HRISTIANA HRISTIANA
. http://www.hristiana.zp.ua - ! !
 
 FAQFAQ             
            

... SIMFONIYASI. ( )
.  1, 2
 
           HRISTIANA ->
::  
hristiana
Site Admin


: 27.04.2008
: 954
:

: 11, 2010 11:50 am     :

♫ 12. MÜQƏDDƏSLİK, SƏBR ♫


Ev ünsiyyəti zamanı mən yenə də Rəbbi mənim təlimimdə düzgün olmayan üsullarına görə, Onun ləng tərpəndiyinə, mənə yol vermədiyinə, hazırda mənə vacib kimi görünən şeyi vermədiyinə görə Onu dolayısı ilə yenə də ittiha edəndə (Yeş.40:14, 26-28), Rəbb başqa adama ruhani görüntü verdi: mən Rəbbin ardınca gedirəm, Onun libasından yapışıram, lakin Rəbb çevriləndə və mənimlə ünsiyyətə başlayanda mən əlimi yumruq kimi bükürəm və Rəbbin=Müəllimin qarnının ən ağrılı yerinə vururam. Mən Rəbbi mənim istədiyimi və mənə lazımlı olduğunu hesab etdiyim şeyi yerinə etmədiyi üçün vururam. Və insan məndən soruşdu: Sən Rəbbdən nə istəyirsən? Mən cavab verdim: Müqəddəslik.
- Onda nə üçün Rəbbi ittiham edirsən=vurursan və Tanrısız müqəddəslik sənin nəyinə lazımdır? Sənin Müqəddəsliyin Tanrı Özüdür. Onun yanında sən artıq müqəddəssən, amma sən daima Onu vurursan. Sən öz müqəddəsliyinlə, Tanrısız müqəddəsliyinlə nə edəcəksən? Mən sualların belə dönüşünü gözləmirdim və bilmirdim nə cavab verim.
NƏTİCƏ: mən Rəbbin=Müəllimin ardınca getməyimə baxmayaraq Onun Təlim Üsulları ilə razılaşmıram. Mən Tanrının şəxsən mənə dediyini etmirəm və Ona zidd gedirəm. Mən Rəbbi, quldurlar rəhmdil Samariyalını döyən kimi ittiham edirəm=döyürəm. Və Rəbb açır ki, Tanrını ittiham edən məsihçilər Tanrını döyürlər, Onun ardınca getdiklərinə baxmayaraq Ona zidd çıxırlar. Onu sevmək, Ondan həzz almaq, Onun Gözəlliyini, Kamilliyini dərk etmək üçün onlara Tanrının Özü lazım deyil. Onlar Ondan nəsə tələb edirlər, bircə Onun Hüzurundan başqa.
Bir nəfər də olsun saleh yoxdur. Adil və Qüdrətli olan Rəbbsiz bizim heç bir salehliyimiz yoxdur. Müqəddəsdən Olandan başqa, Nurdan başqa heç bir müqəddəslik yoxdur. Canlı olan Rəbbsiz bizim heç bir həyatımız yoxdur. Adəmdə hamı günah edib və Tanrının İzzətindən Tanrıdan məhrum qalıb (Rom.5:12). Ona görə də Tanrısız biz hamımız Adəm və Həvva kimi çılpağıq (Yar.2:25,Vəhy.3:17-18,Yez.16:8). Tanrı - bizim Salehliyimizdir, bizim İzzətimizdir, bizim Müqəddəsliyimizdir, bizim Həyatımızdır. Yalnız Onun yanında və Onunla birlikdə biz salehik, müqəddəsik, canlıyıq, Onun İzzətinə bürünmüşük. Məni Tanrının Ruhu yaratdı və Külli-İxtiyarın nəfəsi mənə Həyat verdi (Əyy.33:4). Kim insanın ürəyinə hikmət qoydu, dərk etmək üçün şüur verdi onun şüuruna, onun həyatına məna verdi? (Əyy.38:36). İnsanda olan Müqəddəs Ruh yəni, Külli-İxtiyarın nəfəsi insana Öz Dərrakəsini verir (Əyy.32:8). Əgər qəsdinə durub Öz Ürəyini və Öz Ruhunu, Nəfəsini=Həyatı geri çəkərsə, bir anda bütün bəşər yox olar, insan torpağa=heçliyə qayıdar (Əyy.34:14-15, 1Kor.1:7-8).

Biz bütün günəş sistemində ulduzları Kimin yandırdığını bilirik. Biz qaranlıq kosmosda xırda palçıq dənəsi olan ayın gecə nə üçün nur saçdığını bilirik. Nə üçün biz bilmirik ki, yalnız Rəbb bizim Həyatımızdır, Xilaskarımızdır, Salehliyimizdir. Yalnız Onun yanında və Onunla bir yerdə, xırda palçıq dənəsi olan biz, Onun Müqəddəsliyini, Onun Salehliyini, Onun Həyatını əks etdiririk. Musanın cismani təbiəti Tanrı ilə=Nurla ünsiyyətdən sonra nur saçmağa başladı. Bir çox şahidliklər var ki, Tanrı ilə ünsiyyətdən hopdurulan insanlar, Tanrı ilə=Nurla hopdurulanlar nur saçırlar və bu nuru çoxları görür. Bəzi insanların yanında başqaları özlərinin tövbəsi üçün Tanrının Ifşasını hiss etməyə başlayırlar. Nə üçün bu belə baş verir? Onun üçün ki, insan müqəddəsdir? Heç də yox! Çünki həmin insan Tanrı ilə ünsiyyət vasitəsilə və Ona öz məhəbbəti vasitəsilə Tanrı ilə bir vəhdət təşkil edir, Onun qabı olur və ONA GÖRƏ DƏ Müqəddəs Tanrı onun vasitəsilə hərəkət edir.
Əgər Uca Tanrısız, Müqəddəs Tanrısız müqəddəslik yoxdursa, Şəfaverəndən uzaqda sağlamlıq yoxdursa, əgər Məhəbbətdən uzaqda səadət yoxdursa, Ondan Onun Müqəddəsliyini almaq üçün Tanrını nə üçün döyək? Tanrının Özü olmadan Tanrıya məhəbbət nəyimizə lazımdır? Şeytan insanı aldadanda insanın düşməni, onlara Tanrıdan olmayan öz izzətini=ölümü vəd etdi. Adəm və Həvva məhvediciyə inandılar, Tanrıdan uzaqlaşdılar və daha Tanrının Özündən, Onun Hüzurundan zövq almadılar. Nə üçün biz - məsihçilər, yıxılmış insanın səhvlərini təkrar edirik. Biz öz imansızlığımızla Rəbbdən uzaqlaşan kimi, Tanrısız buxar kimi yox olan öz salehliyimizlə, öz müqəddəsliyimizlə, öz xidmətimizlə, öz çağırışımızla öyünməyə başlayırıq. İsrail Tanrıya yox, öz gözəlliyinə - xidmətinə, çağırışına, ənamlarına... güvənməyə başlayanda səhvə yol verdi. Gözəlliyinə görə millətlər arasında sən (Mən yox) şöhrətləndin. Mənim sənə bəxş etdiyim əzəmətdən ötrü gözəlliyin qüsursuz idi- Xudavənd Rəbb belə bəyan edir. Ancaq sən gözəlliyinə (Mənə yox) güvəndin, şöhrətləndiyinə görə zina etdin... Öz paltarlarından götürüb özünə müxtəlif səcdəgahlar düzəltdin (Yez.16:14-16).
Fərsiz oğul Rəbbdən uzaqda bütün Xeyir-duaları: Tanrını, Sərvəti, Sağlamlığı, Səadəti, Rahatlığı, Biliyi, Hikməti... tez israf etdi. Əyyub kimi, bizimlə də həmin şey baş verir. Bizim salehliyimiz, cismani təbiətimiz Rəbbdən uzaqda öyündyümüz cır-cındır kimidir. Öyünən onunla öyünsün ki, ... dərk edir və Məni tanıyır (-yəni, sevir) (Yer.9-24), çünki, Rəbbin tövsiyə etdiyi=tanıdığı məqbul sayılır (2Kor.10-18, Zəb.19:7-9, Rom.5:11) ki, hər gün Tanrının Üzünü görür, Onunla ünsiyyətdə olur, Onu sevir, Tək Onun üçün susayır, ona görə də Tanrı da onu tanıyır bilir ki, bu adamdan O nə gözləyə bilər və nə gözləyə bilməz, bu insan Onun dostudur ya yox, o Onu sevir ya özününkünü=öz sərfəsini axtarır (1Kor.13:5).
Rəbb mənə işdə nə isə etməyi dedi, amma mən istəmirəm, çünki öz Mənliyimi tapdayıb keçmək yəni, öz cismani təbiətimi Tanrıya itaət vasitəsilə çarmıxa çəkmək mənim üçün çətindir. Yaxşılıq etməyi, yəni, Mənim sənə dediyimi etməyi anlayan, lakin yaxşılıq etməyən günah işlədir (Yaq.4:16-17, Əyy.2:10). Beləliklə, sənə qarşı mərhəmətli olduğum kimi sən də Mənə qarşı mərhəmətli ol. Sənə dediyim hər bir şeyi icra et. Bütün Yazı boyu Yaxşılıq, Yaxşı işlər, İman işləri bu sənin işlərindir, lakin MƏNIM KƏLAMIMA GÖRƏ, MƏNIM ÖYÜDLƏRIMƏ GÖRƏ. Sənin Mənsiz gördüyün bütün yaxşı işlər bu, xeyir və şəri bilmə ağacının bəhrələridir. Mənə itaətlə Məndən zövq almağı öyrən.
Rəbb açdı ki, məndə natəmiz qorxunun olması mənim hələ Tanrı ilə düzgün olmayan münasibətlərimə şahidlik edir. Əgər mən Tanrını sevirəmsə, Məhəbbət hər bir qorxunu qovur. İnsan qarşısında iblisani qorxu şəhadət edir ki, mən Tanrıdan çox insanlara məqbul olmaq istəyirəm. İnsan qarşısında qorxu, Tanrı mənim nəsə etməyimi istəyəndə, lakin mən insanları Tanrıdan üstün tutanda özünü büruzə verir.
Rəbb dedi: Qorxu, öz cismani təbiətini Rəbbə iman vasitəsilə çarmıxa çəkmək istəməməklə bağlıdır. İsrail nəhəng adamlardan qorxdu, ona görə də Tanrı onlar üçün çəyirtkə kimi oldu. Əgər İsrail xalqı Tanrı qorxusu altında olsaydı, yəni, Tanrıya iman etməməkdən qorxsaydı, onda nəhəng adamlar onların gözündə çəyirtkə kimi olardı. Onların yanında özümüzü çəyirtkə boyda hiss etdik, onlara da biz və bizim Rəbbimiz elə göründü (Say.13:33). İblisani qorxu milçəkdən fil düzəldir. Davud Rəbbi sevdi=Tanrıya iman etdi və ona görə də insandan ötrü ürəyini üzmədi yəni, insan qarşısında diz çökmədi=insana səcdə etmədi (1Şam.17:32). Davudun gözündə Qolyat, özü də kimi, it kimi göründü (1Şam.17:24,43). NƏTICƏ: Tanrıya imansızlığımla=itaətsizliyimlə mən Rəbb əvəzinə, Müqəddəs Ruha ehtiram əvəzinə insana=ətə və qana səcdə edirəm.
- Rəbb, artıq çoxdandır sevinmirəm. Bu, sənin problemindir. Hər problemi həll etmək lazımdır. Bu problemlə məşğul ol və nə üçün sevinmədiyini araşdır. Özünə sual ver: nə üçün sən sevinmirsən? Bu suala səmimi cavab ver və sən nəyin üzərində çalışmalı olduğunu görəcəksən. Çalışmaq bu, Müqəddəs Ruhda cavab axtarmaqdır. Buna öyrən. Sən əməli olaraq bunun üçün heç bir şey etməmisən, amma artıq heç nə alınmayacağından qorxursan. Çalışmağa başla və Mən sənə Müqəddəs Ruhda görməyə kömək edərəm. Hər şey barədə düşün. Özün barədə, öz günahların barədə məntiqi nəticələr çıxar. Bunun vasitəsiə sən artıq öz ruhuna diqqət etməyi öyrənirsən. Bu düşüncələri dəfələrlə təkrar et. Öz düşüncələrini nə qədər çox təkrar etsən, Mənim sənə göstərmək istədiklərimi bir o qədər tez görərsən. Bunda səbirli olmağı öyrən. Yubandırmaq ölümə bərabərdir. Nəfs=cimani təbiət boylu qalıb günah doğurur, yol verilmiş günah=Mənə itaətsizlik isə ölüm doğurur. Ölüm bu, xeyir və şəri bilmə ağacının yetişmiş bəhəridir. Günahlarının üzərində düşünmək vasitəsilə öz günahlarını ayaq altında əz. Üsul həmin üsuldur: düşün, sual ver, Mənə qulaq as. Əgər bunu daima etməyə başlasan, Mən Gəlişimi ləngitmərəm. Hər bir boş dəqiqəni Müqəddəs Ruhda düşünməyi öyrən. Bu Yol səni Müqəddəs Ruhda yeriməyə gətirib çıxaracaq. Hər bir ümidsizliyə=şikayətə son qoy və yalnız Mənə İman, Etibar və Ümid et. Bu sənə demək istədiklərim idi.
- Rəbb, Sən dedin ki, mənim günahlarımı Rema Kəlamı vasitəsilə açacaqsan. Rema Kəlamında artıq sənin günahların haqqında aydın deyilib. Sənin təkrar etdiyin Kəlamda sənin bağışlamazlığın, incikliklərin, söyüşlərin haqqında deyilib. Sən artıq bu günahlara görə tövbə etmisən. İndi bu Kəlamı Müqəddəs Ruhda araşdırmaq lazımdır.
- Rəbb, necə? Sən bu Kəlamı Məni eşitmək üçün susayaraq dua sözləri ilə oxuyursan. Oxuyanda tələsmə, dayan və Məni gözlə. Səbrlə gözləməyi öyrən. Bu sənin səyindir. Mən sənin yox, Öz İstəyimlə gələcəyəm. Sən Məni Müqəddəs Ruhda gözləməlisən. Məni gözləmək bu da düşünmədir. Insanla söhbətdən sonra sən düz hərəkət etdiyin barədə şübhələndin. Sən düz edirdin, lakin Məni lazım olduğu kimi gözləməyi öyrənmirdin. Məni gözləməyi=Mənə ehtiram etməyi öyrən. Sən düz Yoldasan. Yaxşı ki, bu Kəlamı əzbər öyrənmisən. Oxumağa imkan olmayanda bu Kəlamı təkrar-təkrar söylə və Məni gözlə. Məni gözləməyi və Mənə lazım olduğu kimi iman etməyi istisna etməklə, sən bunu düz edirsən. Məni gözləmək əvəzinə, sən Məni iittiham edirsən, Məndən şikayət edirsən ki, Mən sənə Çıxış=Azadlıq vermirəm. Məni gözləmək bu sənin özün haqqında bütün Həqiqəti sənə açmağım üçün Alovu=Nuru gözləməkdir.
- Rəbb, Müqəddəs Kitab necə olsun? Sən Tanrının Yazılmış Kəlamını buraxmamalısan. Məndən bu barədə soruşacağını gözləyirdim. Mənim Canlı Rema Kəlamımı son dərəcə dəqiq araşdırmaq bu Onu Tanrının Yazılmış Kəlamının Nurunda araşdırmaq deməkdir. Canlı Rema Kəlamında göstərilən günahların üzərində düşünərkən, sən bu günahları Mənimlə birlikdə bütün Yazı=Müqəddəs Kitab üzrə araşdırmalısan. Bütün Yazılmış Yazı üzrə Mənimlə bu günahları araşdırarkən Mənim günaha münasibətii görməyi sənə öyrətmək üçün Mən səni bütün Yazılmış Yazı üzrə aparacağam ki, sənin günaha münasibətin Mənim münasibətimlə eyni olsun.
Ev üniyyətində olarkən Rəbbin mənim istədiyimi etmədiyi üçün Tanrınıdolayısı ilə ittiham etməyə başladım və Rəbb dedi: Mənim qızım, əgər Məni ittiham etməyi davam etdirsən, Mən səni qoruya bilmərəm. Əgər Məni təqsirləndirsən, sən amansızlaşa və özün Məndən imtina edə bilərsən (İb.4:6-7, 1Kor.10:9). Mənimlə nə etdiyin barədə yaxşı düşünməlisən. Mən Yaxşı Tanrıyam. Mən səni tövbəyə gətirmək üçün susamışam, lakin sən özün Məni ittiham etməyin vasitəsilə Mənim bunu etməyimə imkan vermirsən. Mən səni, sənin imansızlığına, Məni ittiham etdiyinə görə Müqəddəs Ruhda apara bilmirəm. Qərar qəbul etmək bu, bu qərara əməl etməkdir. Sən Mənə iman etmək və Məni ittiham etməmək barədə qərar qəbul edəndə, nə olursa olsun, bu qərarın üzərində möhkəm dayanmalısan. Mən Yaxşı Tanrıyam. Mən iblisi sənin həyatına buraxmıram. Bunu sən özün Mənə itaətsizliyin vasitəsilə edirsən. Sən Məni ittiham etməkdə davam edirsən, bunun vasitəsilə şeytan sənə asanca yol tapır. O sənə qorxu ilə əziyyət verir, qorxu isə imansızlıqdır.
Sən dəqiq seçim etməlisən: sən Mənim tərəfimdəsən ya Mənə qarşısan. Əgər Məni seçirsənsə, deməli, Mənə iman etməlisən. Sən hələ Məni tanımırsan, lakin Məni, yalnız Mənə iman, etibar və ümid vasitəsilə dərk edə bilərsən. Başqa Yol yoxdur. Mən Yaxşı Tanrıyam. Mən səni çox sevirəm. Əgər Mənə etibar etsən, hər şeyi sənə öyrədə bilərəm. Mənə etibar etməyi öyrənməyə tez can at. Mən səni Məhəbbət Dağının Zirvəsində gözləyirəm. Bu sənə demək istədikərim idi.
- Rəbb, mənimlə baş verənlər bu mənim üçün sarsıntıdır? Əgər Mənə iman etməyə, etibar etməyə, güvənməyə başlasan, sən bu sarsıntıdan tez çıxa bilərsən. Mənim qızım, Mən gələcəyəm. Öz ürəyini Mənə aç. Tək bir Mənim üçün susa və Mənə sənə Müqəddəs Ruhda olmağı öyrədərəm. Mən sənin yeganə Müəlliminəm. İnsanlardan heç kim sənə Müqəddəs Ruhda yeriməyi öyrədə bilməz. Əgər nəyisə başa düşmürsənsə, ya da səndə nəsə alınmırsa, Məni ittiham etmə, lakin problemi özündə axtar.
- Rəbb, bəs söyüşlə necə olsun, axı mən buna nifrət edirəm? Məni ittiha etməkdən əl çəkəndə bütün bunlar keçib gedəcək. Şeytan sənin əqlini Məni ittiham etməyin vasitəsilə bombardman edir.
- Rəbb, bəs qorxu? Qorxu isə - bu sənin imansızlığındır. Şeytan sənin Mənə imansızlığın vasitəsilə qorxu ilə yaxınlaşır. Mənə iman etməyi, etibar etməyi, güvənməyi öyrən və qorxu gedəcək.
- Rəbb, bəs bu vahiməli gecələr? Mənim qızım, bu Məndən deyil. Mən Yaxşı Tanrıyam. Mən zülmkar deyiləm. Sən Məni ittiham edəndə və bundan tövbə etməyəndə gecə şeytan sənin günahın vasitəsilə açıq qoyduğun qapıdan sənə yol tapır və Mənə qarşı hücuma keçir. O sənə öz nəsihətlərini diqtə edir, səni yatmağa qoymur, sən isə elə fikirləşirsən ki, bu Mənəm. Mənə sənin yuxusuz gecələrin, sənin əzabların lazım deyil. Mən Yaxşı Tanrıyam. Mənim Məhəbbətim hədsiz dərəcədə böyükdür. Mənim qızım, Mənə iman etmək, etibar etmək, güvənmək üçün susa. Sənə lazım olan elə budur. Əgər Mənə iman etməsən, etibar etməsən, güvənməsən Müqəddəs Ruhda yeriməyi öyrənməyəcəksən.
- Rəbb, hər halda necə iman etmək lazımdır ki, bu vahimə keçib getsin? İman etmək bu çox asandır. Həmişə özünə inandığın kimi, Mənə iman etməyi öyrən. Bu daha yaxşıdır. Sən özün özünə Mənim sənə verəcəyimi verə bilməzsən. Yalnız Mənə itaətlilik sənə hər şeyi öyrədə bilər. Sənin birinci dərəcəli vəzifən Mənə iman etməyi, Mənə etibar etməyi, Mənə güvənməyi öyrənmək, həyatdan zövq almaq və qəti surətdə Məni ittiham etməməkdir. Bununla sən şeytana yol verirsən. Bu Mənim sənə demək istədiklərim idi.
- Mən tövbə etdim, düşündüm və Rəbbi ittiham etməmək barədə qəti qərar qəbul etdim və Rəbb dedi: - İndi sən Məni ittiham etməmək barədə qəti qərar qəbul etdin. Bunda möhkəmlən və kök sal. Bu Mənə iman etmək, etibar etmək və güvənmək deməkdir. Hər şeydə sənə kömək etmək üçün Mən səninləyəm. Mənə imanda, etibarda və ümiddə sənə Yaxşı Yol.

Mən hələ də öz şöhrətpərəstliyim vasitəsilə Tanrının Açıqlamalarına Mənim, sənin deməkdə davam edirdim. Və Rəbb dedi: - Mənim qızım, Mən sənə Mənim Kəlamımı səninkinə və özgəninkinə=başqasınınkına bölməyi deməmişdim. Sənə Mənim Kamil İradəm üçün susamaq lazımdır. Susamaq bu Mənim istədiyimi etməyi öyrənməkdir. Lakin sən Mənim bu Kamil İradəmi icra etmirsən. Mənim qızım, sən hələ də Mənim Kəlamımı bölürsən. Məgər Məsih bölünmüşdü (1Kor.12:13)? Başqa insan həqiqətən Mənim Ruhuma görə yeriyir və səni Müqəddəs Ruha görə ifşa edir. Sən bu ifşaları, onlar necə olursa olsun, qəbul etməyi öyrənməlisən. İfşalardan qorxmaq bu Alovdan qorxmaqdır.
Mənim qızım, Mən səni sevirəm. Lakin bu o demək deyil ki, Mən həmişə sənin başını tumarlayacağam. Sən öz hissənə düşəni vicdanla icra etməlisən. Ona görə də sən öz dəftərində yazılmış Mənim Açıqlamalarıma qayıtmalı, Mənim Kəlamımı ayırmadan hər şeyi yenidən yazmağa və araşdırmağa başlamalısan. Araşdıranda və yazanda Müqəddəs Ruhla idarə olunmaq üçün susa və Mən sənə bütün Mənim Açıqlamalarımı birləşdirməyə kömək edərəm. Heç bir şeyin üstündən xətt çəkməmək üçün hər bir cümləni dəqiqliklə araşdırmalısan. Sənin dəftərində hər bir söz vacibdir. Sən bütün bunları Mənim Rəhbərliyim altında yazmısan. Artıq araşdırılmış və yazılmış Kəlama toxunma. Araşdırılmamış və yazılmamışlarla məşğul ol. Başqalarına verdiyim Açıqlamaları araşdır. Bütün bunları cismani təbiətə görə ayırmağı yox, Müqəddəs Ruha görə birləşdirməyi öyrən. Səni bunda Mən aparacağam. Mövzuları dəqiq təyin et. Bunlar sənin Açıqlamaların olmadığına görə sarsılma.
Sən özünün bu işini axıra çatdırmaqla öz itaətsizliyini islah etməlisən. Mən Yaxşı Tanrıyam. Mən sənə düzəlmək üçün imkan verirəm. Mənim Rəhbərliyimlə Kəlamı yoxla və tərtib et. Bu sənə demək istədiklərim idi.
- Rəbb, Sən məni bağışladın? Mənim qızım, Mən sənə hər şeyi bağışladım.
- Rəbb, Kəlamı bölməyimlə və özümə mənimsəməyimlə necə olsun? Mənim qızım, indi tövbədə sındın və Mən Müqəddəs Ruhda sənin problemlərini sənə göstərə bilərəm. Bunun üzərində düşünməyə başla: özünə suallar ver, nə üçün səndə özünə aid olmayan mükafatı almaq fikri olub. O suallara səmimi cavab ver və bununla əlaqədar sənə nə göstərmək istədiyimi eşitmək üçün susa. Mənim qızım, Mən Qüdrətli Tanrıyam. Mən möcüzə Tanrısıyam. Sənin sınmağın vasitəsilə Mən səni Mənim Həqiqətimə apara bilərəm. Mən Yaxşı Tanrıyam. Belə Rəbbi nə cismani gözlər görmüş, nə cismani qulaqlar eşitmiş və nə də Məni sevənlər üçün nə hazırladığımı cismani insanın ürəyi düşünmüşdür. Sizə isə bunları Mən Öz Ruhumla açdım (1Kor.2:9).
Sən susadın və ona görə də, Mən səni ancaq indi günahlarının dərinliyinə apara bilərəm. Əvvəllər Mən bunu edə bilmirdim. Mən insana zor tətbiq etmirəm. Mən insana YALNIZ o özü istədiyi ZAMAN aça BİLƏRƏM. İkimiz: sən və Mən öz aramızda razılığa gəlmədən birgə yol gedə bilərikmi (Amos.3:3,7, Mat.18.19:20). Mən isə HƏMİŞƏ açmaq, HƏMİŞƏ xilas etmək, sevmək, ünsiyyətdə olmaq istəyirəm... Əgər insan mənə iman etmirsə, onun arzusuna zidd gedərək Mən onu təqdis və xoşbəxt EDƏ BİLMƏRƏM - əgər o Mənə iman etmirsə, bu mümkün deyil. Mən Yaxşı Tanrıyam. Mən həmişə hər birinizlə hesablaşıram, hər birinizə hörmət edirəm. Ruh və Gəlin Öz aralarında razılaşıb deyirlər: BÜTÜN SUSAYANLAR gəlin! ARZU EDƏNLƏR qoy Həyat Suyunu müftə GÖTÜRSÜNLƏR (Vəhy.22:17). Çoxları Həqiqi Mənbəyin yanındadır, lakin ölürlər, çünki Ona tərəf əyilmirlər və Ondan içmirlər. Onlar Məni, Əyyub, fərsiz oğul tövbədə sınmaışdan əvvəl tanıdıqları kimi tanıyırlar, lakin özününkünü axtarır və gözləyirlər. Onların yeməyi müvəqqəti yalançı mənbələr yalançı insani təlimlərdir.
Düşünməyə başla. Özünü yox, Məni eşitmək üçün susa və Mən Gəlişimi ləngitmərəm. Mənə yaxınlaşanlara yaxınlaşacağam və Mənə yaxınlaşanlarda yüksələcəyəm, ona görə də bütün xalqlar qarşısında onların vasitəsilə izzətlənəcəyəm (Yaq.4:8, Yəh 13:31-32, Ef.4:10). Müqəddəs Ruhda olmağı öyrən yəni, sına=düşün=iman et=ümid et=araşdır=axtar=qapını döy və Mənə məqbul olan üçün susa. Mənim sənə olan Məhəbbətimi Mənə daima iman etməklə sına. Çünki bilmək və aşkar etmək ISTƏDIYIN hər bir şeyi Mən zühür etdirəcəyəm, çünki Zühür edən hər şey Nurdur. Ona görə də deyirəm: Ey yatan oyan və...Mən səni təqdis edəcəyəm (Ef.5:13). Bu elə Mənim yanıma, Mənim Məhəbbət Zirvəmə - Mənim Qalqottama qalxmaqdır.

İndi bunları yaz. Mənim qızım, Mən səni çox sevirəm və səni olduğun kimi qalmağa qoymaram. Ona görə də yadında saxla: Mənim qızım, Mən Yaxşı Tanrıyam. Mən səni, sənin günahlarından azad etmək üçün susayıram. Sənin günahlarından səni yalnız Mənə tam ümid azad edə bilər.
- Rəbb, sənə tam ümid nə deməkdir? Mənim qızım, tam ümid o deməkdir ki, sən öz təqdisini yalnız Mənə etibar edirsən. Öz cismani təbiətinə güvənməməyi öyrən. O sənə heç nə öyrətməyəcək.
- Rəbb, öz cismani təbiətinə güvənməmək nə deməkdir? Sən Mənə qulaq asmayanda, onda cismani təbiətə görə hərəkət edirsən. Müqəddəs Ruha görə hərəkət etmək bu Mənim istədiyimi Mənim istədiyim vaxt etməkdir. Həqiqət bu indiki anda sənin yox, Mənim nəyi Həqiqət hesab etməyimdir.
- Rəbb, Sən səbrlə Mənə eyni şeyi təkrar edirsən. Mənim qızım, Mən heç vaxt yorulmuram. Mən sənin günahlarından sənə azadlıq vermək üçün susamışam. Sənə nə deyirəmsə, onu elə və Mən sənin yanına Gəlişimi ləngitmərəm.
Müqəddəs Ruh tərəfindən vadar edilmiş insan mənə xoşagəlməz məktub yazdı.
- Rəbb, başqa insan vasitəsilə göndərilmiş məktub barədə nə deyirsən? Onun üzərində fikirləş. Məktubda sənə yazılmış məsələləri yaxşı araşdır. Tövbə et və bir daha belə etməmək barədə qərar qəbul et. Yalnız bundan sonra Mən səni günahlarının dərinliyinə apara bilərəm.
- Rəbb, nə üçün Sən Özün məni ifşa etmədin? Mənim bütün ifşalarım məktubdadır. Onların üzərində düşünməyi davam etdir. Həqiqət bu indiki anda sənin yox, Mənim nəyi Həqiqət hesab etməyimdir. Bu sənə demək istədiklərim idi.
- Rəbb, mənim qəlbim kədərlənir, başqa insan Səni tanıyır və sevir, Səndən Sənin Məhəbbətindən zövq alır, amma mən bütün bunlara malik deyiləm. Mənim qəlbim boşdur, ürəyimdə kədər və əzab var. Ya Rəbb, Səndən xahiş edirəm, mənə Çıxış Yolu göstər. Mən nə edim? Mənim qızım, Mən artıq sənə hər şeyi dedim. Mən Yaxşı Tanrıyam və səni çox sevirəm. Mən istəmirəm ki, sən belə əzab çəkəsən. Məhəbbət Dağının Zirvəsində Mənimlə Görüş üçün susa və sən tezliklə dəyişəcəksən. Mən səni Öz yanıma sənsiz, sənin Mənə qarşı israrın və məqsədyönlülüyün olmasa gətirə bilmərəm. Öz Müqəddəsliyin üçün susa. Sənin Müqəddəsliyin Mənəm. Öz günahların üzərində düşünməyi öz yerixonunun divarları ətrafında dolanmağı davam etdir. Mən Tezliklə gəlirəm.
- Rəbb, bütün bu vaxtı mən elə bilirdim ki, səni axtarıram, elə hesab edirdim ki, Sənin axtarışındayam. Mənim qızım, hesab etmək bir başqadır, Məni gerçəkdən axtarmaq bu başqa. Sən həmişə Şəxsən Məni deyil, Mənimkini axtarmısan. Mən Şəxsiyyətəm və Mən də sənin kimi sənin Mənə olan məhəbbətini axtarıram. Sənin də Məni Mən səni sevdiyim kimi sevə bilməyin üçün Öz Məhəbbətimi sənə bəxş etmək üçün susayıram. Ona görə də cəsarətli, israrlı və Məqsədyönlü ol. Mən sənin Tək və Yeganə Məqsədin olmaq istəyirəm. Bütün əngəlləri yalnız Mənə imanla, etibarla və ümidlə dəf et. Mənim Məhəbbətimlə görüşmək üçün susa. Yalnız Mənə oxşamaq üçün susa. Özünü ancaq Mənimlə müqayisə et. Ət və qandan ibarət olan insana oxşamağa can atma. Onda olan hər bir şey Bu Məndəndir. Sən də Buna malik ola bilərsən, əgər Mənim kimi olmaq üçün yalnız Mənə can atırsansa, hətta Ondan da Çoxuna malik ola bilərsən.
- Rəbb, hansı maneələri dəf etməliyəm? Qorxunu, qəlb əzablarını, işdə problemləri. Bu sənin cismani təbiətinin zühurlarıdır. Öz cismani təbiətini Mənim Cilovumda saxlamağı öyrən. Ona nəzarət et, ona imkan vermə ki, səni idarə etsin, onu çarmıxa apar, onda, qələbə=azadlıq gələcək.
- Rəbb, onun məni idarə etməsinə imkan verməmək nə deməkdir? Mən nə deyirəmsə, onu et. Bunun vasitəsilə sənin cismani təbiətin sənin düzgün seçiminlə tədricən kiçiləcək=çarmıxa çəkiləcək. Cismani təbiətə Müqəddəs Ruhla qalib gəlmək lazımdır, bunun üçünsə israrlı və Məqsədyönlü olmaq lazımdır. Cismani təbiətinə səni idarə etməyə imkan vermə. Onu amansızcasına çarmıxa çək. Carmıxa çəkmək bu ona əvvəllər etdiklərini, bu dünyanın adətləri üzrə öyrəşdiyi şeylərə qadağa qoymaq deməkdir. Bunun üçün sən öz əməllərin üzərində düşünməli, öz günahını dərk etməli, tövbə etməli, bir daha belə hərəkət etməmək üçün qəti qərar qəbul etməlisən, bunun üçün sənə daim Mənim Lütfüm lazımdır. Yalnız həlimlərə Mən Öz Lütfümü bəxş edə bilərəm. Mənsiz heç nə edə bilməzsən.
Sən Mənə iman edəndə Mənim İradəmi icra etmək və təqdis olunmaq üçün sənə Lütfümü verirəm. Bu, təqdisin və təmizlənmənin birinci mərhələsidir. Mən səni günahlarının dərinliyinə aparmamışdan əvvəl sən bu mərhələni keçməlisən. Öz əməllərində və fikirlərində heç nəyi diqqətdən kənarda saxlama. Öz cismani təbiətinə əkmə. Öz bütlərindən=günahlrından azad olmaq üçün susa. Məni səbrlə gözləməyi yəni, Mənə iman etməyi öyrən. Əgər Mənimlə düşünməyi davam etdirməsən, öz təqdisinin nə birinci, nə də ikinci mərhələsini keçəcəksən. Mən bu barədə artıq sənə hər şeyi demişəm. Öz günahlarına=fikirlərinə qayıt və israrla onların kökünü araşdır. Özünü Müqəddəs Ruhla mühakimə etmək bu sənin daimi vəzifəndir. Müqəddəs, Müqəddəs Ruhun nurunda təqdis olunur. Mən səni çox sevirəm və tezliklə gəlirəm (Yeş.40:10-11).

Mən başqa adamla söhbət zamanı: Rəbb, axı Sən bilirsən ki, mən təqdis olunmaq istəyirəm - deyib ümidsiz halda ucadan Tanrını ittiham edəndə Rəbb başqa adamın ruhunda cavab verdi: Bəli, Mən hər şeyi bilirəm. Evə gəlib Tanrı ilə ünsiyyətə başladım.
- Rəbb, məni ciddi mühakimə et. Mənim qızım, Mən mühakimə etməyə deyil, itaətlə və imanla Mənim yanıma gələnləri Xilas etməyə gəlmişəm. Sən özün özünü ciddi mühakimə etməlisən. İman etmək istəyi bir başqadır, Mənə iman etmək isə bir başqa. Mənə yalnız tam güvənməklə günahlardan azad ola bilərsən. Əgər Məni nədəsə ittiham etməkdə davam etsən, Mən səni Dağa apara bilmərəm. Tanrını ittiha edən kəs, Tanrıya iman etmir və Onun qarşısında həlim deyil. Tanrı həlimlərə Lütf verir. Mən təqdis üçün Öz Lütfümü heç kimdən əsirgəmirəm. İman vasitəsilə siz Lütflə xilas oldunuz. İblisin işlərini dağıtmaq üçün Mən Özüm bu dünyaya gəldim. Problem sənin tərəfindəndir. Sən Mənim yanıma ittiham etmək üçün gələndə Mən sənə heç nə ilə kömək edə bilmirəm. Həlim ürək və tövbə Mənim qabaqcadan hazırlanmış Köməyim üçün Mənə qapı açır. Məni necə ittiham etdiyini görmək üçün Mənimlə necə ünsiyyətdə olduğunu araşdır. Mənə verdiyin suallara özün cavab ver və onda sən Məni necə təqsirləndirdiyini görəcəksən. Tanrını təqsirləndirmək bu çox ciddi işdir. Tanrını təqsirləndirərkən sən ittihamçı=şeytan tərəfdə dayanırsan. Mənim isə şeytanla heç bir ortaqlığım yoxdur. Mən ona və sənin cismani təbiətinə Lütf vermirəm.
Əyyubun başına gələnlər yadındadır? Məni ittiham etmək vasitəsilə şeytan onun hər bir şeyini əlindən aldı. Əgər sən də bunu etməyi davam etdirsən, səni də eyni aqibət gözləyir. Yadında saxla: Mən Yaxşı Tanrıyam, Mənim Məhəbbətim hədsiz dərəcədə böyükdür, lakin Məni ittiham etmək vasitəsilə sən şeytana qapı açırsan və əgər tövbə etməsən və Məni ittiham etməyi dayandırmasan, o sənə yol tapacaq. Sən artıq bunu öz səhhətində hiss etmisən. Onda, Məni heç vaxt ittiham etməyəcəyin barədə qəti qərar qəbul et. Və bu qərarına əməl et. Heç vaxt bu barədə unutma. Bu sənə demək istədiklərim idi.

