaması, məsləhət üçün Tanrıya müraciət etməməyimizdir və Rəbbin Kamil İradəsini bilmədən vəziyyətdən asılı olaraq, nəyə iman edib-etməməyi özümüzün seçməyimizdir. Bu bizim özümüzü saleh saymağımız və idarə etməyimizdir. Özünü saleh sayan Tanrıya etibar etmir, lakin özü özünü idarə edir və Tanrıdan, Onun Hikmətindən asılı olmayaraq öz niyyətləri ilə idarə olunur. O, Rəbbin İman etmədiyinə iman edir, nəyə iman edib etməməyi isə biz yalnız Rəbbin Özündən öyrənə bilərik. Tanrının imanına malik olun (Mk.11:23-24). Beləliklə, özü özünü saleh sayan öz ölü imanına iman edir və bununla özü özünü yoldan çıxarır və aldadır. Saleh isə daima susayır=Tanrının İmanına ehtiyacı var yəni, Müqəddəs Ruhla İdarə olunmağa, Tanrının Kəlamına, Açıqlamalarına ehtiyacı var. Rəbbə İman ilə möhkəmlənirik və Onun İmanı ilə biz malik olduğumuzu saxlayırıq (2Kor.1:24, Rom.4:20). Malik olduğuna möhkəm sarıl ki, kimsə Tacını=Tanrının İmanını=Tanrının Məhəbbətini çalmasın (Vəhy.3:11, 2:25).
İnsanın (3 nəfərdən biri) həyatında belə bir an oldu. Mən Peter kimi batmağa başladım. Mən bunu ruhumda gördüm. Peter də Rəbbin Sözü ilə suyun üzəri ilə gedirdi, lakin öz imansızlığı üzündən batmağa başladı. O öz nəzərini Rəbbdən çəkdi və coşan dənizə baxdı. Dəniz bu, bu dünyanın səltənəti, xalqlar, insanlar, vəziyyətlərdir.
Mən ümidsiz halda Rəbbdən xahiş edirdim ki, məni xilas etsin, çünki ayağımın altında MÖHKƏM TƏMƏLƏ malik olmadığım üçün batırdım.
Və Rəbb gecə məni oyadıb dedi: Daha şübhə və tərəddüd etməmək üçün Məndən Tanrının İmanını dilə (1Kor.12:9).
- Rəbb, Səndə şübhə etməmək üçün Səndən Tanrının İmanını diləyirəm İsa Məsih İsmiylə! Rəbbin Kəlamında=Açıqlamasında dayanmaq üçün (Vəhy.2:5), körpəlikdən (Ef.4:14, İb.11:6, 2Sal.1:11) çıxaraq artıq imanın başqa səviyyəsinə keçib yaşamaq üçün sənə Tanrının İmanı vacibdir. Tanrınınn İmanına malik olmaq... bu, şübhə etmək yox, lakin hər şeyin Mənim Sözlərimə görə olacağına iman etmək=bununla razılaşmaq və sənə Tanrının dediyi kimi olacağı deməkdir. Ona görə də sənə deyirəm: Mənim Kəlamıma əsasən dua edib hər nə diləsən, iman et ki, alacaqsan və istədiyin sənin üçün ediləcəkdir (Rom.10:8). Mənim səndə olan İmanım sənin Mənə Məhəbbətin vasitəsilə hərəkət edir (Qal.5:6). Mənim Ənamım kimi, Mənim Toxumum, Mənim İlkim kimi də Məhəbbət var. Lakin əgər bu Ənam yetişib Bəhərə=Məhəbbətə çevrilmirsə, onda, İman əbəsdir. Həqiqi İman həmişə Mənim ardımca getməklə nəticələnir. Bizə Onun İmanını alışdırmaq lazımdır, yəni inkişaf etdirmək, böyütmək, Rəbblə şəxsi münasibətlərimizdə tətbiq etmək lazımdır (2Tim.1:6).
Şəxsən Rəbbin mənə verdiyi Açıqlamalar bir çox təbliğçilərin sözü ilə üst-üstə düşməyəndə mən şübhə etməyə başlayırdım. Və Rəbb mənə dedi: Malik olduğunu saxla (Vəhy.2:25).
- Rəbb, mən nəyə malikəm? Sən Mənə maliksən. Mənə bağlan. Mənim Açıqlamalarımda möhkəm dayan. Mənə imansızlığın vasitəsilə şeytana izn vermə ki, onları səndən oğurlasın. Bu Mənim Xəzinəmdir (Zəb.119:14).

Məsihçilikdə yeriməyimin ilk vaxtlarında Rəbb insana (3 nəfərdən birinə) peyğəmbərlik Sözü verdi. O dəqiq bilirdi ki, bu, Rəbbdəndir. İllər keçdi, lakin Onun Sözü nəinki həyata keçmirdi, əksinə, hər şey əks istiqamətdə hərəkət edirdi.
Mən Rəbbi çağırdım: Rəbb, Sən tezliklə gələcəksən! Və Sənin mənə dediyin hələ icra edilməyib. Sən artıq qapının ağzındasan, Sənin dediyinin icrası üçün isə vaxt lazımdır! Sən Əbədiyyətdəsən. Mən bir an içində Onun Xariqüladə Rahatlığı ilə doldum. Xahişlərinizi Tanrı qarşısında bildirin və Tanrının hər cür ağıldan üstün olan Sülhü Məsih İsa vasitəsilə ürəklərinizi və düşüncələrinizi qoruyacaqdır (Fil.4:6-7, Mt.11:28-29). Rəbb mənə anlatdı ki, bütün zamanlar və müddətlər Onun Hakimiyyəti altındadır (Həv.1:7). Ən əsası odur ki, mən Rəbbə inanım və etibar edim.
Bir neçə il də keçdi. Peyğəmbərliyin icra edilməməsinə baxmayaraq, mən Rəbbə sadiq qalmışdım. Mən ruhani cəhətdən böyüyürdüm və həyatımda mənim üçün Rəbbin Peyğəmbərlik Sözü yox, Onun Özü və mənim Rəbblə canlı münasibətlərim Əsas oldu. Və Rəbb hansısa anda mənim səhvimi mənə aça bildi Onun o vaxt mənə verdiyi Peyğəmbərlik Sözünü mən düz izah etməmişdim, çünki onun Həqiqi İzahını Rəbbdən soruşmamışdım, çünki həmin vaxt qəlbimdə büt var idi .
- Rəbb, nə üçün mən belə uzun müddət yanlış fikirdə olmuşam? Sən məni, Mən isə səni gözləyirdim. Sən Mənim Sözümün icrasını gözləyirdin, Mən isə səni gözləyirdim, sənin bəhrəni=Mənə məhəbbətini gözləyirdim. Sənin Mənə imanın sönmürdü, ona görə də sən Ümid Etdiyini və Gözlə Görmədiyini gözləyib məqsədinə nail oldun. (İb.11:1). Rəbb Ona qarşı bütün ürəyimdən gələn məhəbbətimi, məni gözləməyə nail olanda mən Onun Peyğəmbərlik Sözünün Həqiqi Mənasını qəbul edə bildim. Hələ üstəlik, Rəbb mənə Öz qiymətli Təlimini də verdi. Əgər mənim ürəyim Rəbblə tam dolu deyilsə, mən Onun Kəlamını təhrif edilmiş şəkildə görəcəyəm=başa düşəcəyəm (1Kor.13:12). Ona görə də mənə Onun hər bir Peyğəmbərlik Sözü üçün, ya da verdiyi yuxu üçün Onun Açıqlamasını xahiş etmək yəni, mənim deyil, Onun nəyi nəzərdə tutduğunu Onun Özündən öyrənmək lazımdır. Əgər Onun Kəlamı uzun müddət icra olunmasa da, İbrahim vəd edilmiş oğulu gözləyib aldığı kimi, biz də Ona ümidlə, Onun Kəlamının icra ediləcəyi axırıncı dəqiqəyə qədər Onu sevməli və Ona iman etməliyik (İb.10:35-37, Rom.4:18-19, Qal.6:9, 2Tim.2:12-13). Vaxt keçdikcə Rəbb çox tez-tez, Özünün İlahi Planının mənzərəsini tam şəkildə bizə göstərmək üçün eyni bir Peyğəmbərlik Sözünü çoxlu başqa Açıqlamalarla tamamlayır (Ef.3:18).

Rəbb dedi: Beş müdrik qız bu Mənə etibar edən və Müqəddəs Ruhun Rəhbərliyinə öyrənəndir. Bu onların təlim və hazırlıq vaxtı idi. Hazır olanlar nigah ziyafətinə oturdular. Təlim vaxtı bu, Məhəbbət vaxtıdır (Mt.25:10, Yez.16:8...=Vəhy.3:17-18, 19:7). İndi İsa Məsihi bütün ürəyinlə, bütün düşüncənlə, bütün qüvvətinlə, varlığınla izzətləndirmək və sevmək vaxtı gəlib çatmışdır (Yəh.17:1).
- Ya Rəbb, Sənin İmanın nə deməkdir, bu barədə bir az ətraflı olar? Bu, İb.11:1-dir. Sənin Ümid Etdiyini və Gözlə Görmədiyini Mən icra edirəm. Sənin imanının Nəticəsi Mənəm. O Ümid Etdiyin və Gözlə Görünməz Olan Mənəm. İmanla Mənim Kəlamım səndə Bəşər, Mənim Bəhrəm olur (Yəh.1:14). İndi Mən sənə Tanrının İmanını bəxş edirəm. O səni Dağa qaldıracaq. Bu İman səndə Mən Özüməm (1Kor.12:9). Mən sənə, Mənə etibar etmək Ənamını bəxş edirəm. Ondan istifadə etməyi öyrən yəni, bu Ənamla yaşa ki, Məhəbbət Bəhrəsi gətirəsən.
- Ya Rəbb, Sənə etibar etmək Ənamına görə, sənə minnətdaram. Rəbb, Səndə yaşamağı mənə öyrət İsa Məsih İsmiylə! İman uğrunda mübarizədə yaxşı çarpış. Bu elə ümiddir bu Mənim hərəkətdə olan İmanımdır (Rom.8:24-25).
- Rəbb, yaxşı çarpışmaq nə deməkdir? Bu Mənim hər bir Kəlamımı icra etməyə can atmaqdır; Mənim kimi düşünmək və yaşamaqdır. Mənim Rema Kəlamımda artıq iman var. Sənə iman etmək lazım deyil, çünki sən bunu başa düşürsən. Sənə Mənim Kəlamımı icra etmək - yəni, yalnız Mən sənə həmin gün üçün nə etmək lazım olduğunu deyəndə, sənin bunu etməyin lazımdır. Mənim Boyunduruğum isə asan, Yüküm yüngüldür. Özü özlüyündə imanın mənası yoxdur. Mənə olan İman Bəhrə gətirməlidir. Mənə olan İman sənin arzunu deyil, Mənim Kəlamımı icra etməlidir
Mən səni Mənim İmanımın sahəsinə aparmaq istəyirəm. Mən sənə hər şeydə Mənə etibar etməyi öyrətmək istəyirəm. Nə baş verirsə versin, heç vaxt Məndə şübhə etmə. Mən həmişə sənin yanındayam. Əgər hər şeydə və həmişə Mənə etibar etsən, hər şeydən keçəcəksən, hər şeyə qalib gələcəksən. Mən istəyirəm ki, sən bunu tez öyrənəsən. İman bu, hər şeydə Mənə itaətli olmaq, etibar isə - bu səni hara aparıramsa aparım, Mənim səninlə yanaşı yeridiyimə inanmaqdır. Bir var Tanrınınn İmanı bu, Tanrının Ənam kimi verdiyi İmandır. Bu İmanı Tanrıdan istəyirlər. Bu, Xariqüladə İmandır. Və bir də Bəhrə kimi İman var. Bu İman sənin Mənimlə qarşılıqlı şəxsi münasibətlərində böyüyür və inkişaf edir.
İman bu sənin seçimindir. İman olmadan Mən sənin üçün heç nə edə bilmərəm. Mənə iman bu sənin şeytana qarşı əsas silahındır. Mənə olan imanın və etibarın səni xoşbəxt edə bilər. Mənə iman və etibar etməyi öyrən. Sən İmanla və səbirlə Səmavi Vədləri irs alacaqsan (İb.6:12-15).
Mən hər şeyi başa düşdüm. Deməli, iman mübarizəsi bu mənim günah etməmək barədə seçimimdir, yaxşı iman mübarizəsi bu, Tanrıya əqlində malik olmaq, yəni Müqəddəs Ruha görə hərəkət etmək (Yəh.5:30, 7:18), İsa Məsihin hərəkət edəcəyi kimi hərəkət etmək deməkdir. İsa, Səmavi Ata göstərdiyi və dediyi kimi Müqəddəs Ruha görə hərəkət edirdi.
- Rəbb, Sənin İmanını necə inkişaf etdirim? Hər gün Mənim İmanımla yeriməyi öyrən.
- İmanda necə yeriyim? Mənim Kəlamımı qeyd-şərtsiz icra etməyi öyrən.
- Rəbb, qeyd-şərtsiz bu nə deməkdir? Heç vaxt, heç nədən qorxmamaq və Mənim həmişə sənin yanında olduğuma inanmaqdır. Sən Mənə Məhəbbətdə imanla can atmalısan. Sən bunu öyrənməlisən, Mən sənə bunu öyrədəcəyəm, əzizim. Birlikdə bizdə hər şey alınacaq. Mənə iman edənə hər şey mümkündür.
- Rəbb, iman etmədən Sənə məqbul olmaq olmaz? Bəli. İman olmadan Mənim sənə verəcəyimi qəbul edə bilməzsən. Mənim İmanım olmadan kor qalarsan və Mənim sənə açmaq istədiyimi görməzsən=əldən qaçırarsan. Mənim şagirdlərim Mənsiz heç nə edə bilmədiklərini görəndə onlarda Mənim Gözlərim, Mənim Görmə Qabiliyyətim, Mənim Hikmətim açıldı.
- Ya Rəbb, həqiqi iman addımlarını necə atmağı mənə göstər. Mən sənə bunu göstərəcəyəm. Müdrik tələbə ol.
- Müdrik tələbə olmaq nə deməkdir? Bu, düşdüyün hər bir vəziyyəti müdrikcəsinə qiymətləndirmək deməkdir.
- Vəziyyəti müdrikcəsinə necə qiymətləndirmək lazımdır? Əqlində Mənə, Mənim Kəlamıma malik olmaq və duada sayıq durmaq lazımdır.
- Yəni, hər bir vəziyyətdə mən Sənsiz və Müqəddəs Ruhun Rəhbərliyi olmadan heç bir işə başlamamalıyam? Bəli, Mənim dostlarım, həmişə Məndən təlimat gözləyin. Mənsiz bir işə başlamağa heç vaxt tələsməyin. Mən sizi şeytanla döyüşə hazırlayıram. Mən sizi buğda kimi səpəcəyəm ki, Öz Məhsulumu biçim. Mənim övladlarım, siz fiziki təcavüzlərə: döyülməyə, söyülməyə, üzünüzə tüpürülməyə də dözməli olacaqsınız. Məni tanımayan imanlılar sizi döyəcək. Mənim Oğlum da belə əzab çəkirdi. Siz Mənim uğrumda bu əzablı Yolu keçəcəksiniz. Bununla da Mənim sizdə Səbr kasam dolub daşacaq (Zəb.115:4-6, Mt.26:27). yəni, siz Mənim Çarmıxımdan kasa dolu içəcəksiniz. Və onda, Qələbə gələcək və hər şey Sona yetəcək (Fil.3:8-10-12). Qələbə - bu öz düşmənlərini sevmək və öz həyatını onların uğrunda qurban vermək deməkdir. Bu, Səmavi Məhəbbətdir=Səmavi Atanın sizdə Məhəbbətidir (Mt.5:45-46,48).
Rəbb xahiş etdi: Mənə izn verin, sizi buğda kimi səpim. İcazə verin, sizin vasitənizlə bu dünyada yeriyim (Rom.15:17-19). Həqiqətən sizə Həqiqəti söyləyirəm: Mənə iman edən, gördüyüm işləri Ozü (biz yox, lakin O bizim vasitəmizlə) görəcək və DAHA da çox Tanrı görəcək; çünki Mən Atamın yanına gedirəm. Mən Öz İşçilərimi Öz Biçinimə göndərirəm. Mən sizi qurdlar arasına quzular kimi göndərirəm. Beləliklə, gedin (Lk.10:2-3).
Biz Onun Kəlamına əsasən razılıq duası ilə dua etdik: Rəbb, bizim öz cismani təbiətimizin işlərini görməyimiz üçün deyil, Sənin Öz İşlərini görə bilməyin üçün bu dünyada bizim vasitəmizlə yeriməyinə izn veririk. Bizi buğda kimi səp İsa Məsih İsmiylə!
Rəbb dedi: Səndə İmanın Elçisi və Təkmilləşdiricisini Məni dərk et. Mənimlə açıq olan (Tanrı ilə səmimi olan) Mənimlə birdir (İb.3:1). Mən artıq Öz Ürəyimi açmışam=sizə vermişəm, amma ruhda, qəlbdə və bədəndə bizim bir olmağımız üçün hamı ürəyini Mənə açmır=vermir (Nəğ.2:1-3). Mən sizin ürəklərinizi=ağrınızı, sevincinizi, arzularınızı duyuram, bəs kim Mənim Ürəyimi duymaq, Mənim Ürəyimlə oxşar olmaq üçün susayır? Kim Mənə oxşar olsa, o Məni=Mənim Məhəbbətimi dərk edəcək (Nəğ.1:1-3).
Rəbb, Səninlə öxşar olmaq üçün və Sənin Ürəyini, Sənin Arzularını, Sənin Məhəbbətini duymağım, Sənə çatmağım üçün, Sənin məni dərk etdiyin kimi mənim də Səni dərk etməyim üçün Sənin Lütfünü diləyirəm İsa Məsih İsmiylə!
- Rəbb, ürəyini açmaq nə deməkdir? Bu Mənim Rema Kəlamımın Həqiqi mənasını başa düşmək üçün Canlı Kəlamım üzərində düşünmək, Onu araşdırmaqdır.
    e-mail
hristiana
Site Admin


: 27.04.2008
: 954
:

: 11, 2010 11:30 am     :

♫ 6. İKİ MƏNBƏ ♫


Mən iman barədə düşünməkdə davam edirdim və Rəbb məndə Öz İman Anlayışını genişləndirirdi. Bu özündə olan və ətrafdakı insanlardan gələn əngəllərə baxmayaraq Onun Kəlamını icra etməkdir, onda, yaxşı Bəhər yetişəcək. Əgər mən Onun Kəlamından imtina etmirəmsə, heç nəyə baxmadan Kəlamda dayanıramsa, məndə və başqa insanlarda - əgər onlar da Onun Kəlamını=Həyat Ağacının Toxumunu qəbul etsələr və qorusalar, Onun Həyat Ağacının Toxumu boy atacaq, kök salacaq və Öz Yaxşı Bəhrəsini verəcək (Zəb.119:2,4,11,14). Hər bir imanlı, Atanın Həyat Suyu vadisində əkdiyi və Əbədi Həyata Tanrının Bəhrəsini gətirən Həyat Ağacına bənzəyir (Zəb.1:3, Vəhy.22:2). Rəbb məni xeyir və şəri bilmə ağacı barədə düşüncələrə yönəltdi və mən Həqiqəti tapmaq üçün suallar verməyə başladım.
- Rəbb, bu toxum şeytan tərəfindən Cənnətdə necə səpildi? Düşmən gecə gəldi və hamı yatanda toxumu səpdi (Mt.13:25-26).
- Sən ki, yatmamışdın? Mən yatmıram. Mən sayıq dururam. Mən bunu etməyə ona mane olmurdum. Mən heç kimə, şeytana da, onun şəxsi iradəsini icra etməyi qadağan etmirəm. O nə əkdisə, onu da biçdi. Həmin vaxt cənnətin qapısı bağlı olmurdu. Mən onu qorumurdum. Bunu Mənim bütün yer üzündə Öz Hakimiyyətimi verdiyim Adəm etməli idi. O isə yatmışdı, sayıq durmamışdı (Yar.2:15, Mt.24:43). O Mənimlə məsləhət etmədi, dua etmədi Məndən kömək istəmədi, o özü özünə güvəndi (1Pet.5:8-10,4:7, Lk.21:36, Yeş.40:28-31). Cənnətdə şeytan Adəm və Həvvanı yoldan çıxartdı, çünki onlar ruhani cəhətdən körpə idilər və bununla da aldanmağa izn verdilər. Körpələr yatırlar, duada, Ruhda sayıq durmurlar. Mən bu gün sizin Müqəddəs Ruhda dualarınız vasitəsilə Öz Müdafiəmi qoyuram.
Mən Adəm və Həvvaya xeyir və şəri bilmə ağacının meyvəsindən yeməyi qadağan etməmişdim. Mən onları hədələməmişdim, lakin xəbərdar etmişdim. Mən dedim: Yeməyin, çünki öləcəksiniz (Yar.2:17). Mən qadağan etmirdim, lakin onlara azad seçim verdim. Əgər Mən qadağan etsəydim, bu qanun olardı. Lakin Mən qanun Tanrısı deyiləm, Məhəbbət Tanrısıyam.
- Rəbb, lakin Sən qanun vermisən axı? Bəli. Mən bu müvəqqəti qanunu Mənə itaət etməyənlər üçün vermişəm ki, onlar həlak olmasınlar. Lakin qanun mürəbbi onları Çarmıxa və Mənim yanıma, Mənim Məhəbbətimə gətirməli idi (Qal.3:24-25).
- Deməli, kim Sənin Açıqlamalarına malik deyilsə, şəxsən Səninlə ünsiyyətdə olmursa, qanun altındadır? Bəli, bu adamlar din tərəfindən və özləri tərəfindən aldadılmışlar.
- Rəbb, din nədir? Bu, Müqəddəs Ruhsuz söz və sizin Müqəddəs Ruhsuz işlərinizdir. Din bu, hətta əgər bunlar yaxşı iş olsa belə, bu bütün Mənsiz gördüyünüz işlərdir. Din bu, ölü sözdr va da yazılı nizamdır (2Kor.3:6). Müqəddəs Ruhsuz Müqəddəs Kitabdan nə bir Kəlamı icra etmək və nə də bir Rema Kəlamını=Mənim Açıqlamamı Mənsiz icra etmək mümkündür (Yəh.6:63). Siz Məndən Mənim Fikrimi, Mənim Görüntümü, Mənim Hikmətimi soruşmadan öz dilinizlə: belə lazımdır; belə etməlisiniz - deyə, qanun elan edəndə (Rom.13:8, Həv.15:28-29, Kol.2:20-23) onda, siz öz əqlinizdə şeytana qapı açırsınız və Mənim Sözlərimlə deyil, öz sözlərinizlə səpdiklərinizi biçirsiniz. Adəm xeyir və şəri bilmə ağacını biçmək üçün öz sözlərini=toxumlarını səpdi. (Yaq.1:13-18). Beləcə, Tanrıya Məhəbbət qanunu əvəzinə, ölüm əkən və biçən qanun fəaliyyət göstərir. Öz sözlərinizin qanunu ilə öz həyatınıza və öz cismani təbiətinizə ruhunuzun, qəlbinizin və fiziki bədəninizin ölümünü biçmək üçün xeyir və şər ağacının timsalı olan şeytanı səpirsiniz. Beləcə, siz şeytanın pisliyini yaxşılıq kimi başa düşürsünüz (Qal.6:8). Mən sizin itaətiniz vasitəsilə YALNIZ Öz Rema Kəlamımı icra edirəm. Mən YALNIZ Öz Kəlamımın Baş Kahiniyəm. Hər bir insan azad seçimə malikdir. Adəmlə Həvvada da bu seçim var idi (Qan.30:14-15, 19:20). Adəm bu qadınla - köməkçi ilə, Səmavi Səltənətin onunla birgə ortağı ilə necə hərəkət etməyi Rəbbdən soruşmadı, lakin onu öz mülkiyyəti öz sümüyü və öz bədəni hesab etdi, onunla necə hərəkət etməyi özü qərarlaşdırmağa başladı. Adəm özü qərar qəbul etdi, özü dedi, Həvva barəsində özü tanrı oldu (Yar.2:18, 23-24, Ef.5:30).
- Ya Rəbb, onda nə üçün onlar Sənə itaət etmədilər? Çünki Mənə iman etmirdilər
- Belə şey necə ola bilər? Ola bilər. Onlar Mənimlə yeriyirdilər, Mənimlə ünsiyyətdə olurdular və Mənə iman etmirdilər.
- Tanrıya necə iman etməmək olar? İman edənə hər şey mümkündür, çünki öz seçimində azaddır, lakin hər şey ruhən inkişaf etdirmir (Mt.19:26, Mk.9:23).
- Rəbb, mən də beləyəm? Bəli. Sən Mənim qızımsan. Sən indiyə qədər Mənə lazım olduğu kimi etibar etmirsən. Sən Mənim İradəmi icra edirsən, Mənim Kəlamımı təbliğ edirsən, amma bununla belə özün dəyişmirsən, Həqiqətlə təqdis olunmursan. Sevgilinin xətrinə təqdis olunmaq lazımdır. Müqəddəs bir də müqəddəs olsun.
- Səmavi Ata, Sənə iman və etibar sahəsində günah etdiyimə görə tövbə edirəm. Rəbb, mənim bütün qanunsuzluqlarımı əfv et və iman sahəsində bütün günahlarımın üstünü ört. Sənə iman və etibar etməyi mənə öyrət! İsa Məsih İsmiylə dua edirəm, əbədi olaraq. Amin! Mən sənin duanı qəbul edirəm və sənə iman etməyi öyrədəcəyəm.
- Rəbb, niyə əvvəllərdə olduğu kimi şeytan bizim söhbətimizə tez-tez müdaxilə etmir? Sən dua ilə müdafiə qoymusan. Adəm dua ilə müdafiə qoymamışdı.
- Axı, əvvəllər də mən dua edirdim? O vaxt duan hələ az idi.
- Deməli, Müqəddəs Ruhda nə qədər çox dua ediriksə, müdafiə də bir o qədər möhkəm olur? Bəli. Müqəddəs Ruhda dua az ya çox uzun müddətli olmalıdır.
- Necə yəni? Bu vəziyyətdən asılıdır. Elə vəziyyətlər var ki, duada bir söz hər şeyi həll edir. Hərdən də uzun, Qələbənin sonuna qədər dua etmək lazımdır. Hər şeyi düşdüyün vəziyyət həll edir. Bu dua vasitəsilə Mən səni qoruyuram.
Xeyir və şəri bilmə ağacı barədə düşünməyi davam etdirdikcə Rəbb açdı ki, Əhdi-Ətiqdəki əmr (Mt.22:3-40) bu, xeyir və şəri bilmə ağacının=günahlı cismani təbiətin timsalıdır. Bu əmrdə mənim cismani təbiətim mənim tanrımdır. Mən özüm özümün tanrısıyam, mən özüm özümü sevirəm, özüm özümə rəhbərlik edirəm. Məhəbbətin Yeni əmrində isə Tanrı=Məhəbbət mənim Tanrım=mənim Məhəbbətimdir (Yəh.13:14). O məni sevir və mən Onu və başqalarını sevməkdə Onun Qabiliyyətinə malikəm. İki ağac müxtəlif kökləri olan iki əhd kimidir. Göylə yeri, Ruhani olanla cismani olanı müqayisə etmək mümkün olmadığı kimi onları da müqayisə etmək mümkün deyil. Tanrını şeytanla müqayisə etmək olmaz. Nuru qaranlıqla eyniləşdirmək olmaz. Birini o biri ilə qarışdırmaq və əvəz etmək olmaz. Ona görə də onların (imansızların, qanunsuzların, bütlərin, qaranlığın) arasından çıxın və natəmiz bir şeyə (şeytana) toxunmayın (yəni, onu qəbul etməyin, ona inanmayın) və Mən sizi qəbul edəcəyəm. Və Külli-İxtiyar Rəbb deyir: Mən sizə Ata olacağam, siz də Mənə oğul və qızlar olacaqsınız.
İmansızların arasından çıxmaq bu öz rəyi, öz nəzər-nöqtəsi olan insanların arasından çıxmaq demək deyil. Biz insanlarla ünsiyyətdə ola bilərik, lakin eyni zamanda onlara QOŞULMAMALI, onların cismani təbiəti ilə razılaşmamalı yəni, onların günahlarına, dünyəvi görüntülərinə heç bir şərikliyimiz olmamalıdır. Ünsiyyətdə olmaq və qoşulmaq - bu ayrı-ayrı anlayışlardır (Ef.5:7, 1Kor.15:33-34, Yeş.1:23-25, Say.16:5, Əyy.34:8).
- Səmavi Ata, İsa Məsih İsmiylə duada sənin qarşına gəlirəm. Səndən xahiş edirəm, mənim Rəbbim ol, mənim ruhum, qəlbim və bədənim üzərində tamhüquqlu, mütləq Qadir Rəbb ol. İsa Məsih İsmiylə dua edirəm, əbədi olaraq. Amin! Mənə olan imanınla sən Mənə nə qədər imkan verirsənsə, Mən o qədər də sənin Rəbbin ola bilərəm. Hər şey sənin özünü həsretməndən asılıdır. Sən Mənim üçün nə qədər susamısansa, həsretmə də elə o qədərdir. Bunun üçün səndə olan qaranlığı Mənimlə yarıb keçməyə səy göstərmək lazımdır. Hər birinizə azad seçim verilmişdir. Məni axtarana Özümü göstərəcəyəm və Mən də onu tapacağam (2Saln.15:2,4,15,18, Yaq.4:8). Hazır olanı və Mənə etibar etməyə hazır olanı Öz İşimi görməyə göndərəcəyəm.
Rəbb dedi: - Qoy sənin ruhunun, qəlbinin və bədəninin Mənimlə birliyi səndə Mənim İşimi icra etsin (1Sal.5:23-24, 1Kor.6:17, Ef.4:13-15). İman edən dağa qalib gəlir (1Yəh.5:4). Əgər özündə imansızlıq günahını, xeyir və şəri bilmə ağacını və onun görünməyən hissəsini yəni, səndə olan kökünü aydınlaşdırmasan, onda, bu ağacın bəhrələri sənin qida rasionun=iyrənc yeməyin olacaq. Əlin nəyə toxunsa, nəticədə o sənin üçün iyrənc bir yeməkdən ibarət olacaq (Əyy.6:7, 20:14, 26-29). Tövbə edib natəmizlikdən azad olmaq üçün daxilimizdəkini araşdırmaq istəmiriksə, o şey daxilimizdə qalaraq öz bəhrəsini verir və biz ruhən onunla qidalanırıq.
Rəbb mənə səpdiklərimin və biçdiklərimin zəncirvari həlqəsini göstərdi. Şeytan mənə öz fikirlərini göndərir. Əgər mən onları qəbul edirəmsə, - yəni, rədd etmirəmsə, onlara qarşı durmaq üçün onları Kəlamın Nurunda araşdırmıramsa, onda bu fikirlər mənim əqlimdə xeyir və şəri bilmə ağacının köklərini buraxır. Və zaman keçdikcə ağzımdan öz bəhrəsini=nəticəsini=biçinini gətirən imansız, puç, mənasız və lənət dolu sözlər=toxumlar=dəlicə buğdalar çıxarmağa başlayıram (Yaq.1:14-15, Mt.13:36-39, Yeş.34:13-15).
Rəbb dedi: Tanrının İmanı - bu Mənim Nəticəmdır. Mənim İmanım Mənim Nəticələrimi Toxumlarımı və Bəhrələrimi gətirir. Həmçinin imansızlıq gəlir o, sizi Məndən daha çox ayıraraq öz biçinini gətirir.
- Rəbb, şəxsən mən nə üçün dəyişmirəm? Çünki sən Məni lazım olduğu kimi sevmirsən=Mənim üşün susamırsan=Məni gözləmirsən. Sən Mənim İradəmi icra edirsən, Mənim Kəlamımı başqalarına çatdırırsan, lakin bununla belə, özün kifayət qədər dəyişmirsən, Mənim bu Kəlamımla təqdis olunmursan. Sevgilinin xətrinə təqdis olunmaq lazımdır. Kamil işlər bu, Məhəbbət naminə=İsa Məsih İsmiylə görülən işlərdir (Mt.5:48). Tanrının Kamil İradəsi Məhəbbətdir (Vəhy.3:2). Rəbb açdı ki, əgər mən Onun İradəsini icra edirəmsə, lakin bununla bərabər, Ona məhəbbəti rəhbər tutmuramsa, özüm təqdis olunmuramsa, onda, bu mənim cismani təbiətimin gördüyü, qanunla görülən işlərdir. Belədə bütün izzət Rəbbə yox, mənə çatır.