Başqa adamla ünsiyyət zamanı ağzımdan yersiz söz çıxdı: Rəbbin ünvanına söyüş fikirləri ağlıma birdən-birə gəlir. Mən nə öz söyüşlərimə görə, nə də öz sözlərimə görə bütün öz məsuliyyətimi=öz çarmıxımı üzərimə götürdüm. Öz sözlərinin arxasında nəyin dayandığını görmək üçün onlara görə cavab vermək hesabat vermək lazımdır. Birdən-birə sözünün arxasında kimisə: şeytanı, Tanrını ya da başqa adamı ittiham dayanır. Məsuliyyəti öz üzərinə götürmək bu, öz çarmıxını başqasının üzərinə: nə insanın, nə şeytanın, nə də Tanrının üzərinə yıxmadan çarmıxı öz üzərinə=öz cismani təbiətinin üzərinə götürməkdir. Öz məsuliyyətini=çarmıxını başqasının üzərinə yıxmaq bu, başqasını ittiham etmək və məhkum etməkdir. Mən BÜTÜN öz çarmıxımı=edilən konkret günaha görə bütün öz məsuliyyətimi boynuma götürəndə və bununla bərabər imanda və ümiddə Rəbbin, Xilaskarın yanına gələndə və Onun Mərhəmətini və Lütfünü diləyərək tövbədə, imanda, ümiddə Rəbbə baxanda onda, Rəbb mənim günahımı yuyur. Atanın Oğlu İsa Məsihin qanı bizi hər tövbə edilmiş günahdan təmizləyər (1Yəh.1:7,9, Vəhy.12:11).
Bu, cüzamlı xəstə haqqında qanunda yazılıb (Lev.14:2). Cüzamlı xəstə öz günahına görə başqasını yox, özü özünü tam mühakimə edəndə PAK hesab olundu (2Kor.7:11). Cüzamlı xəstənin bədəni təpədən dırnağacan cüzamla TAMAMİLƏ örtüləndə - yəni, öz günahını TAMAMİLƏ dərk edəndə və öz günahını özü tamamilə məhkum edəndə (Lev.13:12-14,17) və nə özü özünə, nə başqasına: birdən-birə günah edirəm deməyəndə, onda, yalnız onda Müqəddəs Ruh, sözün əsl mənasında, sınmış günahkarı onun bütün təqsirini=günahını götürmək üçün Baş Kahin Olan İsa Məsihin yanına gətirir (Lev.14:11-12-20).
Ünsiyyətdən sonra evə gəldim və Rəbbi çağırdım.
- Rəbb, nə edim? Mənim qızım, özünü ələ al və bu söyüşün haradan gəldiyi barədə düşünməyə başla. Düşün və bu düşüncələrində səni Mən aparacağam. Özünə suallar ver və Məni heç nədə ittiham etmədən onlara cavab tap. Hər bir yerdə Mənim Kəlamım üzərində düşünəndə və Onu araşdıranda sən artıq Onu öz ruhunda icra edirsən yəni, Mənim Kəlamım səndə Mənim təqdis etmə işimi icra edir. Mənim Kəlamımla sənin əqlin=ruhun dəyişir=yenilənir. Bu düşüncədə səni aparmaq üçün Mən səninləyəm.
Heç vaxt heç nə birdən-birə baş vermir. Hər şeyin cavabı VAR. Hər bir insan şeytana yer verməməyi seçməkdə azaddır. Necə? İmanda Tanrıya təslim olmaqla. Mənə imanla sən artıq şeytana müqavimət göstərir və ona qarşı durursan, lakin özün özünü axıra qədər tamamilə məhkum etmədiyinə görə son qələbəyə qədər möhkəm dayana bilmirsən.
Şeytan bu söyüşlə gəlir, lakin bu sənin günahındır. Bu günahın arxasında nəyin dayandığını görmək üçün sən günahın kökünə qədər gedib çıxmalısan və Mən sənə tövbə verərəm. Bunun üzərində nə qədər çox düşünsən, kökü bir o qədər tez görərsən və Müqəddəs Ruhda sınma gələr. Və Mən sənə Mənim Azadlığımı verə bilərəm.
    e-mail
hristiana
Site Admin


: 27.04.2008
: 954
:

: 11, 2010 11:59 am     :

Mənim bağışlamazlıq barədə verdiyim o Kəlamda dayan. Hətta əgər sən indi bunu əhəmiyyətiz hesab etsən də, fərqi yoxdur, bunu et, bu sozün üzərində düşün=onu araşdır. Sənə nə göstərəcəyimi görmək üçün Məni gözlə. Mən qəfildən gələcəyəm və sənə Müqəddəs Ruhda azadlıq verəcəyəm. Mənim qızım, Mən Yaxşı Tanrıyam. Mən səni çox sevirəm. Hər şeydə Mənə itaətli ol. Sən Mənim yanıma gəlişini, Məni ittiham etməməyi ləngitməsən, Mən Gəlişimi ləngitmərəm (Yeş.40:10-11).
- Rəbb, insan da, Sən də deyirsiniz ki, bu söyüş Səni ittiham etməklə bağlıdır. Bəlkə, Səni təqsirləndirməmək barədə qərarımda möhkəmlənmək üçün bütün Kəlam üzərində deyil, yalnız bunun üzərində dayanmaq, düşünmək lazımdır? Mən heç də hər şeyi başa düşmürəm. - Kəlamı bölmə. Mənim qızım, Sən başqasının yolunu keçməyəcəksən. Yalnız Məni təqlid et. Mən səni Öz fərdi Yolumla aparmaq istəyirəm. Sənin Yolun fərdidir və yalnız sənin üçün təyin edilib. Sənin həyatının hər bir anı üçün nəyin yaxşı olduğunu Mən bilirəm. Başqa insanın xilas yolunu sən təkrarlaya bilməzsən. Və insan səndən bunu tələb etmir. Mənin Bədənimin hər bir üzvünün öz xüsusi=Mənim xüsusu təyinatım var. Mənim istədiyimi icra etmək üçün susa. Sən heç vaxt başqasının təcrübəsindən öyrənə bilməzsən. Mənim qızım, bütlərdən azad olmaq üçün susa. Yalnız Mənə tam güvənməklə onlardan azad ol. Əgər fikrində hələ də insandan kömək gözləyirsənsə, deməli, sən hələ bu bütdən azad deyilsən. Bu sənin ruhanu zinandır. Ona görə də Tək Bir Mənim üçün susa. Əgər sən, yalnız Mənim verə biləcəyim köməkdən ötrü ona bir daha müraciət etməyəcəyin barədə insana söz verdiyinə baxmayaraq yenə də ona ümid edirsənsə, sən öz vədlərini icra etmirsən və sən yalançı olursan. Əgər qəti qərar qəbul edirsənsə, onda onun icrasını ləngitmə.
Mən səni azad etmək üçün gəlirəm. Bu Kəlamda dayan. Düşünməyi öyrən. Bu düşüncələrə vaxt sərf etməyə heyfislənmə. Mənimlə sən həmişə, hər şeyi çatdıracaqsan. Əgər Mənim Kamil İradəmi icra etsən, Mənimlə sən həmişə, hər şeyi çatdıracaqsan. Müqəddəs Ruhla Mənə tərəf gəlməkdə sənə Yaxşı Yol. Bu sənə demək istədiklərim idi.

- Rəbb, Mən insana dedim ki, Sənə öz ürəyimi açmışam. Lakin mən ürəyimi açmışammı? Açıq ürəyin nə demək olduğunu Sən necə başa düşürsən? Və onu Sənin qarşında daima necə açıq saxlamaq lazımdır? Bəlkə mən onu heç açmamışam da? Məni qızım, açıq ürək bu, səmimi ürəkdir. Bu ürək Mənim haqqımda başqalarına yalan demir, Məndən qaçmır, Mənim yanıma Düz Yolla gəlir yəni, Həqiqət nə qədər acı olsa da, Həqiqəti eşitmək üçün susayır. Pasxa quzusu acı otlarla yeyilir (Çıx.12:8,11-12).
Sən əminliklə sənin sözünün həqiqət olduğunu deyəndə, sən onu hədər=böş yerə deyirsən və şeytan səni yalan iqrarınla tutur. Əgər daima Müqəddəs Ruhda olaraq Mənə qulaq assaydın, sən cismani təbiətə görə hərəkət etməz, qəzəblənməz, boşboğazlıq etməzdin. Axı Müqəddəs Ruh sənin ruhunda yaşayır və sənə, sənin ruhundan deyir=öyrədir. Mənə yaxınlaşmağa sənə əngəl törədən günahından azad olmaq üçün, Mənim Hikmətimin dərinliklərinə Mənim ardımca adım-addım getmək üçün acı Həqiqəti=Alovu eşitmək üçün susa. Nəticədə acı həqiqət şirin olur. İndi isə HƏR ŞEYI: öz qəzəbini, hiddətini, kinini, acıdilliliyini, ağzından çıxan ədəbsiz sözləri bir kənara qoy, Rəbb haqqında yalan demə. Yeni İnsan mənliyini=Məhəbbəti geyin (Kol.3:8-14). Buna tez öyrən.
Mənim qızım, sən hələ ürəyini Mənə lazım olduğu kimi açmamısan. Sən hələ Mənim Ədalətimdən qorxursan. O sənin üçün arı şanı kimi hələ şirin olmayıb (Yeş.5:16,20-21, Zəb.18:10-11, Məs.24:13-14, 27:7). Sənin haqqında, sənin günahların haqqında Mənim tam Həqiqətim=Açıqlamam səni qorxudur. Əgər Mənim qarşımda səmimi olmağı öyrənmək üçün susamasan və ürəyində olan öz bütlərinlə Mənə qarşı durmağı davam etdirsən, Mən səni Dağa apara bilmərəm.
Səni Dağa=Mənim yanıma aparmağa mane olma. Əgər Mənim Rema Kəlamımı lazım olduğu kimi araşdırmasan, - Həqiqəti dərk etmək, özün haqqında Açıqlama almaq üçün Onun üzərində düşünməsən, Mən səni Dağa apara bilmərəm. Açıqlamanı Mənim qarşımda səmimi olan, Məndən Adəm və Həvva kimi gizlənməyən alır.
Mənim hər bir Rema Kəlamımın tədqiqinə bütün ürəyini qoyaraq - daima Onun üzərində düşünərək son dərəcə dəqiqliklə araşdır. Bunun vasitəsilə sən öz günahlarını Mənim gördüyüm kimi görəcək, tövbə edəcək, sınacaq, öz günahına nifrət edəcəksən. Addım-addım Mənim ardımca Mənim Hikmətimin dərinliklərinə getmək üçün Mənə yaxınlaşmaqda sənə əngəl törədən günahından azad olmaq üçün susa. Və yalnız tövbə vasitəsilə Azadlığa=Mənim yanıma aparan Həqiqi Yolu sənə göstərə bilərəm. Sənin və bütün ev əhlinlə: sənin qəlbinin, ruhunun və bədəninin şəfa tapacağı, xilas olacağı Kəlamı sənə yalnız Mən verə bilərəm.
- Rəbb, mənim qeyri-səmimiliyimi, açıq olmamağımı nədə görürsən? Sən hələ insan tərəfindən ifşa olunmaqdan qorxursan. Əgər bu ifşalardan qorxsan, təqdis oluna bilməzsən, çünki qorxu bu, ifşadan qaçmaqdır, deməli, özünün tam azadlığını istəməməkdir.
- Rəbb, mən öz azad olmağımı çox istəyirəm. Əgər azadlıq istəyirsənsə, onun ifşasından qorxma. Bu qorxuya qadağan et. Mənə etibarla, ümidlə imanda Mənə tərəf hərəkət et, bununla bərabər sən insana yox, yalnız Mənə güvənməlisən. Nə baş verirsə versin, Mən səninləyəm. Mən səni çox sevirəm və sənin azadlığın üçün susayıram. Sən də onun üçün susa. Heç nədən qorxma və Mənim ardımca gəl, Mən isə hər şeydə sənə kömək etmək üçün həmişə yanındayam. Bu sənə demək istədiklərim idi.

Rəbb dedi: Sən Mənim Kəlamım üzərində bir yerdə ayaq döyürsən, sənə yerimək, irəli getmək, Mənim Kəlamımla yerimək lazımdır.
- Rəbb, mən bu ifşaları qəbul edirəm, məni ciddi mühakimə et. Mən Xilas etmək üçün gəlmişəm, sən özün özünü mühakimə etməlisən.
- Rəbb, mən necə ayaq döyürəm ki? Mənim qızım, sən Mənim Kəlamım üzərində lazım olan kimi düşünmürsən. Sən Onu uzun müddət təkrar-təkrar oxumusan, lakin sənin ruhuna heç nə keçməyib.
- Rəbb, nə üçün? Sən bunun üçün susamırsan. Sən bu Kəlama bütün ürəyinlə diqqət yetirməyi istəməlisən. Sənin susamağın səni Mənim Canlı Mənbəyimə gətirib çıxaracaq. Mənim Mənbəyim tükənməyib. Sən ondan içib doymaq üçün susamalısan. Bu Tortdan dad və sən bu Tortdan başqa heç nə istəməyəcəksən. Məhəbbət Dağının Zirvəsində Mənimlə görüş üçün susa.
- Rəbb, Sənin Kəlamına lazım olduğu kimi diqqət yetirməyi mənə öyrət. Mənim qızım, Onun üzərində düşün. Bu, Onu ağır-ağır oxumaq, qayıdıb yenə də təkrar oxumaq, bu Kəlamın sənə nə aidiyyatı olduğu barədə özünə sual vermək deməkdir. Dua sözləri ilə düşün yəni, fikrən Məndən soruş: Rəbb, Sən burada mənə nə göstərmək istəyirsən? Əgər Mənim üçün, Mənim Həqiqətim üçün susadığını görsəm, Gəlişimi ləngitmərəm. Mənim Həqiqətimin Açıqlamaları üçün susa. Bu, İman Kəlamıdır (Rom.10:8).
Rema açıq olmalıdır. Sənin ruhunda nəyin yerləşdiyini sənə göstərməyimı=açmağımı gözlə, bunun üçün susa. Mənim hər bir Rema Kəlamım sadəcə Təlimat deyil, bu, Qüdrətdir, Həyat və Ruhdur. Onda Hikmətin Dərinliyi gizlənir. Lakin Özümün bu Hikmətimi Mən yalnız Həqiqət üçün susayan ürəyə aça bilərəm. Məqsədə doğru can at. Bu düşünmədə səni aparmaq üçün Mən səninləyəm. İstəməyən, susamayan insanda alınmır.
- Rəbb, mən isə fikirləşirdim ki, susayıram. Susayanlar həmişə doyunca içəcəklər.
- Rəbb, Sən mənə daha nə demək istəyirsən? İndi sənin Müqəddəs Ruhda gördüyünü. Sən bir az düşündün və Mən dərhal sənə Mənim Kəlamımı açdım. Sən indi Müqəddəs Ruhda Remanın Açıqlamasını anladın: Tortu dadmaq bu, Çörəyi=Mənim Kəlamımı dadmaqdır. Bu Mənim Kəlamımın sənin daxilində Öz işini icra etməsi üçün Onu yeməkdir. Bunu Mənimlə təcrübədən keçirmək lazımdır. Bu Kəlam səndə Öz Təqdisetmə işini icra etməlidir. Bu səndə Ruhani ilə nəfsanini, Nur ilə qaranlığı bir-birindən ayırmaq üçün İkiağızlı İti Qılıncdır (Yar.1:14).
- Rəbb, bu necə mümkündür? İmanlıya Mənimlə hər şey mümkündür. Əgər Mənə iman etməsən, səndə heç nə alınmayacaq. Yalnız Mənə iman və etibar səni Mənim Həyat Mənbəyimə gətirib çıxaracaq. Bu Mənim sənə demək istədiklərim idi.
- Rəbb, bu mənim üçün hələ sirrdir. Mənim Sirrimi Müqəddəs Ruhla aç. Yalnız susa və iman et.
Rəbb Onun Öz Sirrlərini, Öz Xeyir-dualarını irqindən, dərisinin rəngindən, cinsindən, fiziki yaşından asılı olmayaraq hər bir susayan üçün açır. İsa, Rəbb üçün nə qədər susadığımızı=sevdiyimizi, Onun Məhəbbətinə qarşı cavabımızın qədərini bilmək üçün ürəklərimizə baxır.
- Rəbb, Açıqlama nə deməkdir? Bu axtaran ürəyə Öz Sirrimi açmaqdır. Bu özü barədə tam Azad Edən Həqiqəti bilmək istəyən, bu Həqiqətdən qorxmayan, xəcalət çəkməyən ürəkdir bu susayan ürəkdir. Rəbb Həqiqətdə..., Onun Həqiqətinə görə Onu çağıran bütün insanlara yaxındır (Zəb.144:18, 142:1, Yəh.4:23-24).

Rəbb, sən insana dedin ki, mən onunla ünsiyyətimiz zamanı öz ürəyimin qapısını onun üzünə bağlamışam. Bu nə deməkdir? Sən qulaqlarınla eşidirsən, ürəyinə isə heç nə keçmir. Sən onun sənə nə dediyini eşitmək üçün susamırdın. Qorxu özü haqqında həqiqəti eşitmək üçün susamır. Əgər Həqiqət üçün susasaydın, bu Kəlam səndə Öz işini görərdi. Bu Kəlam sənin ürəyində yazılmalıdır.
- Rəbb, mən bunu başa düşmürəm. Əgər sən başa düşmürsənsə, Mən başa düşürəm. Sənə başa düşmək lazım deyil, sənə Öz Anlayışımı=Açıqlamamı verə bilmək üçün Mənə iman etmək, düşünmək, Məni eşitmək üçün susamaq lazımdır..
- Rəbb, başa düşmürəm, bu Kəlam mənim daxilimə necə nüfuz edə və məndə Sənin İşini icra edə bilər? Sən bu Kəlama diqqət yetirməyə başlamayınca bunu öz əqlinlə başa düşməzsən. Bunları yadında saxla: yalnız Həqiqət üçün susamaq, səy və zəhmət səni Mənim Mənbəyimə gətirib çıxara bilər. Həyatın başqa Yolu yoxdur. Sənə hər şeydə kömək etmək üçün Mən səninləyəm.
- Rəbb, mənə bunu öyrət, xahiş edirəm Sən öyrənəndə Mən səni öyrədirəm Hər şey səndən asılıdır. Mən səni, susayıb öyrəndiyin qədər öyrədə bilərəm. Bu sənə demək istədiklərim idi. İman vasitəsilə Yerixonun divarları=iblisin istehkamları Mənimlə birlikdə ətrafında yeddi gün dolandıqdan sonra dağıldı (İb.11:30, 12:26-29).
- Rəbb, mən nədə yalan danışıram? Sən Mənim Kamil İradəmi icra etməyəndə həmişə yalan danışırsan (İb.10:7-9).
- Rəbb, məhz nədə yalan danışıram? Əgər sən bir şeydə itaətli, başqa şeydə itaətsizsənsə, özün özünə və başqa adama isə itaətli olduğun barədə şəhadət edirsənsə, bu Mənim Həqiqətimə böhtandır. Mən Bir Şey, sən isə insana başqa şey deyirsənsə, bu, Həqiqətə böhtandır. Deməli, sən Mənə iman etmirsən, özün özünə inanırsan. Sən Mənə itaətli olub-olmadığın barədə düşünməlisən və bundan nəticə çıxararaq düzəlməlisən.
    e-mail
hristiana
Site Admin


: 27.04.2008
: 954
:

: 11, 2010 12:01 pm     :

♫ 13. MÜQƏDDƏS RUHA GÖRƏ YERIMƏK ♫


- Rəbb, indi mən kiminlə danışıram? Müqəddəs Üçlüyün Üçüncü Şəxsiyyəti ilə - Müqəddəs Ruhla (2Kor.13:13).
- Sənə necə müraciət edim? Fərqi yoxdur. Sən və Mən, ikimiz Bir olanda bunun heç bir əhəmiyyəti yoxdur.
Ev ünsiyyəti zamanı Rəbb bizi Müqəddəs Ruhda yeriməyin vacibliyi barədə mövzuya apardı. Bu hər bir imanlı üçün mümkündür. Bəlkə Tanrıya bizim, Tanrıya iman edən insanın ardınca getməklə deyil, bilavasitə Rəbbin ardınca getməklə inkişaf etdirilməli imanımız çatmır. İnsanın ardınca yeriməyim məni yoldan çıxarır.
Rəbb mənə açdı ki, Müqəddəs Ruha görə yeriməyim mənim Rəbbə həsr olunmağımın tamlığından asılıdır. Hər dəfə Mən istəyən kimi yox, Sən istəyən kimi olsun - deyərək, Rəbbin Məsləhətini soruşmadan mənə düzgün kimi görünən hərəkəti etmək qərarına gələndə mən Tanrını hər şeydə: özümdə, Onun mənim vasitəmlə zühür etməsində, daxilimdə məhdudlaşdırıram. Əgər biz hamımız Müqəddəs Ruha görə hərəkət etsəydik, nə bizdə, nə də bizim aramızda şeytana yer olardı.
Və Rəbb dedi: Məndən soruşmadan, necə hərəkət etmək barədə özün qərar qəbul edəndə sən özün özünə büt olursan. Sənin yox, Mənim istədiyim bu, həsrolunma məsələsidir. Tam həsrolunma o deməkdir ki, sən öz xeyrin üçün bir damcı da olsun seçim saxlamırsan, Mənim Kamil İradəmi aydın şəkildə eşitməyə və nəyin bahasına olursa, olsun, Onu icra etməyə can atırsan. Yəni, sən Mənim Kamil İradəmi anlayır, lakin Onu icra etmirsənsə, bu Mənə tam həsrolunma demək deyil.
- Rəbb, Sən bu natamam həsrolunmaya aid mənə bir misal göstər. Mən sənə Rema Kəlamı verəndə sən Onu axıra qədər araşdırmırsansa və demək, özün barədə, öz günahın barədə Tam Həqiqəti anlamırsansa, onda, öz günahından azad olmursan və əvvəl-axır doğuş gəlir və sən bu günahın=cismani təbiətin=heyvanın=ilanın ardınca gedərək yolundan çıxırsan. Adəm və Həvva Məni tanıyırdı, lakin günah onların vasitəsi ilə bu dünyaya daxil oldu.
- Rəbb, Rema Kəlamını axıra qədər araşdırmaq nə deməkdir? Bu özün barədə, araşdırdığın şey barədə öz ruhundan tam informasiya əldə etməkdir.
Biz çox vaxt Tanrıya deyil, Tanrıya iman edən insanın, pastorun, xidmətçinin imanına inanırıq, ona görə də Şəxsən Tanrıya iman etməyə gücümüz qalmır. Heç kim iki ağaya qulluq=iman edə bilməz, çünki ya birinə nifrət edəcək, digərini isə sevəcək, ya da birinə bağlı qalacaq, digərinə isə xor baxacaqdır (Mt.6:24). Bu çox güclü bəyanatdır.
İsrail xalqı bilavasitə Rəbbə iman etməkdən imtina edəndə Musaya və onun imanına inanmaq barədə qərar qəbul etdi. Nəticədə, Rəbb Öz xalqına vəd olunmuş torpağa yerdəki Cənnətə keçməyi təklif edəndə, İsrailin Rəbbə iman etməyə gücü çatmadı.
Onun Qadir Tanrı olduğu, Onsuz mənim heç nə edə bilməməyim barədə; hər şeyi Bilən, məni Sevən, mənə İnanan, mənə Ümid Edən Tanrının mənə nə qədər lazım olduğu barədə Açıqlama almaq mənə hava və su kimi vacibdir. Tanrı Şəxsiyyətdir və O həmişə məni sevmək və mənimlə ünsiyyətdə olmaq istəyir. O mənim Dostum olmaq istəyir. Müqəddəs Ruha görə yerimək bu həmişə öz əqlində Tanrıya malik olmaqdır (Rom.1:28).
Rəbb dedi: Sevgililər ayrılmırlar. Əgər Müqəddəs Ruhda yeriməyi öyrənməsən, sən təqdis oluna bilməz, Bəhrə - Müqəddəslik və Məhəbbət gətirə bilməzsən. Sənin təbiətinin dərinliklərini Mən sənə yalnız Müqəddəs Ruhda göstərə bilərəm. İsa heç vaxt cismani təbiətə görə hərəkət etmirdi, çünki daima Müqəddəs Ruhda idi. O daima Öz Ruhunda Atanı görürdü və eşidirdi, Atanın Ona göstərdiyi kimi hərəkət edirdi. Ona görə də günah etmirdi Düz hərəkət edirdi, O Salehdir.

Rəbb dedi: Mən Mütləq Həqiqətəm. Mən Mütləqəm. Mütləq Tanrı bu Tək halda Mənəm. Başqa Beləsi ola bilməz. Və sən Mənim Mütləq Həqiqətin yanında kamilləşirsən. Mənimlə nə qədər yaxınsansa, o qədər də kamilləşirsən. Tanrının Kamilliyi mənə Kamil Tanrıdan gəlir. Və mənim Onunla yaxınlığımın dərəcəsi mənim Onunla ünsiyyətə can atmağımdan və Ona məhəbbətimdən asılıdır. Və Məsihin tam dolğunluğuna daxil olmaq bu, kamilləşmək deməkdir yəni, mən də Onunla birlikdə olmaqla Tanrı məndə Öz Kamilliyinə=Atalığa çatır.
Sənin kamilliyin bu məndə kamilləşməkdir. Kamil Tanrı bu Mənəm səndə. Mənim malik olduğum şeylərə sən də malik ola bilərsən. Sənə Öz Kamilliyimi Mən verirəm. Sən təqdis olunanda sənin qəlbin tədricən Mənim Məhəbbətimlə dolur. Bu, yeni düşüncədir. Qoy Tanrı adamı hər bir Yaxşı İş üçün=Tanrının İşi üçün hazır olsun.
- Rəbb, mən belə anladım ki, bu təqdisolunmanın sonu yoxdur? Xeyr, Mənim qızım, sən tam təqdis olunanda Mən səndən Öz qabım kimi istifadə edəcəyəm. Bu Məsihin dolğunluq ölçüsüdür (Ef.4:13). Sən Müqəddəs Ruhla təqdis olunaraq Tanrıya məqbul, onun istifadəsi üçün münasib qab olacaqsan. Səndə Mənim Həyatımın sonu olmayacaqdır. Bu sənin vasitənlə Mənim xidmətimdir. Mənim xidmətçim olmaq bu Mənim Xilaskarın Müjdəsinin kahinliyini icra etməkdir. Müjdəni Yayan isə Mənəm. İnsanları Özümə, Öz Kəlamımla və Əməlimlə, Əlamətlər və Xariqələr Qüdrəti ilə - yəni, Tanrının Ruhunun Qüdrəti ilə imana cəlb edən=itaət etdirən Mənəm (Rom.15:16-19).

- Rəbb, Müqəddəs Ruhda yeriməyi necə öyrənim? Sən özünü sanki kənardan müşahidə etməyi öyrənməlisən. Sən bunu təcrübədən keçirməlisən: müşahidə etməli, sonra isə öz əməlini, öz fikirlərini araşdırmalısan. Sən öz əməlini, öz fikirlərini araşdıranda özünə sual verməyi və Müqəddəs Ruha qulaq asaraq, yəni, Mənim sənə göstərmək istədiklərimə öz ruhunda qulaq asaraq bu suallara səmimi cavab verməyi öyrən. Beləliklə, sən öz ürəyinin niyyətlərini araşdıracaq, öz günahlarını görəcəksən. Bunun üçün, Müqəddəs Ruhda yeriməkdə Mənim sənə kömək edəcəyimə etibar etməyi öyrənməlisən. Yalnız İman səni xoşbəxt edə bilər. İman isə - səndə Mən Özüməm. Müqəddəs Ruhda yeriməyi öyrənəndə sən yer üzündə ən xoşbəxt insan olacaqsan, çünki təqdisolunma vasitəsilə sən Mənim Məhəbbətimi dərk edəcək və tədricən Mənə vurulacaqsan.
Rəbb dedi: Mənə sadiq və ağıllı qul kimdir. Əgər xırda işdə sadiq oldunsa, səni bir çox böyük işlər üzərinə qoyacağam. Mən sənə bir çox Böyük işlər etibar edəcəyəm yəni, sənə daha çox etibar edəcəyəm, yəni, Özümü daha çox etibar edə biləcəyəm. Onun bu Rema Kəlamına Açıqlama axtaranda Rəbb mənim ruhumda izah etdi.
Rəbb hər birimizə bir talant, manat verir, lakin baxır, kim buna nə əldə edir. Bir neçə şəhəri ya bütün Padşahlığı=Padşahın Özünü? On şəhər bu qanuna görə ondabirdir, bu Rəbbdən olan ondabir hissədir. Bu sənin Məndə ilkindir və Mənim səndə İlkimdir. Mənim yarıya qədər yanmış odun parçası kimi elə bunda qala bilərəm yəni, sona Rəbbə məhəbbətin tam dolğunluğuna çatmayıb ilkin vəziyyətimdə dayanıb qala bilərəm.
Mənim şəhərə deyil, Rəbbin Özünə malik olmağım üçün dua edəndə Rəbb dedi: - Mən sənin bu sözlərini gözləyirdim=bu sözlər üçün susayırdım. Ondabirlər bu, Tanrının Lütfünü dərk etməyin yalnız başlanğıcı=ilkinidir. Tanrı Öz Gəlininə bütün Özünü, Padşahlığını vermək üçün susayır!
Rəbb dedi: - Ağanın Sevincinə şərik ol (Mt.25:21). Sevinc bu, Bəhrədir (Rom.15:13, 1Sal.5:16-19). Mənim Sevincimə şərik olmaq bu Mənim Kamil İradəmi icra etməkdir. Mənim İradəmi icra etmək bu Mənə qulaq asmaqdır. Bu, İbrahim etdiyi kimi - getməkdir (Yar.12:1,4).
- Rəbb, hara getdiyimi bilmirəm. Sənə bilmək heç lazım da deyil. Addım-addım səni Mən aparacağam, yalnız qorxma, lakin Mənə güvən. Mənim Lütfüm bu Mənəm səndə. Sənin hissənə düşən isə Mənə iman etmək və Müqəddəs Ruhla dolmaqdır. Daha sonra Rəbb mənim ruhumda açdı ki, Onun Kəlamını Onun Özü kimi icra etmək mümkün deyil. Kəlamı yalnız Rəbb Özü mənim vasitəmlə dəqiqliklə icra edə bilər. Əgər mən nəyi isə özüm Tanrısız icra etmək istəsəm, onda mükafatı öz adıma çıxacağam. Lakin əgər Onun bunu mənim vasitəmlə etdiyini görsəm, mən Onun sevinci ilə və Tanrıya minnətdarlıq hissi ilə dolaram.
Mənim Kəlamımı icra etmək deyil, lakin Müqəddəs Ruhla=Kəlamla dolmaq lazımdır, qanunun və Lütfün=Həyatın arasındakı fərq bundadır. Müqəddəs Ruhda olmaq bu Məshdir, bu, Müqəddəs Ruhun İşidir (1Yəh.2:20). Həyatdan zövq almaq bu, Müqəddəs Ruhda üzməkdir, qanun vasitəsilə isə sən Məni öz çaldığına oynatmaq istəyirsən. Bu özü özünü saleh saymaqdır, günahdır. Özündən salehlik əvvəlcə işini görür, sonra isə Müqəddəs Yazıda cismani təbiətin gördüyü işlərə təsdiq və bəraət axtarır yəni, Müqəddəs Yazıda öz qanununu axtarır. Salehlik isə Tanrını+Müqəddəs Yazını axtarır. Marta ilə Məryəmin arasındakı fərqi anla.

Rəbb yuxu verdi: mən pilləkənlə qalxıram. Hansısa anda irəli hərəkət edə bilmirəm, çünki qəfildən ayaqlarım ağrımağa başlayır. Sanki ayaqlarım yerə bənd edilib. Və mən Rəbbin səsini eşidirəm: Bu məsələni Rəbblə araşdır yəni, Rəbbin ardınca get. Mən əsəbi halda cavab verirəm: Axı mənim ayaqlarım ağrıyır. Və Rəbb yuxunu izah edir: əgər mən Müqəddəs Ruhun Rəhbərliyi olmadan cismani təbiətə görə hərəkət edirəmsə, ayaqlarım ağrıyır, irəli getmək mümkün olmur. Ayaqla yerimək bu mənim dilimlə danışdıqlarımdır, mənim dilim isə ürəyimlə bağlıdır. Mənim ayaqlarımı=mənim əqlimi buxovlayan isə elə mənim həyati təkəbbürümdür (1Yəh.2:16-17).
Rəbb dedi: Sən Mənim Güclü Əlimin himayəsi altında alçalmalı və möcüzə gözləməlisən. Əgər cismani təbiətə görə hərəkət edirsənsə, yəni; Mənim nəyi, nə vaxt, harada, necə etməyimdə Mənə öz şərtlərini=çərçivələrini qoyursansa, sən irəli gedə bilmirsən. Ona görə də, yuxuda sən dayandın, çünki Mən sənin rəhbərliyinlə sənin ardınca gedə bilmərəm. Bu mümkün deyil. Cismani təbiətə görə Müqəddəs Ruhun Rəhbərliyi ilə getmək mümkün deyil. Cismani təbiət həmişə Müqəddəs Ruha müqavimət göstərir. Sən zəif olanda Mən Güclüyəm. Sən özünün bütün əmlakını=düşüncəni bir kənara atmalı və Müqəddəs Ruhun Rəhbərliyinin ardınca getməlisən. Sənin yox, Mənim İradəmin olması üçün səni Müqəddəs Ruhda Mənim aparacağıma etibar etməyi öyrən. Səndən istədiyim kimi istifadə edəcəyimə etibar etməyi öyrən. Cismani təbiətin əməyi səmərəsizdir, lakin sənin vasitənlə Mənim icra etdiyim Əmək səmərəsiz deyil. Problem ondadır ki, sən Mənə etibar etmirsən. Bu sənə Müqəddəs Ruhda irəli getməyə imkan verməyən dağdır=istehkamdır. Sən Mənə etibar etməyi öyrənirsən və o dəqiqə də öz şübhələrinlə hər şeyin üstündən xətt çəkirsən. Mənə etibar edəndə sən düzgün olmayan hərəkət edə bilmirsən, əks halda sən Mənə etibar etmirsən.
- Rəbb, deməli, sənə etibar edərək mən hər şeyi düzgün edirəm? Sən yox, sənin vasitənlə hər şeyi Mən düzgün edirəm.
Rəbbdən mənim necə edəcəyimi=Onun etdiklərini necə təkrar edəcəyimi soruşanda Rəbb ruhumda mənə şagirdi rəqs hərəkətlərinə öyrədən Müəllimi göstərdi. Rəbb mənə başa saldı ki, şagird öz Müəlliminin hərəkətlərini dəqiqliklə, kamil şəkildə təkrar edə bilməz. Mənim Ruhda yeriməyim üçün Rəbbin daha Kamil Planı var. Bu Onun - Onun Ruhu, Onun Fikirləri, Dərrakəsi və Qüdrəti ilə mənim vasitəmlə Yeriməyidir.
Mən anlamadım və Rəbb mənə yerdə düşüb qalmış əlcəyi göstərdi. Tanrınn Əli bu əlcəyə girəndə, əlcək Rəbbin Əlinin, Tanrınn Ruhunun bütün hərəkətlərini dəqiqliklə təkrar edirdi. Rəbb ilə birləşən isə Rəbb ilə bir ruhdur (1Kor.6:17).
- Rəbb, nə üçün bəzən mən bunu Sənin etdiyinə inandığım halda məmnunluq hissi duymuram? İman hisslərə arxayın olmur. Hər bir yerdə Müqəddəs Ruhda hərəkət etməyi öyrən. Hər bir yerdə Mənə səcdə et. Sən isə özünə yer seçirsən. Rəbbindir yer üzü və orada mövcud olanlar (Zəb.24:1). Əgər Rəbbə günün hansısa bir vaxtında, balaca bir xalçanın üzərində hansısa bir yer ayırıramsa, mən özüm özümə tanrı oluram. Bu o deməkdir ki, mən şüuraltı öz cismani təbiətimə=şeytana yer və vaxt verirəm.
Öz qeyri-kamil düşüncəm, mənim adət və ənənə anlayışım üzündən mən yalnız müəyyən olunmuş hansısa bir yerdə: evdə, xalçanın üstündə, mənim təyin etdiyim şəraitdə... səcdə etmək istəyirəmsə, mən Tanrını çərçivəyə salıram. Lakin Rəbb istəyir ki, mən xarici mühitdən və günün vaxtından asılı olmayaraq, Ona hər bir yerdə Müqəddəs Ruhda və Həqiqətdə səcdə etməyi və Onu gözləməyi öyrənim (Yəh.4:20-21,23).

Rəbb insanın gecə yaşantılarını xatırlatdı: Mən yatan zaman şeytan gəldi. Yuxuda məni vahimə bürüdü. Kəlamla şeytana qarşı duraraq onu rədd etməyim üçün Rəbb məni yuxudan oyatmalı oldu. Şeytan Misirdə olduğu kimi, mənim yatağımı bürüyən sıx, qatı zülmət timsalında gəldi (Çıx.10:21-22).
Mən: İsa Məsih İsmiylə şeytan məndən uzaq ol deyəndə, heç nə dəyişmədi. Onda, mən dedim: Mən İsa Məsihə məxsusam, çıx buradan İsa Məsih İsmiylə. Yenə də heç nə dəyişmədi. Şeytan mənim sözlərimə məhəl qoymur. Fikrən ruhda mən, kömək üçün Rəbbə müraciət etdim və Rəbb ayə verdi: Rəbbindir yer üzü və orada mövcud olanlar, dünya və orada yaşayanlar (Zəb.24:1). Yalnız bu Kəlamdan sonra şeytan=zülmət asta-asta otağı tərk etdi. Şeytan, Rəbbin Özünün mənə verdiyi Kəlama təslim oldu. Və mən dərhal yatdım.
Səhər mən, şeytanın təslim olmalı olduğu Kəlamın nə kimi Kəlam olduğu üzərində düşünürdüm. Mən bu Kəlamı başa düşmədim, şeytan isə Rəbbin nə söylədiyini başa düşdü. Rəbb bu Kəlamı mənə də izah etdi. Tanrı şeytana anlatdı ki, mən və mənim bütün ev əhlim Rəbbə məxsusdur=mənim tərəfimdən Rəbbə həsr olunub, ona görə də onun bu evdə olmağa ixtiyarı yoxdur, çünki mən evimin üzərində Ağa olaraq Rəbb İsa Məsihi seçmişəm. Və Rəbb mənə Çıx.19:4-6-cı ayələri açdı. Burada başqa Açıqlama da yer alıb: insanın sözü qüdrətə malik deyil, Rəbbin konkret bir vəziyyət üçün verdiyi Kəlam Qüdrətlidir. Başqa bir vəziyyət üçün Tanrı başqa bir Kəlam verə bilər və şeytan bu Canlı Kəlam qarşısında yenə də dayana bilməyəcək.
Rəbb hər bir yerdə həlimlərə Lütf verir. Sən hər bir yerdə Mənim Kəlamım üzərində düşünəndə və Onu araşdıranda sən artıq Onu öz ruhunda icra edirsən və Mənim Kəlamım səndə Mənim təqdisetmə işimi icra edir. Mənim Kəlamımla sənin əqlin=ruhun dəyişilir=yenilənir. Sən tədricən Mənim kimi yaşamağa və düşünməyə başlayırsan. Sən Mənim Düşüncə Tərzimi, Mənim Əməllərimin Surətini Xasiyyətimi, Mənim Həyatımı qəbul edirsən (2Kor.3:18). Səni aparmaq üçün bu, səndə mən Özüməm. Biz birləşib Bir oluruq, Mən səndə və sən Məndə, Mən isə Atada.
İşə hazırlaşarkən Müqəddəs Ruhda dua edirdim. Müqəddəs Ruhda necə irəlilədiyim barədə məndə Rəbbdən soruşmaq arzusu yarandı, lakin yenidən bu sözləri eşitmək də istəmirdim: Asta, çox asta. Və Rəbb dedi: - Doğrudanmı Yaxşı Həqiqəti Tanrıdan qəbul edəcəksən, Acı Həqiqəti=İfşanı isə Tanrıdan qəbul etməyəcəksən. Mənim hər Tərbiyəm=Həqiqətim indiki zamanda sevinc deyil, kədər gətirən bir şey kimi görünür, amma öyrətdiklərimdən sonra Tanrı Salehliyinin dinclik səmərəsini gətirirsən (İb.12:11, Yəh.16:21).
Mənim Kəlamımı Yazıya görə dəqiqliklə araşdır. Tanrının Kəlamında bu Həqiqəti təsdiq edən yerləri tap. Acı Həqiqətin Yaxşı Həqiqətə çevrilməsi üçün sənə tövbə etmək lazımdır. Və artıq Bu Yaxşı Həqiqətin gerçəyə çevrilməsi üçün sənə səbr, Mənim İmanım, Ümidim və Məhəbbətim lazımdır.
Tərbiyə - bu, seçim hüququdur. Mən Məhəbbətlə tənbeh edirəm və sənə hər Həqiqətə yol göstərirəm. Mən Məhəbbətlə sınayıram. Mənim ardımca getmək barədə öz qəti seçimini edən, Məni seçən Mənim Rahatlığımdadır. Rəbb açdı ki, Onun Tərbiyəsi bu mənim günahıma, mənim səhvlərimə işarədir, bu Onun İfşasıdır, Onun Ədalətidir, Onun Qılıncıdır. Tərbiyə bu məni mənim ölümümdən, canımızın məhvedicisindən qorumaq üçün Onun Ürəyinin Çağırışıdır. Əgər Tanrının məni danladığını fikirləşirəmsə, mən yanılıram, əslində isə, O öyrədir, məni pislikdən qorumaq üçün xəbərdar edir. İfşadan qorxmaq bu, Həqiqətdən, bizi Təqdis edən Alovdan, Onun Təlimindən qorxmaqdır. Həqiqət Kəlamı bəzən bizi çox bərk döyür, lakin Onun Həqiqətinin yaraları ilə biz şəfa tapırıq günahdan azad oluruq.
Kim çarmıxda, Mənim tikanlı Çələngimin altında olmasa, o Mənim İzzət=Qələbə Çələngimin altında olmayacaq. Çünki Rəbb kimi sevirsə, ona tərbiyə verir, ona Həqiqəti verir, öyrədir, göstərir, aparır, xəbərdarlıq edir. Onun Tərbiyəsini, Həqiqətini, Öyüdünü, Kəlamını qəbul edən hər oğulu (əgər mən Onun oğluyamsa) döyür. Əgər mən dözürəmsə, Onun Tərbiyəsini yəni, Həqiqəti, İfşanı qəbul edirəmsə, onda Tanrı mənimlə, çarmıxda dözüm göstərən (İb.12:2) Nur oğlu kimi rəftar edir (İb.12:6-7, Huşə.6:5-6, Əyy.5:17-18). Əgər belə deyilsə, onda mən Nur oğlu deyil, qanunsuz övladam (İb.12:7-8). Sənin qəlbin səbrlə xilas olunur (Lk.21:19)!
- Rəbb, nə üçün Sən Özün haqqında belə anlaşılmaz tərzdə yazmısan? Nə üçün Sən Özün Özünü Rəhimsiz kimi qələmə verirsən? Bu ona görədir ki, məsihçilərin əsas kütləsi Mənim onlara olan Məhəbbətimi dərk etməmişlər və onlar Məni Rəhmsiz hesab edirlər. Mənim Öyüdlərim, İfşalarım, Təlimlərim yəni, Mənim Məhəbbətim onlara rəhmsiz görünür. Mənim Həqiqətimi onlar Şirin deyil, Acı və Əzablı sayırlar.
İsrail Tanrını sevmirdi, ona görə də Tanrının söylədiklərinə dözmürdü. İsrail Tanrının ardınca getməmək barədə öz seçimini etdi. İsrail xahiş etdi ki, Mənim KƏLAMIM daha onlara aid edilməsin (İb.12:20. Yer.31:6).
Rəbb mənim Ona nə üçün tam etibar etmədiyimi göstərdi. Adəmin vaxtından mənim ürəyimin dərinliyində Tanrını pis və rəhmsiz hesab edən yalan yaşayır. Ona görə də mənim həyatıma pislik girəndə mən, pisliklə heç bir ortaqlığı olmayan Rəbbi=Xilaskarı ittiham etməyə tələsirəm (Rom.15:3). Mən ümidsizliklə Rəbbin İsmini boş yerə dilimə gətirirəm və öz Yaxınıma=Tanrıya qarşı yalan şahidlik edərək Xilaskarı pisliyin iştirakçısına çevirirəm (Çıx.20:7,16, Yəh.15:25).
- Rəbb, nə üçün Sən yazmısan ki, ən yaxşı çağımız belə, zəhmətlə, kədərlə=xəstəliklə keçir (Zəb.90:10)? Bu, sənin Müqəddəs Kəlam üzərində düşünərkən çəkdiyin zəhmət və səydir. Bu zəhmətin və səyin vasitəsilə Müqəddəs Ruh sənə günahlarını açır və səni tövbəyə aparır, bu isə sənin günahlardan təmizlənməmiş qəlbinin kədəridir=xəstəliyidir. Ən yaxşı çağlar isə - bu səndə Mənim Müqəddəs Ruhumun xidmətidir Xəstənin şəfa tapması üçün xəstəyə özünün xəstə olduğunu etiraf etmək lazımdır (Mt.9:12). Özünü Mənim Həqiqətimin Nurunda görmək lazımdır. Həqiqət bu sənin cismani təbiətinin öləcəyi sənin çarmıxındır (Yəh.8:31-32, 2Kor.4:17, Rom.8:18).
- Rəbb, bu xəstəliklərdən necə tez şəfa tapmaq olar? Öz ayaqlarınla yeriməyi öyrən: Kəlamda, iqrarda günah etmə; imansızlıq ifadə dən sözlər işlətmə. Öz dilinə nəzarət et. Mən sənə bunu öyrədərəm. Yalnız hər şeydə Mənə itaətli ol. Mən səni öyrədəcəyəm və Öz Yüksəkliklərimə aparacağam.
- Rəbb, ev ibadətlərində mənim insanlarla münasibətlərim necədir? Səndə başqa insan haqqında belə bir yanlış fikir yaranıb ki, guya o sənin əleyhinədir. Sən onun ifşalarından qorxursan. Sən bu qorxunu adllayıb keçməlisən və hamı ilə birlikdə irəliyə doğru hərəkət etməlisən. Müqəddəs Ruhda olan insan öz danışıq tonunun üzərində hakimiyyətə malik deyil. Bu hakimiyyəti ona Mən verirəm, ona görə də o Mənim istədiyimi edir. Elə müəllimlər var ki, bu Ənamı onlara Mən verirəm. Əgər sən onların ifşasından qorxsan, sən Mənim Kamil İradəmi icra edə bilməzsən. Sənin üçün və sizin hər üçünüz üçün hazırladığım xidmət özünü Mənə tamamilə həsr etməyi tələb edir. Sən bu qorxunu Müqəddəs Ruhda aydınlaşdırmalısan. Bu insanla münasibətlərində sənin niyyətlərin natəmizdir. Sən hər bir ifşanı hər bir insandan qəbul etməyi öyrənməlisən. Bununla sən Mənim Hüzurumdan zövq almağı öyrənəcəksən.
- Rəbb, nəyi nəzərdə tutursan? Kimsə, o cümlədən də, Mən səni ifşa edəndə sən buna qeyri-adekvat reaksiya verirsən yəni, sən bu ifşaları qəbul etmirsən. Sən daima özünü mühakimə edəndə - özünə kənardan baxanda sənin bu qeyri-düzgün reaksiyan nə baş verdiyi barədə səni düşünməyə məcbur etməlidir. İfşaları qəbul etməyi və öz reaksiyan üzərində düşünməyi öyrənəndə Mən sənin günahının dərinliyini göstərə bilərəm.
Ev ibadətində öz əməlin üzərində düşünməyi öyrənməlisən. Bunun vasitəsilə Mən ürəyinin niyyətlərini sənə göstərəcəyəm. Ünsiyyətiniz zamanı səninlə baş verənləri araşdırmağı təxirə salma. Bununla sən Müqəddəs Ruhda yeriməyi öyrənəcəksən.Bu təcrübəni öyrənmək lazımdır. Əgər sən daima öz problemlərin, fikirlərin, əməllərin üzərində düşünsən, onda, Müqəddəs Ruhda yeriməyi çox tez öyrənəcəksən. Əhəmiyyətsiz bir şeydən Qiymətli Xəzinə çıxarmağı öyrən (Yer.15:19). Müqəddəs Ruhda yerimək bu Mənim Hüzurumdan zövq almaqdır.
- Rəbb, bəlkə bu insanda mənə qarşı nəsə var? O Mənim seçilmiş qabımdır və o öz danışıq tonuna hakim deyil. Bu tonu ona Mən verirəm. Bu ifşanın nəticəsində səndə oyanış əmələ gəlir və sən Həqiqəti axtarmağa başlayırsan. Sizə qarşı onun heç bir fikri yoxdur. O Mənim Kamil İradəmi icra edir.
- Rəbb, bəs Sən üçüncü insan barədə mənə nə demək istəyirsən? O Mənim Kamil İradəmi dərk etməyə can atmır. Mənim Özümün ona nə deyəcəyimi gözləyir. Lakin o Məni axtarmasa, Mən ona heç nə aça bilmərəm.
- Rəbb, bəs mənim haqqımda nə deyə bilərsən? Sənin ürəyində barışmazlıq var. Sən Məni=Tanrını bağışlamamısan. Səndə, həmçinin, səni Müqəddəs Ruha görə ifşa edən insana qarşı gizli saxladığın inciklik var. O səni ifşa etdiyinə görə sən inciyirsən. Lakin o səni cismani təbiətə görə ifşa etmir, onun vasitəsilə Mən danışıram, deməli, sən Məndən inciyirsən. Ondan incidiyinə və onu bağışlamadığına görə ondan üzr istəməlisən.
Lakin sən yavaş-yavaş Mənə bağlanmağa başlayırsan. Həmişə Mənim Kamil İradəmdə olmağı öyrən. Bu itaət deməkdir. Mən istəyirəm ki, sən İmanda, Kəlamda və Müqəddəs Ruhda irəliləməkdə davam edəsən. İmanda yəni, Mənə itaətdə. Kəlamda bu, hər gün üçün Mənim Kəlamımı axtarmaq, özünü Onunla inkişaf etdirmək=dolmaq, öz Ruhani insanını inşa etməkdir. Müqəddəs Ruhda irəliləmək bu, Müqəddəs Ruhla dolmağı öyrənmək, Müqəddəs Ruhun Rəhbərliyinə öyrənməkdir. Öz bütlərindən qop. Bütlərdən azadlığı Məndə axtar. Mənə bağlan bu, hər gün üçün Mənə yəni, Mənim Rəhbərliyimə, Mənim Lütfümə güvənərək Mənim Kamil İradəmi axtarmaq və Onu icra etməkdir (1Pt.1:13).
Mənim böyük bacım məni öz ad gününə restorana dəvət etdi. Mən buna Tanrının İradəsini axtardım. Və Rəbb dedi: - Zəng et, de ki, sən restorana gəlməyəcəksən, sənin Tanrı ilə işin var.
Mənim sınağım=əzabım zəng edib Tanrının dediyini SözbəSöz ona çatdırmaqdan ibarət idi, mən isə öz doğma bacımın məndən inciməyini istəmirdim.
Rəbb dedi: - Sən də gətirməyəndən sonra onu Mənin yanıma kim gətirəcək. Onun Sözünü dəyişmək üçün mən Rəbblə mübahisəyə girişdim ki, bir təhər də olsa, öz rədd cavabıma görə bacımın qarşısında bəraət qazanım. Lakin eyni zamanda, Tanrıdan utandığımı özüm özümə etiraf edə bilmirdim.
Rəbb dedi: Bu vəfasız və günahkar nəsil içində kim Məndən və Mənim Sözlərimdən utanarsa, Mən də o şəxsdən utanacağam (Mk.8:38). Əgər sən bəraət qazanmağa çalışırsansa, bu sənin və onun üçün Mənim Ən Yaxşısını hazırladığım barədə Mənə edilən etibarsızlıqdır. Mən sənə nə deməyi və nə etməyi deyərkən, əgər sən məhz Mənim tapşırdıqlarımı edirsənsə, onda Mən sənin də, onun da problemini həll edirəm, yəni, Mən səni və onu Öz yanıma gətirirəm.
Sənin problemin ondadır ki, Mənim Sözlərimi Mən sənə dediyim kimi ona deməyə çətinlik çəkirsən. Onun problemi ondadır ki, o Məni tanımır. Əgər sən Mənə itaətlisənsə, Mən həm sənin, həm də onun problemini həll edirəm. Əgər sən heç bir şey əlavə etmədən və heç nə əksiltmədən Mənim sənə dediyimi bacına necə varsa deyirsənsə, onda, Bu Kəlam=Tanrı səndə və onda Mənim İşimi icra edir. Bacında: - sənin itaətliliyin Mənim İşimi icra edir və Mən onu xilasa Öz yanıma gətirirəm. Səndə: - sən Mənə itaətli olmağı öyrənirsən. Lakin əgər sən Mənim Sözümə nəsə əlavə edir ya da nəsə əksildirsənsə, bu artıq Mənə itaətsizlik=imansızlıqdır. İman olmadan isə Mənə məqbul olmaq mümkün deyil. Hər halda mənim rədd cavabıma bacımın reaksiyası məni narahat edirdi. Mən Tanrını fikrindən daşındırmağa çalışırdım.
- Rəbb, bəs əgər o sual verməyə başlasa onda necə olsun? Əgər o sənə sual versə, iman et ki, suallara cavab verməkdə səni Mən aparacağam. Mən zəng etdim, lakin özümə bəraət qazandırmaqdan özümü saxlaya bilməyərək özümdən bu sözləri əlavə etdim: İncimə, belə lazımdır. Və birdən günah etdiyimi başa düşdüm və dərhal tövbə etdim.
- Rəbb dedi: Sən daha çox Məndən deyil, insandan qorxdun (Mt.6:24). Sən Mənim qarşımda ehtiram etmədin. Rəbb qorxusu isə - bu, pisliyə nifrət etməkdir (Məs.8:13). Qorxunun bütün başqa növləri Məndən deyil. İnsana qorxudan azadolma, insana deyil, Tanrıya məqbul olanda gəlir. Hikmət ondadır ki, yalnız Mənim Kəlamım səndə Mənim İstəyimi və Mənim Fəallığımı icra edir (Fil.2:12-13). Yalnız Mənim Kəlamım ikitərəfli problemi həll edə bilər. Sən itaətli olanda və yalnız Mənim dediyim Sözü deyəndə sənin reaksiyan və hərəkətlərin düzgün olacaq. Sən insandan qorxmayacaqsan və Mənə lazım olan sualları verəcəksən. Yəni, düzgün reaksiya və Mənə lazım olan sualları vermək arzusunu sənə Mən verirəm. Mənim Kəlamım qarşısında ehtiram elə budur. Məsh Edən həmişə Tanrının Qaydalarını və Vaxtını bilir (Vaiz.8:5-7). Məhs Edən Mənəm, nəyi və nə vaxt deməyi Mən bilirəm.
- Rəbb, sən mənim bütün həyatımı çevirirsən! Mən hər şeyi Mənim Yerlərimə qoyuram. İrəli tez get. Geriyə baxma yəni, səhvləri təkrar etmə. Arı şanından da və baldan da şirin Mənim Rahatlığımdır. Mənim Rahatlığımda zövq var. Öz Anlayışımı vermək üçün Mən sənin anlayışının üzərindən xətt çəkirəm. Səndə yaşayan Müqəddəs Ruh həsəd ediləcək dərəcədə sevir. Müqəddəs Ruhda ünsiyyət vasitəsilə Mənim Məhəbbətimə can atın. Sənin məhəbbət vaxtın bu sənin təlim vaxtındır. Öz vaxtını boş yerə sərf etmə. Mənimlə görüş üçün susa!
Rəbb yuxu verdi. Mən və başqa imanlılar kiçik bir zala girdik. Tanrıya səcdə etmək hərəkətlərini bizə öyrətmək istəyən məşqçi bizimlə idi. Məşqçi mənə özümü bu sahədə sınamağı təklif etdi. İlahilər çalınırdı və mən bu musiqinin sözlərini rəqs hərəkətləri ilə təsvir edərək rəqs edirdim. Mən rəqs edərkən Müqəddəs Ruh məndə danışaraq rəqsi hansı hərəkətlərlə davam etdirəcəyimi: qalxıb oturmağı, əllərimi qaldırıb qaldırmayacağımı deyirdi. Bu, sanki hər şey real həyatda baş verirmiş kimi Müqəddəs Ruhun köməyi ilə Tanrıya səcdə etmək barədə bir yuxu idi . Mən Rəbbə təmiz qəlblə səcdə edirdim. Müqəddəs Ruh mənim hər addımımı və hərəkətimi idarə edirdi və mən Onun Sözlərini, Onun Rəhbərlik Sözlərini aydın eşidirdim.
Müqəddəs Ruhda rəqs edərkən mən Tanrıdan məşqçinin məni müşahidə etdiyi və mənim barəmdə nəticə çıxardığı barədə biliyə malik idim. Mən Müqəddəs Ruhun deyil, məşqçinin düşündüyünü və istədiyini etməyim üçün məşqçi tərəfindən nəzarət zəncirinin mənim hərəkətlərimə rəhbərlik etməyə cəhd göstərdiyini hiss edirdim. Mən Müqəddəs Ruha görə əllərimi göylərə qaldıranda, ona elə gəlirdi ki, bu hərəkətlər musiqinin sözlərinə uyğun gəlmir və o başqa hərəkətlər görmək istəyirdi. Məşqçi bu barədə mənə heç nə demirdi, lakin bu barədə mənə Müqəddəs Ruh bilik verirdi. Məşqçi mənə nəzarəti davam etdirəndə Müqəddəs Ruh məni elə çevirdi ki, arxam hamıya tərəf, üzüm isə Ona tərəf düşsün ki, mən heç kimə baxmadan öz nəzərlərimi insana deyil, Rəbbə dikərək Tanrıya səcdə etməyi davam etdirim.
Mən belə nəticə çıxartdım ki, hər hansı bir vəziyyətdə Rəbbə baxmaq və Onun Rəhbərliyinə tabe olmaq lazımdır. Bir tərəfdə insan, o biri tərəfdə Rəbb dayanıb. Kimə üzümüzü, kimə arxamızı çevirmək seçimini biz etməliyik. Əgər Rəbbə baxırıqsa və Ona qulaq asırıqsa, onda, biz Müqəddəs Ruhda və Həqiqətdə səcdə edənlərik. Rəbbə səcdə etmək bu öz cismani təbiətini çarmıxa çəkməkdir.
- Rəbb, nə üçün mən Səninlə yalnız sual və cavabla ünsiyyətdə ola bilirəm? Mən nə üçün Səninlə, başqa insanın etdiyi kimi, Müqəddəs Ruhda ünsiyyətə girə bilmirəm? Buna səy göstərmirsən, istəmirsən, can atmırsan. Tanrının Səltənətinə hər kəs səylə daxil olur və səy göstərən öz ürəyində Mənə malik olur. Müqəddəs Ruhda ünsiyyətdə olmağı öyrənmək lazımdır. Düşünməyi öyrən və buna bütün ürəyinlə yanaş.
Özün özünlə ünsiyyətdə olmamalısan, bunun vasitəsilə şeytan sənə yol tapır, Mənimlə düşünməlisən. Bu, Müqəddəs Ruh vasitəsilə özünün tam təqdisin üçün=Mənə, öz Hökmdarına=Ağana=Atana malik olmağın üçün öz ruhuna diqqət yetirməyindir. Sənin Yenidən Doğulmuş ruhun bu Mənim Mənbəyimdir yəni, sənin ruhunda Mənim Mənbəyim yerləşir. Mən, sənin mənimlə yekdil olmağını istəyirəm. Tam həsrolunma bu, günaha nifrət etmək, ondan imtina etməkdir. Əgər sən Mənim oğlumsansa, Mənim Oğlum kimi hərəkət et.
- Rəbb, mən özümü Sənə həsr etmədən mənim üçün Sənin təqdisin mümkündürmü, axı, təqdis etmə (osvyaşeniye) həsr etmə (posvyaşeniye) sözünün içindədir? Mənim qızım, həsr etmə olmadan təqdis mümkün deyil, axı səni yalnız Mən Təqdis edə bilərəm. Təqdis Mənə tam itaət etdikdə mümkündür. Bu Mənə tam həsr olunmadır. Mənə bağlanmaq bu, Yanar Oxdan ikiəlli yapışmaqdır, bu həsrolunmadır. O sənin cismani təbiətini külə çevirəcək. Sən öz ruhunda bundan qorxursan. Heç kimə, heç nəyə baxmadan Mənim Məhəbbətimdən ikiəlli yapış (Nəğ.8:6). Sənin cismani təbiətin Mənə məhəbbətdən yananda o, külə, torpağa çevriləcək. Bu, kül və torpaq içində tövbədir (Əyy.42:6). Bu küldən Yeni, Mənimlə vəhdət təşkil edən ürək doğulur. Məhəbbət bu, Müqəddəs Ruhun Alovudur. Mənə Məhəbbətdə can at. Yalnız Tək Məni və Sevgilini eşitmək üçün susa. Tanrının Ənamı kimi də Məhəbbət var, lakin əgər O, Mənə qarşı sənin Məhəbbət Bəhrənə çevrilmirsə, onda Mən sənin üçün bir Heçəm (Fil.1:8-11, Kol.3:14). Müqəddəs Ruhda olmaq və Müqəddəs Ruha görə yerimək bu, Tanrını və başqalarını sevməkdir.
İman özünü Tanrıya həsr edir. Həsretmə - bu həmişə Tanrını seçməkdir. Tanrıya iman bu mənim üçün nəyin yaxşı olduğunu Tanrının məndən yaxşı bildiyini bilməkdir. Mən çox hallarda hətta özüm üçün Ən Yaxşısını istəmirəm yəni, Tanrının Öz Hikmətində etməyimi istədiyini məhz o şeyi etmək istəmirəm. Cismani təbiət həmişə İmana qarşıdır. İman mənim ənənəvi cismani təbiətimin istəmədiyini edir. İman mənim cismani təbiətimi çarmıxa aparır.

Rəbb yuxu verdi. Mən otaqda oturmuşam və mənim yanımda bir neçə adam var. Bizə qısa müddət ərzində şəkil çəkməyi tapşırırlar. Mən dərk edirəm ki, heç vaxt şəkil çəkməmişəm və iki güldan və üzüm salxımı çəkmək üçün vaxtı çatdırmayacağam. Mən qərara alıram ki, bütün şəkli başdansovma çəkməkdənsə, bütün standartlara və qaydalara uyğun şəkildə güldanın birini çəkim. Bütün bu biliklər, sən demə, mənim ruhumda yerləşibmiş. Şəkli çəkə-çəkə fikir verib gördüm ki, başqaları vaxtı çatdırmayaraq şəkli düz çəkmirlər. Onlar keyfiyyətsiz də olsa, şəkli təki çəkmək xətrinə çəkirdilər. Və onda ağlıma bir fikir gəldi: vaxtı çatdırmaq üçün mən də onlar kimi hərəkət edim. Mən seçim qarşısında qaldım. Lakin başa düşdüm ki, Tanrının müəyyən etdiyi Qaydalar olmadan yaxşı şəkil alınmayacaq. Mən qərara gəldim ki, başqalarına baxmayım, onlar kimi hərəkət etməyim, hətta əgər bütün şəkli çəkməyə vaxt çatdırmasam da, keyfiyyətli çəkim.
Mən bir-birinə perpendikulyar iki Düz Xətt: güldanın hər iki tərəfini bir-bir ilə tutşdurmaq üçün Oturacaq və Ox çəkdim. Güldanın hər iki tərəfini bu Düz Xətlə=Rəbbin Şaqulu ilə tutuşduraraq şəkli ideal surətdə çəkmək olar. Başqaları isə tələsdikləri üçün belə etmədilər, çünki buna çox vaxt tələb olunurdu. Düz Xətt bu, İsa Məihdir və Oturacaq da İsa Məsihdir. O, irəli getmək üçün bizim əsaslandığımız Meyar=Həqiqətdır. O bizim Tanrı Şaqulumuzdur. Bu yuxuda mən, məni əhatə edənlərə baxmamağı, başqalarının etdiyi kimi deyil, Rəbbin istədiyi kimi hərəkət etməyi seçdim.
Rəbb Onun Şaqulunun mənasını izah etdi. İsa Məsih Müqəddəs Ruhun Öz Binasını=Cəmiyyətini tənləşdirdiyi Künc Daşı və Səmavi Atanın Həqiqətinin Düz Şaquludur. Hər bir imanlı, Tanrının Həqiqətinin Düz Şaqulu ilə Müqəddəs Ruhda Göylərə, Tanrının Taxtının qarşısına qalxır. Yol, Həqiqət, Həyat Mənəm.

Milad bayramında mən cəmiyyətə getməyə hazırlaşanda Rəbb dedi: Özünlə konfet götür. Mən Rəbbin Sözünə qulaq asdım. Lakin cəmiyyətdə bu konfetlərlə kimisə xeyir-dualandırmaq üçün Rəbbin Rəhbər Sözü yox idi, ona görə də konfetləri özümlə evə qaytardım. Evə gedərkən yolda soruşdum:
- Rəbb, bu konfetlər kimin üçün idi? Qonşun üçün, Yaxının üçün.
- Hansı qonşum üçün? Mənəm sənin Qonşun, Mənəm sənin Yaxının (Lk.10:27-29). Rəbb göstərdi ki, Qonşum və Yaxınım Odur və xidmətdə mənim yanımda O oturmuşdu; konfetlər Rəbb üçün saxlanmışdı ki, mən Rəbbi öz itaətimlə yedizdirim (Mt.25:37, Yeş.58:5-6). Evə gələndə mən yenə də Rəbbdən soruşdum:
- Rəbb, bu konfetləri indi mən kimə gətirmişəm? Özünə. Onları sənə Mən verirəm. Səmimilərlə - Mənə itaətlilərlə Mən də Səmimiyəm (Zəb.18:26-29, 21-22).
- Rəbb, mən axı konfetləri Səndən dərhal aldım? Kotan sürən çox vaxt biçinçiyə yetişir (Amos.9:13).
- Rəbb, axı biçinçinin işi əkinçinin işindən çoxdur yəni, konfet daha çox olmalıdır? Bu səndən, sənin Mənə məhəbbətindən asılıdır. Toxum mənə itaətdə ölməlidir ki, çox Bəhrə versin. Mənə nə qədər çox itaətli olsan, bir o qədər də özün üçün ölmüş olacaq, Mənim üçün isə yaşayacaqsan, Məni yedizdirəcəksən (1Kor.15:36).
Mən Rəbbi yedizdirəndə Onun İradəsini icra edirəm, Onun üçün bu həqiqi zövqdür. Bu Onun üçün hədiyyədir. Hikmətli insan, ürəyinin yaxşı xəzinəsindən yaxşı şeylər, yaxşı hədiyyələr çıxarır. Mən doğulanda Mənim müdriklərim Mənə hədiyyələr gətirdilər. Sizdən kim hikmətli və anlayışlıdırsa, qoy bunu həqiqətən də sübut etsin(Yaq.3:13). Mən xidmət etməyə hazır olanda, onda, Rəbbə xidmət həm mənim üçün, həm də Rəbb üçün həqiqi zövq olacaq. Rəbb məndən zövq almalıdır ki, mən də Ondan zövq alım. Rəbb dedi: Bir-birinizə hədiyyələr verin. Rəbb arzu edir ki, mən Ona Ester kimi xoş gəlim, lakin bunun üçün mənə daima Onun qarşısında yəni, Onun Nurunda yerimək lazımdır. Tanrıya xoş gəlmək bu, Tanrıdan Onun məmnunluğuna nail olmaqdır, bu Onun Kamil İradəsində olmaqdır.

Təbliğçi, ehtiyacı olanlarla bölüşdürməyə bir şeyi olması üçün Rəbbin cəmiyyətə xeyir-duası barədə Rəbbə dua edəndə, Rəbb açdı ki, Ən Böyük Ehtiyacı Olan O Özüdür. Rəbb mənim ruhumda dedi: Mənim Ehtiyaclarımı kim ödəcəyək? Mən sizin bütün dualarınıza cavab vermək istəyirəm. Deyin, kimin nəyə ehtiyacı var və Mən cavab verəcəyəm... (Rom8:32). Siz isə özünüzü Mənə tam həsr edin. Mənə tam həsr olunmuş həyat bu Mənə tam itaətli həyatdır, bu sizin iradəniz deyil, lakin qoy Mənim İradəm olsun (Lk.22:42). Bu sizin ruhunuza səpmək deməkdir. Bunun Bəhrəsi isə Əbədi Həyat olacaq bu sizdə Mənəm. Bu Mənim Oğlumun sizin vasitənizlə Həyatıdır (Qal.2:20). Mənim Kəlamım qarşısında ehtiram göstərin. Bəxtiyardır iman edənlər, çünki Rəbbin söylədikləri onlar üçün baş verəcəkdir (Lk.1:45). Onun bizə, bizim Ona olan məhəbbətimizə ehtiyacı var. Rəbb bizim cismani düşüncəmizin qeyri-kamilliyini göstərdi. Bir nəfər də olsa, öz duasında Rəbbin Özünə=Mənbəyə ehtiyacı olduğunu söyləməmiş, Rəbbə xeyir-dua verməmişdir, çünki hamı Mənbəni yox, Onun verdiklərini axtarmışdır. Rəbb üçün deyil, hamı Onun Əlində olanlar üçün susamışdır. Biz Başı deyil, quyruğu axtarmışıq, biz bütün ehtiyaclarımızı Ödəyəni nəzərdən qaçıraraq öz ehtiyaclarımızın ödənilməsini diləmişik.
    e-mail
hristiana
Site Admin


: 27.04.2008
: 954
:

: 11, 2010 12:02 pm     :

♫ 14. ÇARMIX VƏ ƏDALƏT ♫
Bütün xalqlar gələcək və Sənin önündə səcdə edəcəklər, çünki Sənin adil
işlərin izhar olundu(Vəhy.15:4)


Biz doğulduq=bu dünyaya daxil olduq və bu dünyanın sistemi bizə daxil oldu, bizdə möhkəm kök saldı. Biz onun qullarına çevrildik. Qulun heç bir seçimi yoxdur. Lakin biz Göylərdən doğulanda İsanın həyatı bədənimizdə zühür etdi (2Kor.4:10-11) və Tanrının Səltənətinə daxil olmaq, orada yaşamaq və kök salmaq üçün bizim azad seçimimiz yarandı. Biz dünya sisteminin əsarətindən və onun günahından bizim üçün azadlığı Hazırlayanın Həyat Ruhunun qanununu, İman Ruhunu qəbul edə bilərik (Rom.8:2, 2Kor.4:13, Qal.5:18). Biz Rəbbin ardınca gedə, bu əsarətdən, günahdan ayrıla və çıxa bilərik (Yəh.12:31, 1Yəh.1:6, Qal.5:17). Biz Göylərdən doğula bilər, lakin bu dünyanın qulları olaraq qala bilərik yəni, əgər kömək üçün Nura=Rəbbə müraciət etmiriksə, nəfsani, cismani təbiətə malik insan olaraq köhnə düşüncə tərzində qala bilərik.
Rəbb dedi: Nəfsani adam Tanrının Ruhundan olanı qəbul etmir, çünki o, Çarmıx barədə Kəlamı ağılslzlıq hesab edir (1Kor.1:18,23-24); və öz cismani əqli ilə anlaya bilmir, çünki bu barədə Ruhani mühakimə yürütmək lazımdır yəni, Ruhanini Ruhani ilə dərk edərək insandan deyil, Müqəddəs Ruhdan öyrənilmiş Sözlərlə mühakimə yürütmək lazımdır. Kim Mənim yanıma, Çarmıxın yanına=Mənim Lütfümün Taxtı qarşısına gəlsə, Məndən Şəfa və Xilas alacaq və Mən Öz Çarmıxımın Hikmətini və Qüdrətini ona Öz Ruhumla açacağam, çünki Tanrının Ruhu Mənim yanıma gələnlərə və Məni sevənlərə Özünün dərin düşüncələrini açmaq üçün hər şeyi araşdırır (1Kor.2:5-8...).
Əgər biz öz şəxsi düşüncəmizə, görüntümüzə, qavrayışımıza güvənməyi davam etdirsək, onda, biz köhnə, qaranlıq düşüncə tərzimizin, arzularımızın, ehtiraslarımızın, əməllərimizin qalıqlarını görməyəcəyik və Çarmıxın Qüdrəti bizdə hərəkətsiz qalacaq. Müqəddəs Ruha imkan veririkmi bizi bu dünyanın yıxılmış sistemindən, onun məhvedici düşüncə tərzindən ayırmaq=çarmıxa çəkmək üçün bizə kömək etsin? Əgər biz öz çarmıxımızla Məsihin ardınca gediriksə, Müqəddəs Ruh bu dünyanın cismani təbiətimizdə hərəkət edən qüvvəsini bizdə öldürür ki, Öz Qüdrətini=Məsihə itaətli olmaq üçün Lütfünü fəal etsin. O bizdən müqavimət deyil, kömək=razılıq=iman gözləyir ki, bizi özümüzə deyil, ölüləri dirildən Tanrıya ümid etmək üçün Tanrının çarmıxdakı ölüm hökmünü qəbul etmək hazırlığına gətirsin (2Kor.1:9, 4:10-11, 7:1).
Cəmiyyətdə şəfa xidmətindən əvvəl, duada biz hamımız Rəbbi axtarırdıq.
- Rəbb, Sən haradasan? Mən sizi o qədər çox gözləmişəm ki, indi siz Məni gözləyin. Və Rəbb bir ayədən sitat gətirdi: ...əgər Mənim adımla çağırılan xalqım itaətli olarsa, dua edib Mənim Üzümü axtararsa və pislik yollarından dönərsə, o vaxt göydən eşidib onların günahını bağışlayacağam və torpaqlarını sağaldacağam (2Sal.7:14).
- Rəbb, necə itaətli olaq? Mənim Güclü Əlimin himayəsi altında (1Pt.5:6).
- Rəbb, Sənin arzu etiyin kimi itaətli olmağı bizə öyrət. İsa Məsih İsmiylə Sənin qarşında itaətli olmaq üçün Səndən Sənin Lütfünü diləyirəm.
- Kimdir Rəbb? Sənsən Rəbb!
- Kimdir Rəbb? Sənsən Rəbb!
- Kimdir Rəbb? Sənsən Rəbb!
- Sənsən Rəbb! Mənim Qəbiləmdə bir nəfər də olsun xəstə və axsaq omayacaq (İb.12:13, Yəh.5:2-3,6-8, Lk.7:22).
- Rəbb, mən Sənin Qəbiləndən olmaq istəyirəm! Mənim yanıma dizləriniz üstündə gəlin.
- Rəbb, necə? Öz çarmıxınızı götürün. Tövbə - bu, sizin köhnə (günahlı) ürəyinizin=qəlbinizin sınmasıdır, bu ona nifrət etmək və ondan imtina etməkdir. Siz özünüzü Mənim Kəlamımla mühakimə edəndə, mən sizə bəraət qazandırıram. Ədalət Tanrının Evindən başlayır. Hər birinizin daxilində və cəmiyyətdə baş verənlər Mənim tam Qələbəmə qədər davam edəcək.
- Rəbb, bizdə Sənin Qələbənin tez gəlməsi üçün nə edək? Pisliyə müqavimət göstərməyin, lakin Mənim vasitəmlə özünüzü mühakimə edin. Pisliyə müqavimət göstərməyin, lakin Müqəddəs Ruha görə yaşayın. İsanı Qalqottaya aparanda O, dilsiz-ağızsız kimi idi. Qoyunqırxanların qarşısında O, diliz-ağızsız kimi ağzını açmadı (Yeş.53:7, Fil.2:7-9).
Rəbb bizi Göylərdə oturtdu və başqa insanlar üzərində hökmranlıq etmək üçün deyil, lakin Rəbbə itaət etməyimiz və öz ürəyimizdə Rəbbə daha çox yer verərək öz günahlarımız üzərində Onunla birgə hökm etməyimiz üçün bizə Öz Qüdrətini verir. Sizin mübarizəniz ət və qana qarşı deyidir, ancaq rəyasətlərə, hakimiyyətlərə, bu qaranlıq dünyanın hökmranlarına qarşıdır (Ef.6:12). Sən, Tanrının Özünün Bənzərində və Öz Surətində yaratdığı insan üzərində deyil, günah üzərində hökm et (Yar.4:7). Məsihçilər insanlar üzərində ruhən hökm edə və onları özlərinə tabe edə biləcəklərini düşünməklə səhv edirlər. Rəbbə iman edib etməməsindən, qadın ya kişi olmasından, ağ ya qaradərili olmasından asılı olmayaraq digər insanlara qarşı hər bir ruhani manipulyasiya cadugərlikdir.
- Rəbb, cadugərlik günahına - başqa insanlar üzərində hökmranlıq günahına görə məni bağışla. İsa Məsih İsmiylə insanlar üzərində hökmranlıq etmək deyil, onları sevməyim üçün Sənin Lütfünü diləyirəm!
Məsihçilər unudurlar ki, Müqəddəs Ruhun Qüdrəti məsihçilərə başqalarını özlərinə tabe etdirmək üçün deyil, Xilaskar haqqında Xoş Xəbəri insanlara çatdırmaq üçün verilmişdir. Hökmranlıq etmək hüququ yalnız Tərəfgirlik olmayan Tək Bir Rəbbə verilmişdir. O isə bu dünyaya Hökmranıq etmək üçün deyil, bizi sevmək, şeytanın və bu dünyanın sistemindən Xilas etmək üçün gəlmişdir.
Qabil öz qardaşı Habili öldürdü, çünki Habil Rəbbə itaətli idi və Tanrıya qarşı olan Qabillə heç bir əlbirliyi yox idi. Qabildə artıq Adəm və Həvvanın günahı hökm sürürdü.Ona görə də Rəbb Qabilə öyüd verirdi: Günah qapının ağzındadır, lakin sən qardaşın üzərində deyil, günah üzərində hökm et (Yar.4:7). Lakin Qabil özündə olan günah üzərində deyil, qardaşı üzərində hökm etməyə başladı. Biz kimin: özümüzdə olan günahın ya insanların üzərində hökm etməyimiz barədə düşünə bilərik. Cəmiyyətdə qabillər, habillər - cismanilər və Ruhanilər var. Cismanilər Ruhaniləri təqib edəcəklər, çünki onlar YALNIZ Rəbbə səcdə edirlər. Bu isə qabilləri bərk əsəbləşdirir. Müqəddəs Ruha görə iki ağaya qulluq edə bilməzsiniz (Lk.16:13). Tək Tanrın Olan Rəbbə səcdə et və Tək Ona könüllü olaraq xidmət et (Mt.4:10). Həqiqi səcdə edənlər yəni, Ruhən və Həqiqətən səcdə edənlər Tək Səmavi Ataya səcdə edirlər, çünki Ata Özünə bu cür səcdə edənlər axtarır (Yəh.4:23). Onlar Müqəddəs Ruha və Həqiqətə görə düşünür və yaşayırlar. İsa Məsih insanlar üzərində hökm etməyi sevən fəriseylərə itaət etmədi. Tanrı Oğlunu özlərinə tabe etdirə bilməyəndə onlar Onu çarmıxa çəkdilər.
Bir dəfə mən mağazaya gedəndə cəmiyyətimizdən bir qardaşla üzbəüz gəldik. O məni saxladı və dostcasına cəmiyyətin üzvlərindən öz narazılığını, incikliyini bildirməyə başladı. Mən onun sözünü kəsdim və birinci növbədə, özünə baxması üçün onun barəsində bütün həqiqəti üzünə dedim. Həmin gün qardaş mənə zəng etdi, əvvəlcə özünə bəraət qazandırmağa, sonra isə hədələməyə başadı, o düşündü ki, mən də onun kimi hərəkət edəcəyəm - yəni, onun barəsində başqalarına qeybət edəcəyəm. Biz, əlbəttə ki, bir-birimizə xoş sözlər dedik.
Bu söhbətdən sonra, mənim ürəyimdə Tanrının Rahatlığı yoxa çıxdı. Mən iki saat bunun səbəbini axtardım və tapmadım, çünki özümü haqlı hesab edirdim. Heç bir şey anlamadan, ruhani cəhətdən qüvvədən düşərək, mən Tanrıya iman etdim ki, O, Sülhün itməsinin səbəbini mənə açacaq.
Dincəlmək üçün uzandım və mürgülədim. Rəbb mənə Lütfkarlıqla yuxu göndərdi.
Özümü əlimdə uzun nizə ilə insanın üstünə gedən görürəm və Sözlər eşidirəm: Sizin mübarizəniz qan və ətə qarşı deyildir, ancaq rəyasətlərə, hakimiyyətlərə, bu qaranıq dünyanın hökmranlarına qarşıdır. Qalan hər bir şeydə Məhəbbət olsun (Ef.6:12). Bu sozlərlə mürgüdən ayıldım. Mən yuxu barədə Tanrının Rəhbərliyini və Onun anlayışını axtarmağa başladım.
Rəbb mənə başa saldı ki, mən o insana həqiqəti demişəm, lakin ürəyimin niyyəti bu insana qarşı düzgün deyildi. Mənim səhvim onda idi ki, həmin an mən tam unutmuşdum ki, heç nəyə baxmayaraq, Tərəfgirlik olmayan Rəbb onu da, məni də eyni cür sevir, mən isə özümü ondan üstün tutmuşdum. Tərəfgirlik olmayan Rəbb üçün günah edən ya etməyən nə pis, nə yaxşıdır. Sizlərdən kim günahsızdırsa... (Yəh.8:7). Hamı günah işlətmiş və Tanrının İzzətindən məhrum qalmışdır. Tanrının bəraəti İsa Məsihə iman vasitəsilə, hamının və iman gətirənlərin hamısının üzərindədir, çünki insanlar arasında heç fərq yoxdur (Rom.3:22-23).
Zahirən hər şey öz qaydasında idi, lakin Ürəkləribilən Rəbb mənim bu adama qarşı ürəyimin niyyətini görürdü, ona görə də məni düzəltmək və vacib Ruhani Həqiqətləri mənə öyrətmək istəyirdi. Bu insanı mühakimə etdiyimə görə mən tövbə etdim və xahiş etdim ki, Rəbb mənə Öz Müdrikliyini və bu vacib Açıqlamanın tam görüntüsünü versin.
Beləliklə, mən başqasını mühakimə etdim, lakin bununla yanaşı, özümü həmin hökmlə mühakimə etmədim. Başqasını hansı hökmlə mühakimə edirsənsə, o hökmlə də özünü mühakimə et: və hansı ölçü ilə başqasını ölçürsən, o ölçü ilə də özünü ölç... (Mt.7:1-5, Rom.2:1, Yaq.1:26). Bu insanda mənə öz əksimi Tanrının güzgüsündə olduğu kimi görmək lazım idi (Yaq.1:22-26). Bu proses bizim xidmətimiz, təqdisimiz adlanır (2Kor.3:18, 4:1-2).
Rəbb Özünün bir Hikmətini də göstərdi: Müdriklik bu öz səhvləri və başqalarının səhvləri üzərində öyrənməkdir. Başqalarını mühakimə et, özünü isə məhkum et. Bu elə Mənim Gizlinlərim, Hikmətimin Gizlinləridir. Əgər sən özünü=özündə öz günahını Mənim Ədalətimlə məhkum etsən, onda bütün dünya ilə birlikdə mühakimə olunmayacaqsan. Nəfsani insan Məsihin əqlinə malik deyil, çünki o özü özünü mühakimə etməyi ağıllsızlıq hesab edir. O Mənim Çarmıxımın Gizli Hikmətlərini anlamaq istəmir, çünki bu barədə Ruhani mühakimə etmək lazımdır yəni, Ruhanini Ruhani ilə dərk etmək lazımdır.
Mühakimə etmək bu, Həqiqəti axtarmaq və Onu hər tərəfdən dolanaraq Tanrının seçimini etməkdir. Mühakimə etmək bu, Rəbb kimi fikir söyləmək, görmək, eşitmək və hər şeyi sınamaq=araşdırmaqdır, yoxsa mən yanlış Yolla gedə və bunu görməyə bilərəm. Hər şeyi sınayın=tədqiq edin və Tanrıya və Tanrınınkı Olana bağlı olun (1Sal.5:21). Mənim üçün yaxşı olan Tanrının Gözündə həmişə yaxşı olmur. Mən öz hərəkətlərimə bəraət axtaranda Tanrının Nöqteyi-Nəzəri tərəfə kor ola bilərəm.
Din, həmçinin xristian dini, bir tərəfdən, Mühakimə etməyin ki, sizi də mühakimə etməsinlər ayəsini düzgün şərh etməyərək bizə mühakimə etməməyi, düşünməməyi öyrədir, digər tərəfdən isə, məsləhət üçün hər bir şeyin Cavabı və Çıxış Yolu Olan Şəxsən Tanrıya müraciət etməyi öyrətmir. Mən quzuların qapısıyam (Yəh.10:7-9). Bizə özümüzü və başqalarını eyni ədalətlə - Tanrının Ədaləti ilə mühakimə etmək lazımdır. Kim Tanrının Ədalətini sevmirsə, o Tanrının Kəlamını=Rəbbi sevmir. Onun Adı: Tanrının Kəlamıdır (Vəhy.19:13,16, Fil.2:9). Biz heç bir araşdırma aparmadan insana ruhani cəhətdən hansısa dindarlıq görkəmi verən, şəxsən öz əhəmiyyətini qabardan müxtəlif dini ənənələrin əksər tərəfdarlarının və insani qərarların ardınca gedə bilməyə məruz qala bilərik. Rəbb şəxsən ona qulaq asmağı=addımbaaddım Onun ardınca getməyi öyrədir.
Bir gecə, necə oldusa, öz yataq otağımın qapısının taqqıltısına oyandım. Dəvətimə baxmayaraq içəri heç kim daxil olmadı, ruhda anladım ki, içəri Girən Rəbbdir.
- Rəbb, bu nə taqqıltıdır? Budur, Mən qapı qarşısında durub onu döyürəm (Vəhy.3:20, Yaq.5:9).
- Rəbb, içəri daxil ol və mənim ürəyimi təmizlə. Mənim Rəbbim=Ağam ol. Ürəyinin qapısını açan Mənimlə birdir. Kim ürəyini Mənim üçün açmışsa, Mən onu təqdis edirəm və o Mənimlə bir olur.
Rəbb centlmendir. Mənim razılığım olmadan O, zorla içəri girməyəcəkdir. Onu içəri dəvət etmək, öz ürəyinin qapılarını açmaq lazımdır. Onun Öz Hüzurunun Nuru ilə məni təqdis etməsi üçün Onun Lütfünü diləmək lazımdır.
- Məni Var Olan kimi dərk et, onda sən ruhani ata olacaqsan və övladların=bəhrələrin olacaq (1Yəh.2:13-14). Əgər Mənə itaətli olsalar, seçilmişlər mühakimə edilməyəcəklər. Özün özünü mühakimə et. Seçilmişlər bu, Tək Məni seçənlərdir. Məni İsa Məsihin Zühurunda dərk etmək bu, Mənim qarşımda dayanmaq, bu, Mənim Həqiqətimi, bu dünyanın yanlış fikirlərindən Mənim Qurtuluşumu dərk etmək, bu, Mənim İfşamı, Təqdisimi dərk etməkdir. Sən Mənim İsmimi dərk etməlisən Rəbb (Mal.3:6).
- Rəbb, bu nədir? Qalqotta. Mənim Həqiqətim uğrunda Mənim Sınaqlarımda Mənimlə olan, Mənim tikanlı Çələngimdən utanmayan Məni tanıyacaq.
Qurtuluşun tarixi bu, insan axtarışında olan Sevən Rəbbdir. Təqdisin tarixi bu, Qalqotta vasitəsilə Göylərə aparan Tanrının axtarışında olan sevən insandır. Məhəbbətin tarixi bu, bizim: mənim və Onun ümumi yeriməyimiz, bu, bir-birimizə Qeyd-şərtsiz Məhəbbətlə bağlanmağımızdır.
- Rəbb, gerçəkdən özümü necə mühakimə edim? Günahı hər tərəfdən ruhda Mənim Gözlərimlə görmək və onun köklərini həqiqi tövbə vasitəsilə qoparıb atmaq lazımdır.
- Bəs özünü hər tərəfdən mühakimə etmək nə deməkdir? Bu elə, günahı hər tərəfdən Mənim Gözlərimlə görmək deməkdir.
Mənim ad günüm yaxınlaşırdı və mən Rəbbdən öz ad günümə hədiyyə istədim. Mənim ən böyük Hədiyyəm Mənim Hökmlərimsiz qalmamaqdır. Hökmlər Mənim Məhəbbətimin Ali dərəcəsidir. Mən sənə Mənim Məhəbbətimi, Mənim Hökmlərimi hədiyyə edirəm. Bu Məhəbbətdə qal. Bu dünyanın müdrikliyi başqalarını mühakimə etməkdir, Mənim Müdrikliyim isə (dünyanın ağılsızlığı) bu özünü mühakimə etməkdir.
- Rəbb, mənə çarmıx haqqında Sənin Sirrini=Həqiqəti aç və mənə gözlərin, bu dünyanın ehtirası, həyatın təkəbbürü ardınca deyil, həmişə Sənin ardınca getməyi öyrət. Mən İsa Məsih İsmiylə bunun üçün Sənin Lütfünü diləyirəm!
Rəbb dedi: - Dirilmə - insan varlığının hər üç səviyyəsində: ruhunda, qəlbində və bədənində çarmıxın təkrarlanmasıdır. Çarmıx vasitəsilə sənin ruhun, qəlbin və bədənin ölümdən Həyata dirilir və Mən səndə Dirilirəm. Sən ürəyinin dərinliyində tövbə edəndə - yəni, öz ruhunda Məsihin Çarmıxını öz köhnə təbiətinin çarmıxa çəkilməsini təkrar edirsən. Çarmıx bu sənin xəstəliklərin, sənin ağır taleyin, ətə və qana qarşı mübarizən deyil, günaha qarşı mübarizəndir. KİM özünü mühakimə etməyə başlayırsa, o Qal.2:20 səviyyəsinə qalxır və sonra o səviyyədə Məndə hərəkət etməyi davam etdirir. Sənin içəcəyin kasa bu sənin tövbə kasandır. İsa Məsihin səndə Dirilməsi bu, çarmıxı təkrar etmək, hər bir konkret günaha görə çarmıxdan keçməkdir.
- Rəbb, çarmıxı daşımaq nə deməkdir? Bu Mənim ardımca getmək, Mənə tam itaətli olmaq və Mənim Kamil İradəmi icra etməkdir.
- Birgə çarmıxa çəkilmək nə deməkdir? Bu çarmıxda sənin cismani təbiətin çarmıxa çəkilir, lakin özün haqqında Həqiqəti sənə açanda və sən tövbə edib azad olmağın barədə dua edəndə sənin dualarına görə bunu Mən edirəm. Öz Mənliyini öldürməmiş Dirilmənin Qüdrətini dərk etmək mümkün deyil. Məndən özün üçün ölməyə Mənim köməyimi dilə.
- Səmavi Ata, İsa Məsih İsmiylə özüm üçün ölmək və yalnız Sənin üçün yaşamaq üçün Sənin Lütfünü, Sənin Köməyini diləyirəm!
- Rəbb, bəs sonra? Sonra isə səndə Mənim Qələbəmin carçısı olacaqsan (Yəh.15:26, Həv.1:8).
Bu dünyada Müqəddəs Ruha görə yeriyən hər bir insan özünə çarmıx, öz Mənliyinə qurbangah ucaldır, Həyat Ağacının Bəhrəsini dadır. Bu insanlar Peysaxa (Pasxaya) İsa Məsihlə, Dirilməyə də İsa Məsihlə hazırlaşırlar. Bizim Peysaxımız - bizə görə qurban verilmiş Məsihdir (1Kor.5:7) və biz İsa Məsih uğrunda bu dünya tərəfindən rədd edilmiş və qurban verilmişik.
Öz Ölümündən əvvəl İsa Məsih Öz şagirdlərindən xahiş etdi ki, pasxa yeməyi hazırlasınlar. Onlar həmçinin özlərini Rəbblə birlikdə çarmıxa çəkilmək üçün hazırladılar. İsa, Çarmıx=Bəhrə üçün susamışdı (Lk.12:50, Yəh.19:30). Budur, Əkinçi=Tanrı bütün torpağa ilk (artıq Əllinci gün olan) və son yağıntını (Müqəddəs Ruhun tökülməsi) alıncayadək, torpaqdan Qiymətli Məhsulu=Çarmıxı səbrlə gözləyir (Yaq.5:7-8). Zəhmətkeş əkinçi öz məhsulundan ilk bəhrəsini almalıdır... (2Tim.2:6-7).
Mənim üçün və bütün bəşəriyyət üçün ən gözəl və qiymətli əlamət=bayraq bu, Rəbbin Çarmıxdakı Ölümü, Onun Dirilməsi və Göylərə qaldırılmasıdır. Həqiqi Pasxa yəni, Onun Həqiqi Yeməyi və İçkisi bu birbaşa Rəbbin Öz Əlindən aldığımız O Çörəkdir=Kəlamdır (Yəh.6:50-51,63,27). İsanın Öz şagirdlərinə Öz çarmıxdakı Ölümündən əvvəl Rəbbin Süfrəsində qoyduğu Yeni Əhdin sirri bundan ibarətdir.
Yəh.5:21-22, və 26-27-ci ayələr vasitəsilə Rəbb açdı ki, Onun Ədaləti Onun Dirilməsi ilə ayrılmazdır. Onun Çarmıxı Onun Həyatı ilə bağıdır. Onun Əzabları Onun İzzətləndirilməsi ilə bağlıdır. Cəmiyyət əgər Çarmıxı qəbul etmir, rədd edirsə, əgər Məsihin Ədalətini rədd edirsə, axsayır. Əslində, onda, cəmiyyət Onu və öz dirilməsini, Göylərə qaldırılmasını rədd edir. Ancaq, Məsihin bizə Xilas gətirən Ədalətini şeytanın bizim varlığımızın bütün səviyyələrinə ölüm gətirən mühakiməsi ilə qarışıq salmaq lazım deyil.
Həmçinin mənim ürəyimin sünnəti mənim şəfamla bağlıdır (Yəh.12:40). Əgər mən Müqəddəs Ruha özümü Həqiqətlə Təqdis=Sünnət etməyə imkan vermirəmsə, onda ruhani və cismani şəfanı qəbul edə=ala bilmərəm. Həqiqətin bir hissəsini qəbul edib, lakin digər hissəsini rədd edərək mən Bütövü=Xilaskarı rədd edirəm (Rom.11:16, Vəhy.22:16).