Öz fikirlərimi Məsihə itaətə əsir etməyi öyrənmədiyimə görə tez-tez əqlimdə şeytanın Tanrını söydüyünü eşidirdim. Və bu elə alınırdı ki, sanki şeytanla birlikdə Tanrını mən söyürəm. Bu məni dəhşətə gətirirdi. Və Rəbb mənə ayə (Lk.18:32-34) göstərdi. Bu ayə vasitəsilə mən başa düşdüm ki, əgər mən öz natəmiz fikirlərimə yer və azadlıq verirəmsə, mən şeytana yer verirəm yəni, öz cismani fikirlərimə qarşı durmaq qərarını qəbul etmir, fikirlərimi Məsihə itaətə əsir etmirəm, onda, şeytan məndə, Tanrıya mənim əqlimdə təhqiramiz sözlər deməkdə azaddır.
- Rəbb, nə üçün mən səni söyürəm? Məni bu dəhşətdən xilas et. Hər bir pis kökü özündən uzaqlaşdır. Sənin ürəyinin niyyətləri natəmizdir. Mənim Özümdən çox, sənin Mənim Xeyir-dualarıma ehtiyacın var. Sən Mənim Kəlamımı başqalarına çatdırırsan, amma bununla bərabər, özün dəyişmirsən, eləcə də sənin üçün təyin edilmiş Mənim Kəlamımla təqdis olunmursan.
Mənim qızım, Mənim Yaradan Tanrı, Bütün Dünyanın Atası olduğum barədə sənin Açıqlaman yoxdur, ona görə də arabir sən Mənimlə, şeytanla danışdığın kimi danışa bilirsən yəni, Məni qovursan, ittiham edirsən (Əyy.32:3, 40:3). Sən tez-tez Məni şeytanla, şeytanı isə Mənimlə qarışıq salırsan, çünki öz fikirlərinə az diqqət edirsən və Mənim Kəlamım üzərində kifayət qədər düşünmürsən. Mən Bu Açıqlamanı sənə Öz vaxtında verəcəyəm. Vaxtı və qaydanı Məhs Edən=Tanrı bilir.
- Rəbb, Səni şeytanla qarışıq salmamaq üçün bu Açıqlamanı Səndən indi istəyirəm! Mənim qızım, bu Açıqlamanı sənə tezliklə verəcəyəm.
- Rəbb, Səni söyməkdən məni xilas et. Mən Öz Sözümü dəyişdim, çünki Mənə münasibətini dəyişdin, çünki sən susadın. Tanrı məğrurlara qarşı durur, təvazökarlara isə Lütf verir (Yaq.4:6). Susuz olan, yanıma gəl və iç. Sən indi susadın və Mən indi sənin boyunduruğunu sindırdım. Mən sənə şeytanın sənin əqlinə təsirindən azadlıq verirəm. Mən sənin qarşında Öz Məhəbbət Mənbəyimi açıram. Şeytan sənin bağışlamazlıq günahın vasitəsilə səndə özünə yer eləmişdi. İnsan səni axmaq adlandıranda sən bu sözlə də ona qarşı silahlandın, deməli, Mənə qarşı silahlandın.
- Rəbb, mənim silahlanmağım nə deməkdir? Bağışlamazlıq günahı belə hərəkət edir: əgər sənə qarşı deyilmiş sözdən onu sənə deyən adama qarşı istifadə edirsənsə, - yəni, həmin bu sözlə o adama qarşı silahlanmısansa, deməli, o adamda Mənə qarşı silahlanmısan. Deməli, şeytan Məni axmaq adlandırmaq üçün sənin yanına bu fikirlə gəlmək hüququna malik olmuşdur. Məgər sən oxumamısan: Mən isə sizə deyirəm: Düşmənlərinizi sevin, sizə lənət oxuyanlara xeyir-dua verin, sizə nifrət edənlərə yaxşılıq edin, sizə əziyyət verib, təqib edənlərə dua edin, onda siz Səmavi Atanın oğulları olarsınız... (Mt.5:44-46, 48).
Rəbb dedi: Sən özündə pisliyə zəif müqavimət göstərirsən. Sən araşdırmırsan və ona görə də, ağlına gələn hər hansı bir fikri qəbul edirsən (1Sal.5:21-22). Pis fikri qəbul etmək bu onu İsa Məsih İsmiylə rədd etməmək deməkdir (2Kor.10:3-6). Sən onu rədd edirsən, lakin cismani təbiətə görə rədd edirsən. Sən sadəcə deyirsən: rədd ol, şeytan, lakin onu İsa Məsih İsmiylə qovmursan. Fərq də elə ondadır ki, Mənəm Tanrı, Mənəm Bütün Dünyanın Yaradıcısı - yalnız Mən sənin boyunduruğunun buxovunu sındıra bilərəm. Sən araşdırmadan şeytandan gələn fikri qəbul edərək ona İsa Məsih İsmiylə qarşı durmursan, deməli, öz adınla, öz gücünlə ona qarşı durursan. Beləliklə, Adəmin günahını təkrar edərək Mənim Yerimi tutursan, ona görə Məndən deyil, öz cismani təbiətindən yəni, şeytandan öyrənirsən. Bu, cismani təbiətin müəlliminin=əzab verənin pis ruhudur.
- Rəbb, Adəmin günahına görə məni bağışla. Mən Adəmin günahından imtina edirəm və cismani təbiətim üçün Sənin Çarmıxının Qüdrətini çağırıram. Mən İsa Məsih İsmiylə Səndən mənim Müəllimim olmağını xahiş edirəm! Mənim qızım, Mən sənin boynunu əydim. Mən sənin üstündən şeytanın söyüşünü, rüsvayçılığını yəni, sənin ruhunda olan sonsuzluğu, səmərəsizliyi götürdüm (2Pad.17:14). Sən indi köhnə Adəmin lənətini dağıtdın (Rom.6:6, Kol.3:9). Sən cismani təbiətin müəllimindən şeytandan, özündə günahlı adamdan imtina etdin (2Sal.2:3). Bu artıq sənin ruhunda Həyatın ölüm üzərində qələbəsidir. İndi tam Qələbəyə (Zəb.22:5-6) sənin cismani təbiətin üzərində Mənim Ruhumun imandan imana, izzətdən izzətə Qələbəsinə can at. Bu, səndə Mənim Həyatımın Yeni Başlanğıcıdır (Qal.2:19-21).
Mən sənin qarşında, hər şeydən əvvəl Məni sevərək, insanlara məhəbbəti öyrənmək üçün İman Qapısı açmışam (Vəhy.3:8, 1Yəh.5:1-3). Sən Tanrının Kəlamını oxuyanda mən Kəlamı sənə açıram, Öz Lütfümə görə sənə Açıqlamalar verirəm bu Mənim sənə Ənamımdır, sən günahın kökünə çatmaq üçün öz günahların üzərində düşünəndə=onları dərindən araşdıranda, onda, Tanrının Kəlamını Mən sənə Müqəddəs Ruhda daha dərindən açıram ki, sən öz günahını görə və tövbə edə biləsən bu sənin Bəhrəndir. Beləcə, sən Mənə getdikcə daha çox yaxınlaşaraq imandan imana, izzətdən izzətə irəliləyirsən (1Tim.4:16, Yəh.12:24. 2Kor.13:5, Yaq.1:25, Sof.2:1-3).
- Rəbb, səni necə sevim? - Sən Bu Məhəbbət üçün, isti yay günündə səhrada bir qurtum su üçün susadığın kimi susamalısan (Yəh.7:37). Həmişə hər şeydə Mənim Kamil İradəmi icra etmək üçün susamaq bu Mənim Məhəbbətimə layiq olmaq deməkdir.
- Ya Rəbb, Səni sevməyə mənə nə mane olur? Ürəyinin natəmiz niyyətləri, bağışlamazlıq yəni, sənin bütlərin. Mənim Özümdən çox, sənin Mənim Xeyir-dualarıma ehtiyacın var. Əgər sənin ürəyində Tanrıya məhəbbət yoxdursa, onda bu ürək yenidən doğulmuş ürək deyil. Mənim tərəfimdən yenilənmək, təqdis olunmaq bu elə Məndən Doğulmaq deməkdır. Budur, Mən hər şeyi Yeniləşdirirəm.
- Rəbb, mən axı Azadlıq=Təqdis istəyirəm? Azadlıq, sən Məni sevəndə gələcək. Bu Məhəbbət səni dəyişəcək. Mənim Məhəbbətim sənin daş ürəyini sındıracaq. Sən hələ Məni dadmırsan. Həyat Ağacından qidalandığın Həqiqəti düşmənlər səndən alırlar. Sən sayıq durmursan və Mənim Kəlamımı səndən almaq üçün şeytana izn verirsən (Dan.10:13, Mt.13:19, Huşə.7:8-9). Mən sənə Rema Kəlamı verəndə Sən onu axıra qədər araşdırmırsan, demək, özün barədə Həqiqəti dərk etmirsən, azad olunmamış qalırsan. Mənim Açıqlamalarımda dayanın. Onları oğurlamağa şeytana=düşmənə izn vermə (Dan.10:12-13).

Rəbb xariqüladə bir möcüzəni yadıma saldı. Bu, Yeni ildə olmuşdu. Mən iki tort bişirdim. Birinci tortun hamısı yeyildi, ikinci tortdan isə ancaq bir tikə götürülmüşdü. Ertəsi gün tortun bütöv olduğunu gördük. Mən bunu öz bildiyim kimi yozdum: Tanrının Xeyir-duaları gəlir və Onların sonu olmayacaq. Lakin sonradan məlum olduğu kimi, Rəbb tamam başqa bir şey nəzərdə tutmuşdu. Sən hələ Həqiqi Tortu=Quzunu dadmamısan, ona görə də o bütöv qalıb (Çıx.12:10-11). Məni dadmaq bu, Rəbbin sənə qarşı necə Xeyirxah olduğunu görməkdir (Zəb.33:9).
Rəbb mənə ayə verdi: Əgər Məni İSTƏSƏN yəni, əgər Məni sevsən və itaətli olsan, Mənim Nemətlərimi, Məni artıq burada, yer üzündə dadacaqsan və xoşbəxt olacaqsan. Xoşbəxtlik bu Mənim Arzularıma, Mənim İstəklərimə, Mənim İşimə malik olmaqdır. Sənin əsas işin, xidmətin Məni sevməkdir. Məni dərk etməyinlə, tanımağınla yəni, Məni sevməyinlə öyün, çünki Mənə yalnız bu məqbuldur. Sənin istəyin Mənə kor-koranə qul olmağınla yox, Mənə məhəbbətinlə bağlı olmalıdır.
Əgər Məni sevmək istəsən və itaətli olsan, onda xoşbəxt olarsan. Sənin xoşbəxtliyin bu Məni sevməkdir. Sən xoşbəxt olanda Mən də Xoşbəxtəm. Bu sənin Mənimlə Həqiqi birliyindir. Xoşbəxtlik bu Məndə və Mənimlə olan həzzdir, tam məmnunluq, sevinc və rahatlıqdır. Sənin Mənə həqiqi itaətin sənin istəyindən qaynaqlanır. Məhəbbət bu sən Mənim Kamil İradəmi icra edəndə, səndə boy atıb Mənim Bəhrəmi gətirən Toxum kimidir. Heç nəyi rəqabət və şöhrətpərəstliklə etmə, Mənə məhəbbətlə et.
- Rəbb, Səni necə dadım, Səni dadmaq istəyirəm! Rəbb, hara aparsan, Sənin ardınca gedəcəyəm! Mənim qızım, sənin Mənə məhəbbətini qəbul edirəm. Səni çağırdığı yerə Mən aparacağam. Mən indi sənə Quzunu dadmaq susuzluğunu Bəxş etdim. Dad və gör, Rəbb necə Yaxşıdır. Mənə olan bu susuzluq=Mənə məhəbbət səni dəyişəcək. Sən artıq əvvəlki kimi qalmayacaqsan. Mən sənin Mənə=Kəlama iştahanı bərpa edirəm ki, Mənim Kəlamım düşünmək üçün sənin Qidan olsun. Sənə lazım olan budur. Mən səni daxildən dəyişirəm.
- Rəbb, sən mənə iştaha verdin ya bu ancaq susuzluqdur? Mən heç kimə susuzluqdan əziyyət vermirəm. Susamaq bu elə Quzunu dadmaq istəməkdir; bu öz cismani təbiətinin ölümü üçün susamaqdır; bu bütün ürəyi ilə Məndən yapışmaqdır.
- Rəbb, bunu necə başa düşüm? İstəmək bu Məni sevmək deməkdir. Sənin ürəyində artıq Mənə Məhəbbət Hökmranlıq edir.
- Rəbb, bu axı uzun prosesdir? Mənim qızım, Mən möcüzə yaradan Tanrıyam. Sənin anlayışında proses müəyyən vaxtdır, Mənim Anlayışımda isə bu bir andır. Sən Quzunu dadmaq üçün susadın və Mən də sənin ürəyini Mənə Məhəbbətlə doldurdum. Sən daima Mənim Məhəbbətimlə dolu ola bilərsən.
Tanrını=Kəlamı=Həqiqəti istəmək bu mənim öz qanunlarımla Tanrıdan irəlidə getməyim yox, Tanrının məndən irəlidə getməsi üçün Ona Yer verməkdir. Rəbbə mənim nə etdiyim deyil, xilasım Vacibdir (Yer.7:23). İstəmək bu, dəyərsiz olan bir şeydən qiymətli olanı çıxarmağı arzulamaqdır. Əgər mən Tanrı üçün susamasam, Tanrıya tənə edən və öz talantımı=Tanrıya məhəbbəti torpaqda gizlədən nankor böyük oğul kimi ola bilərəm (Lk.15:29). Böyük oğul itaətli idi, amma ürəyində özününkünü axtarırdı. Onun Müqəddəs Ruhda Ata ilə birliyi yox idi.
- Rəbb, başa düşmürəm, mənim ürəyim Sənə məhəbbətlə necə belə tez dola bilər? Mənim qızım, bu sənin əqlindən üstündür (Ef.3:19-20). Məgər oxumamısan: Məni sevənlər üçün hazırladığım şeyləri nə göz görmüş, nə qulaq eşitmiş, nə də insanın ürəyi düşünmüşdür, bunu isə sizə Mən Öz Ruhumla açmışam (1Kor.2:9-10). Sən Quzunu dadmaq üçün susayanda Mən sənin ürəyini Mənə Məhəbbətlə doldurdum. Bu Məhəbbət səni dəyişəcək. Sən əvvəlki kimi olmayacaqsan. Mənim qızım, sənin ürəyinə böyük Oyanış gələcək=Tanrı gələcək (Yeş.40:10-11, Vəhy.22:20).
- Rəbb! Gəl! Sən möcüzələr görəcəksən sənin həyatın kökündən dəyişəcək. Mən səni Yeni və Canlı Yolla aparacağam. Mənim qızım, Mən səni sevirəm.
    e-mail
hristiana
Site Admin


: 27.04.2008
: 954
:

: 11, 2010 11:33 am     :

♫ 7. İMAN ADDIMLARI ♫
Özünə və Məsihin təliminə diqqət yetir və bununla daima məşğul ol
(1Tim.4:16)


Səhər yuxudan oyandım və Rəbb dedi: - Ruhən böyüməyə başla, Mənim qızım. Öz üzərində işləməyə başla. Mənim Nəsihətlərimin sənin köhnə cismani təbiətin üçün yük olacağı barədə təlaşlanma (İbr.12:7-11, Qal.5:19-21). Mən şeytan deyiləm. Mən əzab verən deyiləm. Mənimlə ünsiyyət və Mənim Həqiqətimin axtarışı sənin üçün çox maraqlı olacaq. Hər şeyi anlamaq üçün Mən sənə kömək edərəm. Mən həmişə yanındayam. Özünə Müqəddəs Ruhla diqqət yetirməyi öyrən.
Düzgün hərəkət etmək bu, Müqəddəs Ruhda irəliləmək, yəni, Müqəddəs Ruha görə yerimək, Mənim Səsimi öz ruhunun daxilində eşitməkdir. Sən daim bunda olmağı öyrənməlisən. Cismani təbiəti dadmamaq, günah etməmək - budur Mənim seçdiyim oruc (Yeş. 58 fəs.). Hər bir yerdə Mənə səcdə etməyi, yəni, hər bir yerdə Həqiqəti Məndən və şəxsiyyətinə baxmadan hər hansı bir insandan qəbul etməyi öyrən.
Mən başa düşdüm ki, bütün bu qısa Məsihçi həyatım boyu yalnız Rəbb haqqında məlumat toplamaqla məşğul olmuşam, indi isə biliklərimin öz həyatıma keçirməyin yəni, Tanrıya imanımı real şəkildə təcrbədən keçirməyin, real iman addımları atmağın çarmıxa getməyin vaxtı çatmışdır. Nəzəriyyəni bilmək insanı lovğalandırır, yazılı nizam öldürür, Məhəbbət isə ruhən inkişaf etdirir və Müqəddəs Ruh Həyat verir (1Kor.8:1-3, 2Kor.3:5). Rəbb açdı ki, Müqəddəs Ruhda olmaq bu, daima Rəbbdən öyrənmək və öyrəndiyini dərhal həyata keçirməkdir. Bu nəzəriyyə ilə təcrübənin bir yerdə olmasıdır.
Rəbb dedi: Rəbb qorxusu pisliyə nifrət etməkdir (Məs.8:13). Qorxunun bütün başqa növləri Məndən deyil. Sənin qorxun ürəyinin natəmiz niyyətləri ilə bağlıdır. Sən bütün şüurlu həyatın boyu ümid bəslədiyin cismani təbiətini itirməkdən qorxursan. Sən vərdiş etdiyin cismani təbiətindən ayrılmaq istəmirsən. Əqlinlə razılaşırsan, ruhda isə qorxursan. Qorxu barədə və nə üçün qorxduğun barədə düşün. Sən qorxunun nə ilə bağlı olduğunu aydınlaşdırmayınca, Mən səni irəli apara bilmirəm. Lakin sən bunun üzərində düşünmürsən.
Sənin qorxun Mənə olan imanının üzərindən xətt çəkir. Sən inanmırsan ki, Mən səni öyrədə bilərəm. Sən Məndən çox insanlara etibar edirsən. Əgər insana yapışmısansa, Mən sənin Külli İxtiyar Rəbbin ola bilmərəm. Bu Mənə tərəf gəldiyin Yolda sənin ən əsas əngəlindir. YALNIZ Mənə etibar etsən, nə baş verirsə versin, Mən səni əngəllərdən keçirəcəyəm və öyrədəcəyəm. Daima Mənə qulaq as və Mənə yapış. İki ağaya qulluq edə bilməzsən. Hər şeydən əvvəl qorxunu aydınlaşdır. Özün özünə sual ver: sən nədən qorxursan? Bu suala özün özünə səmimi cavab ver. Özünün necə olduğunu görmək üçün sənə Müqəddəs Ruhda olmaq lazım deyil. Özün görürsən necəsən, lakin bunu özünə etiraf etməkdən qorxursan. Sənə özünü aldada-aldada yaşamaq özün barədə Həqiqəti görüb etiraf və tövbə etməkdən asandır. Müqəddəs Ruhda Mən sənə öz xasiyyətinin görmək istəmədiyin tərəfini göstərə bilərəm. Sən öz günahların, fikirlərin üzərində düşünəndə əslində necə olduğun barədə özün özünə hesabat verirsən. Sən özünə bəraət qazandırmadan günahını etiraf və tövbə etməlisən. Və yalnız tövbədən sonra Mən Müqəddəs Ruhda səni sənin şeytani dərinliklərinə aparmağı davam etdirə bilərəm.
Qorxu bu səni ondan Mənim azad edə biləcəyimdə Mənə etibar etməməkdir. Digər tərəfdən, sən Mənə tam etibar etmədiyinə görə Mən səni qorxudan azad edə bilmərəm. Bu, iki uclu ağacdır, lakin bu həmin eyni ağac=problemdir. Ağacı hansı tərəfə fırlatsan, hər iki ucunda problem var. Onlardan birini həll etməyincə o birini həll edə bilməzsən. Mənə etibarsızlığını aydınlaşdırmalısan, əks halda, Mən səni qorxudan azad edə bilmərəm.
Mən özümdə olan qorxu barədə düşünürdüm: özümə suallar verirdim və başa düşdüm ki, məndə olan qorxu özümü Tanrıya tam həsr etməməyimlə bağlıdır. Mən Tək Onu=Tanrını seçməmişəm və ona görə, öz Mənliyim üçün ölümü seçməmişəm. Mənim bütlərim=vasitəçilərim ilk növbədə, Tanrının əvəzinə seçdiyim insanlar və mən özüməm.
Mən dilemma sözünün təyinatını tapdım bu, iki mümkün qərar və nəticədən birini qəbul etmə məcburiyyətidir.
- Rəbb, mən Səni seçirəm! Mənim qızım, sən indi öz seçimini etdin. Sən Məni seçdin. İndi yadında saxla, sən indi Mənimlə Yeni, Canlı Yola başlayırsan. Bu Yolda qarşına müxtəlif əngəllər çıxacaq. Səni problemlərdən yalnız Mənim Rəhbərliyimə tam itaətin qoruya bilər. Bu dünya sənə çox şeylər təklif edəcək. Əgər sən HƏMIŞƏ Məni seçsən, külli miqdarda problem həll etməli olmayacaqsan. Sadəcə olaraq sənin problemin olmayacaq. Məni seçdiyin təqdirdə onlar özləri pis, quru bəhər kimi qopub düşəcək.
Sənin Mənimlə problemin var, ona görə də həmişə, hər şeydə Mənə itaətli olmağı öyrən. Mənə zidd getməməyi öyrən. Sənin həyatın indi Mənim Əlimdədir. Həmişə və hər şeydə Mənə etibar etməyi tez öyrən. Yalnız Mənə imanın və etibarın səni xoşbəxt edə bilər. Müqəddəs Ruha diqqət etməyi tez öyrən yəni, əməllərin, fikirlərin, hərəkətlərin üzərində düşünməyi öyrən. Bu vasitə ilə Müqəddəs Ruha diqqət yetirməyi çox tez öyrənəcəksən. Yalnız düşünmək yolu ilə Mən sənə Müqəddəs Ruhda yeriməyi öyrədə bilərəm. Əgər Mənə itaətli olsan, bunu sənə öyrədərəm.
Artıq sənə verdiyim bütün bu Kəlamı dua sözləri kimi oxuyanda bu Kəlama diqqət etməyi öyrən. Bu vasitə ilə sən də Müqəddəs Ruhda görməyi öyrənəcəksən. Kəlama diqqət etmək bu Onun üzərində düşünmək, təkrar-təkrar oxumaq, yadda saxlamaq, bu Kəlamla dua etmək deməkdir. Müqəddəs Ruhda Mənimlə bu ünsiyyət vasitəsilə Mən günahlarını sənə açacağam və səni tövbəyə gətirəcəyəm. Sənin seçimin səni cismani təbiətə görə səhv etməməyə yəni, düzgün seçim etməyə vadar edir. Bu o deməkdir ki, sənə təcili surətdə Müqəddəs Ruhda yeriməyi öyrənmək lazımdır. Sən buna bütün vaxtını=həyatını verməlisən. Bu, Kəlamda daha çox olmaq, Onun üzərində daha çox düşünmək, öz problemlərin, günahların, hərəkətlərin, Mənim barəmdə etdiyin əməllər üzərində daha çox düşünmək deməkdir.
Bütün ürəyinlə, bütün qəlbinlə və bütün düşüncənlə Mənə doğru nə qədər çox can atsan, Müqəddəs Ruhda yeriməyi bir o qədər tez öyrənərsən. Yubanmadan öz ilanlarını və əqrəblərini ayaq altda əzməyi öyrən. Bu sənin fikirlərin və sözlərindir. Öz fikirlərin üzərində düşünməyi öyrən. Sən artıq öz natəmiz fikirlərini görürsən. Onların haradan gəldiyini bilmək üçün onların üzərində düşünməyi və onları rədd etməyi sonraya saxlama. Sənin ləngiməyin ölümə bərabərdir. Hər bir natəmiz fikir sənin ruhuna, əqlinə səpilmiş toxumdur. Və bu toxum boy atır, öz bəhrəsini verir bu bəhrə sənin Mənə qarşı ittihamların və söyüşlərindir. Şeytan araşdırılmamış fikirlər vasitəsilə sənin=onun əqlini=istehkamlarını formalaşdırır.
Sənin fikirlərin sənin haqqında çox böyük məlumat gizləmişdir. Müqəddəs Ruhda öz fikirlərini araşdır və öz həqiqi simanı görəcəksən (Yaq.1:23-25). Öz fikirlərinə nə qədər çox fikir versən, acı kökləri öz əqlindən bir o qədər tez kəsib atarsan. Kamilliyə=Mənə doğru tələs. Sənə kömək etmək üçün Mən həmişə sənin yanındayam. Əgər Mənə iman və etibar etsən, hər şeydən keçəcək, hər şeyə üstün gələcəksən. Mənimlə birlikdə sənə Yaxşı Yol.
Rəbb mənə yuxu göndərdi: mən çılpaq idim, harasa getməli idim və öz çılpaqlığımdan bərk utanırdım. Başqa adam soruşdu: Sən həmişə belə çılpaq gəzirsən? Rəbb dedi: Yuxunun mənasını dərk et! Sənin imanının=Məhəbbətinin Elçisini və Kamilləşdiricisini dərk et. Çılpaqlıq bu sənin xəcalətindir. Sən hələ öz günahlarından xəcalət çəkirsən. Xəcalət bu, pis ruhdur. Xəcalət və qeyri-səmimilik bu sənin Mənə etibarsızlığındır, bu, çılpaq qalmaqdır Mənimlə, Mənim Məhəbbətimlə örtülməməyindir. Kim xəcalət çəkirsə, o Məndən xəcalət çəkir, üz döndərir, gizlənir (Yar.2:25, Vəhy.3:17-18, 1Yəh.2:28, Rom.10:11). Körpələr Həqiqətdən, tövbədən qaçırlar, ona görə də onların günahları Mənim Qurbanımın Qanı ilə örtülməmişdir (1Yəh.1:7-9), iman ərləri isə Mənim Həqiqətimin təmizləyici Alovunda əridilmək üçün qalırlar.
- Ya Rəbb, xəcalət günahı nədən ibarətdir? Bu, Mənim qarşımda sənin tam açıq ola bilməməyindən ibarətdir.
- Sənin qarşında açıq olmamaq bu, günahdır? Bəli, bu, günahdır. Bu, Adəmin gizləndiyi kimi, öz günahlarını gizlətməyə cəhd etməkdir. Öz ürəyini açan Mənimlə birdir. İmanda hərəkət et. Öz talantlarını=imanını torpağa basdırma. Əgər Məndən xəcalət çəkirsənsə, öz günahlarını gizlədirsən, deməli, sənin üçün Ən Yaxşı Olanı hazırladığıma etibar etmirsən, sənin günahların üçün hazırladığım Ən Yaxşı Olan isə - bu Mənəm=Nur=Çarmıx=Məhəbbət=Alov. Qorxmaq bu qaçmaqdır. Qaçmaq isə - bu Məni, Mənim Üzümü görmək istəməməkdir. Əgər sən qorxuya qarşı durmaqdan qaçsan, onda o yalnız böyüyəcək. Bir var qorxunun üstündən adlayıb keçmək, bir də var qorxu problemini aydınlaşdırmaq.
- Rəbb, bu nə qorxudur belə? Cismani təbiət çarmıxa çəkilməkdən qorxur. O istəyir ki, ona rəhmlərı gəlsin, cismani təbiətə rəhmi gəlmək isə - bu, şeytana rəhmi gəlməkdir. Bu sənin seçimindir. Varlının Səmavi Səltənətə girməsi çətindir (Mt.19:23, Mt.10:24-25). Varlı bu, öz cismani təbiətinə görə varlı olan, cismani təbiətə görə yaşayan, öz cismani təbiətinə güvənən və özü özünün tanrısı olandır.
Rəbb mənə Öz Arzusunu göstərdi. O mənim cismani təbiətimə, istehkamlarıma ilişmədən məndə sərbəst yerimək istəyir. ...Rəbbin yollarını düz et (Mt.3:3) Rəbbə etibar etmədiyim qədər də mən əzab çəkirəm və o qədər də Rəbb məndə əzab çəkir (1Kor.3:16-17, 2Kor.6:16-18).
- Öz cismani təbiətini amansızcasına çarmıxa çək ona rəhmin gəlməsin. Qorxu, öz cismani təbiətini çarmıxa çəkməyi istəməməklə bağlıdır. Yadında saxla: Körpələr Həqiqətdən qaçırlar, iman ərləri isə əridilmək üçün qalırlar. Sən nəyi seçərsən?
Kitab yazarkən Rəbbin mənə öyrətdiyi=məni ifşa etdiyi, başqaları ilə bölüşməli olduğum şeyləri gizlətmək qərarına gəldim. Öz şəxsi həyatımdan bəzi anları bölüşmək istəməyərək Rəbbin bir çox Açıqlamalarını gizlədirdim. Lakin Rəbb bunları kitabı mənimlə birlikdə yazan başqa insana açdı. Rəbb bu adama mənim haqqımda dedi: - O (-yəni, mən) bicin biridir. Dildə bir şey deyir, amma ürəyində başqa cür, öz bildiyi kimi hərəkət etmək barədə qərar qəbul edir. Mən tez-tez yalan danışırdım, lakin bunu özümə etiraf etmək istəmirdim. Bundan sonra cismani təbiətim üçün asan olmayan bir qərar bütün Açıqlamalarla bölüşmək barədə qərar qəbul etdim, çünki Rəbbin istəyi belə idi. Nə yaxşı ki, Rəbb bizə bir-birimiz barədə problemlərimizi açır. Yoxsa biz öz gözümüzdəki tiri görməyə bilərik.
Çox vaxt ünsiyyətimizdən sonra yüngüllük hiss edirdim, çünki, mənə elə gəlirdi ki, artıq Rəbbə iman edirəm. Lakin evə gələrkən, qorxu mənə hücum edəndə Rəbbə güvənmək əvəzinə, yenə də insanlarla ünsiyyətə - mənə yüngüllük gətirən və anlaşılan olan ünsiyyətə qaçmaq istəyirdim. Lakin insanlar mənim dediyim kimi hərəkət etməyəndə hirslənirdim, qıcıqlanırdım. Və Rəbb başqa insana dedi ki, mən insana güvənməməliyəm, Rəbblə özümün şəxsi qarşılıqlı əlaqələrim olmalıdır. Rəbb başqa adam vasitəsilə problemimin nədən ibarət olduğunu mənə göstərdi.
Rəbb göstərdi ki, mən həmin Şaul kimiyəm: Davud Rəbbi izzətləndirəndə Şaul qulaq asırdı və Şaula yüngüllük gəlirdi. Lakin Şaul tək qalan kimi, Tanrıya inamsızlığı aşkar olurdu və şeytan ona əzab verməyə gəlirdi (1Şam.16:14-23).
Rəbb ayə verir: Dan.10:12-13. Bu vaxta qədər mən farslara=öz imansızlığıma Həyat Ağacından qidalandığım, - yəni, Tanrının Özünün mənə verdiyi Həqiqəti=Kəlamı oğurlamağa imkan verirdim. Yalnız Tanrıda kök salıb möhkəmlənmək üçün Onun verdiyi Kəlama lazım olduğu kimi diqqət yetirmirdim, onu araşdırmırdım,. Ona görə də Tanrıya iman, ümid və məhəbbət əvəzinə mənə qorxu gəlməyə başlayırdı. Mənə mənim qorxularım gələndə onu qovmaq üçün Tanrının məni sevdiyi barədə biliyimdən istifadə etmirdim.