Cəmiyyətdə xidmətdə olarkən mən xatırladım ki, dünən mənzili tər-təmiz yığışdırmışam. Rəbb dedi: Bəs ürəyində nə var?
- Rəbb, mənim ürəyimdə nə var? Sənin ürəyinin Müqəddəs Ruh tərəfindən təmizlənməsinə ehtiyacı var. Sənin fikirlərin Mənim fikirlərimə uyğun gəlmir.
Tanrınınn Mərhəməti məni tövbəyə yönəltdi: Səmavi Ata, İsa Məsih İsmiylə duada Sənin qarşına gəlirəm, mənim fikirlərimin Sənin Fikirlərinə uyğun gəlmədiyinə görə tövbə edirəm. Sənin kimi düşünməyi Mənə öyrətmyini Səndən xahiş edirəm. Bunun üçün Səndən, Sənin Lütfünü diləyirəm. İsa Məsih İsmiylə dua edirim. Amin! Mən sənə düzgün düşünməyi öyrədərəm. Sən düzgün tərbiyə olunmamısan. Sənin anan Məni tanımırdı. Sən Mənə itaət və həlimlik ruhunda tərbiyə olunmamısan. Sənin keçmiş səhvlərini düzəltmək üçün Mən sənin düşüncəni dəyişmək istəyirəm.
    e-mail
hristiana
Site Admin


: 27.04.2008
: 954
:

: 11, 2010 12:04 pm     :

♫ 15. TƏMİZLƏNMƏ VƏ TƏQDİS OLUNMA ♫


- Rəbb, təmizlənmə təqdis olunmadan nə ilə fərqlənir? Təmizlənmə tövbənin nəticəsi olaraq baş verir, Təqdis olunmanı isə sənin cismani təbiətini çarmıxa çəkmək vasitəsilə Mən icra edirəm. Müqəddəs isə bir də müqəddəs olsun (Vəhy.22:11). Günahların bağışlanması və günahlı cismani təbiətdən Təqdis olunma - bu sənin xilasının müxtəlif mərhələləridir. Bir daha günah etməmək üçün cismani təbiətə çarmıx lazımdır. Qurbangaha təmiz qurban donuz deyil, quzu gətirilirdi. Donuzu yumaq olar, lakin o yenə də yuyulmuş donuz olaraq qalacaq. Çarmıxın səndə hərəkət edən Qüdrəti ilə sən özündə Mənə yer verirsən və sən Mənim Bədənimin şəklinə, həmişə Mənim - Həqiqi Çobanın ardınca gedən Quzunun şəklinə düşürsən.
- Rəbb, bəs cüzamlı xəstə barədə qanun necə? Təmizlik və müqəddəslik bu, ayrı-ayrı səviyyələrdir. Cüzam bu hələ müqəddəslik deyil. Cüzamlı olduğunu etiraf edən cüzamlı xəstə - bu təmizlikdir, lakin müqəddəslik deyil yəni, səndə olan günahlı insandan tam ayrılma demək deyil (Yəh.13:8-11). Cüzamlı xəstələrin itirəcəkləri heç bir şey qalmamışdır. Onlar artıq hər bir şeyi itirmişlər. Nə dərəcədə cüzamlı olduğunu bilir=öz cüzamını görürsənsə, bir o qədər təmizsən (Lev.13:12-14,17, 14:2-20). Sən artıq Mənim Kəlamım vasitəsilə təmizsən (Yəh.15:3).
Mənim Olanı Mənim olmayandan ayırmağı öyrən. Heç vaxt öz nəticələrini çıxarmağa tələsmə. Hər şeyi sına, yoxla, Məndən təkrar soruş, Müqəddəs Ruhda dua et, hiyləgərə qarşı dur, öyrən. Sənin şəxsiyyətinin təqdis olunması bu sənin İsa Məsihdə şəxsiyyətinin üç sahəsinin təqdisidir ki, səni apardığım yerə Mənim ardımca gələ biləsən (Yəh.21:18,22). Mənim ardımca gəlməyi sənə öyrədəcəyəm. Dua et: Səmavi Ata, İsa Məsih İsmiylə Səndən xahiş edirəm, məni aparacağın yerə Sənin ardınca gəlməyə mənə kömək et. İsa Məsih İsmiylə dua edirəm, əbədi olaraq. Amin.
- Mən bu dua ilə dua etdim. Mən səndə hər şeyin Yenisini yaradıram (Vəhy.21:5-8). Mən səni İsa Məsihdə Yeni=Mənim Yaradılışım etmək istəyirəm. Yeni Yaradılış bu Mənim Məhəbbətimin Yaradılışıdır. Bu Mənəm səndə.
- Bunu necə başa düşüm? Mən səni sevirəm və Məndə Olanın Ən Yaxşısını sənə vermək istəyirəm. BU ISƏ MƏN ÖZÜMƏM! Mən istəyirəm ki, Mənim kimi olasan və Mənim Yüksəkliklərimə çatasan. Mənsiz Yüksəklik yoxdur və Mənim Yüksəkliyim olmadan Mən orada yoxam.
- Mənim Qızım, sən artıq təmizlənmisən. Sənin cismani təbiətin çarmıxdadır, lakin Sona qədər çarmıxa çəkilməyib=ayrılmayıb=bölünməyib (İb.4:12). Sənə Təqdisin müəyyən Yolunu keçmək lazımdır. Sizlərdən bəziləriniz Təqdis Yolunun bir hissəsini keçmiş, digərləriniz isə Mənim bu Yolumun yalnız əvvəlindədir, ona görə də onların Təqdis Yolu qısa olacaq, çünki, artıq vaxt qalmamışdır. Tezliklə hər şeyin Sonu yetişəcək yəni, əgər Mənim ardımca gəlməkdə zəif düşməsən, Mən sənin cismani təbiətinin çarmıxa çəkilməsini Sona yetirəcəyəm (Qal.6:9, Neh.4:10-11).
Sizlərdən bəzilərinizin öz əqli=qəlbi səviyyəsində Mənimlə ünsiyyəti vardır. Digərləri öz ruhu=ürəyi səviyyəsində Mənimlə ünsiyyətə malikdirlər. Mən istəyirəm ki, siz hamınız Mənimlə bütün səviyyələrdə ünsiyyətdə olmağı öyrənəsiniz - yəni, Mənimlə ünsiyyətin bütün dolğunluğuna malik olasınız. Mənim hər bir seçilmiş qabım ruhda, qəlbdə və bədəndə Mənimlə ünsiyyətin tam dolğunluğuna malik ola bilər.
- Bu, Çarmıxı seçənlərdir? Bəli, Çarmıxı seçənlərdir. Seçilmişlər bu, Çarmıxı seçənlərdir, hər yerə Mənim ardımca gəlməyi seçənlərdir (Yəh.8:12). Mənim Seçilmişlərim Məni seçdilər, ONA GÖRƏ DƏ Rəbbin Məhəbbətinə nail oldular=qəbul etdilər, digərləri isə inadkarlıq etdilər (Rom.11:7).

Rəbb gecə məni yuxudan oyatdı ki, MüqəddəS Ruhda dua edim. Dua zamanı mən Rəbblə öz ruhum səviyyəsində deyil, öz əqlim səviyyəsində üniyyətdə idim bu, səthi ünsiyyətdir. Səhər mən Rəbbdən xahiş etdim ki, gecə öyrətdiklərini mənə xatırlatsın.
Rəbb dedi: Sən dua etməyə başladın və öz düşüncələrində Məndən yayındın. Və Mənim sənə öyrətmək istədiyimdən yayınanda Mənə ehtiramsızlıq etdiyini Mən sənə göstərdim (Zəb.2:12, Yəh.9:31, 12:26). Bundan sənə tövbə duası verdim: Səmavi Ata, İsa Məsih İsmiylə tövbə duasında Sənin qarşına gəlirəm. Rəbb, səbatsızlıq, qeyri-ardıcıllıq, Səninlə ünsiyyətdə Sənə qarşı ehtiramsızlıq günahına görə tövbə edirəm. Bu günahımı Mənə bağışla. Sən tövbə etdin. Sonra sən Məndən sənin cismani təbiətinin çarmıxa çəkilməsi barədə soruşdun. Bu ardıcıllığı yaz:
Mən sənə günahını açanda və sən ondan tövbə edəndə Mən sənin cismani təbiətinin tövbə etdiyin günahla bağlı hissəsini çarmıxa çəkirəm. Lakin bundan əvvəl bu dua edilməlidir: Səmavi Ata, İsa Məsih İsmiylə tövbə duasında sənin qarşına gəlirəm. Mən filan günahı etdiyimə görə tövbə edirəm. Xahiş edirəm, məni bağışla və cismani təbiətimin bu günahla bağlı hissəsini çarmıxa çək.
Sonra isə sən dəfələrlə bu duanı etmisən və Mən sənin cismani təbiətinin çarmıxa çəkilməsini icra etmişəm. Sonra sən Məndən soruşdun ki, sənin cismani təbiətin nə üçün bu vaxta qədər sonadək çarmıxa çəkilməyib? Və Mən bunun səbəbini göstərdim. Bunun necə edilməsi üçün Məndən bilik almadan sən öz cismani təbiətini özün (özü özünü saleh sayma) çarmıxa çəkməyə cəhd göstərdin. Yəni, sən öz iqrarınla öz cismani təbiətini çarmıxa çəkdin, bu hissəni isə sənin duana görə Mən etməliyəm. Sən sınmağın üçün öz cismani təbiətinin çarmıxa çəkilməyi barədə duanda Mənə hakimiyyət vermədin. Sonra isə cismani təbiətini Mənsiz çarmıxa çəkdiyinə görə tövbə etdin.
Sonra isə Mən sənə, Mənimlə ünsiyyətdən niyə zövq ala bilmədiyini göstərdim: bütün problem cismani təbiətdədir. Sənin cismani təbiətin sənə Mənim Hüzurumdan zövq almağa imkan vermir. Cismani təbiətin çarmıxa çəkildikcə, sən Mənim Hüzurumdan daha çox zövq alacaqsan. Bununla bizim gecə ünsiyyətimiz başa çatdı.
Başqa bir dəfə Rəbb məni dua etmək üçün oyatdı. Mən şeytanı bağladım, çünki, cismani təbiətin səsi Tanrının səsini eşitməyə mane olurdu.
- Rəbb, mən düzgünmü etdim? Onun mənim ruhum, qəlbim və bədənim üzərində hakimiyyətini bağlamaq olarmı? Bunu Mənsiz etdiyinə görə, xeyr. Məgər Yaq.4:6-10-da nə yazıldığını oxumamısan: Mənə imanın və Mənə itaətin bu sənin Mənə tabe olmağındır. Mənə tabe olmamaq isə cadugərliyə bərabərdir?
- Cismani təbiətin səsini bağlamaq lazımdırmı? Xeyr, cismani təbiətin özü kimi, səsini də bağlamaq olmaz. Cismani təbiəti tövbə ilə çarmıxa çəkmək lazımdır. Sənin hissənə düşən öz günahına və öz həvəsləri və ehtirasları ilə birlikdə öz cismani təbiətinə nifrət etmək və öz konkret günahlarından tövbə etməkdir (Vəhy.12:11).
- Mənim cismani təbiətimi axı Sən çarmıxa çəkirsən? Xeyr, sən (Qal.5:24) çarmıxa çəkirsən. Lakin sən, sınmağın üçün öz cismani təbiətinin çarmıxa çəkilməyi barədə duanda Mənə hakimiyyət vermirsən. Mən Öz İşimi icra edirəm, lakin sənin tövbənə görə. Və tövbə tövbədən fərqlidir.
- Cismani təbiətin çarmıxa çəkilməsi necə baş verir? Sənin tövbən vasitəsilə. Lakin bu, avtomatik olaraq baş vermir. Sən öz cismani təbiətinin çarmıxa çəkilməsini iqrar etməli=bunun üçün susamalısan. Mən sənə bunu artıq öyrətmişəm, lakin sən öyrənmirsən yəni, dərinə getmirsən, araşdırmırsan, öz günahların üzərində və Mənim sənə dediklərim üzərində düşünmürsən. Hətta bizim ünsiyyətimiz zamanı da Mənim Rəhbərliyimdən yayınırsan. Mənim sənə öyrətmək istədiklərimdən yayınmaq Mənə ehtiramsızlıqdır.
Mən sənə, sənin cismani təbiətinin çarmıxa çəkilməsinin ardıcıllığını göstərdim və sən bu ardıcıllığı yazdın. Sən yenə də, Məndən bilik almadan Mənə tabe olmadan yəni, Mənim tərəfimdən aparılmadan öz cismani təbiətini özün (özü özünü saleh sayma) çarmıxa çəkməyə cəhd göstərirsən. Mən səni deyil, lakin sən Məni aparmağa çalışırsan. Sənin danışığında şeytana yer verməmək üçün kim kimə tabe olmalıdır? Kimdir sənin Ağan=Rəbbin=Müəllimin?
Sən Mənim Hakimiyyətimi məhdudlaşdıranda şeytanın hakimiyyəti xeyli genişlənir. Sən onun hakimiyyətini yalnız öz üzərində bağlayırsan, onun hüdudları isə xeyli genişdir. Mən sənə onun hakimiyyətini daha geniş sahədə bağlamağa hakimiyyət vermişəm. Necə? Məni məhdudlaşdırmamaq və öz ürəyində Mənə daha geniş sahə verməyin vasitəsilə. Öz ürəyində bütün yeri Mənə verəndə səndə olan bütün sahə Ən Müqəddəs yer olacaq bu səndə Mənim Kamilliyimdir (Mt.5:48).
- Rəbb, mən şeytanı yoxsa onun hakimiyyətini bağlayıram? Sən Mənsiz şeytanı bağlaya bilməzsən, Mənə TABE OLARAQ sən özündə onun hakimiyyətini bağlayırsan. Ürəyində düzgün seçim Mənə tabe olmaq seçimini edəndə sən özünün bu seçiminlə Mənə yer, geniş sahə, hakimiyyət verirsən, şeytan isə sənin üzərində hakimiyyətini itirir və artıq insan övladları ilə bizim ümumi düşmənimizin işi ilə Mən məşğul olacağam (Yaq.4:7).
- Rəbb, sonra onu odlu gölə qovmaq lazımdır? Bəli (Vəhy.20:14).
- Onu cəhənnəmə də göndərmək olar? Yox, bu onun məhbəsidir, bu onun tərəfindən aldadılmış çoxlu insanların olduğu onun yaşayış yeridir (Lk.1:79, 4:18, Yeş.14:15, 42:7, Zəb.142:7, Vəhy.20:13).
- Davud isə onu cəhənnəmə göndərirdi. Bu onun səhvi idi. Şeytan tərəfindən aldadılmış və yoldan çıxarılmış insanları cəhənnəmə göndərməsi Davudun səhvi idi (Zəb.9:17, Ef.6:12). Bu yeri araşdır və gör ki, bu nəyə gətirib çıxartdı.
Biz araşdırdıq və budur Rəbb nə açdı: insanlara lənət etmək yəni, onları cəhənnəmə göndərmək lazım deyil, onlara görə vəsatət etmək lazımdır (2Tim.2:25-26, Mt.5:43-48). Davud insanlara pislik arzu etməklə böyük səhvə yol verib və biz də həmçinin, əgər ürəklərimizdə və dualarımızda vəsatət etmiriksə, duada insanların naminə dayanmırıqsa, səhv edirik. Davud göy altında olan pis ruhi qüvvələrə qarşı çıxmırdı, lakin Həqiqətdən, Tanrıdan çox uzaq düşmüş insanlara pislik arzulayırdı. Davud insanlara, Tanrının yaratdıqlarına, onun özü kimi səhv edənlərə qarşı çıxırdı.
Bizim Həqiqi düşmənimiz=hər bir Həqiqətin düşməni kimdir? Bizə hər şeyi ruhani gözlərlə - yəni, Tanrının Gözləri ilə nəzərdən keçirmək lazımdır. Başqalarını lənətləyərək biz əgər tövbə etməsək, öz səpdiyimizi biçə bilərik. Sənə xeyir-dua verənlərə xeyir-dua verəcəyəm, səni lənətləyənlər isə özləri özlərini lənətləyirlər, öz başlarına böyük bəla gətirirlər (Yaq.3:9-18, Yeş.3:9, Rom.13:10). İnsan öz qanununa görə=öz ədalətinə görə nə səpirsə, öz qanununa=öz sözünə=öz ədalətinə görə də biçir (Mt.7:1-2,12,12:37, 1Sal.5:15). Davud səhvə yol verəndə şeytan Davudu onun öz ədaləti=qanunu ilə tutdu və şeytan yer üzündə ona əziz olan varlıqları onun uşaqlarını öldürdü.
Adəm Göylərdən yıxılanda Adəmdə bütün bəşəriyyət yıxıldı. Biz hamımız günah etmişik və Tanrınınn izzətindən məhrum qalmışıq və ədalətli olaraq biz hamımız cəhənnəmi qazanmışıq. Yer üzünda insanlar artıq cəhənnəmdə onun yuxarı pilləsində olan kimidirlər. Əgər biz Tanrıya müraciət etmir və Onun ardınca getmiriksə, onda, bizim yıxılmamız davam edir (Zəb.119:146, Rom.10:13, Vəhy.21:6,17). Yalnız Tanrının Mərhəməti bizim hamımızı qoruya bilər.
- Rəbb, şeytanın hakimiyyətini bağlamaq bu, duadır? Bəli, bu, duadır. Dualar cürbəcür olur. Dua etmək bu deməkdir yəni, danışmaqdır. Dua bu söhbətdir. Duada sən Mənə danışırsan, Mənim sənin sualına cavab verməyim isə - bu artıq, ünsiyyətdir.
Bəzi anlarda Tanrının Hüzurunu hiss etmədiyim səbəbindən ruhdan düşürdüm. Və Rəbb dedi: - Dua ya izzətləndirmə zamanı daxili hisslərinə baxma. Əgər sən Müqəddəs Ruhu hiss etmirsənsə, bu Onun səndə olmadığı demək deyil. Daxili hisslərinə arxalanma və ruhdan düşmək lazım deyil. Bu sənin günah etdiyini ya da hansısa qanusuzluğa yol verdiyini göstərmir. Bu, sadəcə olaraq sənin həyatında ruhani təlimin müəyyən mərhələsidir (İb.5:14).
Məyusluq bu, ruhdan düşməkdir (Lk.18:1). Məyusluq bu, pis, hüznlü ruhdur. Məyusluğun kökü Tanrıya imansızlıqdır. İmansızlıq, qorxu və məyusluq yəni, şeytanın bu üçlüyü günahdan sonra İmanı, Ümidi və Məhəbbəti əvəz etdi. Rəbb gəldi ki, bizdə Səmavi Ataya Öz İmanını, Ümidini, Məhəbbətini bərpa etsin. Mənim imanım və Müqəddəs Ruhda duam, mənim Tanrı ilə daim ünsiyyətim məyusluğa yer vermir.
Rəbbə kifayət qədər güvənmədiyimə görə tövbə etdim: - Mənim qızım, Mən səni bağışladım, lakin sən Mənimlə yeriməkdə israrlı və məqsədyönlü olmalısan. Mən istəyirəm ki, sən öz təqdisinə və öz Kahininə qarşı daha ciddi olasan. Sən öz təqdisin=öz Kahinin üçün susamalısan. Sən imanda lazım olduğu kimi irəliləmirsən. Şeytan sənə yol tapır, çünki sən heç də hər şeydə Mənə itaətli deyilsən və sən özün bilirsən nədə itaətli deyilsən. Əgər sən Mənə itaətli olsaydın, sən öz cismani təbiətinin səsini eşitməzdin. Mənə itaəti olmaq bu, qeyd-şərtsiz Mənim Kəlamımı icra etməkdir. Sən hər səhər Məndən Mənim Kamil İradəm barədə soruşmalı və gün ərzində Onu icra etməyə can atmalısan.
Mənim qızım, Mən sənə hər gün üçün dəqiq göstərişlər vermək istəyirəm. Bu sənə tez təqdis ounmaqda kömək edəcək. Mənim Rəhbərliyim bu elə Mənim dəqiq Götərişlərimdir. Sən hər səhər Məndən Mənim Kamil İradəm barədə soruşanda və Mən sənə itaətdə olmağı, Kəlamda, Müqəddəs Ruhda olmağı deyəndə Mən sənin Bunun üçün susayacağını gözləyirəm.
- Rəbb, mən ki bu təqdis üçün susayıram? Kahinsiz təqdis yoxdur. Təqdis üçün susamaq azdır, Mənim üçün=Mənim təqdis Yollarım üçün susamaq lazımdır. Mənəm Yol, Həqiqət və Həyat. Mənim üçün susamaq bu, qeyd-şərtsiz Mənim Kamil İradəmi icra etməkdir. Sən Mənim istədiyimi qeyd-şərtsiz icra etməkdə Mənə itaət göstərmirsən. Sən öz təqdis Yoluna Mənimlə birlikdə diqqət yetirmirsən. Sən passivsən. Mən sənə, Mənimlə bu ünsiyyət vaxtını vermişəm ki, Biz bir yerdə: Mən və sən Müqəddəs Ruhda təqdis olunaq. Lakin sən bunu Mənimlə etmirsən. Sən cismani təbiətinin sənin iştirakın olmadan Mənim Özümün çarmıxa çəkəcəyimi gözləyirsən.
Mənimlə ünsiyyət zamanı sən həmişə ruhda olmalısan, Məndən Təlimat gözləyərək dua sözləri ilə Kəlamı mənimsəməlisən. Təlimatlar bu sənin Mənimlə ünsiyyətinin gedişatında və bir-birinizlə ünsiyyət zamanı Mənim əlavə edə biləcəyim həmin Qeydlər=Sözlərdir. Bu elə Mənim Təlim vaxtımdır. Əsas vaxtını sən Mənimlə, öz ruhunda deyil, lakin cismani təbiətə görə keçirirsən. Lakin Mənsiz heç yerdə təqdis oluna bilməzsən (Yəh.5:19,30).
Kəlamı dua sözləri ilə=Mənimlə oxuyanda sən həmişə ruhda olmağı öyrənəcəksən və başqaları ilə ünsiyyətdə Məni birinci yerə qoyanda Mən dərhal sənə günahını göstərə və səni tövbəyə gətirə biləcəyəm bu sənin Məndən aldığın dərsdir. Sənin ürəyin natəmizdir, lakin sənin təqdis Yolun çox qısadır, ona görə də Mənimlə təqdis olunmağı təkcə evdə deyil, hər bir yerdə öyrənməlisən. Artıq vaxt qalmayıb.
XƏCALƏT. Mənim qızım, sən hələ də Mənim qarşımda öz günahlarına görə xəcalət çəkirsən. Məni sənin günahların utandırmır. Xəcalət bu, qorxudur və bu qorxu vasitəsilə sən Mənim Kamil İradəmi yəni, təqdis olunmanı icra edə bilməzsən (1Sal.4:3). Əgər Məndən xəcalət çəksən, lazım olduğu kimi yəni, Mənim qarşımda təqdis oluna bilməzsən. Səndəki qorxu və xəcalət Mənə səni Dağıma aparmağıma əngəl törədir. Mən sənə artıq göstərdim ki, qorxu bu Məndən, Mənim Hüzurumdan qaçmaqdır. Bu Məni=Müqəddəsi, Mənim Təqdisimi istəməməkdir.
- Rəbb, mən ki istəyirəm! İstəmək azdır, susamaq=Məni axtarmaq lazımdır, Mənim üçün susamağa isə sənə sənin istehkamın=cismani təbiətin: xəcalət, qorxu, imansızlıq əngəl törədir. Bunlar sənin Məndən, Mənim sənə Məhəbbətimdən çox inandığın bütlərindir. Mən istəyirəm ki, sən Müqəddəs Ruhda öz xəcalət və qorxuna diqqətlə baxasan. Problem ondadır ki, sən təqdis olunmağında=günahdan ayrılmağında Mənim sənə kömək edəcəyimə iman etmirsən. Özünün Müqəddəs Ruhda yeriməyində Mənə etibar etməyi öyrənməsən, Mən sənə kömək edə bilmərəm.
Yuxuda mən, Rəbbin yeməkləri ilə dolu olan süfrənin üstündə bir siçanın qaçdığını gördüm.
- Rəbb, bu nə deməkdir? Günahın xəcaləti. Sən öz günahlarına nifrət etmək, onları Mənim Taxtımın qarşısına gətirmək və çarmıxa çəkmək əvəzinə onlardan xəcalət çəkirsən. Sən Məndən, o cümlədən, insanlar vasitəsilə ifşaları qəbul etməkdən xəcalət çəkirsən. Sən Məndən xəcalət çəkirsən. Xəcalət gizlənir, Məndən gizlənir (Yar.3:8-10). Yazılmışdır: Çünki Tanrı bizə qorxu=xəcalət ruhu deyil, Qüdrət, Məhəbbət və Nəfsə Hakim olmaq Ruhu vermişdir. Beləliklə, Rəbbin Olan İsa Məsihin Şəhadətindən=İfşasından=Həqiqətindən xəcalət çəkmə (2Tim.1:7-8, Lk.9:26).
- Rəbb, öz həyatımı Sənin uğrunda qurban verə bilərəmmi? Mənim uğrumda ölməyə sən hələ hazır deyilsən. Səndə hələ ölüm qorxusu var. Ölüm qorxusunun kökündə - xəcalət dayanır. Sənin xəcalətin bu səndə rədd etmə istehkamıdır. Sən Məni, Mənim Məhəbbətimi rədd edirsən. Məni=Məhəbbəti qəbul edən kəs hər bir rədd etmədən azad olur.
- Rəbb, bu kökü necə qoparıb atım? Kəlamda və Ruhda irəlilə və Mən sənə xəcaləti Öz Gözlərimlə necə gördüyümü sənə göstərərəm. Qorxunun kökünü xəcaləti qoparıb atmaq üçün sənə xəcaləti Mənim gördüyüm kimi görmək lazımdır (İb.2:14-15).
- Rəbb, hətta ölənə qədər, çarmıxdakı ölümümə qədər Səndən imtina etməmək haqqında qərar qəbul edirəm. Sən duada Mənim Kamil İradəmə uyğun olaraq qərar qəbul edəndə Ruhani cəhətdən o artıq icra edilmiş olur. Lakin sənə həmçinin, İbrahimin etdiyi kimi, iman addımları atmaq lazımdır. O, yalnız qərar qəbul etmədi, həm də İmanda yeridi=hərəkət etdi. Öz çarmıxdakı ölümünə qədər Mənim ardımca getmək barədə qərar qəbul edəndə sən Mənim Kamil İradəmi yəni, öz təqdisini seçirsən.
Ev ibadətində ünsiyyət zamanı Rəbb dedi: Əgər tövbə etməsəniz, hamınız həlak olacaqsınız (Lk.13:3-5). Mənim xalqım Müqəddəs Ruhun biliyinin çatışmazlığından həlak olur (Huşə.4:6). Dayanın və Mənim necə Rəbb olduğumu dərk edin. Tanrıya itaətdə ləngimənin ölümə bərabər olduğu zamanlar gəlir və artıq gəlmişdir. Rəbbin ardınca getməyi ləngidəndə düşmən məni imanda yıxmağa tələsəcək.
- Rəbb, Sənə etibar etməyi necə öyrənim? Mənim qızım, bu sənin üzərinə düşən hissədir. Mən sənə Mənə iman və etibar etməyi öyrədə bilmərəm. Bunu sən özün addımbaaddım Mənim ardımca irəliləyərək öyrənməlisən. Bu sənin Bəhrəndir, sənin təcrübəndir. Yalnız Mənə iman və etibar səni Mənim Dağımın Zirvəsinə apara bilər. İman bu sənin seçimindir. İmansız Mən sənin üçün heç nə edə bilmərəm. Mənə iman - bu sənin şeytana qarşı əsas silahındır. Mənə iman bu Mənim Rəhbərliyim altında olmaqdır, bu, qeyd-şərtsiz Mənim dediyimi icra etməkdir. Mənə etibar isə - bu Mənim həmişə sənin yanında olduğuma iman etməkdir. Mənə iman və etibar səni xoşbəxt edə bilər. Mənə iman və etibar etməyi öyrən. Sənin xəcalətin və qorxun natəmiz niyyətlərlə bağlıdır. Əgər Mənimlə öz münasibətlərin haqqında düşünsən, bu niyyətləri sənə aça bilərəm.
Lakin sən Məndən çox insana güvənirsən. Məndə yox, insanda məhəbbət=dəstək=təqdir, yəni izzət axtarmaq - bu sənin ruhani zinandır. Səni Məndən çox insanlarla münasibətin narahat edir. Rəbb mənə daha müfəssəl şəkildə açdı ki, mənim insanlar qarşısında olan qorxum açıq-aydın ona şəhadət edir ki, mən Tanrını deyil, daha çox insanları sevir, olara ehtiram edir, onlardan qorxuram, daha çox Tanrıya deyil, insanlara məqbul olmaq üçün susayıram. Mənim insanlar qarşısında qorxum mənim Tanrı ilə yaxşı münasibətlərimin əleyhinə şəhadət edir. Əgər mən Tanrını sevirəmsə, onda Məhəbbət addım-addım mənim qorxumu qovacaq. Mən fikir verdim ki, Rəbb mənə nəyi isə etməyi, deməyi, başqa məsihçilərin baxışlarına zidd olan şeyləri yazmağı deyəndə, mənim insanlar qarşısında qorxum daha güclü şəkildə özünü büruzə verir. İnsanlar qarşısında qorxumda, insanlar mənə Tanrıdan böyük görünür=insanları böyük hesab edirəm. İsrail nəhəng insanlardan qorxanda Tanrı onun üçün çəyirtkə boyda oldu. Yalnız iki nəfər Tanrını həqiqətən sevirdi=Ona iman edirdi=səcdə edirdi (Say.13:34).
- Rəbb, mən Səninlə münsibətlərimi araşdırmağa çalışırdım, mən bunu istəyirəm axı? Mənim qızım, bu Mənim üçün susamaq deyildi. Sən özünün Mənimlə deyil, insanlarla münasibətini araşdırırdın. Sən daima Mənimlə mübahisə edirsən. Sən insana=cismani təbiətə məqbul olmağa çalışırdın. Sən Mənim Məhəbbətimi rədd edirsən. Yalnız Mənim üçün susayan Mənimlə=Məhəbbətlə doyuzdurulacaqlar. Özümü sənə Var Olan kimi aça bilmək üçün sən bütün ürəyinlə Mənim üçün susamalısan. Əgər sən Tək Mənim üçün susamırsansa, yalnız Mənim sənə verə biləcəyim Həqiqi Tövbədə sına bilməzsən.
- Rəbb, hər şey emosiyalar, sinirlər üzərindədir, bu elə ağırdır ki! Mənim Boyunduruğum yüngül, Yüküm asandır. Mənim qızım, əgər tövbə sənin ürəyini dəlib keçməsə, sən dəyişə bilməzsən. Tövbə tövbədən fərqlidir. Həqiqi Tövbə səni dəyişər. Mən səni Həqiqi Tövbəyə öyrətmək istəyirəm, lakin əvvəlcə sən Mənim üçün susamalısan. Mənsiz Həqiqi Tövbə yoxdur. Sən yalnız öz xətrinə təqdis oluna bilməzsən. Sən öz təqdisinə Başqasının xətri=Mənim xətrim üçün susamalısan. (Adəm və Həvva müqəddəslik=müdriklik üçün Tanrısız susamışdılar və şeytan bunda onlara kömək etdi).
Sən öz günahının Mənə və başqa insanlara necə təsir etdiyini görməyi öyrənməlisən. Bu hissəni sən həmişə ruhda olaraq həmişə görə bilərsən. Ruhda görə bilmək üçünsə, sən Mənim üçün bir damla suya susayan kimi susamalısan. Susayanlar Həyatla=Məhəbbətlə doyuzdurulacaqlar. Sevgilinin xətrinə təqdis olun. Mən natəmiz niyyətlərini ruhda görməyə sənə kömək edəcəyəm. Sən susayırsan?
- Rəbb, susayıram! Sən kimin üçün susayırsan? Yanıma gələnləri qovmaram.
Rəbb başqa insana yuxu verdi: Mən xəstəyəm, xəstəxanada, palatadayam. Bir qadın mənə yaxınlaşır və biz ünsiyyətə başlayırıq. Öz-özümə isə fikirləşirəm: dostum olmadığı üçün bəlkə onunla dostlaşdıq. Mənim xəstəliyim İsa Məsihlə dostlaşmamağımdan ibarət idi yəni, mən duada, Rəbbin mənim ilk növbədə məsləhət edəcəyim Bir nömrəli, Qiymətli, Əsas Dostum olması üçün Rəbbə öz dostluğumu təklif etməmişdim.
Beləcə, Mən İsa Məsihi sevdiyim barədə təzə dostumla bölüşdüm. Lakin o mənim bəyanatıma heç bir reaksiya vermədi. (Biz yalnız o insanarla və yalnız o halda dost ola bilərik ki, hər birimizin Əsas Dostu İsa Məsih olsun və tək dindar sözlərdə yox). Bunun məni şəkləndirməsi əvəzinə, qəlbimdə onun ardınca getməyi qərara alıram. Burada məlum olur ki, onun yaxın rəfiqəsi var və bu, İsa Məsih deyildi. Mən artıq onların ardınca gedirəm. Sonra mən öyrənirəm ki, bu qızlar böyük kəmiyyətdə başqa insanlarla, bütöv bir kütlə ilə yaxın və sıx əlaqədədirlər. (Kütlə - bu, Rəbb tərəfindən idarə olunmayan bədəndir. Kütləni - bu dünyanın bədənini bu əsrin ağası idarə edir).
Bu kütlə bizə təklif edir ki, yaxında olan, bu yaxınlarda yerləşən yeni açılmış mağazaya gedək. Mən bilirəm ki, mənə xətəxanadan çıxmaq və uzağa getmək lazım deyil. Bilirəm ki, nahar vaxtı yaxınlaşır və əgər nahara geciksəm ac qalacağam. Lakin qızların ikisi də kütlə ilə razılaşdı və onlar dediyi kimi, mağaza yaxında olduğuna görə mən də onlarla razılaşıram. Bütün kütlə böyük sürətlə irəli cumur, hər iki rəfiqə kütlənin arxasında, mən isə rəfiqələrin arxasınca gedirik (Zəb.68:7-10). Kiminsə geri qalması, itməsi heç kimi maraqlandırmır. Quyruqda qaça-qaça kiminsə əlindən tutub, Kimisə dalımca darta-darta özümü güclə yetirirəm. Biz Onunla küçələrlə, qaranlıq yeraltı yollarla, keçidlərlə, ucu-bucağı olmayan labirintlərlə qaçırıq. Bəzi yerlərdə dar, çirkli yerlərdən keçib getmək üçün sürünmək, üst-başımızı palçığa bulaşdırmaq lazım gəlirdi. Mən artıq hamını gözdən itirmişdim. Lakin bu qaçışı dayandırmaq əvəzinə mən irəli atılıram. Nəhayət ki, biz əldən düşmüş, palçığa bulaşmış halda zirzəmidən bir talaya, bizə məlum olmayan bir yerə sürünüb çıxırıq. Uzaqdan yaşayış evləri görünür. Mən hər iki rəfiqəni həyəcan içində dayanmış görürəm. Kütlə yoxa çıxıb. Mən belə bir biliyə malikəm ki, bu kütlə bizə yad olan bu ərazidə yaşayır və kütlə çoxdan evinə dağılışıb gedib (Yeş.47:15, Ef.4:14). Biz isə dayanmışıq və geri necə dönəcəyimizi bimirik. Hava tez qaralır, biz isə yolu azmışıq və bu ərazidə geriyə Yolu tanıyan bir kimsə yoxdur. Yuxunun sonu.
Yuxu elə real idi ki, oyananda baş verənlərdən şoka düşmüşdüm. Və Rəbb yazıdan bir yer verir: Mk.10:29-30. Mən bilirəm ki, bu yuxu=xəbərdarlıq mənə Rəbbdəndir. Lakin sonra Rəbb, bu xəbərdarlığın bütün Onun cəmiyyətinə aid olduğunu, cəmiyyətin xəstə olduğu və müxtəlif dünyəvi təlimlərin küləyi ilə aparılmağa uyaraq xəstəxanada, örtülü keçidlərdə yatdığını açdı və Rəbb Öz yeməyini vaxtında verərək cəmiyyətə şəfa vermək istəyir (Mt.5:2-3).
- Rəbb, Sənin xəbərdarlığına görə Sənə minnətdaram. Rəbb, Səni mənim Əsas Dostum etmədiyimə və bu üzdən ürəyimdə boşluq yarandığına görə və yalançı dost üçün yalançı susamağım üçün məni bağışla. Rəbb, məni bağışla ki, əvvəllər Sənə mənim Ən Yaxşı Dostum olmağı təklif etməmişəm, İsa Məsih İsmiylə! İnsanın ardınca deyil, həmişə Sənin ardınca getməyim üçün mən Səni mənim Ən Yaxşı Dostum seçirəm İsa Məsih İsmiylə!
Mən başa düşdüm ki, öz yuxumda mən İsa Məsihin Əlindən tutub Onu öz ardımca dartırdım. İsa mənim üçün və başqaları üçün quyruqda qalırdı. Ona baxmaq və Onun ardınca getmək əvəzinə mən başqalarına=ətrafa baxmağa başladım və azdım.
Əvvəlcə Onu - Padşahı=Səltənəti deyil, qalan əlavə olunacaq hər bir şeyi axtarmaq (Mt.6:33) bu, Başdan=Tanrıdan deyil, quyruqdan tutmaqdır (Qan.28:13,44). Lakin o kəs ki, uzun müddət quyryqda qalır, əvvəl-axır quyruq bizim başımız=tanrımız olur və biz şeytanın əlaltısına çevrilirik (Vəhy.12:4, 9:10,19, Yeş.9:14-15, 19:15). Rəbb yox, o baş olacaq, sən isə quyruq olacaqsan (Qan.28:44) və quyruqla idarə olunanlar qırılacaqlar (Yeş.9:15-16). Onların quyruqları Tanrı Oğluna bənzəmir, lakin öz başları olan ilana bənzəyirdi (ölüm neştəri, 1Kor.15:56, Say.21:6, Yar.3:15, 2Kor.12:7, çünki onların Başı İsa Məsih olmadı), və onunla onlar özlərinə və başqalarına zərər yetirdilər (Vəhy.9:19,10). Həqiqət=Tanrı Oğlu bizi neştərdən Azad edir. Həqiqət Yeniliyə başlamaq üçün problemə son qoyur bu, Yeni Başlanğıcdır.
- Tanrını yox, özümü uzun müddət axtarandan sonra Rəbb dedi: Mənim qızım, əgər sən ürəyində Mənə belə münasibət bəsləsən, sən heç vaxt özünü Mənim Gözlərimlə görə bilməzsən. Sən yenə də öz problemində Məni ittiham etməyə çalışırsan. Sən özünə azacıq da olsa bəraət qazandırmağa çalışmayaraq özünü tamamilə mühakimə edəndə - bu ürəyinin düzgün münasibətidir. Öz günahını məhkum etməkdən ötrü sən ürəyinin Mənə qarşı düzgün münasibətinə malik olmalısan. Və əgər sənin ürəyində Mənə və öz günahına qarşı düzgün münasibət varsa, sən uzun düşünməli=əzab çəkməli olmayacaqsan. Mən əzab verən deyiləm. Tövbə vasitəsilə sən Mənim Yüksəkliklərimə qalxırsan. Onlar şeytan üçün əlçatmazdır. Lakin bu Yol əzablı Yoldur bu Yol tikanlıqdan keçir. Tikanlar sənin Mənə tərəf gələn yolunun üstündə şeytanın maneələridir. Qələbə çalana Mənim Taxtımda oturmağa icazə verəcəyəm. Düşmənlərinin qarşısında süfrə açmaq - bu sənin tövbəndir (Zəb.22:5).
Mən yenə də Tanrıya itaətsizlik etdiyimə görə tövbə etdim. Mən Mərhəmətli Tanrıyam. Mən səni sevirəm, ona görə də sənə tövbə etmək üçün Lütf verirəm. Mən sənin tövbə duanı qəbul etdim. Mənim qızım, Mən səni bağışladım. Indi sən öz ürəyini araşdırmalısan. Öz ürəyinə qulaq asmağı öyrən, o sənə sənin özün haqqında çox şey danışacaq. Fikirlərin necədirsə, sən özün də eləsən. Sənin ürəyinin=qəlbinin təmizlənməyə ehtiyacı var. Özünə və Mənə, artıq Mənim sənə verdiyim Kəlama diqqət yetir.
- Mən ki Kəlamın Əvvəlinə qayıtmağa çalışdım! Bəli, sən qayıtdın və Kəlama diqqət yetirməyə çalışdın. Lakin sən özünə Kəlam vasitəsilə diqqət yetirmədin. Özünə Mənim vasitəmlə nə qədər diqqət yetirirsənsə, özündə Mənə bir o qədər yer verirsən. Sən özün günahlarından təqdis olunma Yoluna fikir verməlisən yəni, özünü mühakimə etməli=öz ürəyini xırda təfərrüatlarına qədər araşdırmalısan. Araşdırmaq - bu, cismani təbiətin bir damcısını belə sağ saxlamamaq üçün öz təqdisinində Müqəddəs Ruhun Rəhbərliyinin ardınca getməkdir (1Kor.5:6), əks halda, bu bir damcıdan, içindən çıxa bilməyəcəyin tikanlıqdan ibarət olan sıx meşə əmələ gələcək. Bu zarafat məsələ deyil.
Bununla zarafat etmək olmaz. Burada böyük təmizləmə işi var. Mənim, öz Müəllimin vasitəsilə özünə diqqət et. Bununla daima məşğul ol, çünki belə edərək sən və bütün ev əhlin xilas olacaqsınız. Mənim sənə dediklərimi unutma. Qoy bu Kəlam sənin ürəyinə dərindən nüfuz etsin (əgər ürəyinə buraxsan, Vəhy.3:20) və Kəlam orada Öz İşinə başlayacaq. Həmişə, hər şeydə Mənə etibar etməyi öyrən və Mən səni Geniş Yola çıxararam (Yeş.35:8-10). Bu Mənim Məhəbbət Yüksəkliklərimə Mənim ardımca getmək Yoludur.
- Sənin ki, Yolun Dardır? Sənin hələ çarmıxa çəkilməmiş cismani təbiətin üçün Çarmıxın Yolu dardır. Bu sənin Yolundur. Sən öz çarmıxını bu yolla daşımalısan. Mənim Yolum isə Genişdir bu Mənim ardımca getmək Yoludur.
- Rəbb, mən başa düşmürəm. Sən öz çarmıxını daşımadan Mənim ardımca gedə bilməzsən. Sənin yolun Mənim Yolumun içində yerləşir. Öz çarmıxını öz yolunla daşıyaraq sən Mənim Yolumun azadlığını əldə edirsən.
- Sənin Yolunun azadlığını əldə etmək nə deməkdir? Sən, Mənim sənin üçün hazırladığım Xeyir-duaları (Mənim Həqiqi Tövbəmi, günahdan azadlığı) qəbul etməyə başlayırsan.
    e-mail
hristiana
Site Admin


: 27.04.2008
: 954
:

: 11, 2010 12:05 pm     :

♫ 16. TANRININ RAHATLIĞI YALNIZ TANRININ ♫
QARŞISINDADIR


Ev ibadətində biz iki saat sükut içində Rəbbdən Onun Rəhbərliyini gözləyirdik. Bu ilk dəfə idi ki, baş verirdi. Biz Tanrının Hüzurunda səssizlikdə keçirdiyimiz hissləri təsvir etməyə çalışırıq. Və görün Tanrı bu anda nə açdı. Sakitləşib inanmaqla Qüdrətli olarsınız (Yeş.30:15). Sağ Əlində hər zaman səadət var (Zəb.16:11,9, Zəb.23:6).
- Ya Rəbb, Sənin Hüzurunda Sənə ehtiram etməyi bizə öyrət! Bu qiymətli anlarda biz Onun Əlində oluruq və O bizim ruhda olmağımızdan zövq alır, dincəlir. Siz Mənim Əlimdəsiniz. Bunu hər insan sınaya bilməz. Dayanıb Mənim, Rəbbin nə istədiyini dərk etməyi hər insan istəmir=bunun üçün hər insan susamır (Zəb.46:11-12, Yer.6:16, Say.9:20). Bizdən asılı olan məhz bu nadir ya tez-tez baş verən anlarda Rəbb bizim daxilimizi, bizim səbrimizi, bizim Ona sədaqətimizi araşdırır. Bizim dinməz hüzurumuzdan Onun zövq aldığı kimi, biz də Onun Dinməz Hüzurundan zövq almağı, Ona ehtiram etməyi bacarırıqmı (1Tim.2:11, Kol.4:2, Mal.4:2).
- Rəbb, həmişə mənim Sənin yanında olmaq üçün, başqalarından ayrı və başqaları ilə birlikdə Səni gözləmə Yolunu keçmək üçün Sənin Lütfünü diləyirəm!
O bizi gözləyir. Tanrı bizdən Onunla Ən Doğma İnsan kimi yaxınlığımızı gözləyir. Tanrı ilə və Tanrının İsmi qarşısında ehtiram etmək bu, bir-Birimizdən zövq almaqdır. Tanrı bizdən, biz isə Tanrıdan zövq alırıq. Bu zövqdə sizin Qüvvət və Qüdrətiniz var. Tanrı bizdə, biz isə Onda rahatlıq tapırıq. Biz bir-birimizlə doluruq, dolduruluruq. Rəbb bizdən, Onunla işgüzar münasibətlərimizdən çox bizim məhəbbətimiz üçün susayır.
- Rəbb, Sən Öz Səmavi Atanın qarşısında ehtiram etdiyin kimi, mənim də ehtiram etməyim üçün Sənin Lütfünü diləyirəm İsa Məsih İsmiylə (İb.5:7, 11:7). Rəbb anlatdı ki, Tanrının bizi necə sevdiyini başa düşmək, Vəd edilmiş Zövqü almaq üçün bizim səbrimiz=imanımız çatmır. Bizim ehtiramımızın əsas düşməni bu bizim vurnuxmamız və cismani təbiətimizdir (1Kor.3:20). Şagirdlər imansızlıqda və səbirsizlikdə Müqəddəs Ruha=Onunla yekdilliyə çata bilməzdilər. (Həv.1:4). Tanrı bizim daxilimizdə rahatlıqda olanda biz Tanrı Rahatlığında ola bilərik. Rəbb başını onun sinəsinə söykəyə biləcəyi insanları axtarır (Mt.8:20).
- Tanrı qarşısında həmişə ehtiramda bulunan insan bəxtiyardır (Məs.28:14). Həmişə Mənim Rahatlığımda olun. Yəhya Mənim Sinəmdə uzanırdı. Bu onun Mənim qarşımda ehtiramı idi. Mən də sizin sinənizdə uzanmaq istəyirəm (Lk.9:58, 2Pad.4:10-11). Lakin bu, Onun Tamhüquqlu Ağa, Dost, Ata olduğu ürəklərdə mümkündür (Yar.2:2-3, İb.4:10). Mənim Tanrı ilə yekdilliyim bu məni Özü ilə=Öz Müqəddəs Ruhu ilə doldurmaq üçün Tanrıya imkan verdiyim vəziyyətdir. Artıq mən özümünkünü axtarmayanda, Tanrı mənim Müqəddəs Ruha görə yeriməyimlə Öz Dolğunluğuna yetişəndə mən Tanrı ilə Onun Rahatlığında oluram. Hər kəs ki, HƏMIŞƏ Müqəddəs Ruha görə yeriyir, hər kəs ki, Onun Kamil İradəsindədir, o HƏMIŞƏ Rahatlıqda=Tanrıdadır və Tanrı ondadır (Mt.11:28-29).
Tanrı qarşısında ehtiram göstərdiyim anda, ruhda mən sanki cərrah masasının üstündə uzandığımı görürəm və Tanrı mənim üzərimdə İş görür. Mən elə bil tam Onun Hakimiyyəti altındayam və Rəbbə mənə dərindən şəfa verməyə, Özü ilə dolmağa imkan verirəm. Müqəddəs Ruhla dolu olun (Ef.5:18). Rəbb belə anlarda Dağda sakit Meh əsəndə İlyasa göstərdiyi kimi, bizə də Öz Ürəyinin Öz Kamil İradəsini və bizim gələcək xidmətimizi göstərir. Mən istəyirəm ki, siz Mənim Hüzurumda olmağı məşq etdirməyi öyrənəsiniz və Mənim Hüzurumda zövq alasınız. Sizə Mənim Ürəyimə=Müqəddəs Ruhuma qulaq asmağı öyrənmək lazımdır. Mən gözləyirəm ki, siz Mənim Hüzuruma gələndə, burada Mənimlə bütün vurnuxmanızı bir tərəfə qoyasınız. Sizi Öz Məhəbbətimlə doldura bilməyim üçün siz boş qablar omalısınız. (Zəb.119:36-38). Zövq almaq - bu Məndə həll olmaqdır.
Rəbb dedi: Yeni Başlanğıc (Vəhy.21:5-6). Sizdə yeriyəcəyəm. Mənim Rahatlığımda olun. Siz Müqəddəs Ruhda yeriyəndə Mən sizdə yeriyirəm. Siz Mənimlə yekdil olanda bu Mənim sizinlə Yekdilliyimdir (Yəh.17:21-23). Məni bütün ürəklə, bütün zəka ilə, bütün dərrakə ilə sevmək - bu Mənə baxıb ləzzət amaq, Məndən zövq amaq, bu tamamilə Mənə=Məhəbbətə dalmaqdır. Bizim Həqiqi Məhəbbət ittifaqımızdan Hikmət doğulur (Məs.24:3-4). Bir Ruhda Atanın Ürəyinə yol tapırsınız (Ef.2:18). Siz Tanrıya məhəbbətlə dolanda sizin mübarizəniz başa çatır (Yeş.40:2). Mən sizin itaətinzi, qurbanlarınızı istəmirəm, Mən sizin imanınızı, məhəbbətinizi istəyirəm!
Rəbb dedi: Yeni Başlanğıc. Mənəm Başlanğıc və Son. Köhnə şeylər keçdi, indi hər şey Yeni oldu. Mən sizi aparacağam (Yəh.10:4). Onda Son=Biçin gəlib yetişəcək. Məhsul çoxdur, lakin həqiqi işçilər azdır. Mən sizi yer üzünə göndərəcəyəm (Mt.13:41, Yəh.17:21). Həqiqi işçilər bu Mənim Kəlamımı düzgün, Müqəddəs Ruha görə öyrədənlərdir (2Tim.2:15, Yeş.43:21, Məs.24:24-26).
Ev ibadətində ünsiyyət zamanı Rəbb mənə dedi ki, biz əl-ələ tutaq və dövrə vuraraq Onun qarşısında hərlənək (Yer.31:130). Mən bir az karıxdım, lakin razılaşdım və bunu başqalarına dedim. Biz hərlənirdik. Və yavaş-yavaş sevinc bizi bürüdü və biz sevinclə dolduq. Sonra nə edəcəyimizi bilməyərək biz hərlənir, qəh-qəhə ilə gülürdük.
Rəbb dedi: Mənim qarşımda rəqs edin. Biz hətta artıq həvəslə rəqs etməyə razılaşmışdıq və dayana bilmirdik.
- Rəbb, Sən nə edirsən? Mən sizə şəfa verirəm. Siz Mənim İsmimlə bir yerə yığılanda Mən Özüm istədiyim kimi, sizin hər birinizin vasitəsilə hərəkət edirəm (1Kor.12:11,18). Və əgər siz itaətlə Mənə hər şeydə etibar edirsinizsə, bu elə Mənim Müqəddəs Günümdür. Siz Məni öz imanınızla izzətləndirəndə Mən sizə şəfa verirəm=Azad edirəm. Məni gözləmə və Mənim İsmim qarşısında ehtiram bu elə Mənim seçdiyim Mənim Orucumdur=Mənim Şənbəmdir. Bu, Rəbbin Müqəddəs Günü deməkdir (Yeş.fəsil 58).
Hər halda bizlərdən biri səfeh görünməyə etirazını bildirdi, onu dilə tutmağımıza baxmayaraq bizimlə rəqs etməkdən imtina etdi. O Tanrıya inanmadı və hətta bu xırda şeydə də insanlardan qorxdu. Bəs əgər Tanrı bizdən daha böyük bir şey istəsə, onda necə olacaq?
Rəbb dedi: Bir-birinizin yükünü daşıyın yəni, Mənim Yüklərimi daşıyın, Mənim Yüküm isə yüngül və asandır və dünyəvi kədər deyil, sevinc gətirir. Mənim Yüküm bu Mənə qulaq asmaqdır (Qal.6:2, 1Kor.12:25). Bu insan, Rəbbin Özündən Onun İradəsini soruşmaq əvəzinə, üç dəfə Yox dedi. İnsan, Tanrıya inanmamaq və öz qorxusunu adlayıb keçməmək barədə öz qərarını verdi, ona görə də öz qorxusu ilə oturub qaldı. Mən ondan soruşdum: Bəs əgər Tanrı səndən bu barədə xahiş etsə? Yox, yox, yox. Sənə deyib, sən də rəqs elə, mən isə istəmirəm.
Rəbb dedi: O Məndən üç dəfə imtina etdi. Kim insanlar qarşısında Məndən imtina edərsə, utanarsa, ondan Mən də imtina edəcəyəm, utanacağam. Məndən imtinanın nəticəsi olaraq artıq Mən, Mənim Səmavi Atamın qarşısında onun barəsində Vəsatət edə bilməyəcəyəm. Kim öz çarmıxını götürüb Mənim ardımca gəlmirsə, o Mənim Məhəbbətimə layiq deyil (Mt.10:33,38, 1Yəh.2:1). Rəbb aydınlaşdırdı ki, O bizdən heç vaxt imtina etmir. Biz Ona qulaq asmayanda onda, biz ondan imtina edirik, onda, O artıq bizim günahlarımıza görə Vəsatət edə=Qurban ola bilmir. Və əgər insan tövbə etməsə, şeytanın məhkumiyyəti gəlir.
Daha sonra Tanrı açdı ki, O bizim qorxu ilə bağlı problemimizi bilirdi, ona görə də Rəbb bizə, bizi insanlar qarşısında zəncirləyən qorxudan Azad edəcək belə qeyri-adi, çətin olmayan tapşırıq=SINAQ verdi. Bizə yalnız Tanrıya iman etmək və Tanrının Öz Şəfasına=Azadlığına başlaya bilməsi üçün, bizi Onun sevinci ilə doldurması üçün Kəlama görə hərəkət etmək lazımdır. Tanrı bir çox məsihçilərin düşündüyü kimi, bizi pisliklə sınağa çəkmir. Rəbb bizi seçim Azadlığı ilə sınağa çəkir biz Ən Yaxşını yəni, Onun Kamil İradəsini seçməkdə azadıq. Tanrı bizə Öz Tapşırığını=Sınağını verəndə O bizi nədən isə Azad etmək istəyir. Və kim ki, Tanrıya iman edir, onun ruhu, qəlbi və bədəni şəfa tapır, çünki Tanrı bizim imanımıza görə möcüzə göstərir.
Mən öz şəxsi seçimimi etməkdə azadam. Rəbb açdı ki, MƏSİHÇİLİK bu bizim azad seçimimizdir. Bu, Görünməyənə güvənmək seçimidir, halbuki əvvəllər mən, təbii ki, hər bir görünənə inanırdım. Bu, mübarizə aparmamaq, vurnuxmaya düşməmək, lakin iman etmək, Tanrıya tabe olmaq seçimidir. Bu, O Kəs və o şeylər barədə düşünmək seçimidir ki, əvvəllər, təbii ki, mən O barədə düşünməyi hətta ağlıma da gətirmirdim. Bu, əvvəllər öz həyatımı onsuz təsəvvür etmədiyim şeyləri ürəyimdən qoparıb atmaq seçimidir. Bu, əvvələr, təbii ki, etməməyi ağlıma da gətirmədiyim şeyləri etməmək seçimidir. Bu, əvvəllər, təbii ki, fikirləşdiklərim və danışdıqlarım haqqında daha fikirləşməmək və danışmamaq seçimidir. Bu, təbii ki, əvvəllər nifrət edəcəyim kəsləri sevmək seçimidir.
Məsihçilik bu həmişə Tanrını seçməkdir, bu, 180 dərəcə dönmək və ümumi axına=bütün yer üzü sisteminə qarşı əks istiqamətdə getmək, Tanrı ilə birlikdə üzməkdir. Məsihçilik bu, Xariqüladə Olanla, bizi Sevən Tanrı ilə yer üzündə xariqüladə həyatdır. Və hər şeyi Tanrısız, Onun Köməyi=Lütfü olmadan etdiyini düşünən kəs, Əyyub kimi son dərəcə xam xəyaldadır. O fikirləşir ki, sağdır, lakin o ölüdür. O fikirləşir ki, yaxşılıq edir, lakin bu, yox olan ilğım=xəyaldır. O düşünür ki, Tanrısız Tanrıya xidmət edir, lakin bu xam xəyaldır.

Mən fikir verdim ki, həmişə Rəbb tərəfindən verilmiş tapşırığı yerinə yetirəndən sonra, hətta tapşırığı yerinə yetirən zaman, ətrafdakıların reaksiyasına baxmayaraq, mənim ruhumdan bütün mənim vücudumu dolduran, Tanrının heç nə ilə müqayisə edilməyən, xariqüladə Sevinci qalxır. Belə anlarda Tanrı mənə görə sevinir, mən isə Onunla birlikdə sevinirəm. Biz, Tanrının İradəsini yerinə yetirməyə razılıq verəndə, biz Onu yerinə yetirən zaman Rəbbin ardınca getməyə davm etmək üçün öz istehkamlarımızdan, qorxularımızdan azad oluruq.
Təşviqdən sonra, Tanrının qarşısında sevinməkdən imtina edən insan öz hərəkətini dərindən dərk etdi və Tanrıya itaət etməkdən=iman etməkdən imtina etdiyi üçün tövbə etdi. Bu hadisəyə qədər o anlamırdı ki, Tanrıya itaət etməmək bu, Ondan imtina etmək kimi bir şeydir. Bu insan, Rəbbdən imtina edən Peterin əhvalatında olduğu kimi, Rəbbin onunla Öz Müqəddəs Ruhunun ünsiyyətini bərpa etməsi üçün Tanrıya məhəbbətini üç dəfə etiraf etdi.
Rəbb dedi: Çörək bölün. Biz çörək böldük.
Və Rəbb ayə verdi: 1Kor.12:26-27. Əgər bir üzv əzab çəkirsə (Tanrıya öz itaətsizliyi=imansızlığı ilə), digərləri də (Rəbb də o cümlədən, çünki, biz Onun Bədəninin üzvləriyik) onunla bərabər əzab çəkir; Üzvlərdən Biri=Tanrı izzət qazanırsa (bizim Ona itaətimiz=imanımız vasitəsilə), bütün üzvlər də onunla birgə sevinir. Siz Məsihin Bədənisiniz, ayrı-ayrı isə Onun üzvlərisiniz. Şənbə günü büdrəməsən, Müqəddəs günümdə istədiyinizi etməsən (daima Müqəddəs Ruhda və Həqiqətdə olacaqsan) və Şənbə gününü şən gün, Rəbbin müqəddəs gününü Şərəfli gün adlandırsan, və adi=öz işlərini görməməklə, yəni, öz şıltağını=qorxunu=cismani təbiətini razı salmamaqla, boşboğazlıqla məşğul olmamaqla Tanrıya ehtiram etsən, onda Rəbbdə Sevincin olacaq və Mən səni Yüksəkliklərə qaldıracağam və Səmavi Atanın Mirasından =Məhəbbətdən dadmağa qoyacağam, yəni, sən hər bir qorxudan azad olacaqsan, çünki Məhəbbət hər bir qorxunu qovur (Yeş.58:12-14).
Daha sonra Rəbb mənim ruhumda bilik verir ki, Mənim həyatımda elə vəziyyətlər olacaq ki, mənim Ona qeyd-şərtsiz itaətim=imanımdan yalnız mənim həyatım asılı olmayacaq. Tanrı istəyir ki, ruhani və fiziki həyatda baş verənləri mən hətta dərhal başa düşməsəm də, Onun mənə göstərdiklərini dərhal etməyi öyrənim. Mənim ildırım sürətli itaətimdən yalnız mənim təhlükəsizliyim asılı olmyacaq.
- Rəbb, Sənə dərhal qulaq asmayanda imansızlıq, şübhə hallarına görə məni bağışla. Heç kəsin mənim imanızlığım vasitəsilə zərər çəkməməsi üçün məni və başqalarını müdafiə etmək üçün Sənin Lütfünü diləyirəm. Sənə ildırım sürəti ilə itaət etmək üçün Sənin Lütfünü diləyirəm İsa Məsih İsmiylə!.
Başqa insan Rəbbdən soruşdu ki, dövrə vurub rəqs etdiyimiz zaman O nə edirdi.
- Rəbb, rəqs zamanı nə baş verirdi? Siz mənim qarşımda yeriməyi öyrənirdiniz. Siz Ruhda hələ rəqs etmirdiniz, öyrənirdiniz. İtaət bu, Ruhda yeriməyi öyrənmənin başlanğıcıdır.
- Rəbb, Sən şəfa barədə danışırdın. Siz Mənə itaətli olanda Mən sizin ruhunuza, qəlbinizə və bədəninizə şəfa verirəm.
- Rəbb, mən nə üçün xəstələnirəm? Şəfa almaq üçün sən İmanda kifayət qədər irəliləmirsən.
- Rəbb, nə üçün mən Səndən çox insanı gözləyirəm? Bu Mənim ya insanın ardınca getməkdə sənin seçimindir. Sən imanda kifayət qədər irəliləmirsən.
- Rəbb, bu nə deməkdir? Sən Mənim qarşımda yerimirsən.
- Bu nə deməkdir? Mənim qarşımda yerimək bu daima Müqəddəs Ruhda olmaq, bu daima Mənim Rəhbərliyimi, Mənim Kəlamımı gözləməkdir. Bu Mənim seçdiyim Orucdur. Oruc=boşluq (Post=pust) bu Mənim səni doldurmağım üçün boş qab olmaqdır. Sən imanda irəli can atmalısan, Müqəddəs Ruhda görməyə başlamaq üçün öz ruhunun dərinliyinə getməyi öyrənməlisən. Insanın ardınca getməyə can ataraq sən Mənim Məhəbbətimi rədd edirsən, sən Mənim qarşımda yerimirsən. Müqəddəs Ruhda yerimək bu Mənim Məhəbbətimdə yeriməkdir. Bu daima Mənim Hüzurumdan, Mənim Məhəbbətimdən zövq almaqdır. Sevgililərinizdən ayrılmayın. Mənim Məhəbbətimi qəbul etmək üçün sən özündən imtina etməyi öyrənməlisən.
- Rəbb, bunu necə öyrənim? Özündən imtina etmək bu, Müqəddəs Ruhla doldurulmaq üçün, Onda ərimək və Müqəddəs Ruhda üzmək üçün öz fikirlərindən, əqlindəki vurnuxmadan imtina etməkdir (Yez.47:3-5).
- Rəbb, biz bir yerdə toplaşanda nə baş verir? Mən sizdən istədiyim kimi istifadə edirəm. Lakin sən Müqəddəs Ruhda olmayanda Mən səndən Mənim qabım kimi istifadə edə bilmirəm. Müqəddəs Ruhda olduğunuz vaxt bu ünsiyyət sizə zövq verəcək. Siz hamınız birlikdə Müqəddəs Ruhda olanda siz mənimlə doldurulursunuz, onda Mən sizdə Mənim Kamil İradəmi icra edə bilirəm. Siz Mənimlə doldurulanda Mən sizdə icra olunuram, Mən sizdə sizin pisliyiniz üçün deyil, Yaxşılığınız üçün Mənə Məqbul olanı icra edirəm. Bu Qal:2:20-də olan səviyyədir: Və artıq mən yaşamıram, Məsih məndə yaşayır. Bu Mənim Həyatımın sizdə zühür etdiyi həmin səviyyədir.
- Rəbb, bu ünsiyyətdə mənim rolum nədən ibarətdir? Özümü sənin vasitənlə zühur etdirə bilmək üçün sən Ruhda olmağı öyrənməlisən. Sən Mənə etibar etməyəndə Mən çox şeyi edə bilmirəm. Şeytan bununla insanı yoldan çıxartdı=aldatdı. Mən şeytana Rəhbərlik etmirəm, Mən insana Nəzarət etmirəm, Mən insana zor etmirəm. Bu bütün insanların son dərəcə yanlış fikridir. Mən insanı sevirəm. Sən Mənə bütün yeri verəndə, hər şeydə Mənə etibar edəndə Mən hər şey edə bilirəm, əgər sən Məni sevirsənsə, onda xüsusən də imanlıya hər şey mümkündür (1Yəh.4:18). Əgər insan Mənə iman etmirsə, o Məni rədd edir, ona görə də Məni axtarmır. Budur, Mən qapı qarşısında durub onu döyürəm: kim Mənim səsimi eşidib ürəyinin qapısını açarsa, Mən onun yanına gələcəyəm və Mən onunla şam edəcəyəm (Vəhy.3:20). Sənin Mənə imanın Mənim üçün qapıları açır (Yəh.11:40) yəni, əgər iman edə bilirsənsə, iman edənə hər şey mümkündür (Mk.9:23), sənin imansızlığın isə Mənim sənin ürəyinə Yolumu kəsir və qapıları şeytan üçün açır (Mt.13:58, Mk.6:5-6). Mən sənə ruhani qanunu açdım. Mən sənə İman Qapısını açdım (Həv.14:27, Vəhy.3:8). Quzularım Səsimə qulaq asırlar, Mən də onları tanıyıram və onlar mənim ardımca gəlirlər (Yəh.10:27-28).
- Rəbb, hara gəlirlər? Mən Qapıyam: kim Məndən=İmandan daxil olarsa - yəni, kim Mənim ardımca gəlsə, o xilas olar, o Məndən daxil olar və azad çıxar və otlaq tapar (Yəh.10:9,7). Əgər Mən sənin Çobanınamsa, sən heç nəyə möhtac olmayacaqsan. Yalnız Mən səni yaşıl çəmənlərdə dincəldirəm və sakit axan sular kənarında gəzdirirəm (Zəb.23:1-2). Əbədi Həyatı sənə Mən verirəm və heç vaxt həlak olmayacaqsan və ƏGƏR sən Mənə qulaq asırsansa, heç kim səni Mənim Əlimdən oğurlaya bilməz.
Rəbb dedi: Məndən zövq alın. Sizin təhlükəsizliyiniz sizin Mənə itaətli olmağınızdan asılıdır. Mənimlə və bir-birinizlə yekdilliyinizdə sizin Ataya yolunuz var, onda, Mən sizi Öz Yüksəkliklərimə qaldırıram və Atadan axıb gələn Müqəddəs Ruh vasitəsilə Atanı dadmağa qoyuram. Bu Əllinci gün deməkdir (Həv.2:3). Qapı açıqdır (Vəhy.3:8, 1Kor.16:9). Sizə Mənə tez yaxınlaşmaq lazımdır. Mən sizi gözləyirəm. Bu təlim sizin təqdisinizdir.
Toxum var, bir də Bəhrə var. Bəhrə və Toxum bu eyni şey deyil. Toxum bu Mənim Ənamımdır, Bəhrə isə əmələ gəlir bu Mənim sizdə Surətimdir (Yar.1:26, Rom.8:29-30), bu Mən Özüməm (Qal.4:19). Mən Toxum kimiyəm, Mən Bəhrə kimiyəm. Mən sizin vasitənizlə bu dünyaya doğulmaq istəyirəm. Bu dünyada sizin vasitənizlə yeriməyimə Mənə izn verin (Mt.18:18)! Mənim Kəlamımın sizdə və sizin vasitənizlə davam etməsinə Mənə izn verin (İb.12:19).
Mənim Kamil İradəm sizin Müqəddəslik Bəhrəsini - İsa Məsihi gətirməyiniz, Onu böyütməyiniz və bütün həyatınız boyu Mənə xidmət üçün Onu Mənim Taxtımın qarşısına gətirməyinizdir. Toxum ölməli, Bəhrə isə çoxalmalıdır. Sizin Mənimlə razılaşmağınız bu Mənim Çoxalmamın Başlanğıcıdır, bu Mənim Biçinimdir (Rom.7:4, 6:22). Mən Biçin Tanrısıyam. Sizi Öz Biçinimə göndərməyi Məndən Biçinin Ağasından istəyin.
Biz razılaşdıq və dua etdik, Rəbbdən Onun Kəlamına görə bu barədə xahiş etdik. Sizin vasitənizlə Mən işləyəcəyəm. Səpin və biçin artıq dayanmayacaq(Yar.8:22, 9:1,7). Və Rəbb bizə anatdı ki, O bizdə Biçinin Tamhüququ Ağası olmamışdan əvvəl, bizim vasitəmizlə işləməmişdən əvvəl bizim özümüzü biçməyə yəni, bizə Adəmdən gələn günahlı təbiətimizi Onun Çarmıxında çarmıxa çəkməyə Ona izn verməyimiz lazımdır. Əgər Rəbb bizi biçə bilsə, onda O Öz Kamil İradəsini bizim vasitəmizlə icra edə bilər.
    e-mail
hristiana
Site Admin


: 27.04.2008
: 954
:

: 11, 2010 12:06 pm     :

♫ 17. SULAR ÜZƏRİNDƏ YERİMƏK ♫


Rəbb, təxminən üç yaşım olanda başıma gələn bir əhvalatı mənə xatırlatdı. Onda mən ağır sarsıntı keçirmişdim, ona görə də bu hadisə yaddaşımda parlaq iz saldı.
Bizim şəhərdə böyük bir meşə-park var idi. İstirahət günlərində insanlar ailələri ilə oraya istirahətə gedirdilər. Biz də getdik. Başqaları kimi biz də rahatca otların üzərinə sərildik, mən isə topla oynayırdım. Top gilləndi və mən balaca ayaqlarım bir-birinə dolaşa-dolaşa onun ardınca qaçdım. Nəhayət onu tutanda başa düşdüm ki, itmişəm. Məni dözülməz qorxu hissi bürüdü. Anamı axtara-axtara yad adamların arasından keçərkən mənə elə gəldi ki, aradan bir il keçib. Gözlərim yaşla doldu, lakin qorxduğumu və ümidsizliyimi yad adamlara göstərmək istəmirdim. Mən bilmirdim ki, anam nəzərlərini məndən çəkmir və mənə göz qoyur. Mənim onu gözdən itirdiyimi görəndə, o məni yavaşca çağırdı. Yalnız o zaman mən onu gördüm. Bu hadisədən sonra mən, anamı itirməmək və belə sarsıntı keçirməmək üçün heç vaxt onu diqqət mərkəzindən qaçırmırdim. Beləcə, Rəbb bu hadisəni bütün ağır təəssüratları ilə mənə xatırlatdı.
- Rəbb, nə üçün Sən bu dəhşətli hadisəni mənim yadıma saldın? Mən istəmirəm ki, səninlə və anan arasında baş verən hadisə səninlə Mənim aramda baş versin. Mən istəyirəm ki, sən heç vaxt itməyəsən, Məndən uzağa getməyəsən. Azmamaq üçün Məndən uzağa getmə. Qorxunun sənə üstün gəlməməyi üçün Daima Mənim Gözlərimə bax. Ənamları axtarma, məni axtar (- yəni, Rəbbi unudub topun ardınca qaçmayım). Mən Ən Böyük Ənamam, qalan hər şeyi isə Mən əlavə edəcəyəm. Fikrini ikinci dərəcəli şeylərə yayındırma. Tamamilə hər bir şey yalnız Məndən gəlir: ənamlar, bəhrələr, xidmətlər, Məhəbbət....
Və Rəbb ətraflı şəkildə Öz Təlimini izah etdi. Top bu Onun Ənamıdır. Yanılaraq çoxlarımız Onun dalınca düşür və itir. Bəzi məsihçilər Onun Ənamlarına, Tanrının Özünə deyil, başqalarına xidmət etməyə o qədər qapılırlar ki, özləri Onu itirirlər, elə uzağa gedirlər ki, nə Onu görə, nə də Onun Çağırış Səsini eşidə bilirlər.
Rəbb dedi: Sular üzərində yeri. Rəbb tədricən məni verəcəyi Biliyə gətirincəyədək, mən uzun müddət sular üzərində yeriməyin nə demək olduğunu, Rəbbin mənə nə öyrətmək istədiyini başa düşə bilmirdim. Sular üzərində yerimək Tanrının İmanına görə yeriməkdir. Bu Mənim Kəlamıma=Mənim Hökmümə görə yeriməkdir. Rəbb, nə etməmi istəyirsən (Mt.14:28-29, Həv.9:6)? Sular dənizi - bu dünyanı əks etdirir və Tanrıya imanla yeriyəni, Rəbbə baxanı bu sular uda bilməz. Onun Kəlamı bu Bünövrədir, bu Möhkəm Bünövrədir.