Rəbb mənə yuxu göndərdi. Mən riyaziyyatdan yoxlama işini köçürməyə səy göstərirdim. Dərsin sonuna az qalmışdı, mən isə qorxu içində vurnuxurdum və bir kəsdən köçürmək imkanı tapa bilməyərək Tanrını çağırırdım: Rəbb, onsuz da köçürəcəyəm. Bilirəm ki, bu günahdır, lakin mənim Başqa Çıxış Yolum yoxdur. Və Rəbb mənim yanıma gəldi və Öz Cavabını diqtə etməyə başladı. Yuxunun sonu. Mən yuxunun mənasını araşdırmağa başladım.
- Rəbb, Sən axı mənə riyaziyyatdan istedad verməmisən? Mənəm sənin İstedadın. Mənəm sənin Cavabın. İnsan deyil, Mənəm sənin Çıxış Yolun. Özünü başqaları ilə müqayisə etmə, özünü Mənimlə müqayisə et. Sənin Təqdis Yolun fərdidir. Mən hər birinizi Öz Yolumla aparıram. Bu Yolda sən Mənim Məhəbbətimi=Məni görəcəksən. Bu Məhəbbət səni Dağa aparacaq. Heç nədən qorxma, qorxuya qadağan et. Həmişə Mənim ardımca getmək barədə qərar qəbul et. İtaətli ol və onda İman möcüzələri görəcəksən. Nə qədər çox düşünsən, bir o qədər çox Mənə diqqət yetirəcəksən və təqdis olunacaqsan. Rəbb köçürməyimin mənasını açdı: Rəbbin ardınca getmək arzusunda olaraq mən çalışırdım ki, başqa insanın bu barədə təcrübəsini köçürüm-surətini çıxarım və mən bu insanı özümə vasitəçi=Tanrının əvəzinə büt etmişdim. Lakin Rəbb mənimlə Şəxsi əlaqələrə malik olmaq arzusundadır.
Sən Mənim Cavablarıma diqqət yetirmədən daima eyni sualları verirsən. Bu, Mənim Kəlamıma qarşı ehtiramsızlıqdır. Artıq Mənim sənə verdiyim Təlimatlara qayıt. Bu Kəlama diqqət yetir=Onun üzərində düşün, təkrar-təkrar oxu və Mənim sənə göstərmək istədiklərimi görəcəksən. Səbrini topla. Öz cismani təbiətin üçün Mənim Alovuma susa. Müqəddəslik üçün=Mənim üçün susa. Bu susuzluq səni Mənim Mənbəyimə, Həqiqətə aparacaq. Mənim Mənbəyim tükənməyib. Bütün Mənim üçün susayanlara Onu açıram. Susayanlar doyacaqlar (Vəhy.21:6, 22:17).
Müqəddəs Ruhda olmağı tez öyrən, Mən isə ləngiməyəcəyəm. Sənin ləngimən ölümə bərabərdir. Müqəddəs Ruhda yeriməyi nə qədər çox gecikdirirsən, cismani təbiətin sənin üzərində bir o qədər çox hakim olur. Sən Mənə itaətli olanda cismani təbiətə yalnız Mənim Ruhumla qalib gəlmək olar. Müqəddəs Ruh hər şeyə, Tanrının Dərinliklərinə də nüfuz edir. Müqəddəs Ruhda yeriməkdə məqsədyönlü və israrlı ol. Bunun vasitəsilə sənin cismani təbiətin tədricən kiçiləcək. Sənin dağların Mənim Məhəbbətimdən əriməyə başlayacaq. İmanda hərəkət et. Mənim Yüksəkliklərimə doğru Mənim ardımca gəl. Mənim Yüksəkliklərim bu sənin cismani təbiətinin yıxılması və boyunduruğunun sınmasıdır. Əgər sən Mənə inansan və etibar etsən, cismani təbiətin sənə qalib gələ bilməz. Mən səni Dağın Zirvəsində gözləyirəm. Mənimlə görüş üçün susa. Mənim Məhəbbətim Hədsiz Dərəcədə Böyükdür. ƏGƏR Mənə etibar etsən, hər şeydən keçəcəksən, hər şeyə üstün gələcəksən. Mənim Kəlamıma riayət edərək Mənim ardımca gəl. Mənim Kəlamım Yol, Həqiqət və Həyatdır. Öz cismani təbiətinə Mənim Kəlamımla və Mənə imanınla qalib gəlməyi öyrən. İman bu Mənə inanmaq barədə sənin seçimindir. Müqəddəs Ruh cismani təbiətə həmişə qalib gəlir.
Sən özündə cismani təbiətə Mənim Müqəddəs Ruhumla müqavimət göstərmirsən. Sən şöhrətpərəst fikirləri öz əqlinə qəbul etməkdə davam edirsən. Sən onlardan İsa Məsih İsmiylə deyil, cismani təbiətə görə imtina edirsən. Cismani təbiətin fikirlərindən İsa Məsih İsmiylə imtina etməmək - bu, onları əqlinə qəbul etməkdir, deməli, sən cismani təbiətə toxum səpirsən. Mən artıq sənə demişəm ki, fikirləri Müqəddəs Ruhda bütün Müqəddəs Yazı və Mənim Kəlamım vasitəsilə araşdırmaq və onların nə kimi bir fikir olduğu üzərində düşünmək lazımdır. Özünə suallar ver və bu suallara səmimi cavablar ver.
Mən səni düşüncələrində aparacağam və səndə şeytanın dərinliklərini (sənin cismani təbiətini) göstərəcəyəm. Öz fikirlərini nə qədər çox araşdırırsan, öz ruhuna, özünə diqqət yetirməyi bir o qədər çox öyrənirsən. Yalnız Müqəddəs Ruhda Mən sənin günahını göstərə və səni tövbəyə gətirə bilərəm.
- Ya Rəbb, mən bu dərinlikləri görmürəm? Mənim qızım, bu, bir anda baş vermir. Cismani təbiətin sənə yalan deyir. Öz cismani təbiətindən eşitdiyinə deyil, Mənim Kəlamıma riayət et. Tanrının Kəlamı vasitəsilə öz fikirlərin, dediyin sözlər üzərində daima düşünmək səni tövbəyə gətirəcək. Bu, bir anda baş vermir. Natəmiz fikrin gəldiyini görəndə onu dayandır və Mənimlə birgə düşünməyə başla. Hətta əgər buna oxşar fikirləri araşdırmısansa da, səbrini topla və hər şeyi əvvəldən təkrar et. Öz düşüncəni bir neçə dəfə təkrar et. Eyni bir fikrin üzərində nə qədər çox düşünürsənsə, bu fikrin arxasında nəyin dayandığını bir o qədər çox görəcəksən. Sənin fikirlərin sənə günahların barədə danışacaq (Zəb.24:7). Sən artıq öz fikirlərin üzərində düşünməyə cəhd etmisən, lakin yarı yolda dayanaraq problemin kökünə gedib çatmamısan. Susamaq bu, dayanmamaqdır, lakin dərinliyə çatana qədər araşdırmaq, araşdırmaq və Mənim Mənbəyimdən doyunca içməkdir. Bu bir anda baş vermir. Təqdis üçün susamaq bu öz günahına nifrət edib tövbə etmək üçün araşdırmaq, eyni bir fikrin, problemin, günahın kökünə çatana qədər onun üzərində əmək sərf etməkdir. Bu elə Mənim Təqdis Yolumdur.
Tikanlar - bu sənin cismani təbiətindir, bu sənin təqdis Yolunda şeytanın maneələridir. Şeytan həmişə səni yoldan saxlamağa, yayındırmağa çalışacaq. Lakin sən şeytana və öz cismani təbiətinə yox deməlisən və layiqli tövbə bəhəri gətirmək üçün öz günahının dərinliklərinə doğru hərəkət etməlisən. Bu sənin qəlbinin həmin əməyi və xəstəliyidir. Sən qorxursan ki, Mən səndə şeytanın dərinliklərini sənə göstərə bilmərəm. Lakin əgər sən israrlı və məqsədyönlü olsan, bu fikri, problemi boş buraxmasan, nəyin bahasına olursa-olsun, günahın kökünə çatmaq üçün susasan, qalib çıxacaqsan. Bu elə ruhani müharibədir.
Əgər Həyatı seçirsənsə, sən Bu Həyat uğrunda mübarizə aparacaqsan. Əgər günahlarını, fikirlərini, problemlərini Qələbənin axırına qədər araşdırmayıb yarı yolda dayanmağa özünə izn versən, onda, sənin cismani təbiətin qalib gələcək. Əgər özünə diqqət yetirmirsənsə, onda sən azad olunmamış qalırsan və sənin cismani təbiətin böyüməkdə davam edir (1Tim.4:16). Əgər günahın kökünü araşdırmaq üçün günahı Mənim Gözlərimlə görmək üçün susasan, sən bu cismani təbiətin boy atmasını dayandıra bilərsən.
- Rəbb, mən ki günahı Sənin Gözlərinlə görmək istəyirdim və bunun üçün susamışdım! İndi sən ancaq öyrənirsən. Mən şeytanın dərinliklərini bir-iki düşüncə vasitəsilə sənə göstərə bilmərəm. Öyrənmək bu, bir-iki dəfə cəhd göstərmək deyil, bu, Qələbəyə çatmaq üçün nə qədər lazımdırsa, o qədər cəhd göstərməkdir. Quyunu qazmaq lazımdır. Bunun üçünsə əmək sərf etmək lazımdır. Ən böyük maneə - bu düşünməməkdir. Mənimlə birlikdə daima düşünməyi öyrən. Sənin qələbən Bunda olacaq. Əqlin - bu sənin ruhundur. Sənin ruhunda Mənim Ruhum, Mənim Mənbəyim, Mənim Qüdrətim, Mənim Biliyim yerləşir (1Kor.2:10-11).
Ağlına gələn natəmiz fikirlərdən heç vaxt heç birini sonraya saxlama. Bu fikirləri yadında saxla, qeyd elə, onlardan heç birini araşdırılmamış qoyma. Onlardan birini araşdıraraq fikrin arxasında nəyin dayandığını gördükdən sonra sən tövbə edib özündə şeytanın boyunduruğunu sındırırsan. Sən günahın kökünü qoparırsan. Yalnız bundan sonra o biri fikrə keç. Öz fikirlərin üzərində düşünmədən öz günahın üzərində düşünə bilməzsən. Öz fikirlərin üzərində düşünərkən sən günahı Mənim gördüyüm kimi görəcəksən.
Sənin fikirlərində sənin haqqında böyük məlumat yerləşdirilib. Sənin fikirlərin sənin əqlini formalaşdırır. Fikirləri araşdırıb onların üzərində düşünərək sən öz ruhundan özün haqqında məlumat əldə edirsən.
Rəbb riyaziyyatdan yoxlama işi barədə yuxunu yadıma saldı. Orada mən yoxlama işinin cavabını və həllini kimdənsə köçürmək istəyirdim və mənə riyaziyyatdan istedad vermədiyi üçün Rəbbi qınayırdım.
Rəbb dedi: - Mənim qızım, indi sən öz dərsini keçirsən. Sən indi bu yoxlama işini yazırsan. Sən onu başqa insandan köçürə bilməzsən. Hərə öz yoxlama işini, öz variantını yazır, lakin bir yerdə siz Mənim Simfoniyamı yaradırsınız. Sən öz Çarmıx Yolunu yalnız Mənimlə keçməlisən. Yalnız Mənə iman və etibar səni xoşbəxt edə bilər. Mənimlə yeriməkdə israrlı və məqsədyönlü ol. Öz üzərində səylə çalışmağa başla. Düşün, düşün, düşün... bu sənin məşqindir.
Rəbb başqa yuxu verir. Mən başqaları ilə birlikdə idman zalında məşq edirdim. Havaya qalxmaq üçün əllərimi qanad kimi çaldım və Günəşə qədər uçdum. Nə qədər çox qanad çalsan Müqəddəs Ruha görə hərəkət etsən, bir o qədər tez havaya qalxarsan. Bu sənə demək istədiklərim idi.
- Rəbb, icazə ver yenə soruşum. Mən öz niyyətimi, günahımı araşdırdım. Bir hissəni gördüm, amma ondan sonrasını görmürəm. Görmədiyini təkrar-təkrar görmək üçün səy göstərmək bu elə sənin məşq etməyin deməkdir. Sən daha düşünmək istəmədiyinə görə bu işi buraxırsan. Deməli, azad olmaq üçün susamırsan. Sən öz problemini görməlisən. Sən irəli hərəkət etmək istəmədiyinə görə araşdırmanı buraxırsan. Naməlumluq və Mənsiz heç nə edə bilməməyin səni qorxudur bu sənin özünü saleh hesab etməyindir. Sən tanrılıq edəndə Tanrıya sənin Tanrın olmaq imkanı vermirsən. Özünü itirmək qorxusu - bu, hərəkəti davam etdirməyi istəməməkdir. Bu qorxuya və özünə üstün gəl və məşqini davam etdir. Kökə çatanda görməyə başlayacaqsan. Ruhuna sınıqlıq gələcək və öz günahını dərk edəcəksən. Və Həqiqi Tövbə vasitəsilə öz günahlarının kökündən azad olacaqsan.
- Ya Rəbb, Səni çağırıram, yenə bu nə qorxudur məndə? Qorxun səni iflic edib. Qorxu isə Mənə imanının üstündən xətt çəkir. Sən öz cismani təbiətinə sənin üzərində hakim olmağa imkan verirsən. Mənim ardımca getmək qərarı verərək cismani təbiətini çarmıxa çək. Yalnız Mənim ardımca getmək barədə sənin möhkəm qərarın hər bir qorxuya qalib gələ bilər. Məgər oxumamısan: Rəbbə itaət edin, iblisə qarşı durun və o qaçacaq. Qələbənin sonuna qədər Mənə itaətli ol yəni, həmişə sənə nə deyirəmsə, onu et. Səbrini topla və Mənim Kəlamıma riayət et. Kitabı yazmağa davam et və sən özündə dəyişiklikləri görəcəksən. Əgər Mənə etibar etsən, bütün maneələrdən keçəcək və hər şeyə üstün gələcəksən. Mənim İmanım səni möhkəmləndirəcək. Bu İman Mənəm səndə.
Mənim Kəlamım üzərində düşün, Mənim sənə nə demək istədiyimi eşitmək üçün susa. Əgər sən Mənim Kəlamımı cismani təbiətə görə dərk etsən, səni Dağa apara bilmərəm. Alov üçün susa. Bu Alov artıq sənə verdiyim Kəlam vasitəsilə gələcək (Say.31:22-24). Onu dua sözləri kimi oxumağı, təkrar-təkrar oxumağı, düşünməyi öyrən. Dua sözləri kimi oxumaq yəni, tez-tez Məndən diləyirsən: Rəbb, Sən mənə nə göstərmək istəyirsən? Və bunu deyərkən özün nəticə çıxarmağa yəni, Mənim qarşımda nöqtə qoymağa tələsmə. Mənim Rəhbərliyimə güvən. Əgər nəyisə başa düşmürsənsə, əqlin səviyyəsində Məndən soruş. Mən səni Mənim Kəlamım vasitəsilə aparacağam. Sənin ruhun bu tərzdə inkişaf edəcək. Mən sənə günahını göstərəcəyəm və səni tövbəyə gətirəcəyəm. Bu sənin hələ bilmədiyin həmin Yeni və Canlı Təqdis Yoludur (İb.8:13, 10:19).
- Rəbb, niyə mən daima qorxu və ümidsizlik içindəyəm? Bu axı normal hal deyil! Sən ölümdən qorxursan. Sən qorxursan ki, təqdis olunmağa macal tapmazsan və cəhənnəmə düşərsən. Bu sənə ümidsizlik və təlaş gətirir. Mən Sevən Tanrıyam. Mən günahkarları məhv etməyə deyil, xilas etməyə gəlmişəm. Sənin təqdis olunmağının sürəti Mənə tam itaətindən asılıdır. Mənim Rahatlığıma daxil ol yəni, Mənə iman və etibar etməyi öyrən. Özünü kamilləşdirmək cəhdindən vaz keç. Mənsiz təqdis olunmağa çalışma. Sənin qorxun bu Mənə etibarsızlıqdır. Ona görə də öz qorxunu bir kənara qoyaraq onu Mənə imanla və etibarla əvəz et. Sənin qorxun=etibarsızlığın sənin təqdis olunmağına kömək etməz.
- Rəbb, mən yenə də başa düşmürəm. Sən qorxu içində olanda ümidsizliyə qapılırsan və bunda Məni ittiham etməyə başlayırsan. Lakin Rəbbə istehza edilməz. Sən Mənə etibarsızlıq toxumu səpirsən və qorxu biçirsən. Mənə etibarsızlıq olan yerə qorxu gəlir. Qorxu bu Mənə etibarsızlıqdır. Qorxu vasitəsilə sən təqdis oluna bilməzsən, belə ki, daima Məni ittiham edəcəksən. Məni ittiham bu, günahdır. Əgər daima məni ittiham etsən, sən daima günah edəcəksən. Mənə itaətsizlik və Məni ittiham etmək vasitəsilə sən öz cismani təbiətini yüksəkdə tutursan. Sən öz cismani təbiətin tərəfindən aldadılanda Məni təqsirləndirirsən, Məni təqsirləndirəndə isə sən öz cismani təbiətin tərəfindən aldadılacaqsan. İki uclu ağac səni də, Məni də vurur. Bu tilsimdən çıxış yolu Mənə iman etməkdir. Mənə imansızlıq və Məni ittiham yanaşı addımlayır.
Rəbb başa saldı ki, əgər özümə lazımi qədər diqqət yetirsəydim, Rəbb mənə imansızlıq və qorxu günahından azad olmaq üçün mənim natəmizliyimdən, mənim günahlı təbiətimdən daha çox şey göstərə bilərdi (1Tim.4:16).
- Natəmizlər üçün hər şey natəmizdir (Tit.1:15). Əgər özünə bəraət qazandırırsansa, onda, öz cismani təbiətinə bəraət qazandırırsan və Məni ittiham edirsən (Əyy.40:3, Rom.14:14. 1Kor.2:14-15). Kim Mənim tərəfimdədirsə, o salehdir, o özünü və hər şey barədə Mənim Ədalətimlə mühakimə edə bilir və o Mənim gördüyüm kimi görür. Mən, Məni sevənləri və Mənə bəraət qazandıranları sevirəm. Mənim üçün göstərdiyin Müqəddəs səyin səni təmizləyir. Kim ki, səhv etməkdən qorxur, o insanda qürurun bütün əlamətləri var. Qürur bu, insan üçün göstərilən səyin Tanrı üçün göstərilən Müqəddəs Səydən üstün olmağı deməkdir. Müqəddəs Səy - İsa Məsihin Ata üçün göstərdiyi Səy idi. Müqəddəs Səy Bu, Məhəbbətdir. Sənin Müqəddəs Səyin Mənə Məhəbbətin, özünə rəhm etmədən öz qəlbini Mənim uğrumda, deməli başqalarının da uğrunda vermək üçün səndə Mənim Xariqüladə Qabiliyyətimi açacaq. Sən Mənə yaxın olanda insanlar səndə Məni görəcəklər. Mən Yaxında olanda yəni, sən Mənimlə yaxın olanda sənin həlimliyin bütün insanlara məlum olacaq. Həqiqi həlimlik sən həmişə Mənə yer verəndə sənin Mənimlə yaxınlığındır, həmişə mənə yer verməyindir (Mt.11:28-29). Mənəm sənin Həlimliyin (Fil.4:5-7, Əyy.36:24-25).
Mən Rəbblə ünsiyyətdə olanda şeytan növbəti dəfə bu ünsiyyətə mane olmağa çalışdı.
- Rəbb, nə üçün mən yenə öz cismani təbiətimin səsini eşidirəm? Əgər tövbədən sonra sən yenə də həmin o günahı təkrar edirsənsə, deməli, sən bu günahını dərk etməmisən. Hər hansı bir günahdan xilas olmaq üçün sən onu dərk etməlisən.
- Rəbb, dərk etmək üçün ruhda günahı görmək lazımdır (2Kor.7:1)? Sən öz fikirlərin və günahların üzərində düşünməyi öyrənirsən. Bunun nəticəsində öz günahlarını dərk edirsən. Düşünərkən sən nə etdiyin barədə özünə hesabat verirsən. Hətta əgər günahın kökünə hələ gedib çatmamısansa da, öz düşünmələrinin nəticəsində sən özünü kənardan görməyi öyrənirsən. Ruhda sınmağa yaxınlaşmaq üçün düşünmək vacibdir. Lakin düşünmə prosesi də çox mühümdür. Sən artıq buna əmin ola bilmisən. Sən düşünəndə nəyin üzərində əmək səf etməyin lazım olduğunu görürsən. Sən düşünəndə problemi görürsən və onu dərk edirsən. Bu dərk etmənin nəticəsində sən artıq belə hərəkət etməməyə can atırsan. Bu düşüncələrin mənası Müqəddəs Ruha görə hərəkət etməyi öyrənməkdir və əgər sən Mənə iman edirsənsə, Mən sənə Müqəddəs Ruha görə hərəkət etmək üçün Lütf=Qüdrət verirəm.
- Rəbb, deməli, mən düşüncələrimdə günahı ruhda görməyə can ataraq düşüncə prosesinin özünü qiymətləndirirdim və ruhda günahı görə bilmədiyim üçün ümidsizliyə qapılırdım? Ruhda görməyə can atmaq çox vacibdir, lakin bununla bərabər sən düşünmə prosesinin özünü həqiqətən də qiymətləndirmirsən. Ruhda görmək bir anda baş vermir. Bu daima düşünmə prosesidir. Nə qədər çox düşünsən, Müqəddəs Ruha diqqət yetirməyi bir o qədər çox öyrənərsən. Lakin bu düşünmələrin nəticəsində sən artıq özünü kənardan görməyə başlayırsan. Və bu görmə səni günahlarının dərkinə gətirib çıxarır. Və beləliklə, ruhda sınmağın və Mənim Lütfüm vasitəsilə sən öz səhvlərini təkrar etməməyi öyrənirsən.
- Rəbb, deməli, mən düşünmələrim əsasında özüm haqqında nəticə çıxarmalıyam? Düşünmələrin nəticəsində sən özünü kənardan görməyi öyrənirsən və öz günahlarından, öz pis əməllərindən nəticə çıxarırsan və öz səhvlərini düzəltməyi öyrənirsən.
- Rəbb, mən ruhda görməyərək öz şöhrətpərəstliyimi necə düzəldə bilərəm? Öz şöhrətpərəst fikirlərin üzərində düşünərkən sən bu şöhrətpərəstliyi özündə görməyi öyrənirsən və bu görmə nəticəsində sən artıq bu fikirləri ağlına qəbul etməməyə çalışacaqsan. Əgər fikirləri araşdırmırsansa, onların üzərində düşünmürsənsə, sən onlardan İsa Məsih İsmiylə imtina edə bilmirsən. Sənin itaətin - bu, fikirlərini araşdırmaq, onların üzərində düşünməkdir və bu sənə Mənim İsmimdən istifadə etmək hüququ verir. Lakin bu o demək deyildir ki, sən daha özünə diqqət yetirməməlisən. Əgər artıq əvvəllər üzərində düşündüyün natəmiz fikirlər yenə də gəlirsə, fərqi yoxdur, sən yenə də onları Mənimlə birlikdə araşdırmaqda, onların üzərində düşünməkdə davam et. Beləliklə, sən layiqli tövbə bəhrəsi gətirmək üçün addım-addım öz ruhunun dərinliklərinə gedirsən. Və sən şöhrətpərəstliyin üzərində nə qədər çox düşünsən, sən ruhda onun kökünü, günahın dərinliyini bir o qədər tez görə bilərsən.
    e-mail
hristiana
Site Admin


: 27.04.2008
: 954
:

: 11, 2010 11:41 am     :

Rəbb bir hadisəni başqa adamın yadına saldı. Mən qışa xiyar və pomidor bağlamaq üçün o vaxtlar çətin tapılan 3 litrlik balon yığırdım. Qış tədarükü zamanı gördüm ki, balon çatışmır. Məlum oldu ki, həyat yoldaşım onları öz qohumlarına verib. Mən balonları yuyana qədər mənim sakitliyimi oğurlamaq üçün şeytan mənə öz fikirlərini göndərdi: ərim filan-filan olsun, onun qohumları da filan-filan olsun. Mən bilirdim ki, bu şeytandır və bu fikirlərə İsa Məsih İsmiylə qarşı çıxdım. Mən səy göstərdim və qərara aldım ki, ərimi və onun qohumlarını bağışlayım, balonsuz da keçinmək olar. Lakin mən ümidsiz halda İsa Məsihi mənə köməyə çağırmayana qədər pis fikirlər yenə də qayıdırdı. Və mübarizə dərhal bitdi. Mən işimi sülhdə və rahatlıqda başa çatdıra bildım. Bu hadisəyə qədər belə uzun mübarizəm olmamışdı. Pis fikirlərə qadağan edən kimi onlar buxarlanıb yoxa çıxırdı və bir də qayıtmırdı. Bir dəfə mən hətta yoxladım və gördüm ki, İsa Məsih İsmiylə pis fikirlərə elə birinci dəfədən qadağan edən kimi onlar məndən o qədər uzağa gedirlər ki, nə barədə fikirləşdiyimi yadıma salmaq üçün sonra tər tökməli olurdum. İsa Məsihin İsmi qeyd-şərtsiz təsir edir. Lakin bu dəfə, balon məsələsində, bilmirəm niyə, başqa cür oldu.
Və Rəbb balonları yuyanda ruhani aləmdə mənimlə nə baş verdiyi barədə elə həmin gecə yuxu verdi.
- Gördüm ki, Müqəddəs Ruhda şəhərin üzərində uçuşumdan zövq alıram. Gözəl bir şəhərin döngələri ilə uçuram və mənə tanış olmayan bir evin pəncərəsindən içəri girirəm. Otaq işıqlı, lakin mebelsizdir. Otağın ortasında dayanıb onu nəzərdən keçirirəm. Elə bu vaxt pəncərədən içəri böyük bir milçək girir və zəhlətökən tərzdə ətrafımda fırlanaraq uçur və düşüncələrimə, rahatlığıma mane olur. Mən bilirəm ki, bu şeytandır. Mən onu asanlıqla tuturam və pəncərədən bayıra atıram. Amma o yenə də qayıdır, mən yenə də onu tuturam və pəncərədən atıram. Lakin zəhlətökən milçək üçüncü dəfə qayıdır. Mən onu tuturam və bu dəfə onu ovcumdan buraxmayaraq fikirləşirəm ki, onunla nə edim. Görürəm ki, əlimdəki heç də milçək deyil, acıqlı, qırmızı gözləri olan balaca bir heyvandır. O mənim əlimi gəmirməyə başlayır, lakin bu məni qorxutmur və ağrı vermir. Heyvanı necə cəzalandırmaq barədə düşünməkdə ikən, yanımda, havada kiçik bir yeşiyin peyda olduğunu görürəm və onun üstündə qırmızı hərflərlə Dinamit yazılıb. Mən yeşiyi götürüb heyvanın başına qoyuram. Dinamit partlayır və şeytandan əsər-əlamət qalmır. Yuxudan ayılıb Rəbbdən soruşuram:
- Rəbb, bu nə idi? Iblisə qarşı dur və o səndən qaçacaq (1Pt.5:9-10, Yaq.4:6-7).
Rəbblə bu yuxunu araşdırandan sonra, Rəbb mənə açdı ki, dinamit bu Onun Müqəddəs Ruhunun Qüdrətidir. Düşməni məhv etmək üçün bəzən İsa Məsihin İsmi kifayət etmir və bizə İsa Məsihin Özünün köməyi yəni, Müqəddəs Ruhun Qüdrəti lazımdır (Lk.11:13,20-22, Yaq.4:7). Rəbb Özü Dinamitin Partladıcı Qüdrətidir. Və bu Qüdrətə qarşı nə şeytan, nə də cinlərin legionları dura bilər.
- Rəbb, Sənin İsminin Hakimiyyətindən istifadə edəndə və Sənin Şəxsən Özünü çağıranda nə baş verir? Fərq nədədir?
Rəbb mənim anlayışımı genişləndirməyə başladı. Şeytan həmişə belə asanlıqla təslim olmur. O bir müddət kənara çəkilə bilər ki, bizi yoldan çıxartmaq üçün yenə də yanımıza qayıtsın (Lk.4:13, Mt.12:44). Bəzən bizə səy göstərmək lazım gələcək. Rəbb mənə göstərdi ki, belə də ola bilər: sanki Onda yaşayırmış kimi Onun İsmini daşıya bilərik (Vəhy.3:1-2). Dildə Rəbbə ehtiram edə bilərik, amma ürəyimiz Ondan uzaqdır (Mk.7:6-7). İsa Məsihin İsmini dilimizə gətirə bilərik, amma ürəyimizdə Ona imansızlıq ola bilər. Onda, düşmənin təzyiqinə müqavimət göstərmək üçün bizdə Müqəddəs Ruhun Qüdrəti çatışmayacaq (Huşə.7:14), və iman edənə hər şey mümkündür (Mk.9:23). Rəbb şagirdləri ilə olan bir hadisəni yadıma saldı. Orada uşaqdan cini qovmaq üçün şagirdlərdə Müqəddəs Ruhun Qüdrəti çatışmamışdı (Mk.9:18-19), çünki, həmin an İsa Məsih onların yanında deyildi. O Öz üç şagirdi ilə dağa qalxmışdı, qalan şagirdlər isə Rəbbin ardınca getməmişdilər.
Və Rəbb Açıqlama verdi: kim Onunla Onun Dağına öz Dəyişilməsinə qalxmasa, ölüm qüvvələrinə qarşı durmaq üçün onda Tanrı İmanının Qüdrəti olmayacaq. Rəbb 12 yaşlı ölmüş qızın hadisəsini yadıma saldı. Onu diriltmək üçün O Özü ilə yalnız 3 şagirdini apara bildi: Yəhyanı, Peteri və Yaqubu. Məhz onlar İsa ilə Onun Dəyişilmə Dağına qalxmağa razı olmuşdular.

- Rəbb, əgər mən hələ Müqəddəs Ruha görə yeriməyi öyrənirəmsə, onda Sənə ümid etməyi də bacarmıram? Sən öz əməllərin, reaksiyaların, fikirlərin, problemlərin üzərində düşünəndə və nə üçün belə hərəkət etdiyin barədə özünə sual verərək səmimi cavab alanda, onda sən özün öz günahlarını görürsən. Yalnız səmimi qəlbdən edilən tövbə və günahı bir də təkrar etməyəcəyin barədə möhkəm qərar səni günahdan azad edir. Bu, təqdis olunmanın=təmizlənmənin ilk mərhələsidir. Bu, elə Müqəddəs Ruha görə hərəkət etməkdir. Müqəddəs Ruha görə hərəkət etmək bu Mənim istədiyimi etməkdir.
YADINDA SAXLA! Müqəddəs Ruha görə yerimək özünü Mənə tam təslim etməyi=həsr etməyi tələb edir. Əgər sənin tövbən dindarlıqla edilən tövbə olsa, onda Mən səni layiqli tövbə bəhəri gətirməyin üçün günahının dərinliyinə apara bilmərəm. Dindarlıqla edilən tövbə - bu, dərk edilməmiş tövbədir. Bu, Sevgilinin xətrinə deyil, tövbə etmək xətrinə edilən tövbədir, bu təqdis xətrinə təqdisdir.
- Rəbb, dərk edilməmiş günah nə deməkdir? - Dərk edilməmiş günah bu, günahın sənə, Mənə, başqalarına təsiri barədə sənin özünə hesabat verməməyindir. Təqdis olunmanın ilk mərhələsində günahı dərk etməmiş sən öz təqdisində irəli gedə bilməzsən. Əgər sən bir insanın yanına onun sənə kömək edəcəyi ümidi ilə gedirsənsə, onda sən ikiqat günah edirsən, yəni, sən Ruha görə hərəkət etmirsən və başqa insanı da həmin günahı etməyə məcbur edirsən. Mənə itaətsizliyinlə, başqasını da Mənə itaətsizlik etmək üçün yoldan çıxarırsan.
- Rəbb, bəs necə hərəkət etməliyəm? Günah üzərində düşünərkən sən bu günahın sizin ev ibadətində olanlara necə təsir etdiyini dərk etməlisən. Mən sənin bu günaha görə səmimi qəlbdən tövbə etməyini gözləyirəm. Bir də bu günahı etməyəcəyin barədə möhkəm qərar qəbul et. Bu elə cismani təbiətə görə deyil, Ruha görə hərəkət etməkdir. Əgər sən belə hərəkət etməyə başlasan, onda, bu sənin günah üzərində ilkin qələbən olacaq. Belə etsən, başqalarını da Mənə qarşı günah etməyə məcbur etməzsən. Bu sənin imanının birinci sınaq mərhələsidir. Birinci mərhələni keçdiyinə - imtahandan çıxdığına əmin olandan sonra Mən səni günahdan tam azad edə bilərəm. Bütün maneələrə Mənə imanla, Mənə ümidlə üstün gəl. Mənimlə birlikdə sənə Yaxşı Yol!
Rəbb mənə göstərdi ki, mən, Rəbbə öz imansızlığımla ev toplantısında olan bir insanı Rəbbin ona dediyi kimi yox, mənim dediyim kimi hərəkət etməyə məcbur etməklə yoldan çıxararaq ona qarşı günah işlədirəm. Mən insanı vadar edirdim ki, məni öyrətsin, halbuki bir Müəllim var Rəbb. Mən bir şeyi başa düşməyəndə Rəbbə və həmin insana acığım tuturdu və onların hər ikisini ittiham edirdim. O insan isə dəfələrlə mənə demişdi ki, məni yalnız Rəbb öyrədə bilər.
Rəbb Açıqlama verdi: Mənim həqiqi müəllimlərim Müəllimin yanına gətirirlər, sənin anlayışında olduğu kimi öyrətmirlər. YALNIZ MƏN öyrədə bilərəm. Qalan hamısı isə - bu Mənim Şahidlərimdir. Mənim əvəzimə öyrətməyib Mənim haqqımda şahidlik edəndə, sən də Mənim şahidim olursan. Əgər Mənə tam etibar etsən, Mənim səndə Qələbəmin carçısı olacaqsan.
Rəbbə itaətsizliyimə görə tövbə etdim. Tövbədən sonra Rəbb dedi: - Cismani təbiətin sənə təzyiq göstərir, çünki sən özün ona izn verirsən. Müqəddəs Ruha görə yerimək bu, qeyd-şərtsız Mənim istədiyimi icra etməkdir. Müqəddəs Ruhda yerimək=İsa Məsihdə yerimək - bu tamam başqadır. Bu daha yüksək səviyyədir (Qal.2:20). Öz təqdisinin=təmizlənmənin ilk mərhələsini keçmədən sən bu səviyyəyə adlaya bilməzsən. Bunu yadında çox yaxşı saxla.
İndi, deyəcəklərimi yaz. Əgər özünə və ev ünsiyyətindən olan insana güvənməkdə davam etsən, Mən səni Dağa apara bilmərəm. Yalnız Mənə tam etibarın səni dəyişə bilər. Mənə İmandan, Etibardan və Ümiddən möhkəm yapış. Mənə İmanla, Etibarla və Ümidlə öz cismani təbiətinə qarşı dur.
Heç vaxt öz qətiyyətsizliyinlə bəraət qazanmağa çalışma. Öz qətiyyətsizliyini çarmıxa vur, ət və qandan ibarət olan insanın ağuşuna deyil, Mənim Ağuşuma atıl. İndiyə qədər Mənim səni sevdiyimə etibar etmirsən. Mənə qarşı bu imansızlıq və etibarsızlıq lənətini dağıt. Mənə imansızlıq və etibarsızlıq bu, lənətdir=Məndən ayrılmaqdır. İmansızlığınla sən özünü Məndən ayırırsan və Mən sənə kömək edə bilmirəm. Bu lənət vasitəsilə şeytan sənə yol tapır.
Mən tövbə etdim və Tanrıya qarşı imansızlıq və etibarsızlıq lənətini dağıtdım. İndi, Mənə iman və etibar etməyə başla və tamamilə Mənə güvən. Birdəfəlik yadında saxla: Mənə itaətsizliyin səni şeytanın yanına aparıb çıxarar. Mənə tam itaətlilik isə bu, Mənə iman və etibardır, onlar səni Mənim yanıma gətirib çıxaracaq. Mənə İman, Etibar, Ümid etmək yolu ilə zövq almağı öyrən, Mən isə həmişə yanında olacağam. Sənin Mənə imanın Mənim Kəlamımın səndə icra olunmasına gətirib çıxarır. Mənim Kamil İradəm sənin səbrlə=imanda gözləməyi öyrənməyindir.
Gözləməyi öyrənmək lazımdır. Rəbbin İradəsini icra edərək Onun vəd etdiyini - Onun Kəlamını, Rəhbərliyini, Müdrikliyini, Lütfünü almaq üçün sizə səbir çatmır. Səbirlə gözləmək bu səni heç vaxt atmayacağıma, tərk etməyəcəyimə iman etməkdir. İman bu Mənim Nəticəmdir. İman bu, qələbədir. Əsl İman Mənə Sona qədər, Qələbənin Sonuna qədər iman edir. İman Mənim Kəlamımı=Vədimi icraya gətirir (Yəh.14:1). Kəlamda: Rəbbin İradəsini icra edərək deyəndə Rəbb Onu gözləməyimizi nəzərdə tutmuşdur. İman həmişə Tanrının Nəticəsinə gətirir, əgər biz illər uzunu öz həyatımızda heç bir nəticə görmürüksə, deməli, biz Tanrıya lazım olduğu kimi iman etməmişik. Deməli, imanımız ürəyimizdə yox, yalnız ağlımızda olub.
- Mən səni sevirəm, Mənim qızım. Mənim Məhəbbətimə can at. Sənə təzə Əmr verirəm: sən də Məni Mənim səni sevdiyim kimi sev=Mənə iman et. Məhəbbət bu Mənəm. Əgər Ruha görə yeriməyi öyrənirsənsə, əgər Mənim istədiyimi və Mən istəyən zaman edirsənsə, sən Məni sevirsən. Yalnız Mən səni Xoşbəxtliyə=Öz yanıma gətirəcəyəm. Mənim qızım, Mən Yaxşı Tanrıyam. Mənim Yaxşılığıma=Mənə can at. Tanrının Yaxşılığı səni tövbəyə gətirəcək. Tanrının Yaxşılığı bu, Müqəddəs Ruhda yeriməkdir. Tanrının Yaxşılığı vasitəsilə Mənim Yüsəkliklərimə=Mənim Məhəbbətimə can at. Bu Mənim sənə demək istədiklərim idi.
- Ya Rəbb, mən öz fikirlərim üzərində düzgünmü düşünürəm? Natəmiz fikirlərin üzərində düşünəndə sən bunun hansı günah olduğunu müəyyənləşdirməlisən, bu günahın sənə və başqalarına təsirini dərk etməlisən və bu günaha görə səmimi qəlbdən tövbə etməlisən. Hər bir günahın adı var. Öz günahının adını müəyyənləşdirəndən sonra bu günahdan tövbə edə bilərsən. Artıq sən dediklərimin üzərində düşünməyi öyrənəndən sonra Mən səni bu günahın dərinliklərinə apara bilərəm.

Ertəsi gün Rəbb dedi: - Mənim qızım, sən Mənim Kamil İradəmi icra etmirsən. Ev ibadətində bölüşəcəyin Kəlamın üzərində düşünmürsən. Sən cismani təbiətə görə düşünürsən. Sən indiyə qədər öz cismani təbiətinə ümid edirsən. Sənin cismani təbiətin sənə heç nə aça bilməz. Əgər yalnız Mənim üçün, öz Baş Kahinin üçün susasan, yalnız onda, Müqəddəs Ruhda Mənim gördüyüm kimi görə bilərsən. Əgər cismani təbiətə görə düşünsən, Mən səni Dağa apara bilmərəm. Əgər sən cismani təbiətə ümid edirsənsə, sən Müqəddəs Ruhda görə bilmədiyinə görə daima Məni ittiham edəcəksən. Bu, iki ucu olan ağacdır. Əgər sən cismani təbiətə güvənirsənsə, sən Məni öz ittihamınla vurursan. Sən Məni öz ittihamınla vuranda isə, Mən sənə heç nə aça bilmirəm.
- Rəbb, bəs necə olsun? Mənim üçün susa. Yalnız Mən səni Müqəddəs Ruhda apara bilərəm. Cismani təbiətə - insana bağladığın hər bir ümidi kənara qoy. Bu imansızlıqdır. Sənə Məqsədyönlülük çatışmır. Səndə nəsə dərhal alınmayanda sən ümidini itirməyə başlayırsan və irəli getmək istəyini itirirsən. Sənin problemin elə budur. Yalnız Məqsədyönlülük səni Məqsədə döğru=Mənim yanıma gətirib çıxara bilər. Mən səni Dağın=Məhəbbətin Zirvəsində gözləyirəm. Əgər sən Dağa can atmasan, Oraya heç çatmayacaqsan da.
Bunları yadında saxla: sənin cismani təbiətin səni Mənim yanıma gətirməyəcək. Sən onunla Mənə=Müqəddəs Ruha qarşı çıxırsan. Yalnız Müqəddəs Ruh səni Mənim yanıma gətirib çıxara bilər. Müqəddəs Ruhda olmaq üçün susa. Daha çox düşünməyi öyrən və Məni eşitmək üçün susa. Məşq elə, məşq elə, məşq elə. Hətta hələ Müqəddəs Ruhda görmürsənsə də, fərqi yoxdur, məşq elə. Səndən nəyi isə gizlətməkdə Məni ittiham etmək əvəzinə Məni izzətləndir. Adəmin günahını təkrar etmə. Yalnız iman və səbir Müqəddəs Ruhda görməyi sənə öyrətməyə kömək edə bilər. Məni Müqəddəs Ruhda gözləməyi öyrən. Əgər Mənim üçün susasan, Gəlişimi ləngitmərəm. Sənin problemin Müqəddəs Ruhda görməyəndə Məni gözləməkdən əl çəkməyindir. Öz ürəyini aç. Yalnız Tək Mənim üçün susa, bütdən azad ol və onda çox tezliklə Müqəddəs Ruhda Mənim gördüyüm kimi görəcəksən.
- Rəbb, mən daha kimin üçün susayıram ki? Tək Mənim üçün susamırsan, sən hələ öz cismani təbiətinə - öz biliklərinə, öz təcrübənə, öz alimliyinə ümid edirsən. Sən iman etməlisən ki, səni Mən öyrədəcəyəm. Məndən və ev ibadətindəki adamdan incimə. Sənə münasibətini dəyişdiyi üçün insandan inciyirsən. O Mənim Ruhuma görə yeriyir. Mən Qısqanc Tanrıyam. Sən münasibətlərinizin qayğısına qalmamalısan. Yalnız Mənimlə münasibətlərinin qayğısına qal. Yalnız Mənə yapışmaq, Mənə güvənnmək üçün insandan qop insana güvənmə və sən, Mən Atanın qarşısında yeridiyim kimi Müqəddəs Ruha görə yeriməyi öyrənəcəksən. Mənə iman edən üçün hər şey mümkündür.
- Rəbb, məgər mən insanla münasibətimin qayğısına qalıram? Sən hələ insanla münasibətlərinin qayğısına çox qalırsan. Bunu ürəyində ona qarşı saxladığın inciklik deyir.
- Bu inciklikdən necə xilas olum? İncikliyə qadağan et və onu ürəyinə buraxmamağı öyrən. Bunun inciklik olduğunu görmək üçün Müqəddəs Ruhda olmaq vacib deyil. Özünə rəhm etməməyi və ürəyinə incikliyi buraxmamağı öyrən. Özünə rəhm etmək sənin birinci düşmənindir. Amansızcasına bu düşmənə divan tut. Özünə rəhm etməməyi öyrən, onda sən Dağa çox tez qalxarsan (Zəb.24:3-6). Əgər özünə rəhm edirsənsə, onda, səni yalnız Mənim öyrədə biləcəyimə inana bilməyəcəksən. Özünə, öz Mənliyinə rəhm etmə, lakin Mənə can at. Bu sənə demək istədiklərim idi.

Növbəti dəfə ev ünsiyyətinə gəldiyim zaman, mən yenə də insana ümid edərək üzərində bir hərf də yazılmayan ağ kağız kimi idim, ona görə də heç bir Kəlamla, Açıqlama ilə bölüşə bilmədim. Tanrının mənə tapşırdığını hazırlamamışdım. Və Müqəddəs Ruhda olmaq əvəzinə, özümə rəhm etməyə, bəraət qazandırmağa, Tanrını və insanı ittiham etməyə başladım. Ünsiyyəti yarıda kəsib dağılışmalı olduq.
Evə gələrək baş verənlərin üzərimə düşən hissəsini dərk etmədən ümidsiz halda Tanrını çağırmağa başladım. Rəbb dedi: Mənim qızım, Mən artıq sənə hər şeyi demişəm. Mənim sənə verdiyim Kəlamda artıq hər şey yazılıb. Lakin sən ürəyini lazım olduğu kimi açmaq istəmirsən. Açıq ürək bu səmimi ürəkdir, bu, haqqında yazdığım həmin məsumluqdur: Göyərçinlər kimi məsum olun (Mt.10:16). Bu Mənim qarşımda yalan danışmayan, hiyləgərlik etməyən, özününkünü deyil, lakin Mənə məqbul olanı axtaran ürəkdir.
- Rəbb, mən Sənə nə vaxt yalan söyləmişəm? Sən Mənim Kamil İradəmi icra etməyəndə daima Mənə yalan danışırsan. Sən Mənim İradəmi icra etmək üçün susamırsan. Əgər sən Mənim Kamil İradəmi icra etmək üçün susasaydın, onda artıq Müqəddəs Ruhda olmağı öyrənərdin. Susamaq bu bütün ürəyi ilə Mənim istədiyimi arzulamaqdır. Mən isə sənin üçün Ən Yaxşısını istəyirəm.
- Rəbb, mən bilmirəm necə susayım? Mənim qızım, əgər sən bilmirsənsə, onda Mən bilirəm. Mənim qarşımda ən yaxşı vəziyyət bu, cismani təbiətə görə heç nə bilməməkdir. Sənin cismani təbiətin sənin üzərində hökmranlıq edir, çünki sən indiyə qədər özünü Mənim Yerimə qoyursan.
- Rəbb, mən bunu necə edirəm? Sən müəllimsən. Sən öyrəşmisən ki, tələbələr qeyd-şərtsiz sənin tapşırıqlarını yerinə yetirsinlər. İndi isə sənin özünə Mənim şagirdim rolunda olmağı öyrənmək lazımdır. Və sən ürəyində bununla heç cür barışa bilmirsən. Bu qürurdur. Sənin ürəyində natəmiz niyyətlər var. Sənin üçün Mənim Kəlamım vasitəsilə qəlblərin xilasından daha çox, maddi rifahın vacibdir.
- Rəbb, mən ki, bundan tövbə etmişəm. Sənin tövbən saxtadır ancaq dilindədir. Ruhunda araşdırmadıqların səndə qalır. Əgər sən bilmirsənsə, onda Mən bilirəm. Əgər sən bu lazımsız şeylərdən azad olmaq üçün susasaydın, Mən sənə çoxdan açardım. Kim susayırsa, onun qəlbi bu barədə ağrıyır. Ağrısa, deməli, onda həqiqətən susayacaqsan. Əgər Mənim üçün susamasan, ruha çatmazsan. Susuzluq sənin ürəyinin vəziyyətindən irəli gəlir. Daş ürək susaya bilməz.
- Ya Rəbb, bu daş ürəklə nə edim ki, özümünkü üçün deyil, Sənin üçün, Səninki üçün susayım? Sən öz ürəyini Mənim qarşımda necə varsa, elə də açmalısan. Mən səni necə varsan, elə də sevirəm, amma sən Məni sevmirsən, çünki öz bütlərini sevirsən=onlara səcdə edirsən.
- Rəbb, Sən axı mənim ürəyimi bilirsən! Mən sənin ürəyini bilirəm, lakin sən öz ürəyini bilmirsən. Öz ürəyini bilmək üçün Mən sənə bunu açmalıyam. Sən həmişə Mənimlə deyilsən - Müqəddəs Ruhda deyilsən. Yalnız səmimi tövbə sənin ürəyini Mənim üçün aça bilər. Səmimi qəlbdən tövbə etmək bu Mənim indi sənə dediklərimi qəbul etməkdir. Səmimi tövbə vasitəsilə sən artıq belə hərəkət etməməyə can atacaqsan və Mən sənə bunda kömək edəcəyəm. Səmimi tövbə etmək üçün sənə dediklərimin üzərində yaxşıca düşünmək lazımdır (Məs.2:2-9...). Mənim Kəlamım düşünmək üçün sənin qidan, Səmavi yeməyin olmalıdır. Özünə sual ver ki, sən nə üçün belə hərəkət edirsən? Bu suala səmimi cavab ver, onda sən səmimi qəlbdən tövbə edə bilərsən. Yalnız səmimi tövbə səni Mənim yanıma gətirə bilər. Sən hələ Mənimlə deyilsən. Bu sənə demək istədiklərim idi.
- Rəbb, deməli, sən Mənimlə deyilsən? Mənim qızım, sən Mənimlə deyilsən. Səmimi tövbə vasitəsilə qaç gəl Mənim Ağuşuma.
Mən tövbə etdim, düşündüm. Rəbb dedi: - Mənim qızım, Mən sənin tövbəni qəbul etdim. İndi yadında saxla: sən öz mənliyin üçün axıtdığın göz yaşları ilə, özünə rəhminlə Mənim Ürəyimi yumşalda bilməzsən. Mən səni çox sevirəm və ona görə də səni olduğun kimi qalmağa qoya bilmərəm. Mən indi sənin boyunduruğunu sındırdım. İndi sənin tövbən səmimi idi. Mən Dağın=Məhəbbətin Zirvəsində səninlə görüş üçün susamışam. Mən sənin naməlumluqda saxlamaq istəmirəm. Mən sənə sənin ürəyini açmaq üçün susayıram, ona görə də həmişə Müqəddəs Ruhda olmağa can at yəni, Öz Kəlamımda sənə dediklərimi et və Mən də Gəlişimi ləngitmərəm. Öz fikirlərin, əməllərin, problemlərin, günahların üzərində düşün. Sənə göstərmək istədiyimi görməyincə, bir Rema Kəlamını araşdırmadan o birinə keçmə. Sən indi öz ürəyini açdın və Mən səni Müqəddəs Ruhda apara biləcəyəm. Öz cismani təbiətin üçün Mənim Alovuma=İfşama=Həqiqətimə susa.
- Rəbb, Alov üçün necə susayım? Mən sənə artıq hər şeyi demişəm. Göstərmək istədiyimi görməyincə, Kəlamdan Kəlama, günahdan günaha, fikirdən fikrə keçmə. Dağın=Məhəbbətin Zirvəsində Mənimlə görüş üçün susa. Mən isə Gəlişimi ləngitmərəm. Susamaq bu axır nəticədə Məni görmək üçün, Mənim Kəlamımın güzgüsündə özünü aydın şəkildə görənə qədər araşdırmaqdır (1Kor.13:11-13). Mən səni sevirəm. Məni sevənlər üçün hazırladıqlarımı nə göz görmüş, nə qulaq eşitmiş, nə də insanın ürəyi düşünmüşdür.
- Rəbb, məgər mən Səni sevirəm? Mənim üçün susamaq bu elə Məni sevməkdir. Bu sənə demək istədiklərim idi.
Ertəsi gün Rəbb dedi: - Mənim qızım, Mən səni Müqəddəs Ruhda tez aparmaq istəyirəm. YALNIZ Mənim üçün susa. Yolunun üstündə şeytanın bütün maneələrini dağıt. Sənin maneələrin Mənə etibarsızlıq və qorxudur. Mənim Yolumun sakinləri İman, Ümid və Məhəbbətdir. Mənə təslim ol yəni, Məni sev, möhkəm imanla maneələrə qarşı dur və o qaçacaq. Yalnız iman et. Mən həmişə səninləyəm. Sabahkı günün qayğısına qalma. Bütün qayğıları Mənim üzərimə qoy. Hər şeyin qayğısına necə qalmağı Mən bilirəm. Buna tez öyrən. Tamamilə Mənə güvən. Sənin qayğın Mənəm.
Müdrik tələbə ol. Öz cismani təbiətinə güvənmə=inanma. Sənin cismani təbiətin sənə heç nə aça bilməz. Müqəddəs Ruhda eşitməyin və görməyin üçün susa. Mənimlə yeriməkdə israrlı və məqsədyönlü ol. Günahlarının qayğısına qalma. Onlar haqqında qayğılanmaq lazım deyil, lakin onlardan yaxa qurtarmaq lazımdır. Mən sənin ürəyini bilirəm. Artıq sənə verdiyim Rema Kəlamı vasitəsilə günahlarını sənə açacağam. Bu Kəlamla məşğul ol. Özünü hər tərəfdən amansızcasına mühakimə etməyi öyrən. Cismani təbiətinə rəhmin gəlməsin. Onu amansızcasına çarmıxa vur=dərk edilmiş tövbə vasitəsilə rədd et. Öz cismani təbiətin üçün Mənim Alovuma susa. Öz təmizlənməyin üçün günahların barədə Mənə fəryad et. Mənimlə birlikdə həyatdan zövq almağı öyrən. Mən səni sevirəm, Mənim qızım.
Növbəti ev ünsiyyəti zamanı, mən yenə və yenə özümə bəraət qazandırır, Tanrını isə ittiham edirdim ki, Tanrı məni lazım olduğu kimi mən istədiyim kimi öyrətmir. Rəbb başqa insana görüntü verdi. Mən özüm Mənbəyə çatmaq üçün qazmağa başlamaq əvəzinə, beli əlimə alıb onu quru, daşlı-kəsəkli torpağa bir-iki dəfə vuraraq hirsimdən yumruğumu göyə qaldırıb Tanrını söyürdüm. Öz ağılsızlığımdan istəyirdim ki, bu işi mənim əvəzimə Rəbb görsün (Mt.11:12). Rəbb yadıma saldı ki, İbrahim Canlı Suyu olan çoxlu quyu qazdı və bu quyulardan həm o özü, həm də başqaları içdi.
Rəbb həmçinin, daha başqa bir adama da görüntü verdi: mən kartof əkilmiş sahədə oturub kartofun öz-özünə qazılıb çıxarılmağını gözləyirəm.

Mən hər şeyi dərhal başa düşmədiyim və məndə bunun alınmadığı barədə Tanrıyaşikayət edərkən Rəbb dedi: İmansız sözlər işlətmə: alınmır, bacarmıram, yaxşısı budur belə de: bilmirəm necə, lakin iman edəcəyəm; başa düşmürəm, lakin iman və ümid edəcəyəm. Bu Mənə iman və ümid sözləridir.
Sənin Məndən soruşmaq niyyətin olanda və soruşmayanda, lakin öz cismani, dünyəvi biliklərinin rəhbərliyinə güvənəndə, onda, bu, hiyləgərlikdir. Ona görə də Mən səni irəli apara bilmirəm. Səmimi ürək bu Mənim üçün tam və həmişə açıq ürəkdir. Bu ürək, Həqiqət Kəlamının necə olmasından asılı olmayaraq, Mənim Alovum üçün=Həqiqət Kəlamı üçün susayan ürəkdir. Bu səmimilik vasitəsilə Mən səni Müqəddəs Ruhda tez apara bilərəm. Səmimi olmaq bu, heç nəyi gizlətməmək, Adəm və Həvva kimi gizlənməmək deməkdir. Buna tez öyrən. Səmimilik bu Mənim öyrətmək istədiyimi öyrənmək üçün susamaq deməkdir. Mənim Həqiqətim üçün, Mənim üçün susa və Mən Gəlişimi ləngitmərəm. Mənim qarşımda səmimi olmaq üçün susa.