Elə həmin gecə Rəbb mənə yuxu verdi. Gördüm ki, doğuram. Lakin insan yox, uzun, hər iki tərəfdən itilənmiş yəni, ikiağızlı qızıl Qılınc doğulur. Yuxuda təəccüblənirəm ki, belə uzun Qılınc mənim daxilimə necə yerləşə bilib və necə olub ki, doğuş zamanı yaralanmamışam (Vəhy.19:15, İb.4:12). Yanımda bir kişi dayanıb mənim başıma gələni müşahidə edir. Onun da doğuş ağrıları tutur və kiçik, boz rəngli, paslı bir metal qılınc doğur (Yəh.5:3). Kişi mənə sual verir: Belə qılınc doğmaq=almaq üçün sən nə etdin, necə etdin Mən özüm heç nə etmədim, mən özüm də təəccüblənirəm və bilmirəm!
Daha sonra Rəbb anlatdı ki, Qılınc bu Onun Kəlamıdır, Qılınc bu Onun Bəhrəsidir, bu, Həyat Ağacının Bəhrəsidir! Mən bu Qılıncla=Bəhrə ilə nə edəcəyimi bilmirəm. Mən Vəhy.4:10-11-də olan hadisəni xatırladım. Ona görə də dua etdim və Onun Qılıncını Rəbbə həsr etdim.
Ertəsi gün Rəbb Əlavə Kəlam verdi: Mənim Kəlamımı yay (Mt.10:6-7, Yeş.55:11), Mənim səndə Qələbəmi yay (Yeş.51:2-3). İşləyən əkinçi Bəhrələrdən birinci dadmalıdır. Nə dediyimi anla. İsa Məsih Tanrının Toxumu oldu. Ona görə şeytan Onu sınağa çəkdi: Əgər mənim qarşımda yıxılıb səcdə etsən, bütün bu dünyanı sənə verərəm (Mt.4:9). Kimə səcdə edirik, kimin qarşısında yıxılırıq? Əgər Rəbbə səcdə ediriksə, onda bu dünya üçün ölürük və Onun Səltənətində çoxlu bəhrə gətirmək, Onun üçün yaşamaqdan ötrü Tanrı üçün dirilirik. Tanrı üçün yaşayım deyə, Məsihlə bərabər çarmıxa çəkilmişəm və artıq mən yaşamıram, Məsih məndə yaşayır (Qal.2:19-20).
İmanlıların Mənim qarşımda yeriməsində dönüş anı başlayır. Millətlər vurnuxmaya düşür və Rəbbə qarşı birləşir (Zəb.2:1-4,12). Lakin Məni sevənlər üçün hazırladığım şeyləri nə göz görmüş, nə də insanın ürəyi düşünmüşdür. Mən isə, Məni sevənlər üçün Öz Çarmıxımı Öz Hikmətimi=Öz Məhəbbətimi, Mənim Ədalətimi hazırlamışam. Kim Mənim tikanlı Çələngimi qəbul etməsə, o Mənim İzzət Çələngimin altına daxil olmayacaq.
- Rəbb, dönüş anını görmək və özümün də bu dönüş anını sənin qarşında keçmək üçün Sənin Lütfünü diləyirəm İsa məsih İsmiylə (Zəb.24:3-10, Yeş.14:3-7)!
Rəbb məni gecə oyadır və Kəlam verir: Mənim Ədalətimin aşkar olunması üçün (Yer.50:25, Yez.21:14-17, Vəhy.15:1, , Rom.1:18-19, 2:5, 9:22, Est.7:10) siz Mənim qəzəb qablarımsınız (Əyy.38:37,Yer.50:25). Qəzəb qabları bu Həqiqət qablarıdır (Zəb.19:10). Mən sizi axırıncı Gün üçün qoruyub saxlamışam (Vəhy.15:7, Yer.50:25, Yeş.51:17, Rom.2:5, 9:22, 1:18-19,25).
Mənim Məhkəməm bu Mənim Məhəbbətimin ali dərəcəsidir (1Py.4:17). Mənim Məhkəməm insanları tövbəyə, Mənim Çarmıxıma, dirçəlişə, Mənim Müqəddəsliyimə gətirir (Yəh.16:8-11, 1Py.4:6-7,12-13, Ef5:14, Yəh.12:31).
Mən sizinlə olacağam (Həv.10:38, Lk.4:18)! Siz Mənim Əlimdə olacaqsınız! Siz Mənim Əlim olacaqsınız (Mk.3:13-15, Yer.15:19, Zax.1367)! Mən Öz Müqəddəsliyimi göstərəcəyəm və torpağa şəfa verəcəyəm (Zək.8:13, Yeş.25:7-10, Yz.39:21,27,29, 1Kor.4:5. 2Sal.7:14). Mənim Şəfam Mənim Şüalarımdadır. Siz Mənim şüalarımsınız. Mənim Qüdrətim şüalardadır (Hab.3:4). Siz və Mən Birik (Yəh.17:21,23, Vəhy.1261, Mal.4:2). Sizi buraxmaram, sizi tərk etmərəm (İb.13:5, Yeş.42:16)! Sizə Rəhbərlik edəcəyəm (Zəb.32:8). Mənim Əlim sizin üzərinizdədir. Sizin vasitənizlə möcüzələr və əlamətlər göstərəcəyəm (Həv.4:30, 2Kor.12:12, Yeş.41:10, 14).
Siz mənim Məhəbbət qablarımsınız. Bütün yer üzünə göndərəcəyəm (Vəhy.16:1,7, Yəh.15:27). Sizi qoruyacağam, qoy ayağınız büdrəməsin (Zəb.63:8-9, Zəb.23, Yeş.43:2,44:8). Mən sizi sevirəm! Mənim sizin üçün hazırladığım şeyləri nə göz görmüş, nə qulaq eşitmiş, nə də insanın ürəyi düşünmüşdür (1Kor.2:9, Ef.3:16-21, Rom.8:18)! Sizin vasitənizlə Mən Məhəbbətimi göstərəcəyəm (Yəh.17:26,20)!
Və budur, dövrün sonuna kimi Mən hər gün sizinləyəm, AMİN (Yer.15:11, Rom.8:25,28, Mt.28:20, Yəh.14:16)!

Əvvəllər pastorlara göndərdiyim məktublar üçün cəmiyyətdə təqib, təzyiq, xəbərdarlıqlar, istehzalar davam edirdi. Rəbb insana dedi: Kəlamı yay, Mənim sizdə Qələbəmi yay (Mt.10:6-7). Qələbənin sonuna kimi irəli gedin (1Yəh.2:12-14). Dayanmayın. Divardakı dəlik önündə dayanın. Pisliyə müqavimət göstərməyin, lakin pisliyə Yaxşılıqla qalib gəlin (Yez.22:30, 13:5-6, Rom.8:27). Rəbb izah etdi ki, əgər özüm özümü müdafiə etsəm və nəyi isə sübüt etsəm, ya da özümə bəraət qazandırsam, onda dediyim hər bir söz bir insan şəxsiyyəti olaraq mənim əleyhimə izah olunacaq. Mənə yalnız Onun dediklərini etmək lazımdır, nə artıq, nə əskik.
- Mən sizi seçdim ki, gedəsiniz və Bəhrə gətirəsiniz, Bəhrəniz olsun=çoxalsın, sizin özünüzdə və başqalarında çoxalsın (Yəh.15:16,2, Yeş.54:2-5). Başınıza Tac qoyan Başlanğıc deyil, Qələbə Sonudur.
- Rəbb, axı məni cəmiyyətdən tamam kənarlaşdırarlar! Mən sənə Ən Yaxşısını Özümü verərəm (Lk.9:24-26). Bunun üçün Məndən Mənim Səbrimi dilə(2Sal.3:5, Yaq.1:4-6).
- Rəbb, mən Səndən Sənin Kamil səbr Ənamını diləyirəm İsa Məsih İsmiylə! Mən sənə Mənim Səbrimi Ənam edirəm (1Pt.1:6-7, Rom.8:25). Yeş.41:13-16, İrəli gedin.
- Rəbb, mən razıyam! Padşahar (biz hamımız Rəbbdə padşahıq) qarşısında Sənin Açıqlamaların barədə danışacağam və utanmayacağam (Zəb.119:46, Rom.9:33, Mk.8:38).
Rəbb gecə məni oyatdı və dedi: Nizən nə qədər uzundursa, qələbən də o qədər şəksizdir, şübhəsizdir. Sənin nizənin uzunluğu səbrindən asılıdır (Mər.3:26). Oxlar və nizə - bu, məndə ruhani düşməni məğlubiyyətə uğratmaq üçün və Tanrının Kəlamına görə bizi əhatə edənlərdə Tanrının Ruhani Silahıdır (Hab.3:11,14, Nəğ.8:6-7).
Gələn dəfə dua xidmətinə getməyə hazırlaşanda Tanrının İradəsini bildiyimə baxmayaraq bu xidmətə heç getmək istəmirdim. Mənim daxilimdə Tanrının İradəsi barədə biliyimlə xidmətə getməmək istəyim arasında mübarizə gedirdi. Mən Rəbbdən soruşmaq qərarına gəldim.
- Rəbb, nə edim. Sən azadsan. Getməməkdə azad olduğum üçün elə sevindim ki. Lakin Müqəddəs Ruh ürəyimdə məni düzgün qərar qəbul etməyə vadar edirdi. Mən öz ruhumda düşünməyə başladım və başa düşdüm ki, Rəbb əvvəllər mənə heç vaxt azad olduğumu deməmişdi. Mən nədən ya da kimdən azadam?
- Rəbb, mən Səndən azad olmaq istəmirəm. Mən Sənin Kamil İradəni icra etmək barədə qərar qəbul edirəm. Mən həmişə Səninlə dolu olmaq istəyirəm. Cismani təbiətlə və bu dünya ilə dolu olmamaq üçün Səndən azad olmaq istəmirəm İsa Məsih İsmiylə! Rəbb, lakin məni bir şəxsiyyət kimi təqib edirlər. Sən Özün də heç vaxt zorla Özünü heç kimə əmanət etməmisən (Yəh.2:24). Səni təqib edəndə Səni qəbul edənlərin yanına gedirdin! Məni heç də həmişə gözləmirdilər və qəbul etmirdilər. Mən Atanın Ruhunun Məni göndərdiyi yerə gedirdim. Məni təqib edirdilər, lakin Mən yenə də, Öz Cismani Təbiətimin Çarmıxda Ölümünə qədər onların yanına qayıdırdım (1Kor.15:36,42-44). Hətta Getsiman bağında Öz Çarmıxımdan imtina etməkdə azad idim. Lakin mən məhz bu əsas döyüş üçün gəlmişdim (Mt.16:21). Əgər İsa: Ata,...Mənim istədiyim kimi deyil, Sənin istədiyin kimi olsun - deyə dua etməsəyədi (Mt.26:39), O Öz Çarmıxından imtina edərdi və Mən Onun vasitəsilə şeytan üzərində Özümün Tam Qələbəmi başa çatdıra bilməzdim. Mənim səndə, səninlə və sənin vasitənlə Hökm etməyim üçün səni də Mənim Tikanlı Yolumdan keçmək gözləyir (Vəhy.3:18-22). Öz qəlbini Mənim uğrumda verməyə razı olacaqsanmı? (Mt.10:39). Məni sevirsənmi? (1Kor.15:42-43).
- Rəbb, daha heç vaxt şübhə etməmək üçün Sənin Yaxşı, Məqbul deyil, lakin Kamil İradəni mənə aç. Rəbb, qoy Mən istəyən yox, Sən istəyən olsun! Və Rəbb dərhal, İsa Məsihin Timsalı olan İlyası mənim ruhumda göstərdi (Zək.4:5-6).
İlyas Yeliseyə Sən burada qala, dayana bilərsən (2Pad.26:1-6) sözlərini deyərək başa saldı ki, o Atanın İmandan İmana, İzzətdən-İzzətə irəli getmək üçün göndərdiyi İlyası=Rəbbi tərk etməkdə həmişə azaddır (Yəh.6:67-68). Yelisey hər dəfə Yaxşını, Məqbulu deyil, Tanrının Kamil İradəsini İsa Məsihin bizdə və bizim vasitəmizlə Son Qələbəsinə qədər getməyi seçirdi (Mk.12:36). Ona görə də Yelisey Yeni Yolu davam etdirmək üçün Pentikos gününü yaşadı (2Pad.2:15, Həv.1:8).
- Rəbb, mən hər şeyi başa düşdüm. Sənin Rəhbərliyinə görə Sənə minnətdaram. Nizən nə qədər uzundursa, qələbən də o qədər şəksizdir. Sənin nizənin uzunluğu səbrindən asılıdır (Mər.3:26, Hab.3:11,14). Sən sınaq və özü özünü itirmə yolunu keçəcəksən. Səni ümumxalq qarşısında cəmiyyətdən qovacaqlar (1Şam.26:19, Rom.8:35-39). Bu, insanlar qarşısında olan qorxudan azad olacağın həmin o Çarmıx olacaq (Yəh.16:2).
- Rəbb, azadlıq nə deməkdir? Mənim Yollarım ağılçatmazdır. Mən Möcüzələr Tanrısıyam. Mən Öz Yolumu hamının eşidəcəyi səslə ucadan aşkar etmirəm, yəni, Öz Yolum barədə damlardan car çəkmirəm (Məs.25:2). Səni aparacağım Mənim Yolum çoxları üçün hələ də sirr olaraq qalır (Mt.6:6, Lk.13:24, 1Kor.2:7-8).
- Rəbb, necə yəni sirr olaraq qalır? Bu və ya digər azadlığın nə vaxt, nə yolla baş verəcəyini sən əvvəlcədən bilə bilməzsən. Ümumxalq qarşısında cəmiyyətdən qovulma qorxudan azad etmir. Mənə İmanın səni qorxudan azad edir. Sən, səni qorxudan azad edən Çarmıxdan keçəcəksən. Çarmıxdan keçmək bu, Çarmıxda özü özü üçün ölməkdir. Sən yanız görünən hissəni edirsən itaətlə bu Çarmıxa gedirsən, qalan şeyləri isə Mən sənin daxilində edirəm. Sənin cismani təbiətini sənin Mənə itaətin=imanın vasitəsilə Mən Çarmıxa çəkirəm.
QORXU ilə (TANRI ilə) və lərzə ilə öz xilasını icra etmək, tamamlamaq bu sənin Mənimlə təqdisində Mənə itaətli olmaqdır, bu Çarmıxa getməkdir. Cismani təbiətin Çarmıxa çəkilməsi bu Mənim qarşımda=Kəlam qarşısında ehtiram göstərənlərdə yalnız Mənim edə biləcəyim həmin görünməyən hissədir. Bu heç kimin öz-özünə, öz ağlı ilə çata bilməyəcəyi həmin o sirrdir və ona görə Məndən başqa Xilaskar yoxdur. Mənəm Tanrı. Bu Çarmıxdan keçərkən sənin imanın Mənim tərəfimdən sınaqdan keçirilir, möhkəmlənir. Sən isə özün özünü itirməlisən ki, Mənə malik olasan. Əgər Mənim Toxumum ölməsə, tək qalar (Kol.3:3, Yəh.12:24-26, Mt.13:8, 1Kor.15:36-42-43).
    e-mail
hristiana
Site Admin


: 27.04.2008
: 954
:

: 11, 2010 12:09 pm     :

♫ 18. GÖYƏLƏRƏ QALDIRILMA ♫

Rəbb gecə mənə yuxu verir. Mən və bir başqa insan beşmərtəbəli evdəyik. Rəbb mənim ruhani gözlərimi açır və mən uzun, kapüşonlu qara plaş geyinmiş üç kişinin evə yaxınlaşdığını görürəm. Tanrı onların məni əsir götürmək niyyətini açır. İzahı: bu, şeytanın üç mahiyyəti heyvan, dəccal, yalançı peyğəmbərdir. Tanrının Mahiyyətinin Tam Surəti Ata, Oğul, Müqəddəs Ruhdur.
Mən bilirəm ki, bu binada xilasımız yoxdur. Düşmənin əsirliyindən canımızı qurtarmaq üçün mən başqa insanın əlindən tuturam və biz gizlənməyə heç bir yeri olmayan bu alçaq binadan çıxıb qaçırıq. Əl-ələ tutaraq biz şəhərin küçələri ilə qaçırıq və 120 mərtəbəsi olan çoxmərtəbəli binaya giririk. Mən bilirəm ki, xilas olmaq üçün bizə şeytan üçün girişi bağlı olan, Tanrının Otağı yerləşən axırıncı mərtəbəyə qədər çatmaq lazımdır. Biz pilləkənlə qaça-qaça çıxırıq və haradasa yarı yolda yoruluruq və nəfəsimizi dərmək üçün dayanırıq.
Mən özüm özümə təəccüblənirəm: nə üçün liftdən istifadə etməyək? Pilləkəndən liftə tərəf qaçırıq. Lift məşğuldur, bir dəqiqə də olsun vaxt itirməmək üçün biz yenə də pilləkənə tərəf qaçırıq. Axıra qədər on mərtəbə qaçmamış yuxu kəsilir və mən oyanıram.
Rəbbdən yuxunun izahını soruşuram. Rəbb mənə öyrədib ki, Onun verdiyi görüntüləri öz ağlınla izah etmək olmaz. Əgər Rəbb Öz yuxusunu verirsə, ən xırda təfərrüatına qədər Öz Həqiqi İzahını, Öz Mənasını da verir. Bəzən mən dərhal tam Açıqlamaya malik oluram, bəzən Açıqlama tədricən uzun müddət gözləyəndən sonra gəlir. Bizə cismani təbiətin istəyindən asılı olaraq, hər şeyi öz xeyrimizə izah etmək xüsusiyyəti xasdır. Lakin mənə, Öyrədən və Azad edən Həqiqət Tanrının Həqiqəti vacibdir. Bu görüntünün tam izahı dərhal gəlmədi.
İzah: lift bu, öz təqdislərinə səy göstərməyən əksər məsihçilərin istifadə etdiyi geniş, asan yoldur, ona görə də lift məşğul idi. Çoxları Məsihin ardınca ənənəvi, dindar yolla öz çarmıxlarını götürmədən, Ruhani cəhətdən səy göstərmədən, qiymət ödəmədən gedirlər. Peterin pilləkəni kimi göylərə qalxan pilləkəndən çox az adam istifadə edir. Biz pilləkənlə qaçanda heç kimə rast gəlmədik. Addım-addım Tanrının pilləkənləri ilə gedən məsihçilərə Rəbb İsa Məsihin Səltənəti barədə Açıqlama getdikcə daha çox açılır, verilir. Hər mərtəbə ilə qalxma sürəti artır. Rəbbin Cəmiyyətinə daha 10 mərtəbə qalxmaq qalıb. Hər mərtəbədə yuxarı qalxan pillələr müəyyən saya malikdir.
Peter, Yəhya və Yaqub Rəbblə Onun Dağının Zirvəsinə qalxanda onlar Dəyişilmiş Məsihi gördülər, ona görə onlar özləri Onun Cəlalına dəyişdilər, ona görə də İsa onlara etibar edirdi. 12 yaşlı qız dirilərkən orada yalnız üçü iştirak edirdi. Qalan bütün az imanlıları Rəbb qapı dalında saxladı ki, onarın imansızlığı Rəbbə, qızın dirilməsi İşinə mane olmasın (Mk.5:37,40, Mt.13:58).
Əgər biz liftlə qalxırıqsa, biz ayaq üstə durmuşuq və xülyadayıq. Buna görə də, kim düşünürsə ki, ayaq üstə durub, ehtiyatlı olsun ki, yıxılmasın ((1Kor.10:12). Kim ayaq üstədirsə, o yıxılmağa yaxındır, kim irəli gedirsə, Tanrıya yaxınlaşır. Faktiki olaraq, əgər biz liftdə dayanmışıqsa, biz Tanrının deyil, öz gözümüzdə, insanların gözündə qalxırıq, (Zəb.36:2-3). Biz xarici formaya malikik, məzmun isə yoxdur, Tanrı yolunda imiş kimi görünürük, lakin O Yolun Qüdrətini inkar edirik (2Tim.3:5).
Müqəddəs Ruhda düşünməkdə davam edərkən Rəbb mənə əks vəziyyəti açdı. Biz Rəbbin adını yüksəldərkən bizim cismani təbiətimiz getdikcə alçalır. Rəbbin Yolunu hazırlayın yəni, Onun Yolunu düz edin; hər bir dərə (alçalmış insan) qoy doldurulsun (Rəbblə=Müqəddəs Ruhla və desin: mən Rəbbdə güclüyəm) və hər bir dağ və təpə (başqa insanlar: başqa denominasiyalar, başqa cins, başqa irqlər... üzərində yüksələn qürur) qoy alçalsın, (insan təlimlərinin) əyrilikləri düzəlsin və kələ-kötür yollar hamar olsun. HƏR BIR BƏŞƏR (Tanrının Lütfü ilə bütün bunları edən) Tanrının Xilasını görəcəkdir (Lk.3:4-6). Daha 10 mərtəbə qalxmaq üçün öz gözündə 10 mərtəbə düşmək lazımdır yəni, hələ özündə öz Mənliyinin istehkamını çarmıxa çəkmək nə qədər lazımdır.
- Tövbə vasitəsilə sən Mənim Yüksəkliklərimə qalxırsan. Ora şeytan üçün əlçatmazdır. Lakin bu Yol tikanlıdır bu Yol tikanlıqdan keçir. Tikanlar sənin Mənə tərəf gəldiyin yolda şeytanın maneələridir. Qələbə çalana Mənim Taxtımda oturmağa icazə verəcəyəm. Düşmənlərin qarşısında süfrə -bu sənin tövbəndir (Zəb.23:5).
Özümüzü öz gözümüzdə və Rəbbin qarşısında qoyduğumuz vəziyyətdən asılı olaraq - məğrurlara İsa Məsihin yanına enmək, alçaldılmışlara Rəbbin yanına qalxmaq lazımdır. İsa Məsihə yaxınlaşmaq və daxil olmaq üçün bizim hamımıza Onun yanına gəlmək lazımdır. İndi Göyün açıldığını və Tanrının mələklərinin İnsan Oğlunun İsa Məsihin yanına 1)qalxıb 2)və endiyini görəcəksiniz (Yəh.1:51). Kim özünü yüksəldirsə, alçaldılacaqdır, və kim özünü alçaldırsa, kim özünü mühakimə edirsə, o yüksəldiləcəkdir (Mt.23:12,8-11, Yeş.40:31). Qoy həqir qardaş öz Yüksəkliyi=öz Tanrısı ilə, zəngin də həqirliyi ilə öyünsün (Yaq.1:9-10).
- Mt.24:4-5. Şeytanın yalanı vasitəsilə Mənim xalqımın bir çoxu özü özünü saleh saymağında qalır. Öz Məbədimi Mənim Bənzərimdə və Surətimdə onlarda qurmaq üçün onların cismani məbədini yıxmağa onlar Mənə imkan vermirlər. Şeytanın yalanından özünüzü gözləyin. Siz günahlı insanın qanunsuzluğunun ömrünü çarmıxla qısaldırsınız (Mt.24:22).
Mən qəflətən gələcəyəm. Hazır olmayanlar və yatanlar üçün Mən oğru kimi olacağam (Vəhy.16:15, Mt.24:42-44, Amos.5:17-20...). Yalançı məsihlər bu Mənim İsmim altında özünü saleh sayanlardır, lakin öz çarmıxlarını daşımaq istəmirlər. Yalançı məsihçilər bu öz çarmıxlarını götürmədən Mənim ardımca gedən yalançı şagirdlərdir, bu öz yolları ilə gedən itmiş quzulardır. Onlar Mənim tərəfimdən məsh olunmayıblar. Onlar Həqiqəti axtarmırlar. Onlar saleh olmayanların geniş yolu ilə - Mənim Hökmlərimsiz gedirlər.
Yalançı peyğəmbər bu əyilən, qıvrılan, çarmıxdan qaçan və çarmıxı öz təqdisi üçün Mənim Kəlamımı rədd edən özünü saleh sayandır. O, Mənim ona verdiyim o Məshin=Ənamın vacibliyini dərk etmir. Mən onu Məsh etmişəm, lakin o hələ xilas olmamışdır (Zəb.19:7), Mənim onda Son Qələbəmə qədər öz xilasını başa çatdırmamışdır. Əgər Mənim Məshimi özünə, öz izzəti naminə mənimsəyirsə, o körpədir (Yəh.5:41-44). O, insanları öz məshi ilə öz ardınca aparır. O, insanları Mənim yanıma=Məsh Edənin=Həqiqətin yanına gətirmir (Çıx.27:1-5, Mt.223:8-12, 28-33). Həqiqəti axtaran, yalançı məsh edilmiş olmur.
Rəbb açdı ki, Onun İsmiylə=Onun Məhəbbətinin İsmiylə bizim bugünki ünsiyyətimiz və bütün ev ibadətlərindəki ünsiyyət bizim hamımızın birlikdə Onun dərk edilməsinə, Onunla birliyə gəlməyimiz üçün - yəni, Onun İmanı ilə, Onun Ümidi ilə və Onun Məhəbbəti ilə birliyə gəlməyimiz üçün şagirdlərin Yuxarı Otaqda olan ünsiyyətinə bənzəyir (Həv.1:13-14, Ef.4:13). Lakin bu yalnız bir halda mümkündür BİZİM HƏR BİRİMİZ AYRI-AYRILIQDA RƏBBLƏ ŞƏXSİ BİRLİYƏ GƏLƏNDƏ RƏBBLƏ BİR OlMAQ ÜÇÜN YUXARI OTAĞA QALXANDA, ONDA, BİZ BİR-BİRİMİZLƏ BİR OLACAĞIQ, ONDA ONUN BÜTÜN BƏDƏNİ=ONUN CƏMİYYƏTİ=ONUN QABI, TƏK ONUNLA DOLACAQ (Həv.2:1).
Rəbb dedi: Mənim qızım, Mən səni Öz Qanadlarımda Öz Yüksəkliklərimə aparmaq istəyirəm. Mənim ardımca getmək Yolundan zövq almağı öyrən. Mən səni sevirəm və səni Öz Yüksəkliklərimdə gözləyirəm (Zəb.91). Tez getməyi sənə öyrədəcəyəm. Mənim Gəlişimin vaxtı=sənin Mənim yanıma gəlmək vaxtın yaxınlaşır (Lk.15:20-24, 2Pet.3:12-14, Yaq.5:7, Mal3:2-4). Tanrının Dalğasına köklən. Mənim Olanı Mənimki olmayandan fərqləndirməyi öyrən (Lev.11:47, Yez.44:23-24). Öz nəticələrini çıxarmağa tələsmə. Səni aparacağım yerə Mənim ardımca gələ bilməyin üçün hər şeyi sınaqdan keçir, yoxla, Məndən təkrar soruş, Müqəddəs Ruhda dua et, hiyləgərə qarşı dur, öyrən. Mən səni tez öyrətmək istəyirəm. Mən sənin Mənim tərəfimdən daha tez idarə olunmağını istəyirəm. Mən sənə müqəddəs olmaq üçün susuzluq verirəm (Yəh.19:28,30. Lk.12:50). Mən gələcəyəm və hər şeyi dəyişəcəyəm.

Rəbb mənə pastorlara daha bir Kəlamı yazmaq tapşırığı verdi, lakin bununla belə, mən daha konkret olaraq Onun Kamil İradəsini bilmək üçün qalanlarından Rəbbə duada olmağı xahiş etdim. Lakin heç kim lazım olduğu kimi duada durmadı və Mən Rəbbdən başqalarının laqeydliyi haqda bilik aldım.
Rəbb başqa insana dedi: - Siz Mənim Kamil İradəmi icra etmək üçün Mənimlə və bir-birinizlə eyniləşməlisiniz (1Kor.6:17). Siz Məsihin Bədəninin tam birliyi kimi Mənim Kamil İradəmi birgə həyata keçirməlisiniz. Bu, tək birinizin deyil, sizin hamınızın əməyidir. Hər biriniz Mənim bu Əməyimdə öz yükünü=məsuliyyətini daşımalıdır.
- Rəbb, mən ki, dua edirdim və işi yoxlayırdım? Sən buna bütün ürəyinlə yanaşmırdın.
- Rəbb, necə anlayım ki, ürəyimə çatsın? Sən Məsihin Bədənində Mənim Birliyimi Müqəddəs Ruhda dərk etməlisən. Sizin hər biriniz Mənim İşimi bölüşdürməlidir yəni, Mənim İşimə görə hər kəs öz çarmıxını öz üzərinə götürməlidir, öz çarmıxını başqasının üzərinə yıxmamalıdır.
- Rəbb, mən Müqəddəs Ruhda nəyi görməliyəm? Sən Bizim Müqəddəs Üçlüyün Birliyini: Ona varis olmaq üçün Atanın Oğulla və Müqəddəs Ruhla Birliyini görməlisən. Müqəddəs Ruhda olan insanın sənə nə demək istədiyini dərhal anlamaq üçün Müqəddəs Ruhda görməyi öyrən, onda bu anlaşılmazlıq olmazdı. Əgər sən Müqəddəs Ruhda görsəydin, öz məsuliyyətsizliyinə görə tövbə edərdin, deyişməyə başlamazdın. Sən cismani təbiətə görə bölgü apardın (1Kor.1:10).
- Rəbb, bəs indi nə olsun? Mənə tövbə et, insandan üzr istə və Mənimlə barış.
- Rəbb, insan eyni şeyi balaca uşağa deyirmiş kimi bir neçə dəfə təkrar=izah edəndə buna dözmək çətindir. İnsanın Müqəddəs Ruhda eyni şeyi bir neçə dəfə təkrar etməyi sənin Müqəddəs Ruha diqqət etməyə çalışmağın və sənə göstərmək istədiyimi Ruhda görməyin üçündür: Sənə doğrusunu, doğrusunu deyirəm... (Yəh.3:5,11, 5:19,24,25). Və Mən çox vaxt təkrar edirəm ki, siz çox vacib şeylərə diqqətinizi artırasınız. Sən Müqəddəs Ruhda Mənim kimi görmək və hiss etmək üçün məşq etməlisən. Sən Müqəddəs Ruhda olanda səninlə Mənim aramda ayrılıq olmayacaq və onda səninlə Mənim Ruhuma görə yeriyən başqaları arasında ayrılıq olmayacaq. Sizin aranızda Məhəbbət=Mən olacağam. Müqəddəs Ruhda görmək çox vacibdir. Sənin görüntün vasitəsilə Mənim Həyatım sənin vasitənlə zühür edir (Yeş.42:19-25, Vəhy.3:17). İsaya Onun Özünü sənin vasitənlə zühur etdirməyə imkan vermək bu, Müqəddəs Ruhda olmaq və Müqəddəs Ruha görə yeriməkdir.
Rəbb dedi: Məsih uğrunda söyülməyə hazırsanmı? Mənim uğrumda həyatını verməyə hazırsanmı? Sən real olaraq öz ruhunda təmiz ürəklə çarmıxda olmalısan.
- Rəbb, nə üçün indi mənim cismani təbiətim tərəfindən maneə yoxdur? O susmağa məcbur oldu, çünki Mənim ardımca getmək barədə sən qərar qəbul etdin.
- Buna qədər mən cismani təbiətimin ardınca gedirdim? Bəli, Mənim qızım, buna qədər sən cismani təbiətini razı salmağa çalışaraq onun ardınca gedirdin. Sənin cismani təbiətin böyüyüb hündür dağ boyda olmuşdu, sən isə Məndən öz azadlığını gözləyərək onun ətrafında gəzirdin. Lakin Məndən öz təqdisin üçün Mənim Taxtım qarşısına gəlmək bu sənin hissənə düşür. Mən sənin işini görməyəcəyəm. Bu sənin üzərinə düşən hissədir. Bunu tez öyrən. Mən səni Mənim Dağımın Zirvəsində gözləyirəm. Mənim Məhəbbətim səni gözləyir.
- Rəbb, bəs indi nə edim? Düşün=araşdır.
Evin=məbədin inşasına başlamağım üçün, bu məbəd isə - mənəm, mənə nə üçün yaşamaq lazım olduğunu götür-qoy etmək lazımdır. Mənim həyatımın mənası nədir və çarmıxdakı ölüm barədə Rəbbdən Açıqlama almalıyam. Çarmıx=silah mənim cismani ürəyimdən=qəlbimdən=əqlimdən keçməlidir (Lk.14:28-30, 2:35).
Rəbb dedi: - Beləcə də, sizlərdən kim bu dünyada malik olduğu hər bir şeyindən əl çəkməzsə, Mənim şagirdim ola bilməz (Lk.14:33). Məni sevən kəs qorxmur, lakin öz cismani təbiətinin çarmıxda ölümü üçün susayır (1Yəh.4:17-18). Şeytan səni öz qorxusu vasitəsilə vuracaq. Məndən imtina etməmək barədə möhkəm qərar qəbul et.
Rəbb başqa insana görüntü verdi: Qənd suda əriyən kimi Rəbbdə həll olmağın necə yaxşı olduğu barədə düşünərkən Rəbb mənə Onun Ensiz Yolunun nə demək olduğunu görüntüdə göstərdi və başa saldı. Görürəm ki, İsa çarmıxdadır. Ondan ətrafa narın qızılı işıq səpələnir. Mən çarmıxdan asılmış İsaya üz-Üzə, əl-Ələ, ayaq-Ayağa yaxınlaşıb Ona daxil oluram=Onda həll oluram. Bu elə Mənim dar Yolumdur.

Peysax cüməsi dua xidmətinə gedərkən mən Peysax haqqında düşünürdüm. Və cismani təbiətimin nəhayət ki, çarmıxa çəkilməsi üçün Rəbb Müqəddəs Ruhla mənim ürəyimə böyük susuzluq verdi. Nə özümün, nə Rəbbin məndə, nə də başqalarının əziyyət çəkməmələrinə görə cismani təbiətimin çarmıxa çəkilməsi üçün elə susayırdım ki. Hansısa anda mən, cismani təbiəti ilə Ona tez hesablaşmaq imkanı verildiyi üçün hətta İsa Məsihə həsəd də apardım. Çarmıxda, Onun Yerində olmağı elə istəyirdim ki. Bu mənim ruhumun, qəlbimin və bədənimin ruhani aləminə fəryadım idi. Mən hətta bu arzumu yol yoldaşlarıma da söylədim.
Xidmətə gələndə artıq izzət xidməti başlamışdı. Mən peysax əhvali-ruhiyyəsində, fikirli-fikirli arxa cərgədə oturmuşdum. Və birdən Rəbb mənim ruhani gözlərimi açır və mən Göyləri və orada üzən buludları görürəm. Və ağ saqqallı Ağsaç Qocanın Öz Əlləri ilə buludları araladığını, aşağıya, yer üzünə, bizə baxdığını görürəm. Mən Onun Xeyirxah Üz Cizgilərini, Təəccüblənmiş, Xeyirxah, mavi Gözlərini görürəm və həmin an Onun nəyə belə təəccübləndiyini bilmirəm. Öz ruhumda bilirəm ki, Bu, Səmavi Atadır. Görüntü bitir. Zahirən heç nə dəyişmir, izzətləndirmə davam edir, lakin mənimlə təsvirəgəlməz nəsə baş verir.
Görürəm ki, Tanrının Əli heç bir maneəsiz mənim bədənimə daxil olur və dairəvi hərəkətlərlə mənim içalatımda gəzir. Mən Onun Əlini hiss edirəm və özümün daxilimi görürəm və Onun Əlinin altından əmələ gələn, getdikcə çoxalan Məsh Yağını müşahidə edirəm. Görürəm ki, qarnım Məsh Yağı ilə dolur. Sonra görüntüm mənim bədənimin zahirinə keçir. Yağın haradansa yuxarıdan mənim başıma töküldüyün görürəm. Mən başdan-ayağa yağlı maye ilə hopduruluram və yağla hopdurulmuş paltarımın ağırlığını hiss edirəm. Mənim hisslərim tam realdır. Lakin bununla hər şey bitmir. Məsh Yağı məndən axaraq zalın döşəməsi ilə oturanların ayağına yaxınlaşır. Budur O hamının topuğuna çatır (Yez.47:1-3, Vəhy.22:1). Mən bütün bunları müşahidə və hiss edənə qədər Rəbb mənim ruhumda hal-hazırda başıma gələnləri obrazlı şəkildə izah edir. Rəbb mənə Müqəddəs Ruha görə hərəkət edən, yağ qabını sındırıb bahalı yağı İsanın ayaqlarına sürtərək Onun Bədənini Ölümə, Basdırılmağa və Dirilməyə hazırlayan Məcdəlli Məryəmi göstərir (Yəh.12:1-3,7).
Sonrakı anda Səmavi Kahinin və İsa Məsihin Obrazı olan Harunu və Onun Başına, Onun Saqqalına, Onun paltarına axan Məsh Yağını görürəm (Zəb.133:2-3). Sonra isə Rəbb mənim diqqətimi Öz Padşahının qarşısına gəlməmişdən əvvəl özünə Tanrının Lütf Ətrini çəkən Esterin obrazına yönəldir (Est.2:9,12-13). Daha sonra Rəbb Nəğmələr Nəğməsi Kitabından səhnə göstərir: Sevgilinin Əlləri nəyə toxunursa, orada Onun Ətirli Məsh Yağının İzləri qalır (Nəğ.1:1-2, 5:4-5,13).
Və Rəbb mənim ruhumda necə qalxdığımı və bir-bir hamıya yaxınlaşaraq onlara toxunmadan əlimi başları üzərində tutduğumu və mənim əlimdən onların başına Onun Məsh Yağının axdığını göstərir. Və Rəbb orada olanların hamısına deyir: Mən sizi peyğəmbərlik xidmətinə Məsh edirəm. Mən bütün bunları orada olanlara danışdım və Rəbbin mənə göstərdiyini və necə etməyi dediyini olduğu kimi təkrar etdim.
Mən evə gələndə hələ uzun müddət Onun Məsh Yağının ağırlığını hiss edirdim. Və Rəbb gördüklərimi izah etməkdə davam edirdi. Əlbəttə, bütün bu yaşadıqlarım Onun bütün Bədəni=Cəmiyyəti ilə eyniləşdirilmişdi. Rəbb xariqüladə şəkildə Onun Özünü görməyə və hər birimizlə nə olacağını görməyə imkan verdi. Rəbb hər bir insanı Öz çarmıxına gətirmək üçün müti və sınmış ürəklər=Onun qablarını yəni, Cəmiyyəti, Öz Bədənini Onun Lütfü ilə daxilən və zahirən Məshə hazırlayır. Lütf Ondan, Rəbbi və Onun Çarmıxını əhatə edənlərin və Onun üçün, Onun Çarmıxı üçün susayanların hamısının üzərinə Çay kimi axacaq.
Rəbb dedi: Mən səni Məsh etmişəm. Bu Məsh Bu Mənəm. Mən səni qoruyacağam. Və sən düşmənin hər bir həmləsinə tab gətirə bilərsən (Zəb.23:5-6). Səmavi Ata Məryəm vasitəsilə də Məni Çarmıxda Əsas Xidmətim üçün Məsh etdi. Yalnız indi hər şeyi başa düşdüm. Axı mən Onun Çarmıxı üçün susamışdım, ona görə də Səmavi Ata xoş tərzdə təəccüblənmişdi və məni Peysax üçün Çarmıxda xidmət etmək üçün hazırlamaqdan ötrü ən qiymətli arzumu icra etməyi yubandırmadı.
Rəbb mənə yuxu verdi. Oraya ayağı dəyən hər bir insanı özünə çəkərək yırğalanan bataqlıq görürəm. Kimsə bataqlığın üstündən taxta lövhə atıb və adamlar bir-bir bu təhlükəli yerdən keçirlər. Taxta lövhə bu onun üstü ilə bizim o biri tərəfə keçə biməyimiz=Onun yanına keçməyimiz və bu dünyanın bataqlığında batmamağımız üçün Onun Çarmıxıdır (Zəb.69:2-3).
- Rəbb dedi: Mən istəyirəm ki, sən bu taxta lövhə olasan. Onların xilas olması və bu dünyanın bataqlığında batmaması üçün Mənim xalqımın sənin üstündən keçməsinə razısanmı? Həqiqətə görə, Mənim Çarmıxımın xəbərinə görə söyülməyə razısanmı? Mən insanların öz ayaqları ilə lövhənin üstündə necə çirkli iz qoyduqlarını gördüm, lakin mən razılaşdım, çünki Tanrı bunu məndən xahiş etdi. Əgər Rəbb nəsə xahiş edirsə, onda bu Onun Kamil İradəsidir. Ondan imtina etmək üçün ağılsız olmalısan. Və Onun xahiş etdiyi yeganə şey bu, Onun ardınca getməkdir, bu şəxsən mənim üçün, mənim xilasım üçün böyük yaxşılıqdır. Və Rəbb Özü haqqında peyğəmbərlik ayəsini mənim yadıma saldı: Sən də kürəyini torpaq kimi, yol kimi edirdin ki, keçsinlər (Yeş.51:23, Zəb.129:3).
- Rəbb, üstümdən öz çirkli ayaqları ilə bütöv bir qoşun da keçsə, Sənin taxta lövhən olmağa razıyam! (1Pet.2:20-21). Müdrik ol və əksəriyyətə məqbul olmamaq qorxusuna görə Mənim Açıqlamalarımdan əl çəkmə. Onların üzünə baxma, yalnız Mənə bax. Sənin xidmətin səndə Mənim yaşamağım üçün həmişə öz Mənliyini ölümə ver. Sən Mənə qab kimi lazımsan. Sən və minlərlə başqaları Çarmıxın xəbərini yer üzünün hər tərəfinə aparacaqsınız. Yalnız o zaman son yetişəcək. İndi isə sən Mənimlə birlikdə əl-Ələ verərək tikanlıqdan getdikcə yuxarıya, Mənə tərəf can atmalısan. Sən Mənimlə birlikdə Mənim Dağımın Zirvəsinə, Mənim Məhəbbətimin Zirvəsinə qalxmalısan.
- Rəbb, mən Səndən mənə Öz Ürəyini=Yeni Ürək verməyini xahiş edirəm İsa Məsih İsmiylə. Rəbb mənə, mənim yəni, mənim Mənliyimin külə çevrilənə qədər getdikcə kiçildiyi barədə görüntü verir.
- Rəbb, Mənliyimin elə kül şəklindəcə qalması üçün Sənin Lütfünü diləyirəm İsa Məsih İsmiylə.