Gələn dəfə, Tanrının Üzünü axtaranda, Rəbb mənə açdı ki, Tanrını axtarmaqda mənim əsas məqsədim Rəbbin mənə rəhmi gəlməsi və mənə necə çətin olduğunu Onun başa düşməsi olub.
Mən bundan tövbə edəndə Rəbb dedi: - Mənim qızım, Mən səni bağışladım. Şikayətlənməməyi öyrən, xüsusən də Mənə. Sən şikayət edəndə Mənim sənin cismani təbiətinə rəhm etməyimi xahiş edirsən. Əgər Mənim səni Çarmıxdan azad edəcəyimi istəyirsənsə, onda Bu Çarmıx sənin nəyinə lazımdır? Sən Çarmıx Yolunu seçmisən, onda səbrini topla və Mənim ardımca gəl (Yeş.40:3-9). Mən səni Mənim Yüksəkliklərimə, Məni Məhəbbətimə doğru aparıram. Mən sənə söz verməmişəm ki, bu Yol yalnız güllü-çiçəkli olacaq. Sənin günahların tikan bitirir və onlara qalib gəlmək üçün cəsarətli olmalısan.
Mənə iman etmədən sənə cəsarət gəlməyəcək. İman etmədən Mənə məqbul ola bilməzsən. Öz cismani təbiətinə amansızcasına divan tut. Ona şikayətlənməyi, ağlamsınmağı, sımsırığını sallamağı qadağan elə. İmandan, Etibardan və Ümiddən yapış və Mənim Məhəbbətimə can at. Mən səni Dağın=Məhəbbətin Zirvəsində gözləyirəm. Hələ Müqəddəs Ruha görə yerimədiyinə görə ümidsizliyə qapılma, lakin iman et. Gəzməyi öyrənmək istəyən uşağa fikir ver. O heç vaxt ümidini itirmir, lakin məşq edir və bununla bərabər bundan zövq alır. Öz ümidsizliyində Məni ittiham etmə, lakin Mənə inan. Qorxuya qadağan et və öz ümidsizliyində var gücünlə Müqəddəs Ruhda olmaq üçün susa. Tək Mənim üçün susasan, Gəlişimi ləngitmərəm.
- Rəbb, tək Sənin üçün susamaqdan ötrü Səni necə sevim? Susamaq bu elə sənin məhəbbətin deməkdir.
- Öz cismani təbiətimdən qidalanmamaq, ona rəhmi gəlməmək və yalnız sənə can atmaq üçün mən Sənin üçün necə susayım? Bu sənin seçimindir. Yalnız Mənə iman, etibar və ümidlə susa. Əgər hər şeydə itaətli olsan, Gəlişimi ləngitmərəm.
- Rəbb, hər şeydə - bu nə deməkdir? Yəni artıq sənə dediyim şeylərdə: Rema Kəlamında qal, həmin bu Kəlam vasitəsilə Müqəddəs Ruhda öz günahlarını görmək üçün susa. Əməllərin haqqında düşünməyi unutma. Bununla əməllərini düzəltməyi öyrənirsən. Şöhrətpərəstliyin barədə unutma. Bu sənin bütündür və hələ ki, Mən yox, o yüksəkdədir. Mənə tam etibar etməyi öyrənəndə və yalnız Mənə güvənəndə sənin şöhrətpərəstliyinin sonu çatacaq. Öz ruhunda Mənə imanla, etibarla və ümidlə möhkəmlən. Öz müqəddəsliyin=günahlardan ayrılmağın üçün susa. Müqəddəs Ruhda məni gözləməyi öyrən.
- Rəbb, Müqəddəs Ruhda Səni gözləməyi necə öyrənim? Sənə verdiyim Kəlamı dua sözləri kimi oxuyanda ya da onun üzərində düşünəndə özün özünlə deyil, Mənimlə - yəni, Müqəddəs Ruhda düşünməyi unutma.
Mənim qızım, Sən cismani təbiətə görə düşünürsən yəni, sən Məndən eşitmək üçün lazım olduğu kimi=səbrlə gözləmirsən. Düşünəndə tələsməməlisən. Düşünən zaman fasilə etməyi öyrən. Səbirsizliklə cismani təbiətə görə düşünəndə sən Məndən eşitmək üçün Mənə yer vermirsən. Cismani təbiətə görə düşünmək bu Mənə deyil, bu özünə qulaq asmaq, özünə, öz əvvəlki biliklərinə güvənmək deməkdir. Müqəddəs Ruhda düşünməyi öyrən. Bu elə Məni eşitmək üçün susamaqdır. Mənim ağuşuma qaç. Mən səni Dağın=Məhəbbətin Zirvəsində gözləyirəm.
- Rəbb, Rema Kəlamını yaxşı olar ki, əzbər öyrənim? Yaxşı olar ki, bu Kəlamı Müqəddəs Ruhda görəsən yəni, Mənim kimi görəsən. Müqəddəs Ruhda görməyi öyrənmək üçün müxtəlif üsulları təcrübədən keçir. Bu səni Mənim yanıma gətirən əməyindir. Vəftiz edən Yəhyanın günlərindən indiyə qədər Səmavi Səltənət zorla götürülür yəni, Müqəddəs Ruha görə yeriyənlər və zor=səy=qeyrət göstərənlər Onu yəni, Məni öz ürəklərində ələ keçirirlər (Mt.11:12, Lk.15:8-10, Qal.5:16).
- Rəbb, Kəlamda heç nə görməyəndə bu, adamı necə də üzür. Sənin kor cismani təbiətin üzülür. Mənə iman edəndə, Mənə, Mənim Rəhbərliyimə, Mənim Biliyimə güvənəndə sənin cismani təbiətin kiçiləcək. Ona yer vermə, onun sənin üzərində hökmranlıq etməsinə icazə vermə.
- Rəbb, mən ona necə hökmranlıq verirəm? - Mənə öz imansızlığın və etibarsızlığınla. Sən hələ də Məni ittiham edirsən, ev ibadətindəki insana Məndən şikayət edirsən. Mən zalım deyiləm. Kimin şikayəti varsa=kiməsə qarşı ürəyində neştəri varsa, onun ürəyində bağışlamazlıq var, o daha çox öz qeydinə qalır (Kol.3:13). Məhəbbət özününkünü axtarmır. Kim şikayət edirsə, o da ittiham edir (2Kor.2:10-11).
Tək Mənim üçün susa və sən İman möcüzələri görəcəksən. Öz fikirlərin barədə düşünməyi unutma. Müqəddəs Ruhla öz ürəyinin dərinliyini araşdır. Məgər oxumamısan: Insanın ürəyində olanı insanın ruhundan=onda yaşayan Müqəddəs Ruhdan başqa kim bilir?. Bizə isə Rəbb bunları Öz Ruhu ilə açdı, ona görə ki, Ruh hər şeyi, Tanrının düşüncələrini belə araşdırır ki, sizin imanınız insan müdrikliyinə (sizin müdrikliyinizə) deyil, Rəbbin Qüdrətinə əsaslansın. Mən sənin günahlarına görə ölmüşəm. Sənin hər bir günahın Mənə ölümcül yara vurur.
- Rəbb, Səni yaralamamağı necə tez öyrənim? Yalnız Müqəddəs Ruhda yeriməklə, başqa Yol yoxdur. Müqəddəs Ruhda yerimək bu Məndə, Mənimlə, Mənim üçün yeriməkdir. Bunun üçün susa və sən İman möcüzələri görəcəksən.
    e-mail
hristiana
Site Admin


: 27.04.2008
: 954
:

: 11, 2010 11:42 am     :

♫ 8. ŞÖHRƏTPƏRƏSTLIK ♫
Sən gözəlliyinə güvəndin (Yez.16:15)



Rəbb açıqlama verdi ki, Haman və Hamanın oğulları Est.6:1-2-də olan Qavaffa və Farra kimidirlər. Bu məndə Məsihə qarşı çıxan mənim natəmiz fikirlərimin və məndə olan şöhrətpərəstliyin timsalıdır.
Rəbb dedi: - Haman şöhrətpərəstlikdir, bu bütün məsihçilərin və yəhudilərin düşmənidir (Est.3:5-6, 9:24). Şöhrətpərəstlik bu bizdə yaşayan Müqəddəs Ruhun düşmənidir. Sən ayırd etmədən bütün fikirləri qəbul edəndə şeytan sənə yol tapır. Murdar ruhların=fikirlərin məsləhəti ilə sən öz bütlərinin təsiri altına düşürsən. Hamanın uşaqları üzərində - şöhrətpərəst fikirlərin üzərində qələbəni elan et və onda qəlbinin xilası gələcək. Xilaskar qəlbinə gələcək. Səndə fitnə-fəsad var. Bu sənin fikirləşmədən dilinə gətirdiyin şöhrətpərəst, boş, mənasız fikirlərin və şöhrətpərəst sözlərindir. Sənin fikirlərin və sözlərin bu Mənim əleyhimə işləyən xədimlərdir, bu, Hamanın uşaqlarıdır. Sənin fikirlərinin fitnə-fəsadı: sənin şöhrətpərəst fikirlərin və sözlərin Müqəddəs Ruha və sənin özünə qarşı çıxır. Eşitdiyinə diqqət yetir və araşdır yəni, sən fikirlərinə və sözlərinə diqqət etməli, araşdırmalı və onlara cəza verməlisən. Şöhrətpərəstlik bu, dünyanın şan-şöhrətidir (Mt.4:8-9). Bu məndə şeytanın taxtıdır (Vəhy.2:13, Est.3:1-2).
Başqa insanla söhbət zamanı öz nöqteyi-nəzərimi müdafiə etdiyim zaman çox qəzəblənmişdim. Rəbb dedi: Hər bir insanın öz nöqteyi=nəzəri və onu müdafiə etmək hüququ var. Sən Mənim Nöqteyi-nəzərimə malik olmayaraq, öz nöqteyi-nəzərini müdafiə edərkən nahaq yerə qəzəblənirsən. Beləcə sən öz şöhrətpərəstliyini göstərirsən. Bununla sən başqalarını alçaldıb özünü yüksəldirsən (Yaq.1:9).
Rəbb açdı ki, boş qəzəb və müqəddəs qəzəb var. Tanrının nöqteyi=nəzərini müdafiə edəndə mən Tanrı qarşısında öz mütiliyimi göstərirəm. Öz nöqteyi-nəzərimi müdafiə edəndə mən boş yerə qəzəblənirəm. Tanrının nöqteyi-nəzərini müdafiə edəndə mən Saleh Qəzəb, Həqiqət Qəzəbini, Tanrıya məhəbbətimi və səyimi göstərə bilərəm (Yer.15:14, 50:25, Yez.33:7-9). Deməli, qəzəb günah ola və günah olmaya da bilər. Qəzəblənərkən günah etməyin (Ef.4:26). Əgər mən Tanrının İradəsinə görə hərəkət etmirəmsə, mən şöhrətpərəstlik göstərirəm (Yaq.4:16, Fil.2:3).
İşdə mənim cismani təbiətim özünü qəzəb və güclü əsəb şəklində zühur etdirdi.
- Rəbb, bu qəzəb haradandır? Hamanı şöhrətpərəstliyi dara çəkdilər və padşahın (padşah bizik) qəzəbi soyudu (Est.7:10). Rəbb başa saldı ki, mənim qəzəbimin kökü həmin o şöhrətpərəstlikdir. Mənim şöhrətpərəstliyim, mənim Hamanım, mənim cismani təbiətim daim özünə səcdə olunmasını tələb edir. Onun qidası mənim qəzəbim, əsəbimdir. Kimsə ona səcdə etməyəndə bu, qəzəblə nəticələnir.
- Rəbb, bəs Tanrı qəzəbi nədir? Bu Mən sənə günahını açanda Mənim Həqiqətimin Alovudur. Günah Mənim üçün olduğu kimi, sənin üçün də dözülməz olmalıdır. Ona nifrət et, onda, Həqiqi tövbə və Həqiqi Azadlıq gələcək. Tövbə tövbədən fərqlənir. Əgər Oğul Azad etsə, Həqiqətən azad olacaqsan (Yəh.8:36, Vəhy. 12:11). Səni məhv edən Tanrının qəzəbi deyil, Həqiqətə=Tanrıya qarşı göstərdiyin inaddır. Tanrı QƏZƏBI bu Mənim Həqiqətimin Alovunu sənin qəbul etməməyin və Mənim səni öz inadınla, öz yollarınla getməyə buraxmağımdır (Zəb.2:12, Məs.1:29-33). Rəbb bizi heç vaxt tərk etmir, öz inadımıza görə öz yollarımızla getməyə davam eymək üçün biz Ondan üz döndəririk. Rəbb hər birimizə azad seçim verir.

Rəbb dedi: - Vaxtı və qaydanı Məsh Edən bilir. Mən sənə bu Kəlamı verəndə sən Mənim Məshimi öz adına çıxdın, sən Məni deyil, özünü məsh edən hesab etdin, deməli, Mənim Məsh Edən, Çoban, Peyğəmbər, Müəllim...adımı mənimsədin (Mt.23:8, Rom.2:20, Əyy.29 fəs.). Sən Məni deyil, özünü Məsh Edən qoydun, öz Mənliyini (torpağın tozunu, palçığı) yüksəyə qaldırdın. Məsh Edən isə HƏMİŞƏ hər şeyi bilir. Deməli, Mənim Biliklərimi, Mənim Kəlamımı öz adına yazdın, mənimsədin, oğurladın. Bu Mənim Olanı özünə aid edən murdar xüsusiyyətçilik ruhudur. Kim İsa Məsihin ardınca Çarmıxsız yeriyirsə yəni, cismani təbiətə görə yeriyirsə, o Tanrının İzzətini özünə aid edir=oğurlayır və Ən Üstün Qüdrəti Tanrıya deyil, özünə aid edir (2Kor.4:7).
- Rəbb, ruhani oğurluq günahına görə məni bağışla. Mən, murdar xüsusiyyətçilik ruhundan imtina edirəm İsa Məsih İsmiylə. Sənin Olan hər bir şeyi Sənə həsr edirəm. Mən Sənin Biliklərini, Sənin Xidmətlərini, Sənin Bacarıqlarını mənimsəməkdən=oğurlamaqdan imtina edirəm, İsa Məsih İsmiylə bütün izzətə, şərəfə, qüdrətə Tək Sən layiqsən. Amin!
Iblis ən gözəl mələk də öz gözəlliyinə, Müqəddəs Ruhun ənamlarına=var-dövlətinə, öz işlərinə güvəndi, ona görə də Rəbbə yox, özünə izzəti çoxaltmaq üçün Müqəddəs Ruhun ənamları ilə alver etməyə başladı (Yez.28:4-5-8). O, Rəbbə yox, özü özünə izzət verməyə, səcdə etməyə və özünü yüksəltməyə başladı. İsrail xalqı da həmin səhvi təkrar etdi. Zinakar imanlı cəmiyyət də bu yolla getdi. Öz xidmətinə vurulmuş məsihçi da bu yolla gedir (Yez.16:14-15-17, Vəhy.3:17, 17:3-7, 18:23-24).
Rəbb mənə Onun Rəhbərliyi altında cəmiyyətin xidmətçisi üçün Kəlam yazmağı tapşıranda mən razılaşdım və Onun Kamil İradəsini icra etdim. Və ev xidmətində lovğalandım ki, başqalarından pis inşa yazmıram. Mən öz insani müəllimlik bacarığımı Tanrının Kamil Müəllimlik Ənamı ilə qarışdırdım. Mən dünyəvi ali təhsil müəssisəsində təhsil alaraq öz təbii qabiliyyətlərimi Ruhani=Tanrının Qabiliyyətləri ilə qarışdırdım. Rəbb göstərdi ki, bununla da mən Tanrının İstedadını mənimsədim.
Və Rəbb başqa insan vasitəsilə görüntü verdi. Görüntüdə mənim 5 talantım var, lakin mən Rəbbdən yenə də talant istəyirəm. Lakin nə üçün? Mənim ürəyimin niyyətləri nədir? Və Rəbb Öz Boş Əllərini göstərib deyir: Məndə daha yoxdur.
Mən evə gəlirəm və Rəbbdən xahiş edirəm ki, başqa adama verdiyi bu görüntünü izah etsin. Sən hələ də Məni ev xidmətindən olan insana qısqanırsan. Bu günahdır. Sənin ruhunda onda olan ənamdan daha çox ənama malik olmaq istəyi var. Bu Mənim Özümdən çox, Mənim Ənamlarıma malik olmaq deməkdir. Sən Mənim üçün deyil, Mənim Ənamlarım üçün səy göstərirsən. Bu şöhrətpərəstlikdir.
Əgər sənin təqdis olunmağının məqsədi Mənə məhəbbət və Mənim Ürəyimi axtarmaq deyil, Məndən daha çox xeyir-dua almaq Mənim Əlimi axtarmaqdırsa, bu tamahkarlıqdır, onda, sən BÜTÜN MƏNIM OLANI, Mənim Kəlamımı=Var-dövlətimi mənimsəyirsən, Mənim əvəzimdə sən padşah olursan, onda Mən sənə daha Çox Olanı Mənim Özümü sənə Padşahlığa verə bilmirəm. Varlı bu Mənim=Tanrının əvəzinə özü özünə tanrılıq edən kəsdir. Varlılar (cismani təbiətə görə) Mənim Səltənətimə Padşahın Himayəsi altına daxil ola bilməzlər, çünki onlar özləri özlərinin tanrısıdırlar.
- Rəbb dedi: Varlı Mənim izzətimi mənimsəyən adamdır (Mt.13:12).
- Rəbb, mən Sənin izzətini necə mənimsəyirəm? Sən Mənim Kəlam yazmaq Qabiliyyətimi=İstedadımı mənimsəyirsən. Əgər sən Mənim Kəlam yazmaq İstedadımı mənimsəyirsənsə, deməli, Kəlamın Özünü və Mənim İzzətimi mənimsəyirsən (1Kor.3:5-9, 4:7-8, Yer.9:23-24) və sən Mənim rəqibimə çevrilirsən. Taxtda Oturan kimdir sən ya Mən? Kimdir qab sən ya Mən? (Lk.12:58).
Biz öz xidmətimizlə Rəbbin cəmiyyətinin təməlini qoyduğumuz barədə Açıqlama ilə bölüşəndə Rəbb səhvimi düzəltdi: - Mənim Xidmətimin təməlini sən yox, sənin vasitənlə Mən Özüm qoyuram. Budur, Sionda təməl daşı...guşə daşı qoyuram... (Yeş.28:16). Sənin Mənə xidmətin Mənim şərəfli qabım olmaqdır. Sənin xidmətin Məni sevməkdir (Kol.3:14, 1Kor.13fəs.). Əgər sən öz xidmətini küncün başında qoyursansa, onda Mən sənin üçün Heçəm, o zaman sənin ürəyinin niyyətləri natəmizdir. Öz xidmətini Mənə həsr et və Məni küncün başında Başda qoy.
Sən öz ürəyində xidmətdən tam inkar etməmisən=qopmamısan və bu həmin büdrəmə daşıdır ki, sən onun üstündən adlayıb Mənə tərəf gələ bilmirsən. Sən öz xidmətində büdrədiyin=dayandığın üçün və xidmətinin sənin bütünə çevrildiyi üçün tövbə etməlisən. (Kol.3:5). Sənə Mənim ardımca irəli getmək, xidmətə deyil, Mənə səcdə etmək lazımdır. Tövbə et və öz şöhrətpərəstliyini kökü ilə bərabər ürəyindən qopar at.
- Rəbb, hər şeyi kökü ilə necə atım? Öz şöhrətpərəstliyinə nifrət et.
- Rəbb, necə nifrət edim? Başa düş ki, bu günah vasitəsilə sən yıxılacaqsan, iflasa uğrayacaqsan. Mənimki olanlar əbədi var olacaq.
- Mən bu günaha görə tövbə etdim. Rəbb dedi: - Günah dözülməz olmalıdır və onda, Həqiqi tövbə və Həqiqi Azadlıq gəlir (Vəhy.12:11). Sən günaha nifrət edib ruhən sınmaq üçün onun nə qədər iyrənc olduğunu Mənim Gözlərimlə görməlisən.
- Ümidsizlik fəryadı gəldi: Rəbb, bu məndə nə vaxta qədər davam edəcək? (Rom.7:24). Tezliklə sənin cismani təbiətinin sonu gələcək. Mənim Çarmıxımı daşımaq üçün sən öz çarmıxından keçməlisən ki, Mən sənin vasitənlə bu yer üzündə yeriyə bilim. Mən səndə Dirilməliyəm, sənin Mənliyin isə ölməlidir. Mən Qısqanc Tanrıyam. Mənim Məhəbbətim təmizdir. Bu Məhəbbət hər bir qorxunu=pisliyi=şeytanı qovacaq. Mən səni Yeni və Canlı Yolla aparıram. Mən səni Öz Məhəbbətimlə aparıram.

Rəbb məni Ona xidmət barədə düşüncələrə yönəltdi. Tanrıya xidmət etmək nə deməkdir? İnsanları Tanrıya xidmətə çağırarkən biz nəyi nəzərdə tuturuq? Tanrıya guya xidmət=kömək edəndə ürəyimizin niyyətləri necə olur? Külli-İxtiyar Tanrıya biz necə və nə ilə kömək edə bilərik? Tanrıya xidmət adı altında adamların bizə, bizim izzət-nəfsimizə, imansızlığımıza, şıltağımıza, bizim biliyimizə xidmətini nəzərdə tutmuruqmu? Əgər Tanrı Özü bir insanı Öz ardınca aparmırsa, biz konkret bir insana onun Tanrıya necə xidmət edəcəyini göstərə bilərikmi? Rəbb göstərdi ki, Tanrıya xidmət adı altında yaxşı maskalanmış insan şöhrətpərəstliyi, insan qüruru, insanlarla manipulyasiya gizlənə bilər.
Rəbb dedi: Siz Mənə xidmət etmək üçün susayırsınız, bəs Ən Yaxşısını Mənim Ona Həqiqətlə Xidmətimi kim istəyir? Ən yaxşı vaxt Müqəddəs Ruhun sizə xidmətidir (2Kor.3:8, 14-18). Onlar Yol gedib yorulmayacaqlar (Yeş.40:31).
- Rəbb, nə üçün? Çünki Rəbb yorulmur. Əgər siz Məndə yeriyirsinizsə, Mən də sizdə və sizin vasitənizlə yeriyirəm (2Kor.6:16). Mən Kəlam üzərində düşünəndə Müqəddəs Ruh Onun İkiağızlı Qılıncı=Kəlamı=Alovu mənə xidmət edir. Və Rəbb, əgər mən Onun Həqiqətlə xidmətini qəbul edirəmsə, mənim ruhumun, qəlbimin və bədənimin xəstəliklərinə şəfa verir.
Rəbbin mənə verdiyi Açıqlamalar, vədlər, əhdlər Tanrının Özündən qiymətli olanda onlar mənim üçün bütə çevrilir və mən Rəbblə şəxsi, gündəlik münasibətlərimizdən daha çox Onun Ənamlarını dəyərləndirməyə=onlara səcdə etməyə başlayıram (1Yəh.1:3). Onin Vədləri uzun müddət icra olunmayanda mən səbirsizlik, Tanrını ittiham etmək=döymək və imansızlıq günahına bata bilərəm.
İbrahim insan ümidindən üstün olan Tanrının Ümidi ilə iman etdi və Tanrıya imanda tərəddüd etmədi (İb.11:17-19). Rəbb İbrahimə oğul verəndə İbrahim Tanrının vəd etdiyi oğulu Rəbbə həsr etməyə razı oldu. İbrahimi sınamaq=imtahana çəkmək Rəbbin nəyinə gərək idi? Bəlkə İbrahimin ürəyi Yaradandan daha çox yaranmışa=oğula bağlanmışdı? İbrahim imtahandan əla çıxdı, çünki düzgün SEÇIM etdi.
Mən də Tanrının Özü ilə Onun Vədləri=Əhdləri=Tacları arasında seçim etməliyəm. İyirmi dörd ağsaqqal taxtda Oturanın önündə yerə döşənir, əbədi Yaşayana səcdə edir və taclarını (öz adlarını: mən məsh edənəm, mən çobanam, mən müəlliməm, mən peyğəmbərəm..., bütün öz xidmətlərini) taxtın önünə ataraq deyirlər: Ya Rəbbimiz, izzəti, hörməti və qüdrəti almağa layiqsən. Çünki hər şeyi Sən yaratdın və hər şey Sənin iradənlə mövcud oldu və yarandı (Vəhy.4:10-11, 7:12, 11:16-17).
Rəbb dedi: Mən hərəkət edəndə Məndən qabağa düşmə və Məndən geri qalma ki, Amaleqlilər sənin başını yeməsinlər (Qanun.25:17-18). Daima Mənim ardımca Mənim Dağımın=Məhəbbətimin Zirvəsinə doğru get. Səmavi dəyərləri axtar. Yad zirvəyə qalxmağa can atma. Yalnız Mənim sənin üçün təyin etdiyimi et. Sənin üçün yalnız Mənim Boyunduruğum asandır, yalnız Mənim Yüküm yüngüldür. Mənsiz heç nə etmə ki, sonradan sənin özünə qarşı mübarizə aparan ismayıllar doğulmasın. Cismani təbiətin işləri sənin ardınca gəzir ki, Mənim ardımca yeriməkdə sənə maneə törətsin.
Əgər mən Tanrıya öz işlərimlə - Onun Rəhbərliyi ilə, Onun mənə verdiyi Kəlamla deyil, cismani təbiətimin işləri ilə kömək etməyə səy göstərirəmsə, əgər mən İbrahim və Sara kimi Tanrının vədlərini öz əlimlə tezləşdirməyə səy göstərirəmsə, məni böyük məyusluq gözləyir. Mən tələsəndə - Müqəddəs Ruha görə deyil, cismani təbiətə görə doğulan yəni, qanuni arvaddan deyil, kənizdən dünyaya gələn İsmayıl doğulur. Əgər cismani təbiətə görə səpirəmsə, cismani təbiəti də biçirəm. İndiyə qədər İsmayıl İsrailə qarşı vuruşur.
- Səmavi Ata, heç vaxt Səndən irəli qaçmamaq və Səndən geri qalmamaq üçün, cismani ismayıllar doğmamaq üçün Sənin Lütfünü diləyirəm. Yalnız Sənin öyrətdiyini etmək üçün mənə kömək et, İsa Məsih İsmiylə!
Ev ibadətində ünsiyyətimiz zamanı Rəbb başqa insana dedi: Balıq tutmağı insanlara öyrət. Onlara şəxsən Mənim ardımca getməyi öyrət. Mənəm Həqiqi Yemək və Həqiqi İçki. Onları əlində gəzdirdiyin kifayətdir. Mənim ardımca gedərək qoy öz ayaqları ilə yeriməyi məşq etdirsinlər. Qoy Mənimlə ünsiyyətə və Şəxsən Məndən Açıqlamalar almağa başlasınlar. Mən Lider olmaq istəyirəm. Əgər sən Mənimlə insan arasında vasitəçi olmasan, onda, Mənim yanıma çoxlarını gətirərsən. Hər biri ilə Məhəbbətin Zirvəsinə qalxmaq üçün hər biri ilə şəxsi qarşılıqlı Əlaqəmin olmasını istəyirəm.
- Rəbb dedi: Sənin Mənim yanıma öz qaydalarınla, öz biliklərinlə gəlməyin - bu da həmçinin şöhrətpərəstlikdir. Sən Mənim yanıma heç nə bilməyən, Məndən Mənim Kəlamımı, Biliyimi almaq üçün susayan insan kimi gəlməlisən. Sən Mən bilirəm deyəndə Mən sənə bilmədiyini göstərə bilmirəm (1Kor.8:2-3).
- Rəbb, hər səhər Sənin qarşına hansı suallarla gəlim? Bu sualla: Rəbb, bu gün Sən mənə nə göstərmək istəyirsən? Daima Mənim Nəsihətlərimi axtar. Keçmişi unudaraq irəli get, yəni, əldə edilmiş nailiyyətlərin üstündə qalma, Məni çərçivəyə salma, Mənim qarşımda nöqtə qoyma.
Yuxuda Rəbb bir mahnının sözləri vasitəsilə Mənimlə danışdı: Qalya su aparır, çiynindən asdığı vedrələrin taxtası əyilir. Mən qərara gəldim ki, deyilən sözlərin mənasını bilirəm və Rəbbdən Öz Kəlamının İzahını vermək üçün kömək istəmədən özüm yuxunu yozdum. Fikirləşdim ki, məni ehtiyacım olan maddi rifah gözləyir. Lakin bir müddətdən sonra Rəbb Öz Lütfünə görə mənim yanlışlığımı aşkar etməyə imkan verdi. Vedrə=qab bu mənəm. Mən öz var-dövlətimlə doluyam və ona görə də Rəbb məni Özü ilə doldura bilmir. Rəbb sağlama şəfa verə bilməz. Rəbb görən adamın gözlərini aça bilməz (Lk.4:18-20, Qanun.32:15, Vəhy.3:15-18).
- Rəbb dedi: Sən Mən bilirəm deyəndə Mənim qarşımda öz ürəyini bağlayırsan və Mənə öz möhürünü vurursan, nöqtə qoyursan və deməli, öz Ruhani inkişafına da nöqtə qoyursan (Yarad.3:5). Möhür vurulan yerə isə heç nə əlavə etmək olmur. Mən sənə hər gün Öz Yeni Səmavi Yeməyimi vermək istəyirəm. Şöhrətpərəst Hamandan azad olduğunu qəbul et.
- Rəbb, haman şöhrətpərəstliyindən azadlığı necə qəbul edim? İman et, susa. Sənə göstərdiklərimə cavab axtar. Açıqlamaları özünə tətbiq et. Düşün, xeyir və şəri bilmə ağacının kökünə çatmağa can at və sən özündə öz hamanlarını, düşmənlərini görəcəksən (Zəb.34:19, 37:39-40).

Rəbb məni insanlara qarşı hörmətsizlikdə ifşa etdi. Başqalarına hörmətsizlik etmək bu başqalarını alçaltmaq, öz əhəmiyyətini yüksəltməkdir. Hörmətsizlik bu alçaltmaqdır. Bu cismani təbiətin mahiyyətidir. Ən böyük alçaltma bu başqasını vurmaqdır. Bu zaman o birisi xəcalət hissi keçirir və ruhən özünü çılpaq hiss edir.
- Rəbb, insanlara necə hörmət etməli? Onların əhəmiyyətinə hörmət etməklə. Hər bir insan Mənim məxluqatımdır. Sən onun əməllərinə, çox tez-tez onun əməllərini əsaslandıran ətraf şəraitə baxıb büdrəməməlisən. Başqalarında Uca Tanrıya, onları Yaradana ehtiram etmək lazımdır. Bu, insanda Başqasını=Məni özündən yüksək tutmaqdır. Hər bir insanda sən Mənim yaratdığım, Mənim rəhbərlik etdiyim şəxsiyyətə hörmət etməlisən (Rom.14:4).
Rəbb Həqiqətin başqa bir hissəsini də göstərdi. Mən özüm özümü alçaldanda, mən özümdə Yaradanıma ehtiramsızlıq edirəm=onu alçaldıram. Əgər mən özüm özümü alçaldır ya da yüksəldirəmsə, mən Tanrını və insanları da alçaldacaq ya da yüksəldəcəyəm. Rəbb heç vaxt heç kimi başqa insan üzərində yüksəltmir, bunu edən insani, cismani mahiyyətdir. Rəbb hamını eyni cür sevir. Bütün insanları O, Özündə Nəyi Var İdisə Onun bahasına - yəni, Öz Həyatı bahasına Satın aldı. Belə olan surətdə alçaltmağa ya yüksəltməyə məni kim vadar edir? Mənim Çarmıxda inkar etməli olduğum korlanmış, pozulmuş cismani təbiətim. Rəbbin yolunu hazırlayın, Onun yollarını düz edin hər dərə doldurulacaq, hər dağ və təpə (qürur) alçalacaqdır... və bütün bəşər Tanrının xilasını görəcəkdir yəni, Tanrının=Məhəbbətin gördüyü=məhkum etdiyi kimi görmək=məhkum etmək üçün bəşər tövbə edəcək=öz düşüncəsini dəyişəcəkdir (Lk.3:4-6).
Rəbb dedi: Səni haqlı ya haqsız yerə incidəndə, təhqir edəndə və sən bu vasitə ilə büdrəyəndə bu sənin şöhrətpərəstlik bütündən xəbər verir.
- Rəbb, şöhrətpərəstlikdən necə azad olum? Yalnız iman et! Sən hər bir təhqiri qəbul etməyi öyrənməlisən, çünki bu dünyada nəinki buna, həm də fiziki təcavüzə məruz qalacaqsan. Sənin üzünə də tüpürəcəklər, necə ki, Mənim üzümə tüpürmüşdülər. Sən bunu indi qəbul etməyi öyrənməlisən ki, sonra buna görə büdrəməyəsən. Sən inciməməyi öyrənməlisən. Bu heç kəsi cismani təbiətə görə tanımamağı öyrənməkdir: hər bir insanda Məni görmək və Məndən inciməməkdir.
- Rəbb, lakin təhqir edən Sən deyilsən axı? Bu Mən deyiləm, bu cismani təbiətdir. Və sən bu cismani təbiətdə Məni görməlisən və Məndən incimədiyin kimi bu cismani təbiətdən də inciməməlisən. Və elə bu an Rəbb Öz tüpürcəyi ilə xəstənin=korun gözünü açdığı barədə hadisəni mənim yadıma saldı. Xəstə, onun gözünə üstəlik palçıq da sürtüb bu vəziyyətdə bütün şəhəri gəzməyə məcbur etdiyinə görə Rəbbdən incimədi. İnsanların bu bədbəxt, ağlı başında olmayan insana necə güldüklərini təsəvvür etmək olar (Yəh.9:6-7, Lev.15:8, Mr.7:33, 8:23).
- Necə ki, hər bir insanda Sən Atanı görürdün? Bəli, Mən pisliyə pisliklə cavab vermirdim, incimirdim, çünki hər bir insanda Atanı onun Yaradanını sevir və görürdüm. Əgər sən inciyirsənsə və pisliyə müqavimət göstərirsənsə, deməli, bu insanda Mənə qarşı durursan. Mənim Hikmətimi dərk et (Mt.5:39, Rom.12:17,19). Müdrik olub Tanrısız yaşamaqdansa, axmaq olub Tanrı ilə yaşamaq yaxşıdır. Hətta üzümə axmaq olduğumu deyəndə də mənə bundan inciməməyi öyrənmək lazımdır, çünki bu doğrudan da, belədir. Tanrının mənə verdiklərindən başqa mən nə ilə və kimlə öyünə bilərəm? Hər şey Ondandır və hər şey Onunladır. Mən də həmçinin Onunla varam, mövcudam və Onunla yaşayıram. Bütün səhvlər bu MƏNIM səhvlərimdir, bütün İzzət isə - bu ONUN izzətidir. Məndə olan Adəm, Lot, Esav, Şaul...=mənim cismani təbiətim ölməlidir ki, Tək İsa hökmdarlıq etsin.
    e-mail
hristiana
Site Admin


: 27.04.2008
: 954
:

: 11, 2010 11:44 am     :

♫ 9. VASİTƏÇİLİK VƏ BÜTLƏR ♫
Bütpərəstlikdən qaçın (1Kor.10:14)


Rəbb başqa bir qorxulu vəziyyəti, insanlara hörmətsizliyə əks olan bir şeyi - mənim insanın ardınca getdiyimi, ruhumda Tanrıya deyil, insana yapışdığımı və Tanrını deyil, insanı özümə lider=yoluma nur seçdiyimi mənə göstərdi. Və Rəbb bir ayə göstərdi: ...siz bir müddət onun nurunda şadlıq etmək istədiniz (insan olan Yəhyanın)...Amma sizi tanıyıram, daxilinizdə Tanrıya məhəbbət yoxdur (Yəh.5:35,42). Mən düşünərkən Rəbb göstərdi ki, əgər mənim ürəyim nə ilə isə, ya kiminləsə məşğuldursa, onda, orada Tanrıya məhəbbətə yer yoxdur (Mt.6:24).
Rəbb görüntü verir: Rəbb Özünün sıldırım qayadan olan Dağındadır (Yeş.33:16-17). Biz var gücümüzlə Yuxarı dırmaşırıq və Zirvənin yaxınlığındayıq, Zirvəyə çatmaq üçün bizə ən dik qayalıq sahəni keçmək qalır. Üzüyuxarı çıxarkən ot topasından yapışırıq, lakin ot bizi saxlaya bilmir və ot kök qarışıq qopub əlimizdə qalır. Və Rəbb bizə Tros atır ki, Ondan yapışaq və O bizi Yuxarıya, Özünə tərəf dartıb çıxartsın. Lakin biz insan ağırlığına tab gətirməyən, torpaqdan çıxan (dünyəvi, cismani təbiət) ot topasına daha çox etibar edirik.
- Rəbb, nə üçün mən insana yapışmışam, bu nə üçün mənim başıma gəldi? Sən özünü insana həsr etdin və insandan özünə lider, büt, vasitəçi düzəltdin. Sən öz həyatını hələ gerçəkdən yalnız Mənə həsr etməmisən. Sən nədən yapışmısan? Hər şeyi qoyub Tanrıya=Məhəbbətə yapışmaq lazımdır. Buna Müqəddəs Ruhda öyrənmək lazımdır. Mən səni çoxdan gözləyirəm. Mən artıq Öz Həyatımı sənin uğrunda qurban verməklə Öz Məhəbbətimi sənə sübut etmişəm. Hər şeydən qopub Mənə yapışmaq lazımdır.
- Rəbb, mən insana nə üçün və necə yapışmışam? Ünsiyyətiniz zamanı sən Müqəddəs Ruhda olmursan. Sən tədricən buna vərdiş etdin, insana yapışdın və ona görə də ünsiyyətiniz zamanı öz ürəyində Məndən deyil, insandan söz gözləyirsən. Səndə ölüm qorxusu, işsiz, pulsuz qalmaq qorxusu, cismani təbiətə dayağı itirmək qorxusu var. Mənə tərəf Məhəbbətdə hərəkət et.
- Rəbb, Sənə deyil, insana yapışdığım üçün İsa Məsih İsmiylə məni bağışla! Bir-birinə səcdə etmək günahdır. İnsandan izzət qəbul etmək bu, yalnız Rəbbə məxsus olan səcdəni, minnətdarlığı və heyranlığı insandan özünə qəbul etməkdir (Mt.4:10). Özünə səcdə qıldırmaq üçün şeytan İsa Məsihə bu dünyanın bütün padşahlığını və insanlardan gələn insani izzəti vəd etmişdi (Mt.4:8-9). Şeytan İsa Məsihə Özü Özü ilə kompromisə getməyi təklif etmişdi. Kompromis bu, qarşılıqlı güzəşt əsasında razılaşma anlamını verir. Əgər İsa şeytana güzəştə getsəydi, onda, O, Səmavi Atadan üz döndərmiş olardı Oğul Ataya xəyanət etmiş olardı. Biz çox tez-tez hallarda insana məqbul olmaq, onu incitməmək üçün insanla kompromisə gedirik, lakin həmin o vaxt biz Əbədi Həqiqətdən üz döndəririk.
- Sən Mənim qarşımda lazım olduğu kimi yerimirsən. Əgər sən başqaları ilə Musanın Harunla hərəkət etdiyi kimi hərəkət etsən, yəni, özünə vasitəçi axtarsan, sənin Mənimlə heç vaxt Birliyin olmayacaq. Mənim qarşımda yerimək Mənimlə vasitəçisiz olmaqdır. İnsanın ardınca getmə. Bir-birinizin ardınca yeriməyin, lakin hər birinizi Mən hara aparıramsa, Mənim ardımca gəlin. Hər biriniz yalnız Birindən yapışsanız və Birinin ardınca yalnız Mənim ardımca getsəniz, onda hamınız əlbir ola bilərsiniz. Tanrın olan Rəbbə səcdə et, Tək Bir Ona xidmət et. Hər biriniz öz çarmıxınızı daşıyın. Onda mən Rəbbdən xahiş etdim ki, məni Musa ilə Harunun arasında olan münasibətləri araşdırmaqda aparsın və görün Rəbb mənə nə göstərdi.
Rəbb Öz xalqını Misirdən çıxartmaq vaxtının gəlib yetişdiyini görəndə Rəbb, Musaya göründü və Musadan xahiş etdi ki, Onun İradəsini icra etsin. Rəbb bunun üçün Musanı artıq hazırlamışdı. Lakn Musa Rəbblə mübahisə etməyə, Ona zidd getməyə və alver etməyə başladı (Çıx.3:11, 4:10). Rəbb istəyirdi ki, Musa YALNIZ Ona güvənsin. Tanrı Öz Hərəkətlərinin ətraflı planını Musaya açdığına baxmayaraq, Musa getməkdən imtina edirdi.
Rəbb qəzəbləndi yəni, Harunu Tək Öz yerinə Musaya köməkçi=vasitəçi kimi verərək ona güzəştə getdi (Çıx.4:13-15). Rəbb dedi: (Tək Bir Mən yox), Harun sənin danışan dilin olacaq; sən isə Haruna Məni=Tanrını əvəz edəcəksən (Çıx.4:16, 7:12). Yalnız o zaman Musa Rəbblə razılaşır. Musa Harun üçün Rəbbin əvəzinə tanrı olmaqdan imtina etmədi, razılaşdı. Tanrıya müavinlik beləcə başladı. Çoxlarımız həvəslə belə müavinliyə razılaşır: biz çox həvəslə tanrıya=liderə çevrilirik və bizimlə çox həvəslə razılaşırlar Rəbbə deyil, bizə xidmət edirlər. Və bu bizim ən böyük səhvimizdir.
Səhv=Tanrıya imansızlıq=itaətsizlik Musanı və Tanrının xalqını vasitəçiliyə və xalqın Rəbbdən tədricən üz çevirməsinə gətirib çıxartdı. Musa Harun və xalq üçün büt=lider=dil oldu. Harun Baş Kahin=Tanrı əvəzinə Musa və xalq üçün kahinə çevrildi.
Musa səy göstərmirdi, məsləhət üçün xalqı Şəxsən Tanrıya müraciət etməyə öyrətmirdi, lakin səhərdən axşama qədər onları böyük növbələrdə yorurdu ki, şəxsən ondan, liderlik edən pəltək liderdən öz problemlərinin həlli üçün məsləhət alsınlar (Çıx.18:13,18). Musa hamıya hakimlik etməyə, xidmət etməyə vaxt çatdırmırdı və o yoruldu, ona görə də Həqiqi Tanrını tanımayan öz bütpərəst xalqının kahini olanMidyan kahininin üsulu onun xoşuna gəldi (Çıx.2:16, 18:1). Lakin dünyəvi tanrısına xidmət təcrübəsinə və dünyəvi üsula malik olan bütpərəst kahin nə öyrədə bilərdi? (Mt.20:25-28). Rəbb məni, başında Midyan kahinlərinin dayandığı Midyan xalqının kim olduğunu araşdırmaqda apardı. Məhz Midyan ağsaqqalları=kahinləri Moavlılarla razılığa, ittifaqa girərək Bilamdan xahiş etdilər ki, Rəbbin xalqını lənətləsin (Say.22:4,7,11). Midyanlı qadının əxlaqsızlığı, hiyləgərliyi, tamahkarlığı vasitəsilə İsrail icması məğlubiyyətə uğramağa başladı (Say.25:18,6,14,17; 31:1-2,7,16). Lakin səndən bir neçə şikayətim vardır; çünki orada, sənin yanında Bilamın təliminə ( -yəni, Mənim nifrət etdiyim Nikolaitlərin təliminə) riayət edənlər vardır. O Valakı öyrətdi ki, İsrail oğulları qarşısında tələ qursun, yəni, onlar bütə gətirilən qurbanların ətini yesinlər və cinsi əxlaqsızlıq etsinlər (Vəhy.2:14-15; 2:6). Bu hiyləgər xalqın kahininin məsləhəti ilə Musa onun çoxsaylı vasitəçilər qoymaq barədə müdrik=dünyəvi üsulu ilə razılaşdı. Sən bu xalqa görə Tanrının hüzurunda vasitəçi ol yəni, xalqın içərisində=arasında allah kimi ol (Çıx.18:17-19). Beləliklə, Musa Rəbblə məsləhətləşmədən Rəbbin dediyi sözlərə deyil, qayınatasının (bütpərəst kahinin) sözlərinə qulaq asdı və dediklərinin hamısına əməl etdi (Çıx.18:24). Həyatının hansı bir anındasa, Əyyub da xalq üşün belə vasitəçi oldu (Əyy.25).
Bütpərəst kahinin məsləhəti ilə Musa, Tək Həqiqi Hakim əvəzinə, xalqın üzərində xalqı onunla birlikdə mühakimə edəcək rəislər=hakimlər, liderlər qoydu (Çıx.18:21-22,25-26, Yer.5:31). Beləliklə, Musa və onun təyin etdiyi rəislər xalqı Tanrının Özündən bütün canlıların Kamil Hakimindən, Kamil Müəllimindən və hər Həqiqətə Yol Göstərəndən daha çox uzaqlaşdırdılar (Əyy.35:10-12). Bu gün Rəbb bizə deyir: Tanrı ilə insan arasında Bir Vasitəçi var O, Tanrı İsa Məsihdir (1Tim.2:5). Xalq hər şeydə Rəbblə məsləhətləşmək əvəzinə Musa ilə məsləhətləşməyə öyrəşdiyi üçün ən məsuliyyətli anda Tanrıya əsas xidmətindən Dağa çıxıb (Çıx.19:13) Rəbbə (Musaya ya da xidmətçiyə deyil) xidmətdən (Çıx.8:1,20, 5:1, 7:16) imtina etdi. Xalq Canlı Tanrıdan uzaqlaşdı (Çıx.20:18,21, Yer.15:6). Və bu gün biz əgər Rəbblə ünsiyyət saxlamaq istəmiriksə, eyni səhvə yol verə bilərik: Diqqətli olun ki, Göylərdən xəbər Gətirəni..., bunları Söyləyəni rədd etməyəsiniz... (İb.12:15,25,29). Beləliklə, Rəbb Öz xalqını Misirdən çıxartdı ki, xalq bir nəfər kimi Onun Müqəddəs Dağına çıxsın və Onun qarşısında dayansın (Çıx.3:12). ...sizi qartal qanadlarında daşıdığım kimi yanıma gətirdim. İndi isə əgər səsimə qulaq asıb əhdimə riayət etsəniz, siz bütün xalqlar arasından Mənə məxsus xalq olacaqsınız...Siz hamınız (təkcə Musa və Harun deyil) Hökmdarın kahin tayfası, müqəddəs millət olacaqsınız (Çıx.19:4-6, Qanun.32:11-18, 1Pt.2:9-19).
Musa və liderlər xalq üçün tanrıya=bütə çevrildiyi üçün, xalq artıq Rəbblə şəxsi münasibətlər qurmağa səy göstərmirdi, ona görə də hər şeyi yandıran Alov olan Rəbbdə sayıq dura bilmədi. Və İsrail xalqı Musaya dedi: sən bizimlə danış, biz də eşidək. Qoy Allah bizimlə danışmasın... (Çıx.20:19). Rəbb eləcə də bu gün bizə deyir: Siz isə Sion dağına və yaşayan Tanrının şəhəri olan Səmavi Yerusəlimə...Əhdi-Cədidin Vəsatətçisi olan İsa Məsihə...yaxınlaşdınız (İb.12:22-23). Tanrının evi üçün cavabdeh olan böyük bir Kahinə malik olaraq...etimadla dolu imanla, səmimi qəlbdən Tanrıya yaxınlaşırıq (İsrai kimi uzaqlaşmırıq) (İb.10:21-22). Diqqətli olun ki, İsrail xalqı etdiyi kimi, bunları söyləyən Rəbbi rədd etməyəsiniz (İb.12:25-29).
Musa lider, vasitəçi, büt, tanrı olub bir müddət Dağa çəkildi. Və budur Harun və xalq özünü itirdi və lidersiz qalaraq bilmədi nə etsin. O, Rəbbdən soruşmadan, tez xalq üçün əvəzləyici qızıl büt düzəltdi (Çıx.32:1-8). Sonra, Tanrı ilə idarə olunmayan xalq Musanı hirsləndirib onu günah etməyə vadar etdi. Qəzəbdə olaraq Tanrı ilə idarə olunmayan Musa Rəbbə inanmadı (Say.20:8-12, Qanun.1:37, 3:26). Rəbbə inanmayan, Onunla şəxsən ünsiyyət saxlamayan xalq daha qırx il səhrada dolaşdı və bu vaxt ərzində iki nəfərdən başqa hamı öldü. Musanın üsulu, bütpərəst kahinin (Nikolaitin) üsulu tam iflasa uğradı. Nə Tanrınınn xalqına başçılıq edən Musa, nə də Rəbbi rədd edən xalq vəd edilmiş torpağa girdi. Musanın vəzifəsi xalqa tanrı olmaq deyil, xalqı Misirdən çıxartmaq və Tanrınınn qarşısına gətirmək idi. Tanrınınn xidmətçilərinin də vəzifəsi budur.
Nikolaitlər bu, Rəbbə yox, onlara tabe olmaq kimi öz xidmət üsullarını yaratmış imanlı cəmiyyətin xadimləridir. Nikolaitlər Rəbbə xidmətlə insanlar üzərində ağalıq etmək arasında olan Ruhani həddi aşıb keçmişdilər. Onlar unutmuşdular ki, Göylərdən doğulanlar Padşahın padşahlarıdır və Baş Kahinin kahinləridir. Nikolaitlərin lider təlimi sistemi bu, liderlərin Rəbbin digər övladlarına nisbətən daha yüksək mövqe tutan liderlərə tabe olmağı öyrədən dünyəvi sistemdir. Bu isə İsa Məsihin öyrətdiyinə tam ziddir. Bilirsiniz ki, millətlərin başçıları onlara hökmdarlıq edərlər və ağaları üzərlərində hakimiyyət sürərlər. Lakin sizin aranızda belə olmasın. Aranızda böyük olmaq istəyən isə, digərlərinin nökəri olsun; və aranızda birinci olmaq istəyən, digərlərinin qulu olsun (Mt.20:25-28, 23:11). Və bütün bunlar bu gün TANRININ evində baş verir. Biz Musanın elə həmin səhvini təkrar edirik. Pravoslav kilsələrində ikonaların asıldığı divar qarşısında pərdə çəkilib, ora yalnız seçilmişlər=kahinlər girə bilər. Eyni şey bizim cəmiyyətlərdə də baş verir, insanları Rəbblə ünsiyyətdən ayıran o pərdəni liderlik edən liderlər əvəz edirlər, Səmavi Səltənəti insanların üzünə qapayan bu liderlər sadə xalqın Rəbblə şəxsən ünsiyyət saxlamasını ağıllarına da gətirmirlər, çünki özləri daxil olmurlar və daxil olmaq istəyənləri də buraxmırlar (Mt.23:13, Lk.11:52).
Biz Ruhani Yolu,Yeni və Canlı Yolu rədd edirik və bir çox cəmiyyətlərdə Musanın köhnə üsulunu yaratmışıq. Və biz, bu sistemi sevənlər və ona tabe olanlar Yol, Həqiqət və Həyat olan Rəbbi rədd edirik.
Rəbb daha bir yerdə Canlı Tanrıdan uzaqlaşma addımlarını göstərdi (1Pad.8:7, 12:13,19). İsrail xalqı Tanrı Hökmdar, Yol göstərən, Müəllim əvəzinə özünə padşah olaraq insanı Şaulu seçdi.
Şaul Tanrının İradəsini bilirdi və Tanrı tərəfindən idarə olunmasını gözləmədən öz bildiyi kimi hərəkət etməyə başladı (1Pad.13:11-14). Və sonra Tanrının Rəhbərliyi olmadan bir çox səhvlərə yol verdi (1Pad.14:29). Öz xidmətinin sonunda Şaul özünü yüksəldib (1Pad.1:12, 15:22-23) tədricən Rəbbə qarşı soyudu və ona tabe olmayanları təqib etməyə və öldürməyə başladı (1Pad.16:2,14, 18:11,29, 20:33, 22:18,21).
Əgər biz Rəbbin deyil, insanların ardınca gediriksə, Rəbbə deyil, insana=bütə itaət ediriksə, biz Rəbbə Ruhən xəyanət edirik=zina edirik, ona görə də ruhən kor oluruq və İSA MƏSİH İSMİYLƏ Rəbbin Səltənətinin inşasında deyil, ÖZ ADIMIZIN və üzərimizdə hökmranlıq edən İNSANIN ADININ inşasında iştirak edirik.
Cəmiyyət, Musanın bütpərəst kahinin məsləhətinə görə etdiyi kimi, dünyəvi idarə sistemini qəbul edəndə onda, dünya və onun sistemi imanlı cəmiyyətə daxil olur. İmanlı cəmiyyət dövlət sistemi ilə birləşəndə isə və ondan daha pisi - bütün dövlətin başında duranda bu cəmiyyətdən Rəbbin İsmi altında gizlənib insanları təqib edən müqəddəs inkvizisiya əmələ gəlir. Bəşəriyyət öz tarixində belə anları artıq yaşamışdı.
Müxtəlif cəmiyyətlərdən toplanan insanların növbəti dua ünsiyyəti zamanı xidmətçi fikirləşmədən şöhrətpərəstliklə dedi: Hər kəsə görəcəyi işi mən tapşıracağam. Və Rəbb, bu sözlər deyilən zaman başqa bir insana görüntü verdi. O, ucu-bucağı olmayan bir tarla görür. Tənha bir insan əlindəki toxa ilə bu böyük tarlanı becərir. Günəşli, isti hava və bir insanın tapşırdığı ilə gücündən ağır işdən ümidsiz hala düşmüş yorğun adam. Mənim Boyunduruğum Asan və Mənim Yüküm Yüngüldür. Davam edən görüntüdə insan, çox da böyük olmayan bir bostan və bu kiçik məkanda dönmək üçün yer tapmayan kombayn görür. Onun nəhəng pərləri altında bütün məhsul məhv olur. Müqəddəs Ruhla idarə olunmayan xidmətçi, insana və Tanrınınn işinə yalnız ziyan vurur. İnsan=kombayn Rəbbin böyük tarlası üçün, əlində toxa olan adam isə kiçik tarla üçün təyin olunub. Kimi hara qoymağı, kimə hansı Ənamı verməyi yalnız Rəbb Özü bilir. Hər kəsə görəcəyi Onun İşini Tanrı Özü açır. Ənamlar müxtəlif,...xidmətlər müxtəlif,...fəaliyyətlər müxtəlifdir. Hamısını hər adamda göstərən Tanrı=Müqəddəs Ruh isə Təkdir və Eynidir. Amma hər kəsə Müqəddəs Ruhun zühuru xeyir üçün verilir (1Kor.12:4-6-12, Rom.12:1, 6-8). Tanrının əvəzinə insanlara qürur və şöhrətpərəstlik göstəriş verir. Din isə insanarı məcbur edir ki, insanın çaldığına oynasın. İnsan rəhbərliyi vasitəsilə deyil, Öz Rəhbərliyi vasitəsilə Tanrı Özü Öz Evini qurur.
Rəbb mənə Öz Həqiqətlərini öyrətmək istərkən, özü bizimlə bir yerdə Rəbbdən öyrənmək və Tanrının Rəhbərliyini axtarmaq üçün deyil, bizə nəsə öyrətmək üçün bizimlə ünsiyyətə gələn bir insanın ürəyinin niyyətlərini göstərdi (1Py.5:2). Bu insanın öz planı var idi və ona görə də bu ünsiyyətdə Tanrının bizim hamımıza Yeni şey öyrətmək Planını rədd etdi. (Vəhy.21:5, İb.10:19, 8:13). Güclü əlinin altında alçalın. Kimin Əlinin altında? İnsanın, xidmətçinin əli altında? Xeyr! Tanrınınn Güclü Əlinin altında və onda insan deyil, Tanrı Öz Vaxtında sizi yüksəldəcək (Yaq.4:10, 1Pt.5:6. 2Sal.7:14, Yeş.5:15, Zax.10:11).

Rəbb dedi: Biz başqalarına xidmət edəndə bizi qovurlar. Bizə xidmət edəndə biz qaçırıq. Hər iki halda (xidmət edən halda və qaçan halda) fəal olan qürurdur. Sizin qovulmağınız başqa şeydir, sizin özünüzün çıxıb getməyiniz isə başqa şey. Tanrının buna İradəsi olmadan getmək bu, Çarmıxdan getməkdir. Körpə qaçır, iman əri isə əridilmək üçün qalır.
Rəbb yuxu verdi: sərxoş və çirk içində olan bir insan çirkli, bulanıq suyun içində dayanıb. O əlindəki parçla bu sudan götürür və onu içməyə hazırlaşır.
- Rəbb, mən hansı bataqlıqdayam? Sən hələ bu dünyanın qanunu ilə yaşayırsan. Sənin həyatın dünyəvi işlər üzərində mərkəzləşib. Sən Məni yox, öz dünyəvi həyatının yaxşılaşmasını axtarırsan. Sən özününkünü axtarırsan. Sən isə Mənə tərəf Məhəbbətdə can atmağa çalışmalısan. Pisliyi öz içindən qov. Özünün bütün düşmənlərini=bütlərini məhv et (Qanun.13:5, 20:16-18). Əgər Mənə səni azad etməyə izn vermirsənsə, öz üzərində cismani təbiətin ağır boyunduruğunu daşıyırsan (Qal.5:19-20).
Rəbb dedi: Yazılıb: Tapmaq fürsəti olarkən Rəbbi axtarın, O yaxın ikən Ona yalvarın (Yeş.55:6). Mən isə həmişə Yaxınam, lakin seçim sənindir.
- Rəbb, mən səni necə axtarıram və Səni axtarırammı? Lazım olduğu kimi axtarmırsan.
- Bu nə deməkdir? Sən Məndən öz bütlərin haqqında soruşmursan.
- Mən axı həmişə Səndən təmizlənmə barədə xahiş edirəm. Günahlardan təmizlənmə və bütlərdən azadlıq bu başqa-başqa şeylərdir. Hamanın uşaqları üzərində qələbəni elan etmək bu hələ onlardan azad olmaq demək deyil. Mən sənə bütlərindən azadlıq vermək istəyirəm.
- Səmavi Ata, İsa Məsih İsmiylə duada sənin qarşına gəlirəm və xahiş edirəm ki, mənim gözlərimi bütlərimə açasan və onlardan tam azad ola bilmək üçün mənə kömək edəsən. Bunun üçün Sənin Lütfünü diləyirəm. Amin. Mən sənə Öz Lütfümü verirəm. Mənim Lütfümü qəbul et. İndi bunun üçün susa və Mən sənə bütlərindən tam azadlıq verərəm (Yəh.8:31-32).
- Deməli, sadəcə istəmək yox, susamaq lazımdır? Bəli. Susayanlar öz həyatlarının bütün sahələrinin Rəbbi kimi Mənim üçün susayanlar bütlərdən tam azadlığı qəbul edə bilərlər .
- Rəbb, gerçək olaraq Səninkini yox, Səni necə axtarım? Bütlərimdən necə azad olum? Kəlamda dediklərimi icra et. Yalnız Mənə tam itaət səni Hər Şeyə - yəni, Mənim yanıma gətirib çıxara bilər. Heç bir insana güvənmə. Heç bir insan sənə kömək etməyəcək.
Mənim qızım, bunları yadında saxla: həmişə Tək bir Mənim üçün susa. Özünə və başqalarına güvənmə. İnsana və insandan özünə dayaq düzəldən hər bir kəs lənətlidir. Belə adamın ürəyi Məndən uzaqlaşır (Yer.17:5). Sənə nə deyirəmsə onu et. Bu imandır. Mənim dediyimi icra etmək üçün susa. Bu sənin üçün ən yaxşısıdır. Mən hər bir kəs üçün ən yaxçısını hazırlamışam. Əgər Mənə itaətsizlik etməkdə davam etsən, şeytan səndə yer tapacaq. Ona görə də sənə dediyimi icra etməyi yubandırma. Öz itaətsizliyinlə məhv edənə yaxınlaşırsan, ona görə də yubandırmaq ölümə bərabərdir.
Mənim qızım, şeytan nərə çəkən və aşırmaq üçün kimisə axtaran aslan kimi gəzir. Sən Mənim Məhəbbətimlə dolub daş. Əgər hər şeydə Mənə itaətli olmasan, sən onun qurbanına çevrilə bilərsən. Mənə itaətizlik etdiyin yerlərdə qapını Mənim Üzümə bağlayıb onu şeytanın üzünə açırsan (İb.10:26-27, 1Kor.10:9).
- Rəbb, mənə konkrt olaraq de ki, mən bu gün nə etməliyəm? Səninlə işləyən adama sənin deməli olduğunu yox, Mənim demək istədiyimi de. İşdəki vəzifələrini vicdanla yerinə yetir. Bütünlüklə Mənə güvənərək sənə nə etmək lazımdırsa onu et. Mənim buna İradəmin olub olmamasını soruşmamışdan üzərinə düşən yükdən imtina etmə. Mənim qızım, sənin üçün nəyin yaxşı olduğunu Mən yaxşı bilirəm. Öz ağlına güvənmə, Mənim yerimə qərar çıxarma. Heç nə əhəmiyyətsiz deyil. Qeyd-şərtsiz Mənə itaət etməyi tez öyrən.
- Rəbb, Sən dedin ki, itaət istəmirsən, Məhəbbət istəyirsən. Şəxsən sənə olan Yaxşılığımı (Məmnunluğumu) görməyincə yəni, Mənim sənə Məhəbbətimi dərk etməyincə, Mənim Məhəbbətim sənə gəlməyəcək. Bu isə yalnız Mənə tam itaət vasitəsilə gələcək. Sənə dediyimi icra etmək üçün susa və onda iman möcüzələri görəcəksən.