Rəbb yuxu göndərir. Ortasında böyük masa, masanın üstündə qab-qacaq, fincan olan otaq görürəm. Biz iyirmi nəfər, indicə Rəbbin Süfrəsini qəbul edib masanın arxasından dururuq. Mən qab-qacağı yığışdırmağa tələsirəm və onları yumağa kömək etməyi xahiş edirəm. Bilirəm ki, tələsmək lazımdır. Mən və daha iki nəfər də mənimlə bir yerdə evdən çıxıb dənizin kənarına qaçırıq. Dənizin kənarı ilə biz harasa tələsirik. Hava tez qaralır. Evdən tez çıxmadığımıza təəssüflənirəm. Arxaya çevrilirəm və uzaqdan sürətlə bizə yaxınlaşan qara bulud və qasırğa axınını görürəm. Bizə tərəf bərk külək əsir və bilirəm ki, qaçmağa macal tapmayacağıq. Bizə haradasa gizlənmək lazımdır. Geri çevrilirəm və dənizin kənarında pəncərəsiz qüllə=qala şəklində üç böyük binanın dayandığını görürəm. Rəbbin adı qüvvətli bir qaladır, saleh qaçıb ona pənah aparır və təhlükəsizlikdədir (Məs.18:10, Yeş.26:20, Nahum.1:7). Biz hansı qüllənin qasırğaya davamlı olduğu barədə Rəbbdən Onun Biliyini almaq üçün dua edirik və Müqəddəs Ruha görə üç binadan birini sağdakını seçirik. İçəri girəndə çox böyük, rahat, çox gözəl bir yer görürük. Kənardan baxanda daşdan və boz rəngdə görünən divarlar şəffaf qalın şüşədəndir, ona görə də dənizin bütün mənzərəsi görünür. Ürəyimdə kiçik bir təşviş var: şüşə, görəsən, tufana tab gətirə biləcəkmi. Lakin getməyə yerimiz yoxdur və pəncərənin yanındakı alçaq masanın arxasında yerimizi rahatlayıb bayırda baş verənləri müşahidə edirik.
Qasırğa düz bizim üstümüzə yönəlir. Binanın üzərinə su damcıları səpələnir, lakin o, heç silkələnmir də. Qasırğa ötüb keçir. Biz binadan çıxırıq. Səhər erkəndir. Torpağa sıx, ağ duman sərilib. Biz özümüzü dərhal dəmiryolu perronunda, qatarın axırıncı vaqonunun yanında görürük. Vaqonun bayır tərəfində müxtəlif üst geyimlərinin asıldığı taxça var. Biz çoxlu qalın üst geyimi və kürk görürük. Anlayıram ki, insanlar uzaqdan, qışın hökm sürdüyü ökələrdən gəlirlər, bizdə isə yaydır.
Biz vaqona daxil oluruq, içəridən isə vaqon, oturacaqları olan tamaşaçı zalı kimidir. Zal imanlılarla doludur. Biz soruşuruq: Sizdə üç boş yer var? Bizi sevinclə qəbul edirlər. Bizim səyahətimiz üç gün yarım davam etməlidir. Üç sutka oturmağa necə tab gətirəcəyik? Mən Rəbbdən ürəyimə bilik aıram: - Əgər uzansanız, yuxu sizi aparacaq və lazım olan dayanacağı ötürəcəksiniz. Sayıq durun. Bilirdim ki, hərə Rəbbin ardınca yerimək barədə öz Açıqlaması ilə bölüşənədək darıxmalı olmayacağıq. Mən yuxudan oyanıram.

Həmin gecə Rəbb məni oyatdı və dedi: - Bütün həyatın üçün dua etməyimi Məndən dilə. Öz gələcəyini Mənə həsr et. Bu, Rəbbin mənim üçün təyin etdiklərinin mənim bütün həyatımda yerinə yetməsi üçün lazımdır (Rom.8:26-27, 34).
- Rəbb, mənim bütün həyatıma görə Sənin dua etməyin üçün Sənin Lütfünü diləyirəm, Mən bütün gələcəyimi Sənə həsr edirəm İsa Məsih İsmiylə - Mən səni sevirəm. Mən səndə Öz Məhəbbətimin Alovunu alışdırıram. Mənim üçün alovlanmağı öyrən. Səndə məskən salacağam və səndə yeriyəcəyəm. Mənə Məhəbbətdə can atmağı öyrən. Sən Mənim Qələbəmi görəcəksən və qalib gələcəksən və düşmənlərin qarşısında ziyafət olacaq. Və səni Öz Qüdrətimlə dolduracağam!
Uzun düşüncələrdən sonra Rəbb mənim həyatım üçün necə dua edəcəyini göstərdi. Bu, dizüstə oturub səhərdən-axşama qədər dua etmək demək deyil. Bu, Rəbb mənə nəsə göstərəndə, hər hansı bir vəziyyətdə nəsə açanda, ya da Müqəddəs Yazını, ya başqa bir ruhani ədəbiyyatı oxuyanda mənim bu Açıqlamalara və Onun Kəlamına görə dua etməyi unutmamağımdır. Əgər Rəbb başqa imanlılarla ünsiyyət zamanı bizə danışırsa, onda hamıya Rəbblə birlikdə razılıq duası etmək lazımdır. Onun Kəlamına, Onun Açıqlamasına görə dua etmək bu hər dəfə Rəbblə razılaşmaqdır, bu öz həyatına görə Rəbblə dua etməkdir.
Rəbb Müqəddəs Yazıda olan ayə vasitəsilə öyüd verdi: - Bu Mənim dar Yolumdur. Yadına salıram, Mənim Mənim Əlqoymam vasitəsilə səndə olan Mənim Ənamımı Mənim Oğlum olan Rəbbi alovlandır. (Yadıma düşdü ki, Rəbb Özü Öz Əli ilə məni daxildən və zahirdən Məsh etmişdir). Sənə nə göstərirəmsə, hamısını et. İnsanlar qarşısında Məndən xəcalət çəkmə. İnsanlardan qorxma, lakin şeytanın sənə və Mənə zərər vurmaması üçün Mənə qulaq asmamaqdan=Mənə iman etməməkdən qorx. Lakin Mənim Qüdrətimlə=Mənim Məshimlə Xoş Xəbərə görə iztirab çək. Sözlərimi korlamadan: onlardan bir şey çıxarmadan, bir şey əlavə etmədən, lakin Tanrıdan aldığın kimi, Tanrı qarşısında olduğu kimi, Müqəddəs Ruha görə=Məsihdə olaraq doğru təbliğ edərək həmişə Məndən, Məndən eşitdiyin Mənim Təlimimdən yapış (2Kor.2:17, 2Tim.2:2), çünki sən köləlik qorxusu, xəcaləti...ruhu almadın, lakin sənin Oğulluğun üçün Müqəddəs Ruhu, Lütf, Mərhəmət, Sevinc, Sülh Ruhu, Tanrının Məhəbbəti üçün və istisna olmadan bütün insanları sevmək üçün Qüdrət Ruhu aldın (Rom.8:15. 2Tim.1:17, 1Kor.2:12-13). Mənə öz qoşunun, öz gücünlə deyil, Mənim Müqəddəs Ruhumla xidmət et (Zək.4:6-9) ki, Ən Üstün Qüdrət Mənə aid olsun (2Kor.4:7). Sən Mənim Elçimsın (Ef.6:20).
İsa Məsihə İman və Məhəbbətlə Mənim Xeyirxah Girovumu saxla=sev yəni, səndə yaşayan Mənim Müqəddəs Ruhumu rədd etmə, lakin hər cür qorxunu, xəcaləti və imansızlığı rədd et. Çarmıxın Qüdrəti ilə Musanın cismani örtüyünü=pərdəsini çıxart (2Kor.3:12-15) ki, Mən səndə və sənin vasitənlə Zəfər çala bilim. Mənim bəziləri üçün cismani təbiətə görə çarmıxdakı ölümə aparan ölüm qoxusu, digərləri üçünsə Mənimlə Həyata aparan həyat rayihəsi olmağıma baxmayaraq sənin Məni təbliğ etməyin üçün sən Mənim mürəkkəblə, öldürücü yazılı nizamla deyil, Mənim Müqəddəs Ruhumla yazılmış Məsihin məktubusan (2Kor.3:3,5,6).
- Rəbb, Kəlamına görə Sənə minnətdaram. Sənin bütün Kəlamının icra olunması üçün və mənim, Sənin Bu Kəlamınla yaşamağım üçün və Sənin Kəlamına görə yeriməyim üçün Sənin Lütfünü diləyirəm İsa Məsih İsmiylə! Rəbb, Sənin Lütfünü diləyirəm, qoy mənimlə, Sənin bütün Bədəninlə=Cəmiyyətinlə, hər bir yerdə Sənin İsmini çağıranların hər biri ilə və mənim ailəmlə və bütün xalqlarla hər şey Sənin Kəlamına görə olsun İsa Məsih İsmiylə.
- Çarmıx xidmətinə riayət et. ...Bu nə xidmətdir?... Bu Rəbbə Pasxa qurbanıdır. Məsihin sənin uğrunda qurban verilməsi sənin Pasxandır (1Kor.5:7). Mənim Pasxam bu hər birinizin yanına gəlməyimdir (Çıx.13:19, Zək.9:9, Yeş.40:10-11). Budur, içəri girib Mən onunla, o da Mənimlə axşam yeməyini yemək üçün qapı qarşısında durub onu döyürəm (Vəhy.3:20). Məni axtaran, Mənim Üzümü axtaran nəsil, darvazalarınızı, başlarınızı qaldırın, əbədi qapıları açın, Əzəmətli Padşah içəri daxil olsun, ...Güclü-Qüdrətli Padşah, Döyüşdə Qüvvətli Rəbb...Qüdrətli Rəbb, Odur Əzəmətli Padşah (Zəb.24:6-10, 26:8).
Mən Qapıyam, kim Məndən daxil olsa (günah üçün ölü olmaqdan ötrü Mənimlə birlikdə çarmıxa çəkilmək vasitəsilə) və Məndən çıxsa (Mənimlə və Mənim üçün yaşamaqdan ötrü Mənimlə Dirilmək vasitəsilə), o xilas olacaqdır.
Çarmıx bu, Tanrının Həqiqət Çələngi (2Pet.1:1, 2Tim.4:8), İsa Məsihin Gizli Hikməti və Gizli Xəzinəsi və bütün Məni sevənlərə və Mənim Həqiqətimi istəyənlərə Müqəddəs Ruhun açdığı Tanrının Dərinliyidir. Bunu isə sizə artıq Müqəddəs Ruhumla açmışam. Məni sevənə Mən Öz Biliyimi verirəm (1Kor.8:2-3). Yerdən Göylərə yalnız Çarmıx vasitəsilə - yəni, Mənim açdığım Qapı vasitəsilə qalxmaq olar (2Pet.1:11, Vəhy.368, 4:1, 22:14). Çarmıxa Çəkilənin vasitəsilə siz Mənə daxil olursunuz və Dirilmiş İsa Məsih vasitəsilə Mən sizin vasitənizlə yeriyirəm. Siz Ata ilə Mənim Ölümüm vasitəsilə barışdınız və Mənim sizdə Həyatımla xilas olunursunuz (Rom.5:10, 6:3-5, 2Tim.2:11-13). Çarmıxda Mən həm yerdə, həm də Göylərdə olan hər bir şeyi birləşdirdim (Ef.1:10, Kol.1:20-22).
Çarmıx bu, tövbə vasitəsilə öz cismani təbiətini rədd etmək və mənimlə barışmaq üçün Mənim Kəlamımı oxuyaraq özünü mühakimə etmək=araşdırmaq=görməkdir. Çarmıxda sizin yıxılmış Mənliyinizin: ruhunuzun, qəlbinizin və bədəninizin hər Üç Surətdə Dirilmiş olan Mənə dəyişdirilməsi baş verir. Vaxtında Mənim Yardımıma malik olmaq üçün yəni, Gəlinin ləkəsiz və qüsursuz olması üçün, Gəlinin Mənim Kəlamımı alması üçün Gəlinimi Mənim Lütf Taxtıma =Çarmıxa doğru Mən aparıram (İb.4:16). Mənim Salehliyim=ƏDALƏTIM və Düzgünlüyüm Mənim Taxtımın=Çarmıxımın Təməlidir. Mənim Taxtım Göylər durduqcadır=əbədidir (Zəb.89:30). Mənim Çarmıxımda siz öz ruhani düşmənlərinizə qarşı durmaq və onların üzərində qələbə çalmaq üçün Mənim Qüdrətimi əldə edirsiniz. Ədalətim və Salehliyimlə günahlı insan təbiətinizi Mən Çarmıxa vururam (Zəb.89:14-18). Mənim Çarmıxımda siz Mənim Rahatlığıma, Mənim Azadlığıma, ruhani düşməndən Mənim Xilasıma nail olursunuz.
Mənim Çarmıxım bu sizin hiyləgər, özünü saleh sayan ürəyinizdən deyil, Mənə təmiz ürəkdən gələn qurbanlarınızı yəni, Mənə həsr edilmiş təmiz qurbanlarınızı qəbul etdiyim Mənim Qurbangahımdır. Sizin Mənə dəyişilməniz bilavasitə Mənim Çarmıxımda baş verir. Mənim Padşahlığımın Qüdrəti Mənim Çarmıxımdan, Mənim Ədalətimdən yəni, Mənim İfşamdan=Öyüdümdən sizin Şəxsən Mənimlə vasitəçisiz həyata keçirilən şəxsi ünsiyyətiniz vasitəsilə başlayır. Bu Əmr=Mənim Canlı Kəlamım Çıraqdır və Mənim Təlimim - Nurdur və Mənim Tərbiyə üçün edilən Öyüdlərim - Həyat Yoludur. Sən gedəndə Rəbb sənə Rəhbərlik edəcək; sən yatanda səni hifz edəcək; oyananda səninlə söhbət edəcək (Məs.6:22-23, Yeş.55:6,11).
Bu günlər Mən Davudun Çadırını bərpa edirəm. Mən Davudun Nəslindənəm. Çadırın ortasında Davud Mənim Hüzurumu, Mənim Sandığımı, Mənim Qurbangahımı, Mənim Taxtımı, Mənim Çarmıxımı qoymuşdur. Mənim Hökmlərim Həqiqətdir. Siz Mənim Hökmlərimlə, Mənim Öyüdlərimlə, Mənim Həqiqət Nurumla xilas olursunuz. Məni sevən Mənim Hökmlərimi sevir və Mənim Hökmlərimi sevən Məni də sevir.
Pavel Mənim Hökmümü qəbul etdi. Mənim Çarmıxımı=Hökmümü dərk etmək üçün hiyləgər dünya barədə heç nə bilməməyi düşündü=möhkə qərar qəbul etdi. O Mənim Hikmətimi görmək, qəbul etmək, dərk etymək üçün öz müdrikliyindən əl çəkmək barədə qərar qəbul etdi. İsa Məsihin Təzahüründə Məni dərk etmək bu Məni Mənim Hökmlərimin Təzahüründə dərk etməkdir, bu Mənim Çarmıxımı, Mənim Məhəbbətimi qəbul etməkdir. Mənim Çarmıxımı qəbul edənə yəni, qalib gələnə=Mənim Kamil İradəmi Mənim Lütfümün Qüdrəti ilə icra edənə Atamın İradəsini icra edərək MƏNIM qalib gəldiyim kimi və Atamla Onun Taxtında Mənim oturduğum kimi, Mənimlə birlikdə Mənim Taxtımda oturmağa icazə verəcəyəm (Vəhy.3:20-21). MƏNIM qalib gəldiyim kimi, siz Mənimlə qalib gələ bilərsiniz. Mənə iman edənə Mənimlə hər şey mümkündür, çünki Mən qalib gəlmişəm və Özümün Qalibiyyət Yolumu salmışam.
Çarmıx bu Mənim Həqiqi Çörəyimdir=Ədalət Kəlamımdır, bu Mənim körpələrə xas olmayan Qüvvətli Yeməyimdir (1Kor.11:23-26). Körpələr bu Mənim Çarmıxımı=Mənim Çörəyimi Şəxsən Mənim Əlimdən qəbul etməyən=rədd edən məsihçilərdir. Mənim Çörəyimi qəbul etmək bu, Onu vasitəçisiz yeməkdir. Körpələr insanın, cismani təbiətin, öz vasitəçilərinin ardınca gedirlər. Lakin Mənim Qüvvətli Yeməyim=Çörəyim üçün susayan Ruhən böyüyəcək və Mənim Həqiqi İman ərlərim olacaq, o Mənimlə diri qalacaq və Məndə yaşayacaq.
- Səmavi Ata, mən Sənin Lütfünü diləyirəm, Sənin Çarmıxının, Sənin Qüvvətli Yeməyinin şirinliyini dadmaq və dərk etmək üçün Məsihin bütün Bədəninə=Cəmiyyətinə Sənin Çarmıxının Sirri barədə Sənin Açıqlamanı ver İsa Məsih İsmiylə! Rəbb, Şəxsən sənin əlindən Sənin Qüvvətli Yeməyinlə qidalanmağı mənə öyrət. Bunun üçün Sənin Lütfünü, Sənin Rəhbərliyini diləyirəm İsa Məsih İsmiylə (Yez.3:1-3, Yəh.6:51,53, 1Kor.11:24)!

Biz təbiətin qoynuna gedəndə, ünsiyyətimiz zamanı Rəbb mənə göstərdi: Rəbb məni nəsə deməyə, nəsə eləməyə vadar edəndə, əgər mən insanlardan, onların qarşısında səfeh görünməkdən qorxuramsa və ona görə də Tanrının Sözünə qulaq asmıramsa, onda mən Tanrını inkar edirəm və bununla Onun Talantlarını torpağa basdırıram. Mən insan qorxusunun təsiri altına düşərək Tanrı Qorxusunu inkar edirəm.
Rəbb dedi: - Özünü inkar etməyəndə sən Məni inkar edirsən. Vahiməyə düşmə. Mənə iman edən utandırılmayacaq. Mənim müsibətlərimdə Mənimlə olanlar Mənim Gəlişimdə Məni tanıyacaqlar.
İndi öz aranızda Mənim Əhdimi bağlayın. Siz Məndə bir olacaqsınız. Sizə Öz Sülhümü verirəm, Mən sizə bu dünyanın verdiyi kimi vermirəm. Rəbb bizə başa saldı ki, bu Əhd Davudla Yonatanın arasında bağlanan dostluq əhdinin eynidir (1Şam.18:3-4, 23:18). Biz razılaşdıq və bir yerdə Onun Kəlamına görə razılıq duası etdik. İndi siz Tanrının İmanı ilə yeriməlisiniz.
- Rəbb, bu necə də maraqlıdır. Bəli, Mənim qızım, bu artıq Əbədiyyətə səyahətdir. Əbədi Həyat o deməkdir ki, Məni, Vahid Həqiqi Tanrını və Mənim göndərdiyim İsa Məsihi tanısınlar (Yəh.17:3).
- Rəbb, lakin biz səni Sənin Hökmlərin vasitəsilə dərk edirik? Mənim Hökmlərim vasitəsilə sən Mənim Müqəddəsliyimi, İman vasitəsilə isə - Mənim Möcüzələrimi dərk edirsən. Hər gün Möcüzə=Məni gözlə. Mən Ən Böyük Möcüzəyəm
- Rəbb, indi biz nə edək? Mən edəcəyəm, siz isə Mənim Kamil Rahatlığımda, Mənim Kamil İradəmdə qalın.
- Rəbb, bu Əhd nəyi dəyişəcək? Mən Öz Cəmiyyətimi yaradacağam və cəhənnəmin qapıları Ona qalib gələ bilməyəcəkdir (Mt.16:18-19).
    e-mail
hristiana
Site Admin


: 27.04.2008
: 954
:

: 11, 2010 12:11 pm     :

♫ 19. RƏBBIN CƏMIYYƏTi ♫
Ey yatan, oyan və ölülərdən diril və Məsih səni təqdis edəcək (Ef.5:14).



Rəbb başqa insana yuxu göndərdi: Qadın vurnuxur, öz toyuna hazırlaşır. Nəticədə bu vurnuxmadan elə yoruldu ki, yuxuya getdi və öz toyunu İsa Məsihlə nigahını əldən verdi. O nə öz Adaxlısını, nə də özünü gəlin paltarında gördü,. Rəbb dedi: Cəmiyyət Nigah paltarında (Tanrının salehliyində) deyil. Cəmiyyət yatır. Şirin yuxular (Ef.5:14, 1Sal.5:6-11).
- Mənim Qanunumu icra etmək bu, Müqəddəs Ruhla dolmaq, bu, Müqəddəs Ruha görə yerimək və yaşamaqdır, Mənim Gəlinim isə Mənim Ağuşumda deyil, dində yatıb. Bütün şagirdlər də Mənə xəyanət etdilər, bütün qızlar yuxuya getdilər, çünki hamı günah edib və Tanrının İzzətindən məhrum qalıbdır (Mt.25:5-13, 26:40). Hamı yuxuya getdi, çünki mənimlə sayıq durmadılar, lakin beş qızın ürəyində Canlı İman, Ümid və Məhəbbət yanırdı, ona görə onlar öz məhvlərinə doğru əbədi yuxuya getmədilər (Dan.12:2-3). Ona görə onlar Mənim Səsimi, Mənim Çağırışımı, Mənim Taqqıltımı eşidən kimi Mənim üçün Lazar kimi, Mənim şagirdlərim kimi dirildilər.
Görün Rəbb Yəh.13:26-35-ci ayələri necə izah etdi: Yəhuda Tanrının Əlindən Onun Çörək Tikəsini=Onun Açıqlamasını aldı=Rəbbi daddı, lakin Açıqlamanı öz ürəyinə qəbul etmədi, ona görə də Bu Çörək Tikəsindən sonra (Onun axırıncı Pasxa Axşamında) şeytan ona daxil oldu, çünki, Yəhuda şüurlu şəkildə İsa Məsihi 1)ruhda, 2)qəlbində, 3)indi isə bədəndə=aşkar ələ verməyi seçdi. O, Tikəni qəbul etdi, dərhal Nurdan gecəyə çıxdı (Yəh.13:30). Ona görə də Yəhuda çıxanda İsa dedi: İndi İnsan Oğlu İzzətləndi və Tanrı Onda İzzətləndi (Yəh.13:31). Və indi sizə deyirəm, Yeni Əmr verirəm sizə, Mən sizi sevdiyim kimi siz də Məni sevin ki, Mənim ardımca gedə biləsiniz (Yəh.13:33-36, 21:22).
İbrahimlə Lot arasında ixtilaf, fikir ayrılığı, rəqabət, aralanma Lot İbrahimdən aralanandan sonra (Yar.13:14) yəni, cismani təbiət Müqəddəs Ruhdan aralanandan sonra bitdi. Rəbb İbrahimə cismani təbiətin timsalı olan Lotu özü ilə götürməyi deməmişdi, çünki cismani təbiət Müqəddəs Ruha qarşıdır. İbrahim öz cismani təbiətinin yükündən ayrılanda Rəbb dedi: Qalx, bu torpağı eninə, uzununa dolaş, çünki Mən onu sənə verirəm (Yar.13:17, Ef.3:18). Rəbbin Cəmiyyəti təqdis olunanda eyni şey onunla da baş verəcək. Məndə bu ayrılma, çarmıxda təqdisolunma baş verməlidir. Məndəki günahlı insan çarmıxa çəkilməlidir. Yəhuda çıxanda... İnsan Oğlu və Onda Tanrı İzzətləndi.
Rəbb açdı ki, Onun İsmiylə=Onun Məhəbbəti Naminə bizim bügünki ünsiyyətimiz və bütün ev toplantılarında olan ünsiyyət bizim birlikdə Onun dərkinə, Onunla birliyə - yəni, Onun İmanı ilə, Ümidi ilə, Onun Məhəbbəti ilə birliyə gəlməyimiz üçün şagirdlərin Yuxarı Otaqda ünsiyyətinə bənzəyir.
Rəbb Bartamaya və Öz şagirdlərinə sual verdi və bu gün də bizə eyni sualı verir: Sizin üçün nə etməyimi istəyirsiniz? (Mk.10:36,51). Kor Bartamay görməyi arzu edirdi, kor şagirdlər isə Tanrının Taxtını öz aralarında bölürdülər (Yeş.5:21, 42:19).
- Rəbb, Rəbbimiz İsa Məsihin Tanrısının, İzzət Atasının ürəyimizin gözünü işıqlandıraraq, açaraq bizə Hikmət Ruhu və Rəbbi dərk etməkdən ötrü Açıqlama verməsi üçün Sənin Lütfünü diləyirəm İsa Məsih İsmiylə (Ef.1:17-23).
Şöhrətpərəstlər=kor şagirdlər Rəbbin onların Diriltməsi=İşıqlandırması=Həqiqətə gözlərini açması üçün öz cimani təbiətlərinin ölümə vəftizi üçün susamamışdılar. Onlar Onun İzzəti, Onun Taxtı üçün susadıqları qədər Rəbbin Özü üçün susamamışdılar, çünki onlar Onun İzzətini, Onun Atasının İzzətini, Onun Möcüzələrini görürdülər: Bizə izn ver...Sənin İzzətində...oturaq (Mk.10:37). Cismani təbiətə görə kor olan, lakin Həqiqəti görən Bartamay İsa Məsihi görmək üçün susamışdı. Sənin Mənim ürəyimin gözünü İşıqlandırmağın=Açmağın üçün, Sənin ardınca gedə bilmək üçün Müəllim, gözlərim açılsın (Mk.10:51, Ef.1:17-23, Yeş.6:10). İsa Məsihin ardınca getmək şagirdlərə azlıq edirdi. Onlar tez nazir portfelini bölüşdürmək başqaları üzərində hökm etmək, ağalıq etmək istəyirdilər, ona görə Peter İsanı Onun üçün təhlükəli olan Yerusəlimə getmək fikrindən daşındırırdı. İsa bilirdi ki, Onun şagirdləri öz mənafelərini güdürdülər. Şeytan onları insan izzəti ilə yoldan çıxarırdı, ona görə İsa aldanmış Peteri belə sərt şəkildə dayandırmalı oldu (Mt.16:23). Rəbb Pavel vasitəsilə Öz Cəmiyyətinə xəbərdarlıq edir: Qoy heç kim sizi heç bir vasitə ilə aldatmasın: çünki bizdə olan günahlı insandan, əsas mahiyyəti günah olandan, Rəbbə qarşı duran və özünü hamıdan üstün tutandan, Tanrının məbədində əyləşib özünü Tanrı kimi göstərəndən dönməmiz gəlməyincə Rəbb zühur etməyəcəkdir (2Sal.2:4). Əgər Tanrının Ruhu bizdə yaşayırsa, biz Tanrının Məbədiyik. Bizim dönməmiz, aldanmamız bizim Yenilənmiş ruhumuzda, qəlbimizdə gözə çarpmadan, sonra isə Yəhuda ilə olduğu kimi aşkar şəkildə baş verir. Şeytan eynilə beləcə Adəm və Həvvanı insan izzəti ilə aldatdı: Özünüz özünüzə Tanrı olacaqsınız (Yar.3:5) Tanrıya qulaq asdığıınız bəsdir, Sizin üçün nəyin xeyir, nəyin şər olduğunu özünüz qət edə bilərsiniz.

- Rəbb, cəmiyyətdə nə baş verir? Rəbbin cəmiyyəti iblisin mühasirəsindədir. Rəbb Açıq görüntü verdi: cəmiyyət bu gün, Leninqrad almanların mühasirəsində olduğu zamanlardakı kimi düşmənin əhatəsindədir. Düşmən insanların Göylərdən Çörək almaması və düşmənə təslim etmək üçün şəhəri mühasirəyə alıb. Şəhərdə adam əti yeyilməyə başlanıb. Bir qadın ərindən xahiş edib ki, onu öldürsün və ətini bişirib ailəni yedirtsin (Qal.5:15).
Bu gün Rəbbin cəmiyyətində Canlı Çörək yoxdur. Və Rəbb mənim ruhumda üç dəfə dalbadal təkrar etdi: Xarabazarlıq (Lk.13:34-35, Mt.23:37-38). Məsihçilər hər gün üçün Tanrının Rəhbərliyini axtarıb Rəbbi dadmaq əvəzinə aclıq çəkirlər və bir-birini qanunla gəmirməyə və yeməyə başlayırlar.
Hər bir məsihçidə və bütövlükdə cəmiyyətdə bizim cismani təbiətimizin əqlini və hər bir insani təlimlərin dini mühasirə həlqəsini yarmaq üçün, ürəklərimizdə Ona Həyat Yolunu açmağımız üçün, bizi Öz Çörəyi ilə yedirtməyə Rəbbə imkan vermək üçün Rəbb bizi Müqəddəs Ruhda dua etməyə vadar etdi. Rəbb bizə Onun Çörəyini insanlara paylamaq üçün Həqiqəti cəmiyyətə söyləməyi deyəndə biz Ona itaətli olmağa öz razılığımızı verdik. Rəbb uşağın əlindən götürdüyü Çörəyi və balığı bölərək insanları yedirtdi (Mk.8:6).
Leninqradın mühasirəsi zamanı donmuş gölün üzərində həyat yolu salınmışdı. Bu buzun üzəri ilə düşmənin atəşi altında taxıl dolu maşınlar şəhərə doğru can atırdılar və insanlar acından ölən digər insanları yedirtmək üçün öz həyatlarını riskə atırdılar. Şəhər davam gətirdi və düşmənə təslim olmadı. Və bu, Qələbə idi. Bütün İkinci Dünya müharibəsi dövründə bu, dönüş anı idi. Düşmən qələbə çala, insanların iradəsini qıra bilməyəcəyini başa düşəndə geri çəkilməyə başladı. Hər birimizdə və bütövlükdə cəmiyyətdə oyanışın başlaması üçün və hər bir insanın Göylərdən yəni, şəxən Rəbbin Öz Əlindən Çörək=Kəlam almağa başlaması üçün Rəbb bizi seçdi. Oyanış=təqdis yəni, Tanrı ilə mənim ünsiyyətim, ilk növbədə, şəxsən məndən başlayır. Mənim oyanışım bu şəxsən mənim Rəbblə vasitəçisiz ünsiyyətimdir.
Ev ünsiyyəti zamanı Rəbb dedi: - Ölümə götürülənlərin xilası naminə divarların dəlikləri önündə dayanın. Dəlik bu, şeytanın Divarı sındırdığı yerdir (Yəhuda.1:23). İndi isə razılığa gələrək Mənimlə birlikdə dua edin və bəşəriyyətin düşməninin cəmiyyətdə olan mühasirəsini dağıdın.
- Biz dua etdik. Bu dualara görə sağ olun. Mən sizin dualarınızı eşidirəm. Siz Mənə əzizsiniz. Mən sizin hər bir sözünüzün üzərində sayıq durmuşam. İblisani mühasirəni yarmaq üçün özünü çarmıxda ölümə vermək lazımdır. Mənə sizi buğda kimi səpməyə icazə verin
- Rəbb, bizi Sənin buğdan kimi səp İsa Məsih İsmiylə. Mənim quzularımı otarın.
Rəbb dedi: Dəliyin önündə dayanmaq bu həmçinin özünün günah etməməsidir və bunun vasitəsilə Tanrının İzzəti Zühür edəcək, Rəbb Zühür edəcək.
Dəliyin önündə dayanmaq bu Onun Kamil İradəsində olmaqdır. Bu öz günahı qarşısında divar çəkməkdir, bu, şeytanın nəinki irəli getməməsi, həm də mənim ruhumdan, qəlbimdən və bədənimdən tamamilə qovulması üçün Tanrıya iman etmək=itaət etməkdir, bu özü özü ilə=cismani təbiəti ilə heç vaxt kompromisə getməməkdir, bu, Tanrıdan özü barədə Həqiqəti qəbul etmək və Həqiqəti bir-birinə deməkdir.
Rəbb dedi: - Əgər mən Öz Müdafiəmi qoymasaydım, şeytan bütün dünyanı dağıdardı. Müdafiə - bu Mənim Oğlumdur. O, bütün kainat naminə divardakı dəliklərin önündə dayandı (Yez.22:30). Mənim ardımca getmək bu Oğulu=Kəlamı=Məni sevmək deməkdir. Mənəm sizin Müdafiəniz. Siz Mənim ardımca (Qalxanın ardınca) gedəndə qarşıda, arxada sizin Müdafiəniz Mənəm. Külli-İxtiyar Məsih Mənəm. Yalnız sizin imansızlığınız Mənim Divarımı dağıdır. Siz Mənə iman etməyəndə şeytana iman edir=ona yer verirsiniz. Əgər sizin Bütün Silahınız - bu, İsa Məsih=Kəlamdırsa, sizə heç kim, heç nə ziyan gətirməyəcək. Siz iynəsiz dərzi olmayacaqsınız.
Rəbb şeytanla dünya miqyaslı və kainat miqyaslı döyüşdə Qalib gəldi. Bizə yerli əhəmiyyətli yəni, öz ruhumuzda, qəlbimizdə və bədənimizdə və ailəmizdə döyüşü udmaq qalır. Biz Rəbbə iman=itaət edəndə şeytan Rəbb üçün, Onun yaratdıqları üçün hazırladığı şəxsən özünün tələsinə düşür. Ona görə bizə şeytanın şəxsi tələsinə düşməmək üçün özümüzdə Məsihi çarmıxa çəkmək və şeytanın tərəfində olmaq lazım deyil. Biz Müqəddəs Ruha görə yeriməyimizlə yəni, İsa Məsihə itaətdə biz cismani təbiəti=ilanı=göyün altındakı bütün kinli ruhları ilə birlikdə heyvanı, bütün düşmənləri Onun ayaqları altına salıncayadək özümüzdə çarmıxa çəkirik. Faktiki olaraq, bizim ruhumuzda, qəlbimizdə və bədənimizdə apardığı bu Döyüşdə də Rəbb qalib gəlib, bizə bu yıxılmış dnyanın sisteimndən çıxmaq və Onun Rahatlığına daxil olmaq üçün Ona yalnız itaətkar olmaq=iman etmək lazımdır (Vəhy.21:7). Siz ürəklərinizdə düzgün seçim Mənə itaət etmək seçimini edəndə, siz özünüzün bu seçiminizlə Mənə yer, genişlik, hakimiyyət verirsiniz, şeytan isə sizin üzərinizdə hakimiyyətini itirir və artıq bizim insan övladı ilə ümumi düşmənimizlə Mən məşğul oluram.
Rəbb mənə dedi: Sən insanların naminə divardakı dəlik önündə durmalısan. Kamil dua bu, Tanrı İmanının duasıdır. Tanrının İmanı isə Məhəbbətlə hərəkət edir. Onlara görə İman=Məhəbbət duası ilə dua etmək üçün sən bu insanları sevməlisən. Onları sevməyi öyrənmək üçün Mən sənin qarşında İman qapısı açıram.
Rəbb dedi: İnsanların naminə dəlik önündə dayanmaq bu, inadla dua etməkdir. İnadlı dua bu, Mənim Rema Kəlamımı onların həyatına bəyan etməkdir.
- Rəbb, bu hansı Kəlamdır? Mənim Qələbəmi onların ruhunda, qəlbində və bədənində bəyan et. Kamil dua bu Mənim etdiyim, icra etdiyim duadır. İman Məhəbbətlə hərəkət edir, Həqiqətə Məhəbbətlə hərəkəıt edir. İnsanları sevmək bu onlar haqqında Remanın Açıqlamasını almaqdır bu Mənim dua etdiyim=Mənim Səmavi Ata qarşısında Vəsatət və Bəyan etdiyim Həqiqət duasının dərk edilməsidir. Rema Kəlamının Həqiqi mənasını sənə Mən açıram. Qapını açmaq Remanın=Mənim Açıqlamamın Həqiqi mənasını dərk etməkdir. Qələbəni bəyan etmək bu, Rema Kəlamının mənasının Həqiqi anlayışını insanlara çatdırmaqdır.
    e-mail
hristiana
Site Admin


: 27.04.2008
: 954
:

: 11, 2010 12:13 pm     :

♫ 20. DÖĞUŞ ♫
Mən bir səs eşidirəm: sanki döğuş ağrısı çəkən, birinci dəfə doğan
qadının, Sion qızının səsidir