- Rəbb, mən hansı bütlərlə və necə Sənə qarşı çıxıram? Mənim qızım, sən Mənim Kəlamım üzərində düşünəndə fikir ver gör ki, ağlına nə fikirlər gəlir. Diqqətin öz fikirlərinə yayınanda, onda bu fikirlər elə sənin bütündür. Sən bu fikirlər barədə düşünməlisən ki, öz bütlərini görəsən və onları aydınlaşdırasan. Mən səni bu yüklə Dağa apara bilmərəm.
- Rəbb, bütlərimlə münasibətlərimi necə həll edim? Məsələn, tutaq ki, məndə belə bir fikir yaranıb ki, insandan ruhani kömək istəyim, bəs sonra nə edim? Düşün, bax, bu insan hələ də sənin bütündür. Mənim Kəlamımı yadına sal, tövbə et, öz seçimini et, bu fikirlərə sənə yaxınlaşmağı qadağan et və bunda sayıq dur. Bu fikirləri sənə yaxınlaşmağa qoyma ki, bu fikirlərə aludə olub onların ardınca getməyəsən. Mənim Kəlamıma əsasən yeri yəni, Mən nə deyirəmsə onu et. Bu sənin seçimindir. Adəm və Həvvanın da öz azad seçimi var idi. Sən Mənə qeyd-şərtsiz itaət etməyi seçə bilərsən.
- Rəbb, Sənə qeyd-şərtsiz itaət etmək nə deməkdir və mən nə vaxt Sənə qarşı çıxıram? Bu Mənim istədiyimi dərhal icra etməyə razılaşmaq deməkdir. Əgər sən Mənimlə razılaşmırsansa və istəmədiyinə görə yaxud da insanlardan qorxduğuna görə dərhal icra etmirsənsə, bu, qeyd-şərtsiz Mənə itaət etmək=iman etmək deyil. Yadında saxla: Mənə itaətli olmaq sənin üçün ən yaxşısıdır. Sən doğru seçim edib Mənim dediyimi edəndə Mən sənə Mənim Kəlamımı icra etmək üçün Öz Lütfümü=Öz Qüdrətimi verirəm və bütün səviyyələrdə qələbə gəlir. Beləliklə, sən addımbaaddım Mənim Məhəbbət Dağıma doğru gəlirsən. Sən Mənə qarşı çıxanda isə Mən sənə Öz Lütfümü verə bilmirəm. Siz Lütflə iman vasitəsilə xilas oldunuz və bu sizin nailiyyətiniz deyil, Tanrınınn Ənamıdır, əməllərlə deyil ki, heç kim öyünməsin. Mənim Boyunduruğum Asan, Mənim Yüküm Yüngüldür.
İnsandan heç nə soruşma ki, ondan deyil, Məndən öyrənəsən. Sənin cismani təbiətin də sənin bütündür. Mənə tam itaətli olmaqla sən öz bütündən azad ola bilərsən (1Kor.10:14). Cismani təbiətinin deyil, Mənim ardımca get yəni, Mənim dediyimi et. Bu çox vacibdir. YALNIZ Mənə daima və tam itaətlə=həmişə Məni dadmaqla sənin cismani təbiətin daima kiçiləcək. İki ağaya qulluq etməyi özünə rəva bilməyən ulaq Mənim həqiqi xidmətkarımdır. Əgər Tək Mənim üçün susayırsansa, sən Mənim sadiq və ağıllı qulumsan (Lk.19:30-31).
- Rəbb, Sənin Oğlun kimi Sənin qarşında necə tam həlim olum? YALNIZ Mənə tam itaət, iman, etibar və ümid vasitəsilə.
Görüntüdə Rəbb məni yüklənmiş ulaq kimi göstərdi.
- Rəbb, mən belimə nə yükləmişəm? Azad olmaq istədiyin hər şeyi. Daha üstün ənamları qeyrətlə istəyin və Mən sənə bundan Əla Yol göstərərəm yəni, qeyrətlə Məni istə. Ən Üstün Ənam - Mənəm, Mənim Məhəbbətimdir.
Rəbb yuxuda insana onun Rəbblə qatarda harasa getməyə hazırlaşdığını göstərdi. Qatar getmək üzrədir, o isə əlinə keçən lazımsız şeyləri dördçarxlı arabaya yığır. Arabadakı yük bu insanın boyundan da iki dəfə hündürdür, lakin hələ də fikirləşir ki, arabaya daha nə yığsın. Və səs eşidir: Kifayətdir, axı bunlar sənə lazım olmayacaq. O ağır arabanı güclə darta-darta getmək üzrə olan qatara tərəf dartır və başa düşür ki, öz dünyəvi baqajı ilə Səmavi Ölkəyə çata bilməyəcək. Nə dünyanı, nə də dünyada olanı sevin.
Bir müddətdən sonra Rəbb yenə də həmin mövzuya aid yuxu verdi. Bu dəfə görürəm ki, iki böyük və ağır çamadanı daşıyıram. Rəbb yanımca gedir, mənə baxır və gülümsəyir. Hər ikimiz qatara tələsirik. Ürəyimdə fikirlər tüğyan edir: gör mən necə ağır şeylər daşıyıram, O isə mənə kömək etmək üçün Barmağını Barmağına da vurmur. Qatara yaxınlaşırıq. Lakin orada insanlar yığılıblar və hamı artıq ağzına qədər dolmuş vaqonlara soxulmaq istəyir. Mən başa düşürəm ki, əlimdəki şeylərlə izdihamı yarıb keçə bilməyəcəyəm. Mən çamadanları qamarlayıb mühafizə kamerası axtarıram. Mühafizə kamerasını tapanda yuxudan oyandım.
Tanrıya şükürlər olsun ki, bu artıq həmin yük deyil. Dünyəvi baqajdan ancaq iki çamadan qalıb. Lakin ürəyimlə bu iki çamadana elə bağlanmışam ki, onları mühafizə kamerasında saxlamaq istəyirəm. Nə üçün? Səmavi Diyardan qayıtmaq üçün? Bu nə səfehlikdir.
- Və mən bütün qəlbimlə dua etdim: Rəbb, mən çarmıxda bu iki çamadandan ürəyimdə olan öz dünyəvi zir-zibilimdən İsa Məsih İsmiylə imtina edirəm ki, heç vaxt onların ardınca qayıtmayım İsa Məsih İsmiylə!

...ölümlərinə yol açan bütlər düzəltdilər (Huşə.8:4). Rəbb göstərdi ki, biz özümüzə bütlər düzəldirik və özümüzə bütlər seçirik. Seçim etməyə həmişə hüququmuz var. Özümüzə nə üçün büt düzəldirik və büt seçirik? Biz istəyirik ki, büt bizim ehtiraslarımızı=istəklərimizi icra etsin. Cismani təbiətimizin can atdığı hər bir şey bizim üçün bütə çevrilir, bizim yenidən doğulmuş ruhumuz isə - bu yalnız Rəbbə can atan Tanrının Çırağıdır Ya Rəbb, Sən mənim Çırağıma=ruhuma işıq verirsən! Tanrım zülmətimi nura çevirir (Zəb.18:28).
Əgər mənim pul vəsaitim yoxdursa, onda mənim cismani təbiətim pul vəsaiti əldə etməyə can atır, əgər ona məhəbbət çatmırsa, onda mənim cismani təbiətim mənim sevgiyə olan cismani ehtiyacımı ödəyəcək bir insan axtarır. Əgər mənim cismani təbiətim hökmranlıq etməyə can atırsa, onda mənə itaətli, məndən qorxan adamlar axtarıram. Əgər mən həyatımın istənilən sahəsində Tanrını deyil, pulu, şöhrəti, dostları, sevgini axtarıramsa, onda, bütün bunlar mənim bütümə çevrilir.
Rəbb cismani təbiətimin mənə şəxsiyyət kimi necə nifrət etdiyini göstərdi, sanki özgə bir vücud mənim daxilimdə oturub məni içəridən diri-diri yeyir. Cismani təbiətim, Tanrının yaratdığı və Tanrıda olan şəxsiyyət kimi mənə qarşı var gücü ilə üsyan qaldırır. Əgər cismani təbiəti çarmıxa çəkmiriksə, o, Tanrının məndə Yenidən Etdiyini və Yaratdığını məhv etməyə çalışır və həmişə çalışacaq. Cismani təbiət və Ruh bir-birinə qarşı durur və bu, daxilimdə mənə ağrı verir. Məndə olan cismani insan, əgər mən ona bunu etməyə izn verirəmsə, o məni bədbəxt edir. O məndən Qüdrəti, İmanı alır, məni yorur və həmçinin məni yıxılmağa hazırlayır.
- Rəbb, sənin üçün necə susayım? Sən hər gün Məni duada, ünsiyyətdə, Kəlamda axtarmalısan və Mənim Kəlamım üzərində düşünməlisən. Susayan=arzu edən qoy gəlsin, Həyat Suyunu müftə götürsün (Vəhy.22:17). Mən Öz Məhəbbətimi=Müqəddəs Alovumu Mənim üçün susayanın üzərinə axıdıram.
- Mən bunu etmirəm? Sən bunu məhdud çərçivədə edirsən. Sən Mənimlə ünsiyyətdə əqlinin səviyyəsində qapanıb qalmısan, Mən isə ünsiyyətin dolğunluğunu, tamlığını istəyirəm. Mən istəyirəm ki, sən Mənim Ürəyimi tanıyasan və eşidəsən. Bu sənin həsr olunmanın dərinliyindən asılıdır. Sənin səhvin ondadır ki, sən öz ürəyinə dərindən diqqət yetirmirsən. Sən Kəlamda olmalı, dua etməli, düşünməlisən. Bu daha dərin və geniş ünsiyyətdir. Hər bir şeydə tarazlıq lazımdır. Bütlərdən tam azadlıq bu Mənə tam həsr olunmaqdır. Tanrının Canlı Kəlamı olmadan bugünki günə özün haqqında tam mənzərəyə malik ola bilməzsən. Sənin Mənimlə ünsiyyətinin tamlığını Mənimlə yalnız danışmaqla məhdudlaşdırmaq bu, şeytanın yalanıdır. Mənimlə söhbətə və Mənə bütün öz ürəyini qoy. Mənimlə ünsiyyətinin tamlığını sənin varlığının bütün səviyyələrində - ruhunda, qəlbində, bədənində gözləyirəm. Hər şeydə tarazlıq lazımdır. Mənim Tanrı ilə ünsiyyətim vasitəsilə mən Tanrıya daha çox yaxınlaşıram və O mənim ürəyimə getdikcə daha yaxın olur. O mənim üçün Yaxın və Real olur. Rəbbin cəmiyyəti üzərində Baş Kahinə malik olaraq səmimi ürək və Ona tam inamla Onun qarşısına gəlirik (İb. 10:21-22, 12:22, 3:14).
    e-mail
hristiana
Site Admin


: 27.04.2008
: 954
:

: 11, 2010 11:47 am     :

♫ 10. BAĞIŞLAMAZLIQ, XƏCALƏT ♫


Rəbb mənə tamahkarlığın nə olduğunu açdı bu, cismani təbiətdə olan neştərdir, bu, mənim bütümdən asılılıqdır. Bu, Tanrı ver deyəndə vermək istəməməkdir. Hər kəs Tanrının niyyət etdiyi kimi versin, kədərlə və insanın məcburiyyəti ilə yox, çünki gülər üzlə verəni (Tanrının Kəlamına görə) Tanrı sevir (2Kor.9:7). Tanrıya itaət - ən yaxşı qurbandır. Könüllü bu, itaətinə və ianəsinə görə sonra peşman olmayan şəxsdir.
Rəbb dedi: - İanə verdikdən sonra verdiyinə görə peşman olmaq bu oğurluqdur. Tamahkarlıq öz könüllü ianələrinə görə həmişə peşmanlıq çəkəcək. Tamahkarlıq ruhu yoxsulluq gətirir. Tamahkarlıq özü çıxıb getmir, o sənin Mənə itaətinlə=imanınla məhv edilir. Səndə həsəd günahı gizlənir. Həsədin kökü mamona, pula, sərvətə olan məhəbbətdir. Həsəd bu, maddi sərvətdən aslılıqdır. Səndən varlı olanlara sən həsəd aparırsan.
- Mən həsəd günahına görə tövbə etmişəm. İndi Azadlığa can at.
- Rəbb, nə üçün mən puldan asılıyam? Sənin Mənə imansızlığın, etibarsızlığın belə zühur edir.
- Rəbb, nə üçün mən Sənə inanmıram? Məni öz Atan kimi tanımırsan, çünki Mənə - Həqiqi Dostuna deyil, insana, müxtəlif vəziyyətlərə, işinə, pulun özünə...daha çox etibar edirsən.
- Rəbb, Tanımadığıma necə inana bilərəm və Səni necə tanıyım? Mənimlə daha sıx münasibətləri inkişaf etdir. Mənimlə daha sıx münasibətləri inkişaf etdirmək üçün sən iman etməli=Məni sənə sadiqlikdə sınamalı olacaqsan və hər şeydə Mənə etibar etməyə başlamaq üçün sən Məni Mənim Xasiyyətimi, Mənim sənə Məhəbbətimi görəcəksən. Sənin qorxun=etibarsızlığın sənə iman addımları atmağa və Mənimlə münasibət qurmağa imkan vermir.
Həsəd günahının kökünü anla, bu günahın haradan gəldiyini və günahı Mənim Gözlərimlə gör. Həsədin bəhrələrindən biri Mənimlə və başqa adamlarla düşmənçilikdir. Düşmənçilik=nifrət həsədə görə gəlir. Həsəd bu, şeytanın yalanından asılılıqdır və Tanrı Müqəddəs Ruh tərəfindən idarə olunmağın çatışmazlığından asılılıqdır. Nifrət bu Mənim başqalarını səndən çox sevdiyim barədə şeytanın yalanından gələn həsəddir. Mən hamını eyni cür sevirəm. İnsan təbiəti=cismani təbiət Mənim Məhəbbətimi bölür. Sənin Mənə imanın və məhəbbətin səni hər bir yanlış asılılıqdan qurtaracaq.
Mən gördüm ki, əgər mən bunu istəmirəmsə, əgər düşünməyə=dərinliyə getməyə başlamıramsa, Müqəddəs Ruh Həqiqəti mənə aça bilmir. Hansı mövzu üzrə Ona sual verəcəyəmsə, o mövzu üzrə də O mənə cavab verəcək. Müqəddəs Ruh mənə Öz Həqiqətini mən bu Həqiqəti istəyəndə və bunun üçün susayanda mənə göstərə bilər və O mənə problemlərimin həllində kömək edər.
Problem=boşluq bu mənim bütlərim vasitəsilə Tanrıdan ayrılmaqdır. Və bu boşluğu ayıran və hökm sürən şeytan doldurur. Problemsiz olmaq bu bütsüz olmaq, tamamilə Rəbbə yapışmaq deməkdir. Əgər Tanrı ilə mənim aramda problem varsa, deməli, bütə yer vermişəm.
Vaxtında öz problemini araşdırmayanda, şeytan əlindən gələni edəcək ki, bu problemi ağırlaşdırsın və ona görə də ləngimək ölümə bərabərdir. Problemi araşdırmaq bu, problemin həllində Müqəddəs Ruhun İdarəsinin ardınca hərəkət etməkdir. Mən sənə nəyi isə etməyi deyəndə sənə bunu yubandırmadan etmək lazımdır, əks halda şeytan yol tapacaq və xeyir-duanı oğurlayacaq, əks halda şeytan öz şərtlərini qəti şəkildə təklif edəcək. Nə qədər çox yubatsan, şeytan bir o qədər sənin problemini ağırlaşdıracaq. Bu, amansız ölüm kimi bir şeydir. Lakin sən Mənə itaətdə Çarmıxda öləndə, onda Mən səndə Dirilirəm. Mən sənin bütün probemlərini Həll Edənəm. Əgər Mənə itaətli deyilsənsə, onda problemi şeytan həll edir (doldurur). O səni özünün ölü nöqtəsinə gətirib çıxaracaq. Şeytan səni sınayaraq Həqiqətdən Tanrıdan yayındırıb aparır ki, səndə kök salaraq pis ehtiras əksin. Pis ehtirasa boylu qalaraq günah doğur, yol verilmiş günah isə ölüm törədir. Həqiqət=Tanrı hər hansı bir problemə nöqtə qoyur. Sənə problemlərlə deyil, Müqəddəs Ruhla dolmaq lazımdır. Günah barədə bilmək və özündə günahı görmək bu ayrı-ayrı şeylərdir. Özündə günahı görmək bu, onun sənin həyatında nə doğurduğunu görmək, nə törədə biləcəyini bilməkdir (Yaq.1:14-15). Bu, o Həqiqətdir ki, yanıma gələnlərin hər birinə açıram. Səndə olan günahın bəhrəsini hələ bətndə olarkən Mənim Kəlamımın Nəfəsi ilə, Mənim Müqəddəs Ruhumun Həqiqəti ilə öldürmək olar və öldürmək lazımdır ki, günah doğulmasın (2Sal.2:8). Lakin əgər sən bunu etməsən, əvvəl-axır doğuş baş tutacaq və sən, cənnətdə insanın başına gəldiyi kimi, yoldan çıxaraq bu günahın=cismani təbiətin=heyvanın=ilanın ardınca gedəcəksən. Mən artıq sənə hər bir günaha qalib gəlmək üçün hakimiyyət vermişəm (Lk.10:18-19).
Və Rəbb dedi: Ölüm bəhrəsi gətirmək bu, oturduğun Budağı=Təməli kəsmək deməkdir (Rom.7:5-6). Bu, özü özünü cənnətin ortasında olan Həyat Ağacından=Rəbbdən ayırmağa, uzaq düşməyə bərabərdir (Qal.5:4, Rom.11:20). Şeytan səni sınağa çəkəcək, lakin əgər sən Mənimləsənsə, qələbə Mənimdir. Problemlər olacaq, lakin Mən sənə onları aradan qaldırmağı öyrədəcəyəm.
Boşluğun=problemin Tanrı ilə ayrılığın olmaması üçün mənə Rəbbə tam itaətli ya da tam həsr olunmuş həyatla, özümdə dünyadan tam ayrılmış həyatla yaşamaq lazımdır.
- Rəbb, lakin problemləri aradan qaldırmaq yox, onları həll etmək lazımdır? Problemlər çox dərinə gedəndə onarı həll etmək lazımdır, amma nə qədər ki, onlar böyüməyib və öz bəhrəsini verməyib=artmayıb onları lap əvvəldə aradan qaldırmaq olar. Həqiqətə=Mənə itaət problemi aradan qaldıracaq. Sənin imanın və qələbən Mənə itaətli olmaqdadır. Rəbb qorxusu özünda pisliyə nifrət etməkdir (Məs.8:13).

- Rəbb, Mt.25:14-cü ayə vasitəsilə Sənin mənə Məhəbbətin haqqında Açıqlama almışam. Çünki O, yad bir ölkəyə gedərkən...bir Adam kimi hərəkət edəcəkdir.
- Rəbb, Sən nəyi nəzərdə tutmusan? Yad ölkə - bu Mənim azad etmək istədiyim sənin günahlı qəlbindir. Mən sənə görə hər hər şeydən əl çəkdim. Mən Öz Öğluma da rəhm etmədim, amma sən hələ də Məndən utanırsan. Mənim sənə olan Məhəbbətim barədə Açıqlama sənin düşüncəni tam dəyişəcək. İki əmr (Mt.22:37-40, Yəh.13:34) arasında fərq bundadır. Yeni Əhdin əmri Mənim Məhəbbətim haqqında Açıqlamaya əsaslanır. Mənim qızım, Mən səni sevirəm.
- Rəbb, mən hələ də Səndən utanıram? Mənim qızım, sən hələ Məndən utanırsan. Sən hələ günahlarının aşkara çıxarılmasından utanırsan, deməli, özündən utanırsan, xəcalət isə qorxuya bərabər tutulur, deməli, sən özün barədə bütün Həqiqəti bilmək istəmirsən. Sən tez-tez özünə bəraət qazandırırsan, bəraət isə xəcalətdən xəbər verir.
Mənim qızlm, yadında saxla: Əgər qorxu və xəcalətin haradan gəldiyini araşdırmasan, Mən səni Dağa apara bilmərəm yəni, Mənim Rema Kəlamıma Mənim Açıqlamalarımı ala bilməzsən.
- Rəbb, qorxu və xəcalətdən necə baş çıxarım? Qorxunu və xəcaləti bir kənara at. Heç vaxt heç kimin, xüsusən də Mənim qarşımda özünə bəraət qazandırmamağı öyrən. Özünə bəraət qazandıranda sən Məni və başqa adamı ittiham edirsən. Bu günahdır. Heç vaxt özünə bəraət qazandırma. Buna qadağan et və sayıq dur. Buna tezliklə öyrən. Müqəddəs Ruhda yeriməkdə müvəffəqiyyətin bundan asılıdır.
- Rəbb, mən axı Müqəddəs Ruha diqqət yetirməyə çalışırdım, bəs nə üçün bu baş vermədi? Səbəb o idi ki, sənin ruhun=ürəyin=için sınmamışdı. Mən yad ölkəyə sənin ürəyindəki bağlı qapıdan girə bilmərəm (Vəhy.3:20). Sənin istehkamın var. Sən Mənimlə öz ruhuna diqqət edə bilmirsən, çünki sən öz imansızlığınla Mənə öz çərçivəni qoymusan: səndə Müqəddəs Ruha diqqət edə bilməyəcəyin barədə yanlış fikir=imansızlıq var. Çərçivəni, qadağanı sən Mənə ruhda qoymusan.
- Rəbb, məni imansızlığıma və Sənə qoyduğum çərçivə və qadağalara görə bağışla. Sənə daha heç nədə və heç vaxt əngəl törətməmək üçün Sənin Lütfünü diləyirəm İsa Məsih İsmiylə! İndi Mənimlə öz ruhunun dərinliyinə getməyi öz ürəyinə diqqət etməyi öyrən. Tövbən və şeytandan imtina vasitəsilə ruhda sən Mənə öz ruhuna qapı açdın. Və indi Mən səni sənin ruhunda apara bilərəm. Buna görə sən Həqiqət üçün susamalısan. Mənimlə Mənim Yoluma yaxşı yol.

Sən iki addım etməlisən: Sənə göstərdiyim günaha səndə olan bağışamazlıq günahına görə tövbə etməlisən; və Açıqlamaya Açıqlama alaraq Sınaq və itki Yolunu Mənimlə birlikdə keçməlisən. İtirəcəyin isə cismani təbiətin olacaq.
- Rəbb, bu nədir? Bu səndə Mənim göstərəcəyim şeytani dərinliklərdir. Mən sənin Mənə imanını yoxlayacağaam Mənim ardımca getməyə davam etmək istəyəcəksənmi. Bu sənin seçimin olacaq. Yəni, özündə gördüklərini qəbul etmək sənə asan olmayacaq və burada artıq yoluna davam edib etməyəcəyin barədə qərarı sən verirsən. İtirəcəyin isə yalnız sənin cismani təbiətin olacaq. Mən sənə başa salıram ki, bağışlamazlıq günahının arxasında təkcə insan tərəfindən ifşa deyil, həmçinin sənin tamahkarlığın dayanıb.
Mən bağışlamazlıq günahına görə tövbə etdim və Rəbbin ardınca getməyə razılaşdım. İndi sən Mənə tövbə vasitəsilə azad giriş açdın.
- Rəbb, mən birinci addımı atdım: Səni və insanı bağışlamadığım üçün tövbə etdim Rəbb, bəs ikinci addımı necə atım? Bu, Müqəddəs Ruhun Rəhbərliyi ilə öz ruhunun dərinliyinə getmək və bu günahın arxasında nəyin dayandığını görməkdir. Sən gördüyün hər bir şeyə nifrət etməlisən və yalnız bunun vasitəsilə Mən sənin günahını dağıda bilərəm. Bu həqiqi tövbə olacaq. Yalnız bu tövbə vasitəsiə sən bağışlamazlıq günahından tam azad ola bilərsən və sən artıq bağışlamazlıq günahını öz daxilinə buraxmayaraq ürəyini qoruya bilərsən.
İnsanı bağışlamamaq bu öz tərəfindən zəncirləri qırmayıb insanı azadlığa buraxmamaqdır.
Bağışlamazlıq haqqında Rema Kəlamını araşdır. Bu Kəlamda cavab var. Bu Kəlamla indi məşğul ol və Mən səni Müqəddəs Ruhda aparacağam. Əqlində Mənə heç bir çərçivə qoyma. Bu Kəlamda üzməyi və Mənim sənə nə göstərəcəyimi gözləməyi öyrən. Səbrini topla və Həqiqətə çatıncaya qədər yalnız bu Kəlamı araşdır. Bu Kəlamda sənin probleminə cavab var. Sənə göstərəcəklərimi görə bilmək üçün susa. Bu Həqiqəti sənə açmaq üçün Mən yanındayam.
Tanrı yalnız mənim görmək istədiyim (mənim gördüyüm günahları), ayağım dəyən torpağı mənə verəcək. O mənə görmədiyimi ya da görmək istəmədiyimi verə bilməz (Yar.13:14-15). Yeşua vəd edilmiş torpağa ayaq basdı və Tanrının Rəhbərliyi ilə onu azad etdi. Vəd edilmiş torpaq bu mənim ürəyimdir, bu mən özüməm. Cismani təbiətim çarmıxa nə qədər çəkilibsə, ruhani şeyləri də mən bir o qədər dərindən görürəm və Tanrını anlayıram, çünki cismani təbiət=köhnə düşüncə Həqiqəti dərk etməyə müqavimət göstərir. Cismani təbiətin Tanrının görmək və eşitmək üçün Ruhani gözləri yoxdur. Ya Rəbb, Sən Çırağıma=ruhuma işıq verirsən və Tanrım zülmətimi nura çevirir (Zəb.18:28, Məs.20:27).
Günahlı insan məndə aşkar olunmalıdır. Rəbb məni şeytanın=günahın dibsiz dərinliklərindən çıxarır (Yeş.63:13) ki, Öz Məhəbbətinin dibsiz dərinliklərinə aparsın (Əyy.32:8).

Rəbb Açıqlama verdi: bir adama necə münasibət bəsləyirəmsə, o birisinə də elə münasibət bəsləyəcəyəm. Əgər birinə nifrət edirəmsə, o birisinə də nifrət edəcəyəm. Nifrətdə ayrı-seçkilik yoxdur. Nifrət ya var, ya da yoxdur. Əgər nifrət varsa, gec-tez o özünü bildirəcək. Rəbb mənim nə üçün hirsləndiyimi, qəzəbləndiyimi, nə üçün narazı olduğumu göstərdi: çünki mənim cismani təbiətim istədiyini almır. Əgər mən özümə, insanlara hirslənirəmsə, mən Rəbbə də hirslənəcəyəm.
Rəbb məni əvvəllər dostluq etdiyim bir insanla keçmiş münasibətlərimizi araşdırmağa sövq etdi. Lakin mən bunu heç etmək istəmirdim, çünki ürəyimin dərinliyində hiss edirdim ki, bu insanla münasibətlərimizdə mənim ürəyimin niyyətləri natəmizdir. Və Rəbb mənə açdı ki, çılpaqlıqdan qorxmaq - bu mənim günahımın aşkar olunmasını istəməməyimdir bu, Rəbbin mənim günahımı aşkar etməməsi, mənim qarşımda günahımı açıb göstərməməsi üçün Adəm kimi Tanrıdan gizlənməkdir (Yar.3:10).
İnsanla münasibətlərimiz barədə düşünərək mən bu nəticəyə gəldim ki, biz onunla bir-birimizdən insani izzəti qəbul etmişik. Biz bir-birimiz haqqında gördyümüz yuxuların mənasını istədiyimiz kimi Tanrının köməyi olmadan özümüz yozurduq və bununla bir-birimizi və özümüzü Tanrıdan yüksək tuturduq. Siz bir-birinizdən yalnız öz izzətinizi=özünüzə sitayişi qəbul edərək Bir Olan Tanrıdan gələn İzzəti=Kəlamı axtarmadan Tanrıya necə iman edə bilərsiniz? (Yəh.5:44). Mən bu nəticəyə gəldim ki, insandan öz tamahkar məqsədlərim üçün istifadə etmişəm. Həmin insan isə onun tərifini yüksəklərə qaldırmaqdan əl çəkməməyim üçün mənim ona bəslədiyim rəğbət hissini itirmək istəmirdi. Biz bir-birimiz tərəfindən satın alınmışdıq. Və sonra bu insan araşdırılmamış görüntüləri, açıqlamaları rəhbər tutaraq məni öz ardınca aparmağa çalışırdı və mən az qala Tanrının İradəsindən uzaqlaşacaqdım. Bir-birimizə necə də yaxşı xidmət etdik...!
    e-mail
hristiana
Site Admin


: 27.04.2008
: 954
:

: 11, 2010 11:48 am     :

♫ 11. MALIYYƏ ♫


Rəbb mənə mamon bütündən asılı olmamağı öyrətməyə başladı. Rəbb başqa insan vasitəsilə mənə, öz maliyyə haqq-hesablarımı duada Rəbbə həsr etməyim və Ona həsr edilən pulları necə xərcləyəcəyim və Ondan hər dəfə Onun Müdrikliyini və İdarəsini istəməyim barədə Açıqlama verdi. Mənim dualarıma görə Rəbb mənə kömək etməyə və məni öyrətməyə başladı. Mən Rəbbə etibar edəndə nə baş verdiyini ayırd etməyə və görməyə başladım.
İlk növbədə, mənə, Rəbbin məndən Müdrik olduğu ilə razılaşmaq lazım idi və mən Rəbbə etibar etmək barədə öz seçimimi etdim. Sonra Rəbb tamamilə bütün xeyir-duaların Ondan gəldiyi barədə Açıqlama ilə məni xeyir-dualandırdı. Bu əsas Açıqlama olmadan mən öz maliyyə haqq-hesablarımı Rəbbə etibar edə bilməzdim. Əgər biz öz torpaqlarımızı, işlərimizi, maliyyə haqq-hesablarımızı Rəbbə həsr ediriksə, Tanrı bütün insanları bəhrə ilə, işlə və maliyyə cəhətdən xeyir-dualandırır. Əgər Tanrı tərəfgir deyilsə, onda nə üçün bir adam dövlətli, digəri isə kasıb olur? Biz tez-tez, insanlara lənət gətirən şeytan barədə unuduruq. Əgər mən BÜTÜN öz mal-mülkümü Rəbbə həsr etməmişəmsə, onda Rəbbə həsr edilməmiş hissəni şeytan idarə edəcək.
Rəbb mənə görüntü verdi: mənim ovcumda qum=qızıl var, o, əlimdə heç nə qalmayana qədər barmaqlarımın arasından süzülüb axır. Rəbb görüntünü izah etdi.
İmanlılar qanuna görə Rəbbə yalnız ondabirləri bütün gəlirin onda bir hissəsini həsr edirlər və onu cəmiyyətə verirlər. Qalan 90 faiz bizim əlimizdə qalır, buna görə onlar barmaqlarımızın arasından ya qum kimi süzülərək axıb gedir ya da xırda pul, yırtıq pul kisəsindən düşdüyü kimi sürüşüb düşür (Hab.1:6). Rəbbə həsr etmədiklərimizi=etibar etmədiklərimizi şeytan bizdən oğurlamağa çalışacaq. Rəbb bizim razılığımız olmadan bu 90 faiz üzərində Öz Mühafizəsini qoya bilmir.
Zaman keçdikcə mən başa düşdüm ki, əgər Rəbbdən məsləhət istəmirəmsə, xirtdəyəcən borca girməyim üçün, sonradan Rəbbi ittiham edərək: Rəbb, yoxsulluğun həyatıma gəlməyinə necə icazə verdin, mən isə Sənə elə inanırdım ki - deyərək, Onu qınamağım üçün şeytan məni ağılsızlığım vasitəsilə iflasa uğratmaq istəyəcək. Lakin Rəbbdən Onun Müdrikliyini istəmədiyimi heç xatırlamayacağam da. Əgər sizlərdən birinin Tanrı hikməti əskikdirsə, hər kəsə Öz Məsləhətini səxavətlə və məzəmmət etmədən verən Tanrıdan diləsin (Yaq.1:5). O onları Öz İlahi nizamına salacaq.
Və Rəbb məni öyrətməkdə davam edirdi. Şeytanın həmçinin, mənim yalanım vasitəsilə mənim pullarımı öğurlamağa ixtiyarı var. Əgər mənim pul kisəmdə lap bir qəpik də varsa və mən öz ərimin, arvadımın, dostumun yanında ağlayıb desəm ki, pulum yoxdur, onda doğrudan da bir qəpiyimiz də qalmayacaq. Kim deyirsə ki, vardır=minnətdarlıq edir ona daha çox veriləcək; lakin kim deyirsə ki, yoxdur=deyinir=şikayət edirsə, əlində olan da ondan alınacaqdır (Mt.13:12, Lk.16:10-12). Hansı iman ya imansız sözləri səpiriksə, həmin toxumu da biçirik.
Bir dəfə mən, pulun mənzil haqqını ödəməyə çatması, ərzaq alınması və hələ üstəlik bu pulun o biri günə qalması üçün onu necə düzgün xərcləmək barədə Rəbbin Rəhbərliyini istəyib dua edirdim. Mən dua etdim və evdən çıxdım. Pulun bir qismini mənzil və telefon haqqına sərf etdim, yeməyə lap az pul qaldı. Mən bazara yollandım və pulu düzgün sərf etmədiyimə görə özümü danlamağa başladım. Sonra bu düşüncələrdən yorularaq belə qərar verdim: Təşvişə düşməklə özümə kömək edə bilmərəm. Axırıncı pullarımı da xərcləyim. Bu gün ac qalmayacağıq, sabah nə olacaqsa, olsun. Lakin axşam Rəbb mənim ailəmə pulla xeyir-dua verdi. Bu möcüzə idi və mən Rəbbə minnətdarlığımı bildirdim. Və Rəbb dedi: Sən nə üçün öz dualarına inanmırsan?. Rəbbə imansızlığıma görə tövbə etdim. Bu hadisə mənim Tanrıya, duaya münasibətimi və mənim Ona imanımı dəyişdi. Mənim Rəbblə münasibətlərim mənim tərəfimdən yoluna düşməyə başladı. Mən getdikcə daha çox real olaraq Rəbbə etibar edirdim. Və ona görə də Rəbb məni öyrətməyə=tam Azadlığa doğru irəli aparmağa davam edirdi. Rəbb, Ondan öyrənmək istəməyəni zor gücünə öyrədə bilmir.
Əvvəllər pulum qurtaranda mən təbii ki, ərimdən pul istəyirdim. Və ərim, pulu düzgün sərf etməyi bacarmadığımı nəzərimə çatdıraraq axır vaxtlar tez-tez hirslənməyə başlamışdı. Ona görə də mənə qorxu gəldi və özümü tamam ağılsız hesab etməyə başladım. Lakin Rəbb divara dirəndiyimi görüb dedi: Daha ərindən pul istəmə. Mən çörək dilənən saleh görməmişəm. Saleh o adamlardır ki, Mənə iman edirlər və insanlrdan çörək istəmirlər. Mənəm Sənin Həqiqi Ərin. Əgər Mənə etibar etmirsənsə, sən saleh deyilsən (Zəb.37:25). Rəbb belə deyir: o adam lənətlidir ki, insana güvənir, insanı özünə dayaq edir yəni, ürəyi Rəbbdən uzaqlaşır, Rəbbə ümid bağlayanlar isə yeni qüvvət alar, qanad açıb qartal kimi yüksəklərə uçar, qaçanda taqətdən düşməzlər, yol gedib yorulmazlar (Yeş.40:31).
- Rəbb, axı o öz ailəsini təmin ETMƏLİDİR, o mənə pul VERMƏLİDİR, yoxsa nə yeyərik! O sənə məhəbbətdən başqa heç nə borclu deyil. Çörək dilənən saleh görməmişəm. Bu ifadə mənə çatana qədər Rəbb onu mənə ciddiyyətlə üç dəfə təkrar etdi. Əgər insana güvənirəmsə və Rəbbə etibar etmək əvəzinə ərimdən pul istəyirəmsə ya da pulun olmamasından şikayət edirəmsə, Onun Salehi sayılmıram. Bu mənə asan başa gəlməsə də Rəbbə iman etmək qərarına gəldim. Şeytan məni hər cürə qorxudurdu, lakin məni ən çox qorxudan Rəbbə etibar etməməyim idi, ona görə də Rəbb qarşısında düzgün vəziyyətdə deyildim.
Və mən qəti qərara gəldim ki, Kəlama görə hərəkət edim. Mən daha ərimdən pul istəmirdim və pul kisəmdə pulun qurtardığını ona demirdim. Elə gün gəlib çatdı ki, çörək almağa pulum qalmadı. Və mən bu barədə ərimə heç nə demədən ərimi və uşaqlarımı yedirtmək üçün undan duzsuz kökələr bişirirdim. O işdən gəlib pulumun olub olmadığını soruşanda, hətta əgər pul kisəmdə bir neçə qəpik qalmış olsa da, deyirdim ki, pulum var. Və ərim başa düşdü ki, öz ittihamları və şübhələri ilə ağını çıxarıb. O vaxtdan bəri o özü mənim üçün evdə pul qoyurdu və pul kisəmdə kifayət qədər pul olduğuna əmin olmaq üçün tez-tez onun içinə baxırdı, çünki mən həmişə deyirdim ki, pulum var. Və bilirsiniz, pul var idi və gəlirdi və Rəbb ərimin biznesinə xeyir-dua verirdi. Belə Tanrıya necə iman etməmək və hələ bir sevməmək olar? Və bir dəfə Rəbb zarafatyana mənə dedi: Qorxma. Səni ac qalmağa qoymaram. Əgər heç nəyin olmasa, hətta əgər sən bunu istəsən belə, Mən səni acından ölməyə qoymaram. Nəfəslikdən (fortoçkadan) qarğanı sənin yanına göndərərəm və o səni yedizdirər (Məs.13:25).
Daha sonra Rəbb məni ruhani borclar, qəlb borcları və fiziki borclar barədə öyrətməyə başladı. Əgər mən kimdənsə borc götürürəmsə, onda, mən təkcə maddi cəhətdən deyil, həm də ruhən və qəlbən azad olmuram. Mən borc verəndən ruhən, qəlbən və fiziki cəhətdən asılı oluram. Əgər insandan asılıyamsa, onda, mən tamamilə YALNIZ Rəbbdən asılı ola bilmirəm. Mənə borc verən, mən ona borcumu qaytarana qədər Rəbbin əvəzinə mənim ağam=tanrım, mən isə YALNIZ Rəbbin qulu olmaq əvəzinə onun qulu oluram. Zəngin yoxsulun ağası olar, borclu adam borc verənə qul olar (Məs.22:7).
Həmçinin, əgər mən kiməsə, Tanrının buna İradəsi olmadan pul, ərzaq və başqa şeyləri borc verirəmsə, onda, mən özüm Həqiqi Rəbb əvəzinə bu adama borc verən=ağa=tanrı oluram. Borc verən və borc alan qarşılıqlı surətdə bir-biri ilə bağlı olur. Rəbb bizi öyrədir insanlara qul olmayın (1Kor.7:23, Qal.1:10, Yer.34:11-16).
- Rəbb, bəs necə olsun? Borc vermə, lakin xeyir-dua ver. Mərhəmətlini Tanrı xeyir-dualandırar, çünki çörəyindən kasıba paylar (Məs.22:9). Qoy sol əlin sağ əlinin nə etdiyini bilməsin (Mt.6:3). Çörəyini suların üzərinə=Mənim Kəlamıma görə burax. Xeyir-dualandırmağı Mən səni buna sövq edəndə verməyi öyrən. Mənim Yaxşılığımı öz pisliyinə istifadə etməməsi üçün hər diləyənə vermə. Sənin humanizmin (Tanrısız yaxşılıq) başqasına çox zərər verər. Mənsiz yaxşı heç nə edə bilməzsən (Məs.21:1-2). Mərhəmətli Tanrı xeyir-dualandırılacaq, çünki Tanrı yoxsula Öz Çörəyini vaxtında verir. Əgər səndən diləyən Məni axtarmırsa, ona tanrılıq etmə. Qoy bu adam Məni axtarsın, Mənim yanıma gəlsin və Mənə etibar etməyi öyrənsin.
İnsandan borc alan adam Tanrıya=Təmin Edənə ian etmir, O, Tanrını gözləmədən kömək üçün insanın üstünə qaçır, ona görə Tanrının İzzətini, Məhəbbətini görmür. Borc verən adam və Tanrının İradəsi olmadan diləyən hər ikisi günah edir=Tanrıya iman etmir. Qarşılıqlı məhəbbətdən başqa heç kimə heç nədə borclu qalmayın.
- Rəbb, nə üçün? Borc bu borc verənlə borc alan arasında Mənim əvəzimə dayanan murdar ruhdur.
Çoxları TƏCILI olaraq böyük ya da kiçik məbləğdə pul borc götürmək üçün mənim yanıma gəlirdi. Bununla özümü cəzalandıraraq dəfələrlə mən böyük səhvə yol vermişəm. Başqaları da mənim ağılslız humanizmimdən zərər çəkirdilər. Humanizm bu, budaqlarında ölümgətirici meyvələri olan xeyir və şəri bilmə ağacının əsas gövdəsidir. Humanizm bu, Tanrısız edilən insan yaxşılığıdır. Rəbbdən gəlməyən hər bir yaxşı şey isə Yaxşının yəni, Tanrının və Onun Həyat ağacının qəddar düşmənidir.
Öz təcrübəm vasitəsilə görmüşəm ki, Rəbb HƏMIŞƏ Həqiqəti deyir. HƏMIŞƏ mən Onun Kəlamına=Məsləhətinə görə hərəkət edəndə HƏMİŞƏ HAMI Rəbbin bol Xeyir-duasını alırdı və Tanrıya şükürlər edirdi, şeytanın əli isə boşda qalırdı. Öz bildiyim kimi hərəkət edəndə isə nəticədə mənim və başqalarının əli boşda qalırdı.
ƏGƏR MALİYYƏ HAQQ-HESABLARIMIZI RƏBB İDARƏ ETMİRSƏ, ONDA MALİYYƏ HAQQ-HESABLARIMIZ MAMONA ÇEVRİLİR VƏ BİZİ İDARƏ EDİR. Heç bir nökər iki ağaya qulluq edə bilməz...Siz Tanrıya və mamona xidmət edə bilməzsiniz (Lk.16:13).
Başqa bir insan dedi ki, o vaxtaşırı əsassız olaraq fikirləşirdi ki, o öz qohumlarına delikates yeməklər almaq imkanına malik olmaq üçün onların xəstəxanaya düşməsi lazımdır. Adi günlərdə isə onun bu ərzaqları almaq imkanı yoxdur.
- Rəbb, bu qəribə fikirlər mənə haradan gəlir? Səndə yoxsulluq mentaliteti var. Mentalitet bu, sənin düşüncə və həyat tərzindir. Səndə yoxsul insan düşüncəsi var. Öz düşüncənlə sən öz həyatını proqnozlaşdırırsan. Öz yoxsul düşüncənlə sən özünün və ailənin həyatına yoxsulluq proqnozlaşdırırsan və yoxsul həyatın bəhrələrini biçirsən. Sənin düşüncən sənin həyatını müəyyən edir. Bu, Mənim Çiçəklənməmin sənin həyatına daxil olmasına imkan verməyən həmin o əngəldir.
Və Rəbb bir yuxunu yadıma saldı: insan, öz evinin yanında ölçüsü 1x1 olan torpaq sahəsinin yanında oturub. Fevral ayıdır. Bu ayda bizdə hələ heç nə bitmir, onun bapbalaca sahəsi isə yamyaşıldır, onun ətrafında olan torpaq isə buz bağlayıb. Və insan mənə deyir: Bu torpaq sahəsi mənə böyük məhsul verir. Yuxunun sonu.
- Rəbb, bu nə deməkdir? Bu insanda varlı insan mentalitti var. Bu kiçik torpaq sahəsi bu sənin dayaz düşüncənin timsalıdır, bu sən özünsən. Sənin sahənin həcmi sənin Mənə etibarının həcmindən asılıdır. Öz sahəni Mənə nə qədər imanla becərirsənsə, o qədər də sən çiçəklənəcəksən (2Tim.2:6, Yaq.5:7-8, 11).
- Səmavi Ata, Sənə qarşı imansızlıq günahına və yoxsulluq mentaliteti günahına görə məni bağışla. Mən İsa Məsih İsmiyə özümdə və ailəmdə yoxsulluq mentalitetini dağıdıram. Səni həmişə öz ruhumla, qəlbimlə və bədənimlə izzətləndirmək üçün bütün həyatıma və ailəmin həyatına Sənin Çiçəklənmənin Xeyir-duasını çağırıram İsa Məsih İsmiylə!
Başqasının öz pullarını Rəbbə həsr etməsini görəndə mən soruşdum: - Rəbb, mən pulları Sənə necə həsr edirəm? Hiyləgərliklə. Yəni, sən onları Mənə dildə həsr edirsən, lakin onları xərcləyəndə sənin ürəyində Müqəddəs Ruhla idarə olunmaq arzusu olmayıb. Sən buna öyrənməlisən. Birincisi, pulları səmimi-qəlbdən Mənə həsr etmək bu, pulu düzgün xərcləməyi Mənim sənə öyrədəcəyimə iman etməkdir. İkincisi, pulu xərcləyəndə Mənimlə idarə olunmağı öyrənmək lazımdır yəni, Müqəddəs Ruha görə xərcləmək lazımdır, əks halda onları şeytan oğurlayacaq və pulun daima çatışmayacaq.
Mən diktator deyiləm. Mənim hissiyyatlılığıma öyrən (İb.5:14). Sən Mənim Rəhbərliyim üçün daima susayanda nə alacağın barədə sənə Mənim istəklərimi verəcəyəm və bu üsulla Mən səni keyfiyyətiz ərzaqlardan qoruya bilərəm və sənin orqanizmin üçün vacib olan şeyləri sənə verərəm. Sən pulu Müqəddəs Ruha görə xərcləməyəndə şeytan onu oğurlayır, sonra isə pul çatışmayanda sən şeytanın oğurladığının yerini Mənim doldurmağımı istəyirsən. Cismani təbiətə görə xərcləmək, sonra isə Mənim sənin ağılsızlığını, sənin cismani təbiətini doldurmağımı gözləmək ədəbsizlikdir. Bu başqasının hesabına yaşamaq arzusudur.
Rəbb dedi: Bazarlığa gedəndə alacağın ərzağın siyahısını yazma. Bu, qanundur. Mən sənin qanununu yarıb keçə bilmirəm. Həmişə Ruha görə yeriməyi öyrən.
- Lakin, o insan alınacaq ərzağın siyahısını axı yazır? O Müqəddəs Ruha görə yazır, amma sən nə etməyi, necə etməyi Mənimlə məsləhət etmirsən.
Mən hər şeyi başa düşdüm. Əgər mən Müqəddəs Ruhun İdarəsini diləmədən avtomatik olaraq başqasının təcrübəsni oğurlayıramsa, bu təcrübə qanuna çevrilir və bu qanunla da mən Rəbbin məni Azad şəkildə Öz bildiyi kimi aparmasına imkan vermirəm. Rəbb iki insanı eyni cür yəni, şablonla=qanunla aparmır. Ümidimin olmasi üçün, Onun İdarəsinə malik olmaq üçün mən başqa insanın Açıqlamasını qəbul edə bilərəm və məndən, Rəbblə şəxsi münasibətlərimdən asılı olaraq mənim təcrübəm başqa-başqa olacaq.

Texniki-peşə məktəbinin müdiri rüşvət haqqında qanuna əsaslanaraq buraxılış imtahanlarında tələbələrin hesabına nahar süfrəsi düzəltməyi qadağan etmişdi. Lakin onun qadağasını xəlvətcə pozurdular. Öz günahımı dərk edərək mən də bu süfrədə iştirak edirdim.
- Rəbb, bu, günahdır? Bəli, bu günahdır. Lakin mən başqalarından ayrılmamağı və bu dadlı şeylərdən yeməyi elə itəyirdim ki. Daxilimdə özüm qərara gədim ki, bunda qorxulu heç nə yoxdur. Dərhal Rəbb mənə anlatdı ki, mən bir boşqab şorbaya görə ilk oğulluq haqqından imtina edən Esav kimi hərəkət edirəm yəni, öz Rəbbimdən imtina etdim (Yar.25:33-34). Mən tövbə etdim və gələn dəfə süfrədə iştirak etməmək barədə Tanrının Sözünə qulaq asdım.
Hətta iştaha və yemək mənim bütüm ola bilər. Rəbb mənə dedi: Sən büt tərəfindən idarə edilirsən. Yəni, sənin şüurun bu bütə tabedir: sən şüurunun nə dediyinə qulaq asırsan, yəni, qidanın sənin həyatının vacib hissəsi olduğunu, onun Məndən vacib olduğunu sən dərk edirsən. Sən nəyi vacib hesab edirsənsə, o sənin bütündür. Sənin həyatın qidadan asılı olmamalıdır, çünki şeytan bunun vaitəsilə səni sınayacaqdır. Çox zaman şeytan səni qida vasitəsilə yayındırır: o, yemək barədə fikirlər göndərir. Əgər sən bu bütdən azad deyilsənsə, sən bu fikri qəbul edəcəksən və hətta əgər sən yemək istəmirsənsə də, yemək üçün imkan axtaracaqsan. Necə düşünürsənsə, o düşüncə ilə də yaşayırsan. Əgər sən Məndən deyil, daha çox iştahandan, yeməkdən asılısansa, onda sən qurban kəsilməyə aparılan öküz kimisən, - yəni, sən bu bütə, deməli, şeytana qurban gətirirsən və şeytan sənin iştahana nəzarət edəcəkdir (1Kor.12:2).
Gələn dəfə: Orada qara gavalılı, jeleli elə dadlı konfetlər var ki... dedikləri zaman mən daha orada qalmadım və evə getdim.
- Rəbb, bu qələbədir? Mənə itaət=tabelilik Ən Yaxşı qurbandır. Bunda sən, Mənim sənin üçün Ən Yaxşısını hazırladığıma etibar etməyi öyrənirsən. Sən düzgün qərar qəbul edəndə yəni, Mənim Kəlamıma görə hərəkət etməyi qəbul edəndə şeytan səni bunda daha çox sınamağa başlayacaq. Və həmin an möhkəm dayanmaq vacibdir. Bu elə Müqəddəs Ruhun cismani təbiət üzərində qələbəsidir (1Yəh.5:3-5).
Rəbb açdı ki, şeytan Rəbbin xalqını səhrada yeməklə sınayırdı. Müxtəlif cür yeməklərin çatışmazlığından onlar Tanrıya qarşı deyinirdilər. Dananı=qidanı qızıl büt edib qidaya sitayiş edirdilər. Bu inanılmazdır: xalq acından ölməkdən qorxurdu və qidanın bolluğundan öldü. Şeytan büt vasitəsilə, cismani təbiətin ehtirasları vasitəsilə yol taparaq onları qırdı.
Rəbb dedi: - İsrail xalqı Yaradana yox, bütə=danaya=qidaya səcdə edirdi və bunun vasitəsilə şeytan onları aclıqdan öldürdü. Yeməyə sitayiş vasitəsilə şeytan xalqın iştahasına nəzarət etməyə başladı, bu isə o deməkdir ki, şeytan xalqı öz ardınca fiziki ölümə tərəf aparmağa başladı. Xalqın aclıqdan ölməsi üçün şeytan heç iştaha da verməyəcək. Şeytan bu yolla insanları distrofiyaya gətirir. Şeytan səhrada bu cür hərəkət edirdi.
Səhra bu, Yaradanın Özünün əvəzinə yaradılana səcdə etmək vasitəsilə sənin şeytanı özünə yaxın buraxmağındır. (Adəm və Həvvanın başına da elə bu gəlmişdi). İsrail xalqı qida (ruhani və fiziki) bolluğunda səhrada distrofiyadan ölürdü. Şeytan xalqda bu qidaya qarşı nifrət göndərdiyi üçün o bu yeməyi qəbul edə bilmirdi. Xalq aclıqdan ölməkdən qorxurdu və Mənə qarşı deyinirdi. O özünə yemək tələb edirdi, lakin ət onların boğazında ilişib qalırdı və onlar onu uda bilmirdilər. Bu, günah və ölüm qanununun fəaliyyətinin nəticəsidir, bu, Yaradanın əvəzinə yaradılana, Verənin əvəzinə Onun verdikərinə səcdə etməyin nəticəsidir. Mənim ruhuma, qəlbimə və bədənimə şəfa verən Şəfavericini deyil, şəfanı axtaranda eyni səhvləri də mən buraxıram.
- Rəbb, nə üçün mən quyruqdayam? Çünki sən özün quyruqdan başlayırsan. Sən Ən Vacib Olanı=Məni atırsan. Sən ondabirləri verirsən, lakin Məni Mənim Ədalətimi, Mərhəmətimi, İmanımı atırsan (Mt.23:23, 12:7). Rəbb göstərdi ki, mən Mk.12:30-31- ci ayədəki kimi edirəm. Mən 1-ci yerə quyruğu qoyuram: 31-ci ayə. Rəbb açdı ki, Tanrının quzularını buynuzlayan heyvanın on buynuzu bu, qanunun on əmridir (Vəhy.12:3-4).

Rəbb dedi: Xobbi, iş, insanlar, pul, Tanrıya xidmət bütün bunlar sənin bütün ola bilər. Bu, yalan mənbələrdir, küləklər tərəfindən qovulan susuz (Tanrı tərəfindən aparılmayanlar) buludlardır. Əgər sən onlardan yapışmısansa, onda, deməli, onların ardınca gedirsən yəni, bütlər tərəfindən idarə olunursan. Hər bir bütün arxasında ölüm mələyi dayanır, dibiz dərinliklər mələyi=məhvedici dayanır (2Kor.12:7, Vəhy.9:11). Mənə yapışmaq bu, bütlərdən qopmaq, onlardan azadlıq axtarmaq, Müqəddəs Ruhla=Məhəbbətlə idarə olunmaqdır (Yəh.1:12, 2Pt.2:12).
Rəbb, mənim naşükürlük günahımı da açdı. Mən artıq əlimdə olan şeyi qiymətləndirə və ondan həzz ala bilmirəm. Bu mənim varlığımın bütün sahələrinə - puluma, əmlakıma, işimə, ailəmə və s. aiddir.
Rəbb dedi: - Naşükürlük bu Mənim sənə verdiklərimə, Mənə dəyər verməməkdir. Sən, səndə olmayanlara can atırsan və eyni zamanda əlində olanlara dəyər vermirsən. Belə hərəkət edərkən sən malik olduğun və malik olmadığın hər bir şeyi itirirsən. Xoşbəxtlik bu sənin Məni sevməyin, hal-hazırda malik oduğunu qiymətləndirməyindir.
Həmçinin tənhalıq, səni gələcək barədə arzularla yaşamağa məcbur edən üzvlərində, cismani təbiətində coşan həyata keçməyən arzu və ehtiraslardan əmələ gəlir. Mən hazırki dövrdə yaşayıram. Mən bu günün həyatı ilə yaşamaqla məşğulam. Mən həmişə Var Olanam. Hər kəs hər an Məndən həzz ala, Məndən, Mənim Məhəbbətimdən doyuzdurula bilər. Məhəbbət heç vaxt tükənmir. Sənin cismani təbiətin sənə Mənim Hüzurumdan həzz almağa imkan vermir. Cismani təbiətin çarmıxa çəkildikcə sən Mənim Hüzurumdan və əlində olanlardan daha çox həzz alacaqsan.
Rəbb məni naşükürlük günahının kökünü araşdırmağa sövq etdi. Və görün O, nə açdı. Rus dilindən tərcümədə minnətdarlıq sözü blaqodarnost iki sözdən ibarətdir: Blaqoy- Yaxşı və Darit yəni, Ənam verir. Deməli, Netblaqodarnost minnətdarlıq olmayanda, naşükürlük olanda bu mənim Ənamı=Tanrını rədd etməyimdir, yəni Yaxşı Tanrı yoxdur. Mən Ən Böyük Ənamam. Mənim Ənamlarımı rədd edən insan Mənim Xeyir-dualarımı qəbul edə bilmir, çünki o Məni rədd edir. Öz naşükürlüyünlə sən Mənim qarşımda öz qapılarını=öz ürəyini bağlayırsan.

Rəbb mənə olan Məhəbbəti haqqında Açıqlama verdi, lakin həmin an mən tamam başqa bir şeyi vacib sayırdım=ona ehtiram edirdim. Rəbb açır ki, əgər mən dərhal Ondan=Məhəbbətdən yapışmıramsa, və Onun Kəlamını araşdırılmamış, başa düşülməmiş, qəbul edilməmiş saxlayıramsa, onda mən günah edirəm=öz ruhumda Müqəddəs Ruhu təhqir edirəm yəni, Adəm və Həvva, Tanrının Məhəbbətlə etdiyi xəbərdarlığa ehtiram etmədiyi kimi, mən də Səmavi Xəzinələri ayaqlayıram.
Rəbb mənə Öz Məhəbbətini açan insan barədə təsəvvür verir, lakin mən Ona qarşı laqeyd qalıram. Bu Onu kədərləndirir, mənə isə böyük zərər gətirir, çünki Onun Məhəbbəti hər bir qorxunu=şeytanı= bədbəxtliyi=lənəti qovur. Məhəbbət etirafına Məsihi sevməyən, Onu dərk etməyən, Onu tanımayan laqeyd qalır, çünki günahlarımız üzündən ürəklərimiz sərtləşib=Onun üçün Məsih üçün bağlıdır. - Məni sevmək bu Mənimlə ünsiyyətdə olmağı sevməkdir (1Yəh.1:3). Məhəbbət bu Mənim sənin qayğını çəkdiyim kimi, sənin də Mənim qayğımı çəkmək üçün susamağındır. Səni Mənə məhəbbətin dəyişir. Biz ikimiz də bir-birimizə olan bu Məhəbbəti qorumalıyıq.

Rəbb mənə görüntü verir: mən bu dünyanın coşan dənizindəyəm və Rəbb mənə xilasedici dairəni - Kəlamı atır, mən isə Onu rədd edirəm. Çünki Tanrıya itaətsizlik cadugərliyə bərabər günahdır, inadkarlıq isə özbaşınalıq və bütpərəstliyə bərabərdir. İndi ki sən Rəbbin Sözünü rədd etdin, O da səni Padşahın padşahı olmaqdan rədd etdi (1Şam.15:23). Mənə itaətsizliyin vasitəsilə sən şeytana yer verirsən. Əgər Mənə Məhəbbətdə möhkəmlənmirsənsə və kök salmırsansa, (Mt.13:8, Kol.2:6-7, Ef.3:18), onda sən Mənə qarşı durursan və onda sən Adəmin, Həvvanın və İsrailin səhvini tez təkrar edəcəksən. Mənə itaət etmək=tabe omaq - Ən Yaxşı Məshdir.
    e-mail
:   
           HRISTIANA -> : GMT + 2
1, 2  .
1 2

 
 







Powered by phpBB © 2001, 2005 phpBB Group
phpBB