Qadın doğuş vaxtı ağrı çəkər, çünki saatı gəlmişdir (Yəh.16:21). İsa Məsih burada Öz şagirdlərinə nə barədə danışır? Özünün Çarmıxdakı ölümü və Öz Dirilməsi barədə (Yəh.16:28). Öz Cəmiyyətini doğmaq, Öz Tanrı Nəslini, Xalqını, İsa Məsihin Bədənini doğmaq vaxtı gəlmişdir! Çarmıxda ölüm və Dirilmə ARTIM gətirir. İnsan Oğlunun izzətlənmək vaxtı gəldi. NECƏ? Sizə doğrusunu, doğrusunu deyirəm: əgər Buğda Toxumu yerə düşüb ölməzsə, o yalnız qalar; lakin ölərsə, çox məhsul verər...Bu dünya indi hökmə uğrayır; bu dünyanın rəisi indi çölə atılacaqdır (Yəh.12:23-24, 31).
Rəbb Öz Mərhəmətinə və Lütfünə görə ev toplantılarında ünsiyyətin hazırkı mərhələsində bizimlə nə baş verdiyini açdı. Biri Rəbblə yuxarıda göstərildiyi kimi, öz doğuş mərhələsini, digəri isə Rəbblə bu doğuşu qəbuletmə mərhələsini keçir. Və hər ikisi birlikdə əmək sərf edir: doğan və insan vasitəsilə doğuşu Qəbul Edən Rəbb. Bizim Mənliyimiz bizim çarmıxımızda öləndə, İsa Məsih isə bizdə Diriləndə Göylərdən həqiqi doğulmamız baş verir.
Rəbb bizim ev ünsiyyətimizdən olan başqa insan vasitəsilə göstərdi ki, Imandan Imana, Cəlaldan Cəlala Onun İzzətinin digər Ruhani səviyyəsinə keçmək üçün mən indi öz doğulma mərhələmi keçirəm. Mən süd və bal axan Vəd edilmiş Torpağa keçmək üçün Rəbblə öz ölüm vadimdən, öz səhramdan keçirəm (Yeş.63:13-14, Yer.2:6-7). Rəbb bizdə Surət tapıncayadək, bizlər üçün yenidən Doğuş Ağrısı çəkir (Qal.4:19, Vəhy.12:2, Yeş.42:14-16). Və geriyə yol yoxdur. Mənə dayanmaq olmaz. Mənə öz cismani təbiətimin tozundan və külündən keçmək lazımdır. Bu öz ölüm vadisindən keçməkdir. Kim özünü yüksəldirsə, alçaldılacaq və kim özünü alçaldırsa, məhkum edirsə, o yüksəldiləcəkdir (Mt.23:12).
Rəbb insana göstərdi ki, Misirdə mamaça kimi Tanrı onun vasitəsilə mənim ruhani doğuşumu qəbul edir. Və o qorxdu.
- Rəbb, bu iş elə məsuliyyətlidir ki, mən nə edəcəyimi bilmirəm. Mən əvvəllər bunu heç vaxt etməmişəm! Qorxma. Sənin vasitənlə doğuşu Qəbul Edən Mənəm, sən isə yalnız müşahidə et və uşağa zərər yetirməmək üçün Müqəddəs Ruha görə hərəkət edərək Mənə itaətli ol. Səni Mən idarə edirəm. Zahıya nə vaxt gücənməyi, nə vaxt dayanmağı Mən sənə deyirəm. Ona=Dölə sənin vasitənlə Mən düzgün istiqamət verirəm və sən artıq özün bunu ayırd edirsən. Və onun Mənim qarşımda azad gəzməsi üçün Mən onun göbəkbağını kəsəcəyəm (Yez.16:4-7, Yer.4:4). Və Rəbb Lazardan bənzətmə göstərdi. Rəbb Diriltdi, daşı qəbrin ağzından götürmək və örtüyü açmaq başqalarına düşürdü. Hər birimizə yalnız İsa Məsihə yapışmaq üçün və YALNIZ Rəbbdən qidalanmaq üçün, YALNIZ Onun qarşısında yerimək üçün və insanın deyil, YALNIZ Rəbbin ardınca getmək üçün Rəbbin Köməyi ilə bu yıxılmış ruhani aləmlə: bütlərlə, insanlarla öz ruhani göbəkbağımızı kəsmək lazımdır (Qanun.5:7-10). O, yəni, Həqiqət Ruhu (Rəbb) gəldikdə, bizə hər Həqiqətə yol göstərəcək..., O Məni izzətləndirəcəkdir, çünki Mənim Özümdən götürəcək və sizə bildirəcəkdir (Yəh.16:13-14).
Hər birimiz İsrailin səhvini təkrar etməyə bilərik: İsrail, Tanrının Alovundan=Nurundan=Ədalətindən=Məhəbbətindən qorxduğu üçün Rəbbin Dağına, Məhəbbət Dağına qalxmadı, Musa da Rəbblə İsrail arasında durmuşdu ki, Rəbbin Kəlamını onlara sözbəsöz çatdırsın (Qanun.5:5, İb.12:25). İsrail Tanrının Alovu ilə duzlanmaqdan, təqdis olunmaqdan imtina etdi. Çünki Tanrımız bizi deyil, bizim günahlarımızı=tikanları, istehkamları, qürur dağlarını Məhv edən Atəşdir (İb.12:29). Ona görə, nəticədə, münasib vaxtda Tanrının ona Vəd etdiyi Xeyir-dualara keçmək üçün İsrailə İman Gücü çatmadı (Yeş.61:2, Lk.4:19, 2Kor.6:2, 1Kor.10:1-6). Isaril yenidən Tanrıya iman etməyə və Onun Vədinə daxil olmağa cəhd etməmişdən əvvəl hələ 40 il də qızmar səhrada qaldı.
Bəs hər birimizin işi nə yerdədir? Rəbblə ünsiyyətə malikəmmi? Ona can atıram ya başqasının imanına iman edirəm (İb.12:26,29)? Onun Rahatlığına Onun Kamil İradəsinə, Onun Vədinə daxil olmuşammı?
Hər birimizə Ondan doğulmaq lazımdır: 1)Onun Bətninə daxil olmaq, Tanrıya diqqət etmək=Kəlama diqqət etmək (Yəh.3:4-7); 2)Onun Bəhrəsinə dəyişilərək, Kəlamda böyümək; 3)Yalnız Onun üçün Həqiqət Məhəbbətindən doğulmaq üçün Həqiqətin Dar, Düz Yolu ilə=Onun Doğum Yolları ilə keçmək lazımdır. 1)Daxil olacaqsan 2)və çıxacaqsan 3)və Otlaq tapacaqsan (Yəh.10:9, Yer.50:19). Bu, Müqəddəs Ruha görə yerimək, sonra isə digər Ruhani səviyyəyə - Onun Ruhunda yerimək səviyyəsinə keçmək kimidir.
Rəbb dedi: - Ruha görə yerimək Mənim istədiyimi qeyd-şərtsiz icra etməkdir. Müqəddəs Ruhda və Həqiqətdə yerimək - bu nəsə başqa bir şeydir. Bu daha yüksək səviyyədir (Qal.2:20). Öz təqdisinin=təmizlənmənin birinci mərhələsini keçmədən, sən Qal.2:20 mərhələsinə keçə bilməzsən, sən Həqiqətdə gəzə bilməzsən.
Zahı körpəni=Bəhrəni doğanda körpə Dar=Düz Doğuş Yolundan keçir (Lk.13:24. Mt.7:13, 3:3, Məs.2:13-15). O başqa səviyyəyə qalxmaq və Nura keçmək üçün sıxıntı çəkir, zahı ilə birlikdə stres, şok, ağrı hiss edir. Onlar hər ikisi əmək sərf edir. Uşaq Nura su və qanla doğulur (Yez.16:4). Çarmıxda bu, İsa ilə baş vermişdi. Əsgər İsanın Ürəyini dələndə və yerə qan və su töküləndə pərdə yırtıldı, İsanın yanına gələn hər bir insan üçün Ən Müqəddəs Yerə giriş açıldı. İsa Öz Ölümü ilə Cəmiyyəti doğdu. O İlkdir.
Doğuş zamanı əvvəlcə Baş görünür, Onun ardınca isə Bədən gəlir. Qadın Körpə Doğdu İsa=Cəmiyyət və Körpə Göylərə götürüldü (Vəhy.12:1-5-6). Onun Bədəni Başın ardınca gedəcək. Onun içinə natəmiz heç bir şey... girməyəcək, yalnız Quzunun Tanrı tərəfindən yazılmış Həyat Kitabında adları yazılmış olanlar girəcəklər (Vəhy.21:27). Budur, sənin üzünə Qapını açmışam, Onu heç kim bağlaya bilməz...Qalib gələni Tanrımın Məbədində İman dirəyi edəcəyəm və o artıq oradan çölə çıxmayacaqdır, o Mənim Kəlamımı qorumuş və Mənim İsmimdən imtina etməmişdir, o Mənə xəyanət etməyəcək, o Məni tərk etməyəcəkdir, çünki Məni sevəcəkdir (Vəhy.3:8,12,21, 12:11, Yer.1:18).
Tanrı üçün mən yalnız Başın ardınca getdiyim zaman doğula bilərəm. Onda mən Qüdrəti Onun Bədəninin başqa üzvləri üzərində hökm etmək üçün deyil, lakin özümün doğulmağım üçün Rəbbdən alacağam (Yeş.37:3, 66:9-11, 2Pad.19:3). Bunun üçün mənə, bütün bütlərimi, pərəstişgahlarımı bu dünyanı onun ehtirasları ilə birlikdə rədd etmək lazımdır. Tək Olan üçün doğulmaq, Dar Yola=Rəbbin Doğum Kanalına daxil olmaq və axıra qədər getmək üçün, Məryəm vasitəsilə Müqəddəs Ruhla Ata üçün Atanın Toxumundan İsa Məsihin=İlkinin doğulduğu kimi oğul doğulmaq üçün mənə zahiri olandan yapışmaq olmaz. Əgər mən özümdə bədənimin dünyəvi=cismani=iblisani üzvlərini (Kol.3:5-7) öldürərək bu dünyanın ibtidai qüvvələri üçün (Kol. 2:20) ölmüşəmsə, yalnız onda, mənim həyatım Məsihlə bərabər saxlanıla bilər (Kol.3:3). Mən hər şeyi kənara qoyub Məqsədə, Kamilliyə, Rəbbə, Onun Məhəbbətinə doğru tələsirəmsə, onda, mən Onun Bədəninin bütün üzvlərinin Onun qoyduğu Yerində olan Onun Kamil Bəhərəsi kimi böyümək=əmələ gəlmək üçün Rəbbdə ola bilərəm (İb.6:1).
Əgər mən hər bir şeyi kənara qoymasam, mən özüm özümü aldadıram, Kamilliyə tələsmirəm, Səmavi dəyərləri axtarmıram (Kol.3:1), yerimdə sayıram, ya da geri çəkilirəm yəni, özümünkünü axtarıram. Onun Bəhrəsi Onun Surətində və İsa Məsihin və Atanın Bənzərindədir. Bədən isə MƏSİHDƏDİR. Kim Ondadırsa, o Məsihindir. Ondan kənarda isə qaranlıqdır=bu dünyanı rəisi olan şeytan başda olmaqla dünyadır.
İsa Məsihdə Səmavi Atanın Qanı=Qəlb var idi. Eləcə də dünyada qana görə uşağın atasını təyin etmək olar. Müqəddəs Ruh Toxum kimi, Tanrının İlki kimi bakirə qız Məryəmin üzərinə enəndə Uşaqda Atanın Qanı=Qəlbi axdı. Bax ona görə Rəbb hər hansı bir qanı içməyə qadağa qoydu, çünki qanda qəlb var. Başın doğulması üçün Məryəmin üzərinə Müqəddəs Ruh=Kəlam Onun Toxumu kimi (Kol.3:16, 2Kor.6:16, Yəh.14623) endiyi=məskən saldığı kimi, eləcə də Pentikos Günü Müqəddəs Ruhun enməsi ilə Ata tərəfindən Cəmiyyət=İsa Məsihin Bədəni doğuldu (Yeş.66:6-11).
İsa Məsihin Bədəni 2000 ildir ki, ananın bətnindəki körpə kimi tədricən böyüyür=inkişaf edir=kamilləşir: Məsih məndə Surət tapıncaya qədər əllər, ayaqlar, baş əmələ gəlir, daxili orqanlar formalaşır (Qal.4:19, 2Kor.3:18, Yş.26:9, Zəb.63:2..). Və Bəhrə yetişəndə=təkmilləşəndə Doğum vaxtı gəlib çatır. Hər birimiz üçün, Bəhrə=Cəmiyyət üçün bu ciddi sınaqdır. Nura doğulmaq=Tanrı üçün doğulmaqdan ötrü cəmiyyət dünyadan, bu dünyanın bütlərindən ayrılan zaman ağrı çəkir. Tanrının Hökmləri bu bizim doğuşumuzdur, bu, Cəmiyyətin Nura=Tanrının Əlinə doğulmasıdır, bu, Cəmiyyətin bu dünyanın bətnindən ayrılmasıdır. Düz Yoldan keçmək bu, Dar Yoldan keçməkdir. Bu, özü özünün doğuşundan keçməkdir. Həyatınız olan Məsih zühür edəndə, siz də Onunla birgə Onun İzzətində zühur edəcəksiniz=Nura doğulacaqsınız.
Beləliklə: BİZİ ÖZ ÜRƏYİNDƏ=ÖZ KƏLAMI İLƏ ÖZ HƏYAT KİTABINDA YAZMAQ BU BİZİ ÖZ BƏTNİNDƏ KAMİL İNSANA=MƏSİHİN BƏDƏNİNƏ YARATMAQ=KAMİLLƏŞDİRMƏKDİR. Ruhani insanın formalaşma mərhələlərini: 1)İbrahim, İshaq, Yaqub, 12 qəbilə başçısı, İsrail xalqı; 2)İsa Məsih, 12 Həvari, Cəmiyyət keçmişdir. Bu, Rəbb tərəfindən insanın və bütövlükdə bəşəriyyətin İlahi Xilas Planıdır. Tanrının Kamil İradəsinə=Tanrının bizim üçün Kamil Xilas Planına qarşı çıxmamaq, lakin Ona kömək etmək üçün hər birimizin hansı mərhələdə olduğunu Rəbbdən soruşmağımız yaxşı olar. Tanrının Hikməti Pavelə açılanda o elan etdi: Ey Tanrının zənginlik və Hikmət və elminin dərinliyi! (Rom.11:33-36, Zəb.36:7-10). Biz Rəbbə hamilə olduğumuz qədər Rəbb bizə hamilədir. Onun üçün doğulduğumuz qədər Rəbb bizi Özü üçün doğur. Rəbbə yaxınlaşdığımız qədər, bizim üçün Öz Həyatını verən Rəbb bizə o qədər yaxınlaşır.(Yaq.4:8). Tanrıya Yol açıqdır.

- Ya Rəbb, nə üçün sən bu Sirri başqalarına deyil, bizə açdın (1Kor.2:9-11)? Körpələr Tanrının Ruhundan olan şeyləri qəbul etmirlər. Onlar bu Sirri ağılsızlıq hesab edirlər. Onlar Ruhanini Ruhani ilə birləşdirə bilmirlər. Əgər cismani təbiətə çarmıx tətbiq olunmazsa, o, həmişə Müqəddəs Ruha qarşı çıxacaq. Körpələr, Səmavi Atam kimi Kamil olmaq üçün, Mənim kimi olmaq=Mənim kimi yaşamaq üçün bu qədər vacib olan Mənim Çarmıxımı, Mənim Dərinliyimi, Mənim Kamil İradəmi rədd edirlər. Beləliklə hamınız Kamilliyə doğru tələsin.
Rəbb irqinə, dərisinin rənginə, cinsinə, yaşına baxmadan hər bir susayana Öz Sirrlərini, Öz Xeyir-dualarını açır. İsa bizim ürəklərimizə, Rəbb üçün nə qədər susadığımıza=Onu nə qədər sevdiyimizə, Onun Məhəbbətinə nə qədər cavab verdiyimizə baxır.
- Rəbb, bəs Açıqlama nədir? Bu, axtaran ürəklərə Öz Sirrimi açmaqdır. Bu özü haqqında Onun tam Azad edən Həqiqətini bilmək istəyən, Bu Həqiqətdən qorxmayan, utanmayan ürək bu, susayan ürəkdir. Rəbb Onu Həqiqətdə, Onun Həqiqətinə görə çağıranların hamısına yaxındır(Zəb.145:18, Yəh.4:23-24).
Rəbb başqa bir hissəni də açdı ki, çoxları Onun qarşısında artıq yeriyirlər, lakin bunu dərk etmirlər, çünki düşünmürlər elmə əsaslanmamışlar (Rom.10:2-4). Göndərdiyim qulum qədər kor olan varmı (Yeş.42:19-21). Onlar Tanrının qarşısında Onun Kamil İradəsinə görə yeriyirlər, lakin kordurlar və bunu görmürlər, ona görə özlərində Onun Həyatından zövq almırlar. Kim Rəbbə müraciət etsə, Rəbb onun gözlərini, qulaqlarını açar. Qüdrət bilikdədir. Əgər insan bu barədə bilmirsə, şeytan onları yıxmaq üçün aldada bilər. Kim Rəbbə müraciət edərsə, Rəbb ona Öz Ruhani Gözlərini, Qulaqlarını, Sağlamlığını qaytarar.
Başqa bir qorxulu vəziyyət də var. Mən fikirləşə bilərəm ki, Tanrı qarşısında yeriyirəm, görürəm, lakin fəriseylər kimi Ruhani cəhətdən kor qalıram. Lakin Həqiqət tamam başqa cürdür. Mən özüm öz qarşımda fərisey kimi gəzirəm. Rəbbin gördüyü Həqiqəti dərk etmək üçün mənə Rəbbə müraciət etmək lazımdır. Bir var mənim yalançı həqiqətim, bir də var Tanrının Həqiqəti Həqiqi Həqiqət, bu mənim uydurmam ya yalanım, ya da özünü aldatma deyil, bu həqiqətən olan şeydir. Mən özüm haqqında Həqiqəti biləndə mən öz natəmizliyimdən yuyunmaq=təmizlənmək üçün Mənbəyə=Rəbbə doğru tələsəcəyəm. Həqiqəti dərk edəcəksiniz və Həqiqət sizi azad edəcəkdir. Tanrının Nuru qaranlığı udacaq, Tanrının Alovu bizdə bu dünyanın zir-zibilini yandıracaq.
Şeytanın bizim ruhani korluğumuzdan istifadə etməməsi üçün Rəbb bizim gözlərimizi açmaq istəyir. Ruhani şeyləri yalnız Tanrının Ruhani Gözləri ilə görmək olar. Bizi Xilas və Azad edən yalnız Həqiqətdir. Bartamay özü haqqında Həqiqəti bilirdi o kordur. O İsa Məsihin ardınca gedə bilmirdi. Ona görə Rəbb ondan soruşdu: Sən Məndən nə istəyirsən? (Mk.10:51-52). Ruhən axsaq olanların Rəbbdən geri qalmamaq üçün şəfaya ehtiyacları var. Biz nə istəyirik? Bəlkə biz kor, axsaq və çılpağıq və bunu görmüük? Bəlkə biz Onun Güzgüsünə=Kəlamına baxmırıq (1Kor.13:12-13)?
Mən sual verdim: - Rəbb, indi cəmiyyətlə nə baş verir?
Və Rəbb görüntü verir: Mən yatmamışam, lakin qarşımda ruhda belə bir mənzərə canlanır: mən quru, qaralmış dəri ilə örtülərək, səliqəsiz halda yığılmış bir qalaq nəhəng sümük yığınının arasındayam və üfunətli çürüntü qoxusu hiss edirəm. Başa düşürəm ki, bu sümüklərdən biri mənəm. Və Rəbb mənə ayə verir: ...Sənsiz könlüm susuzdur, Müqəddəs yerdə Səni seyr etdiyim kimi Sənin Qüdrətini, Əzəmətini görmək üçün quraq, cansıxıcı, susuz bir diyarda bütün varlığımla həsrətini çəkirəm, (Zəb.63:1-2). Əyyub da eynilə bu sümüklər kimi idi: Amma bir Satınalanım yaşar, mən bilirəm və axırıncı gün mənim dağılan dərimi bərpa edər. Və bədən alıb Tanrını görəcəyəm, (şayələrə, başqalarının dediyinə əsasən deyil), başqasının gözləri deyil, mənim gözlərim Onu görəcək, mən özüm Onu görəcəyəm (Əyy.19:25-27). Cəmiyyətin, Tanrını tanımayan, yalnız Onun barəsində qulağının ucu ilə eşidən Əyyuba bənzədiyini Rəbbin mənə necə açdığını xatırladım (Əyy.42:5-6).
Daha sonra Kiminsə sümükləri yaxınlaşdırıb sümüyü sümüyə bitişdirərək (Yez.37:7, Yeş.26:19) insan skeleti yığdığını gördüm.
- Rəbb, sümükləri yığan Kimdir? Mələk. Daha sonra özümü divarları və günbəzi həmin quru sümüklərdən qurulmuş nəhəng Məbədin içində gördüm. Səs eşitmirəm, lakin Rəbb Öz Biliyi ilə mənə açır ki, Məbəd hələ qurulmamışdır, sümüklər və diri daşlar - bu, eyni şeydir (1Pet.2:5, Ef.2:5-6, 19-22). Birdən Rəbb mənə çox böyük, qızıldan tikilmiş Şahanə İmarətlər göstərir. Mənim Məskənim belə olacaq. Məni sevən, Atam tərəfindən seviləcəkdir, Mən də onu sevəcəyəm və Özümü ona Zühur etdirəcəyəm və Biz onun yanına gedib onda məskən salarıq (Yəh.14:21,23,28). Mənəm hər şeyi Yoluna Qoyan Tanrı. İndi Tanrının Cəmiyyəti, Onun Gəlini qızmar, susuz səhrada bir yığın qurumuş sümüyə bənzəyir, lakin Rəbb üçün kim susamışsa=Rəbbi kim sevirsə, Onun tərəfindən dəyişdiriləcəkdir. Tanrının Hikməti ilə Onun Evi=Cəmiyyəti tikilər, Onun Dərrakəsi ilə möhkəmlənər, Onun Məharəti ilə Evin İçi=Cəmiyyəti Tanrı tərəfindən hər cür dəyərli, gözəl şeylərlə dolar (Məs.24:3-4). Və Rəbb məndən xahiş edir ki, mən bir neçə dəfə Yazıya görə Yez.37:4-14-ü elan edim, bu dünyaya peyğəmbərlik sözü vəd edim. Mən bunu ucadan, tam əminliklə və azacıq da olsa şübhə etmədən elan etdim. Rəbb həmçinin xahiş etdi ki, mənim evimdə keçirilən ünsiyyətə toplaşanda biz hamımız birlikdə peyğəmbərlik edək. Və biz bunu Tanrının Kəlamına əsasən etdik.

- Rəbb, Sənin Böyük Hikmətinə və bizə Mərhəmətinə görə, bizim haqqımızda Fikrində tutduğunu et. Sənə zidd getməməyimiz, Sənə mane olmamaq və əngəl törətməməyimiz, lakin bütün bəşəriyyətin xilası naminə Sənin Gözəl, Kamil Planına kömək etməyimiz üçün Sənin Lütfünü diləyirik. Qoy məndə, bizdə və hər bir ruhda, qəlbdə və bədəndə və bütün kainatda hər şey Sənin Kəlamına görə olsun! Səni yer üzündə izzətləndirmək, Sənin bizə icrasını tapşırdığın işi yerinə yetirmək (Yəh.17:4) üçün Sənin Lütfünü diləyirik. Biz bütün Kainatı Sənə, Sənin Əllərinə həsr edirik. Biz Səni Xeyir-dualandırırıq İsa Məsih İsmiylə! Amin!
    e-mail
hristiana
Site Admin


: 27.04.2008
: 954
:

: 11, 2010 12:15 pm     :

♫ 21. SƏMAVİ ATANIZ...KİMİ KAMİL OLUN ♫


Mən Rəbbin Sözləri ilə yuxudan oyandım: Səmavi Atanız Kamil olduğu kimi siz də kamil olun (Mt.5:48).
- Rəbb, mən Sənin kimi kamil olmağa razıyam. Amin. Rəbb, Sən bununla mənə nə demək istəyirsən?
Və Rəbb nə demək istədiyini izah etməyə başladı. O, Mt.5:48 ayəsini Və Rəbb dedi: Öz Surətimizə və Bənzərimizə görə insanı yaradaq (Yar.1:26) ayəsi ilə birləşdirdi.
Rəbb mənə anlatdı ki, kamil olmaq heç də bizim bu ayəni başa düşdüyümüz kimi deyil. Kamil olmaq bu Ona bənzəməkdir.
Uşaq artıq tam Onun Kamil Surətində - yəni, Onun Surətrinə görə doğulur. Lakin ona Səmavi Ata kimi böyük olmaq üçün, Atanın bildiyini bilmək üçün, Atanın gördüyü, düşündüyü və hərəkət etdiyi kimi görmək, düşünmək və hərəkət etmək üçün böyümək, Onun Bənzərinə qədər tamamlanmaq, İsa Məsihin tam yaşına çatana qədər ruhani cəhətdən, qəlbən və fiziki cəhətdən möhkəmlənmək lazımdır.
Kim deyirsə ki, Onda yaşayır, O necə hərəkət etdisə, özü də eyni cür hərəkət etməlidir (1Yəh.2:6). Bu, Məsihin TAM yaşına, Məsihin dolğunluğuna daxil olmaqdır. Bunun nəticəsində hamımız imanda və Tanrının Oğlunu tanımaqda birliyə, kamil insan səviyyəsinə, Məsihin dolğunluq qamətinin ölçüsünə çatacağıq; belə ki, artıq insanların kələkbazlığı ilə, bizi yoldan çıxarmaq üşün hazırladıqları hiylələrə, hər cür təlimin küləyi ilə çalxalanan və ora-bura sürüklənən körpə uşaqlar olmayaq...(Ef.4:13,14). Yeni mənliyiniz onu Yaradanın surətinə bənzər tərzdə təzələnir ki, dərrakəniz tam olsun (Kol.3:10). Bu, mükəmməl və artıq Atanın HƏR ŞEYI etibar edə biləcəyi qədər böyümüş OLMAQDIR. Hər şey Atam tərəfindən Mənə verildi və Oğulu Atadan başqa heç kim tanımır; və Atanı Oğuldan və Oğulun Ona açmaq istədiyi şəxsdən başqa heç kim tanımaz (Mt.11:27). Ey atalar, sizə ona görə yazıram ki, siz əzəldən Var Olanı tanıyırsınız... (1Yəh.2:13). Şagird Müəllimindən (Rəbbdən) üstün deyildir və qul da öz Ağasından (Rəbbdən) üstün deyildir: şagirdin öz Müəllimi (Rəbb) kimi və qulun öz Ağası (Rəbb) kimi (Rəbbin Surətində) olması onlara kifayətdir (Mt.10:24,25). Müqəddəs olun, çünki Mən Müqəddəsəm (1Pt.1:16). Biz də Məsihi elan edir, hər adama nəsihət verib tam hikmətlə öyrədirik ki, hər adamı Məsihdə kamil olaraq Tanrıya ərz edək (Kol.1:28).
Və Rəbb insanın dərhal Onun Surətində yaradıldığı barədə çoxdankı bir Açıqlamanı mənim yadıma saldı. Lakin zaman keçdikcə, Onun Bənzərində olmağı əldə etmək lazım idi, buna da şəxsi həyat təcrübəsi ilə, həmişə Atanın yanında qalmaqla nail olunur. Onun surətində olmaq üçün öz Valideynindən öyrənmək lazımdır. Və Tanrı dedi: insanı 1)Öz Surətimizə 2) Öz Bənzərimizə görə yaradaq... (Yar.1:26). Və Tanrı insanı 1)Öz Surətinə görə və Tanrının Surətinə görə yaratdı; onları kişi və qadın olaraq yaratdı (Yar.1:27). Tanrının Surəti var idi, Bənzərlik isə Tanrının Səltənətinə Bəhrə gətirmək üçün əldə edilir, formalaşdırılır, yetişdirilir. Tanrı gördü ki, yaratdığı hər şey yaxşıdır. Axşam oldu. Səhər açıldı; bu, altıncı gün idi (Yar.1:31). 666-nın natamamlığı heyvanın rəqəmidir. Rəbb isə 7-ci gün xeyir-dua verdi. Tanrının dolğunluq rəqəmi. Tanrı yeddinci günə qədər gördüyü işlərdən ayrılıb istirahət etdi (rahatlandı) və Tanrı yeddinci günə bərəkət verdi və onu təqdis etdi, çünki gördüyü bütün yaradıcı işini qurtarıb həmin gün istirahət etdi (Yar.2:2,3).
İşin qalanı Adəmin üzərinə düşdü. Ona, Səmavi Atanın Bənzərinə yetişənə qədər Atanın yanında böyümək və bununla yanaşı Ata ilə ünsiyyətdə olmaq, Ona iman etmək ölüm bəhrəsi və Bənzərliyə tamamlanmanın dayandırılmasına gətirən, Tanrının Kamil Planının dayandırılmasına gətirib çıxaran ağacdan yeməmək lazım idi. Tanrının Surəti var idi, lakin Atanın Bənzərinə itaətdə və imanda olaraq tamamlanmaq bu artıq Adəmin məsuliyyəti idi. Adəm və Həvva körpə idilər və ona görə də çılpaq idilər. Adəm və arvadı ikisi də çılpaq idi, ancaq bundan utanmırdılar (Yar.2:25).
Eynilə həmin şey bizimlə - Göylərdən doğulanlarla baş verir. Tanrının Surətini dərhal, Göylərdən doğulan kimi əldə edirik. Ataya Bənzərlik isə yetişdirilir. ...mühüm olan əkən yaxud suvaran deyil, əkiləni böyüdən Tanrıdır (1Kor.3:5-7). Məsihdə olan biz körpələrə hələ böyümək, möhkəmlənmək və həddi-büluğa çatmaq, Səmavi Atanın Bənzərində olmaq lazımdır. Bunun nəticəsində hamımız imanda Tanrının Oğlunu tanımaqda birliyə, kamil insan səviyyəsinə, Məsihin dolğunluq qamətinin ölçüsünə çatacağıq; belə ki, artıq insanların kələkbazlığı ilə, bizi yoldan çıxarmaq üçün hazırladıqları hiylələrlə, hər cür təlimin küləyi ilə çalxalanan və ora-bura sürüklənən körpə uşaqlar olmayaq (Ef.4:13,14). Çünki deyirsən: Mən zənginəm və varlanmışam, heç nəyə ehtiyacım yoxdur. Amma bilmirsən ki, zavallı, yazıq, yoxsul, kor və çılpaqsan. Sənə məsləhət görürəm, Məndən odla təmizlənmiş qızıl al ki, zəngin olasan; ağ paltar al ki, geyinəsən və sənin çılpaqlığının eybi görünməsin; göz dərmanı da al ki, gözlərinə sürtüb görəsən (Vəhy.3:17,18).
Adəm günahla yoldan çıxarılaraq Tanrının Bənzərinə çatmağa nail olmadı, çünki Tanrının düşməninin və insan vasitəsilə düşmənin təliminin küləyinə, insanların kələkbazlığına, yoldan çıxaran hiylələrinə aludə oldu. Şeytan insanı onun nəyininsə əskik olduğunu deməklə, onların tanrı olmamasından ötrü hərçənd onlar artıq tanrı idilər Rəbbin onlardan əsas sirri gizlətdiyini deməklə yoldan çıxartdı. Tanrı bilir ki, o meyvələrdən yediyiniz gün gözləriniz açılacaq və xeyirlə şəri bilərək tanrılar kimi olacaqsınız (Yar.3:5). Mən demişəm: Siz tanrılarsınız, hər biriniz Haqq-Taala övladlarısınız (Zəb.82:6, Yəh.10:34).
Şeytan yalançıdır, yalanın atasıdır. Hər şey əksinə baş verdi. Onların gözləri bağlandı, ağılları kor oldu və onlar tanrı yox, qul oldular. Lakin onların zehinləri kor olmuşdur. Çünki bu günə kimi Əhdi-Ətiq oxunanda eyni örtük qalır, açılmır; çünki o yalnız Məsih vasitəsilə götürülür (2Kor.3:14). Və əgər Müjdəmiz örtülüdürsə də, həlak olanlar üçün örtülüdür. Iman etməyənlərə (iman etmək istəməyən, Müjdəyə zidd olanlara) gəlincə, bu əsrin tanrısı imansızların zehinlərni kor etmişdir ki, (görünməz) Tanrının SURƏTI olan Məsihin izzəti haqqındakı Müjdənin Nuru onları aydınlatmasın (2Kor.4:3,4).
Çoxları fikirləşir ki, Tanrı bizi xəbərdar etmir, qorumur, lakin bizi qəsdən sıxışdırır, qadağalarla məhdudıaşdırır, bizi pisliklə sınağa çəkir, çünki Atanın Məhəbbətini dərk etməmişlər. Çoxları o pis qul kimi fikirləşir ki, Tanrı pisdir (Mt.25:22). Bizə bütün bu fikirləri iman etməmək və Səmavi Atanın Bənzərinə çatmamaq, böyüməmək üçün düşmən göndərir. Rəbb bizə həyat üçün, Onun Bənzərinə dəyişilməmiz üçün lazım olan hər şeyi verir. Bizi Öz izzətinə və fəzilətinə Çağıranın İlahi Qüdrəti Onu tanımağımızın nəticəsi olaraq bizə yaşamağımız və ixlaskar olmağımız üçün lazım gələn hər şeyi bəxş etdi. O bu yolla bizə qiymətli və möhtəşəm vədlərini verdi ki, bunların vasitəsilə siz, ehtirasdan ötrü dünyada olan tənəzzüldən qaçıb, İlahi Təbiətin (Tanrının Bənzərinin) iştirakçısı olasınız (2Pt.1:3,4). Ona görə ki, siz hər cür nitqdə və hər cür bilikdə, hər şeydə Onun vasitəsilə zəngin oldunuz (1Kor.1:5).
Bu gün axırıncı Adəm bu İsa Məsihdir. Onun gəlini cəmiyyətdir, Göylərdən doğulmuş insanlardır, müqəddəslərin toplantısıdır, Məsihin şahidləridir. Belə də yazılmışdır: İlk insan olan Adəm ilk can oldu; axırıncı Adəm (İsa Məsih) isə Həyat Verən Ruh, Məsihin Ruhudur...İlk adam yerdən, torpaqdan törənmişdir; ikinci Adam isə göydən gələn Rəbbdir. Torpaqdan olan adam necədirsə, torpaqdan olanlar da elədir; səmavi Adam necədirsə, səmavilər də elədir. Və biz torpaqdan hasil olunmuşun surətini necə gəzdirdiksə, Səmavinin də Surətini elə gəzdirəcəyik (1Kor.15:45-49). Rəbb Ruhdur; və Rəbbin Ruhu harada isə, azadlıq da oradadır. Biz hamımız isə, açıq üzlə Rəbbin Cəlalını aynada imiş kimi seyr edərək cəlaldan cəlala keçib Onunla eyni Surətdə (və eyni Bənzərdə) dəyişilirik ki, bu da Rəbbin Ruhundan gəlir (2Kor.3:17,18). Müqəddəs Ruh üzərinizə gəldikdən sonra ancaq qüdrət alacaqsınız. Və Yerusəlimdə, bütün Yəhudeya və Samariyada, hətta dünyanın ən uzaq yerlərinə qədər Mənə şahid olacaqsınız (Həv.1:8).
Və şeytan həminki kimi, Gəlini cəmiyyəti onun Məsihin ardınca getməməsi yəni, Ruha görə yeriməməsi üçün bu dünyanın yalançı bəzək-düzəyi, gözlərin ehtirası, cismani ehtirasları və həyatın təkəbbürü vasitəsilə yoldan çıxarır. Tanrının Ruhu ilə idarə olunanların hamısı Tanrının oğullarıdır. Dünyanı və dünyada olan şeyləri sevməyin: kim dünyanı sevərsə, onda Atanın məhəbbəti yoxdur. Çünki dünyada olan hər şey: cismani ehtiras, gözlərin ehtirası və həyatın təkəbbürü Atadan deyil, dünyadandır. Dünya və onun ehtirası keçib gedir, amma Tanrının İradəsini yerinə yetirən əbədi yaşayır. Övladlarım! Son saatdır. Və eşitdiyiniz kimi, Məsihin əleyhdarı gələcəkdir və indi də Məsihin çoxlu əleyhdarı törənmişdir. Bundan bilirik ki, son saatdır (1Yəh.2:15-18).
İsa qalib gəldi. O, şeytanın yalanlarına uymadı. Tanrının SURƏTI olaraq O, Tanrı ilə bərabərliyi=Tanrının Bənzəri olmağı imtinası mümkün olmayan bir haqq saymadı. Lakin Özü Özünü alçaldaraq, Özünü qul halına salıb insanların surətində oldu və görkəmcə də insan kimi oldu; hətta ölümə qədər, çarmıxdakı ölümünə qədər itaətli olaraq Özünü mütiləşdirdi. Buna görə də Tanrı Onu yüksəltdi və Ona bütün adlardan üstün olan adı verdi (Fil.2:6-9). Cəmiyyət isə Rəbbə iman edəcəkmi, Onun Müqəddəs Ruhu ilə aparılacaqmı, Atanın=Məsihin Tam Bənzərində olana qədər, 777-yə - son qələbəyə qədər o, Rəbbin ardınca gedəcəkmi ya yenə də düşmənə aldanacaqmı, Məhəbbəti soyuyacaqmı, zina edəcək və tərəddüd edən, çılpaq körpə - 666 kimi qalacaqmı? Hər kəs özünə görə qərar qəbul edəcək. Hər kəsə şəxsən Müqəddəs Ruhun ünsiyyəti və Atanın Bənzərində OLMAQ lazımdır. Kim aldanmasa, o Onun Gəlininə daxil olacaq, Onunla və Onun olduğu Yerdə olacaq! Budur, mən qapı qarşısında durub onu döyürəm: kim Səsimi eşidib qapını açarsa, Mən onun yanına daxil olacağam və Mən onunla, o da Mənimlə axşam yeməyini yeyəcəyik. Mən qalib gəlib Atamla bərabər Onun Taxtında necə oturdumsa, qalib gələnə də icazə verəcəyəm ki, Öz Taxtımda Mənimlə eləcə otursun. Qulağı olan Ruhun cəmiyyətlərə nə dediyini eşitsin (Vəhy.3:20-22). Müqəddəs isə bir də müqəddəs olsun... (Vəhy.22:11) yəni, Tanrının Surətində olan, açıq üzlə Rəbbə baxaraq Müqəddəs Ruhla möhürlənmiş olan qoy Səmavi Ata kimi, İsa Məsih kimi kamil olsun. Mən və Ata Birik! Lakin Rəbbimiz və Xilaskarımız İsa Məsihin Lütfündə və Onu tanımaqda tərəqqi edin (2Pt.3:18). Yeni mənliyiniz onu Yaradanın Surətinə bənzər tərzdə təzələnir ki, dərrakəniz tam olsun (Kol.3:10). Sevimlilərim, indi biz Tanrının övladlarıyıq, amma nə olacağımız hələ izhar olunmamışdır. Ancaq bilirik ki, Məsih zühur edəndə biz Ona bənzəyəcəyik, çünki Onu olduğu kimi görəcəyik və Ona ümid bağlyan hər kəs O pak olduğu kimi, özünü pak edir. (1Yəh.3:2-3). Çünki bu fani varlığımız qeyri-faniliyi geyməli, bu ölümlü varlığımız ölməzliyi geyməidir. Bu fani varlığımız qeyri-faniliyi və bu ölü varlığımız ölməzliyi geydikdə isə, o zaman Ölümüm yox edildi, zəfər qazanıldı!, - deyə yazılmış olan söz yerinə yetəcəkdir. Ölüm sənin neştərin hanı? Ölülər aləmi! Sənin qələbən hanı? ölümün neştəri isə günahdır; günahın qüvvət qaynağı isə Müqəddəs Qanundur. Rəbbimiz İsa Məsih vasitəsilə bizə zəfər bəxş edən Tanrıya şükür olsun! Beləliklə, ey sevimli qardaşlarım, möhkəm, sarsılmaz olun, hər zaman Rəbbin işində tərəqqi edin və bilin ki, Rəbbin qarşısında çəkdiyiniz əmək əbəs deyildir (1Kor.15:53-58). Müqəddəs bir də müqəddəs olsun. Budur, tez gəlirəm və Mənim mükafatım Mənimlədir ki, hər kəsə öz əməlinə görə verim... Ruh və Gəlin deyirlər: Gəl! Qoy eşidən də desin: Gəl! Susayan qoy gəlsin, arzu edən qoy Həyat Suyunu müftə götürsün (Vəhy.22:11,12,17).


http://narod.ru/disk/10076805001/M%C6%8FH%C6%8FBB%C6%8FT%20SIMFONIYASI%20.%20Simfoniya%20lyubvi%20165%20s_h%20%20%28%D0%90%D0%B7%D0%B5%D1%80%D0%B1%D0%B0%D0%B9%D0%B4%D0%B6%D0%B0%D0%BD%D1%81%D0%BA%D0%B8%D0%B9%20%D1%8F%D0%B7.%29.rar.html
    e-mail
:   
           HRISTIANA -> : GMT + 2
.  1, 2
2 2

 
 







Powered by phpBB © 2001, 2005 phpBB Group
phpBB